D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
325
TaLK [ToK] (ing.) = danışıq - ToLKovat (rus)
oKuLuS (lat.) = /oKuList (lat.- göz həkimi), oKo (rus),
oKno (rus)
– oKolo (rus) oÇi (rus.- gözlər = QLaZ = GöZ
Hər bir otaq /ev/ yalnız divarlardan ibarət olsa, o, qazamata
bənzəyər. Belə olmasın deyə, həmin otaqda bayırı nəzarət etmək
məqsədilə oyuq – göz yeri qoyurlar ki, bunu ruslar gözə bənzədib okodan
törəmə okno sözü işlədirlər.
Digər maraqlı fakt da ondan ibarətdir ki, azərbaycanlılar “mənim
yanımda dur” dedikdə yan sözündən istifadə etdiyi halda, ruslar sanki
gözümün qabağında ol/dur demək istədiklərinə görə “postoy okolo
menya” ifadəsini işlədirlər.
E.ə. Ylll əsrdə Qədim Romada ilin başlanğıcını (Novus annus) mart
ayından qeyd ediblər. Bu bizim Novruz bayramımıza uygun gəlir. Sadəcə
fərq ondan ibarətdir ki, il Mart (Müharibə allahı Mars) ayının 1-dən
başlayıb. Həmin dövrdə cəmi on ay mövcud olub və bunların əksəriyyətinin
adı allahlarla bağlı idi. İyul və Avqust ayları iki sezarın - Yuli Sezar və
Oktavian Avqustun şərəfinə qoyulub. Son dörd ay isə latın miqdar sayları
ilə verilib:
7
- septem - sentyabr
8 - okto - oktyabr
9 - novem - noyabr
10 - decem - dekabr
Aydınca görünür ki, bu dörd ay Mart ayına münasibətdə
sıralanıb.Novruz bayramı da məhz ilin başlanğıcını təsdiqləmirmi?
Çinlilər də ayı (月[yue] –“yüe”), hətta ili miqdar sayı ilə
göstərirlər və
bu bizə görə belə anlaşılır:
一月 i yüe = 1 (-ci) ay – Yanvar
二月 ar yüe = 2 (-ci) ay – Fevral
三月 san yüe = 3 (-cü) ay – Mart və i.a.
Bu xüsusiyyət türklərin illəri miqdar sayı ilə verdiyi kimidir: 1951-
de və s.
Çinlilərdə həftələrin də adı yoxdur. Onlar 星期 (xingqi) [sintsi]
“həftə” sözünə 1- 6 miqdar saylarını artırırlar. Bircə bazar gününə 日 (rı)
– [jı] və ya (tian) [tyən] – “gün” mənası verən söz artırırlar:
星期 一sintsi i (sətri tərcümədə: həftə bir) Bazar ertəsi
星期二sintsi ar (həftə iki) Çərşənbə axşamı
星期 三sintsi san (həftə üç)
Çərşənbə
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
326
星期 四sintsi sı (həftə dörd) Cümə axşamı
星期 五sintsi vü (həftə beş) Cümə
星期 六sintsi liu (həftə altı) Şənbə
星期日sintsi jı /星期天 sintsi tyən / (həftə gün) Bazar
İngilislərin təqvimində həftə günləri bir başqa sistem üzrə qurulub.
Burada bir sıra günlər planetlər – göy cisimləri olan Günəş (Sunday), Ay
(Monday), Saturn (Saturday) ... ilə bağlı olduğu halda, Cümə günü
Friday[ Fraydi] – “boş, azad gün” mənası verir. Belə çıxır ki,
həmin günü
ingilislər, ümumən xristiuanlar istirahət edirmişlər. Qəribə də olsa, belə
təqvim müsəlman aləminə daha uyğun gəlir, çünki Şərqdə Cümə azad,
istirahət günüdür. Maraqlıdır ki, belə istirahət günlərindən biri yəhudilər
üçün תבש םוי “yom Şabat” (ibri) - Şənbə günü - Суббота - Subbota (rus)
– Saturday (ing.) günüdür. Astroloji cəhətdən həmin gün Saturn
planetinə bağlıdır və o planetin enerjisi ağır olduğu səbəbdən yəhudilər o
gün heç bir iş görmürlər.
Amma farslarda tam tərsinədir. Onlarda həftə günləri Şənbəyə
köklənir və Cüməyə qədər miqdar sayı ilə sıralanır :
ﮫﺒﻨﺷ Şənbe Şənbə
ﮫﺒﻨﺸﮑﯾ Yekşənbe Bazar
ﮫﺒﻨﺷود Doşənbe Bazar ertəsi
ﮫﺒﻨﺸﮭﺳ Seşənbe Çərşənbə axşamı
ﮫﺒﻨﺷ رﺎﮭﭼÇaharşənbe
Çərşənbə
ﮫﺒﻨﺷ ﺞﻨﭘPəncşənbe Cümə axşamı
ﮫﻌﻤﺟ Come Cümə
Türklər ilin fəsillərinə Azərbaycan türklərindən fərqli yanaşırlar:
ilkbahar - yaz - sonbahar - kış
bahar/yaz/ - yay - payız - qış
Türklərin nəyə görə ilkbahar və sonbahar deməsinə aydınlıq gətir-
mək “payız” sözündən asılıdır. Bu söz iki hissədən ibarətdir: pa (farsca
“ayaq”) və yaz . Nəticədə, pa+yaz = payız alınır. Doğrudan da, ilin
başında və sonunda isti-soyuq fəsillərə keçiddə havalar çox qarışıq olur
və bu cəhətdən bahar və payız bir-birinə bənzəyir.
Maraqlıdır ki, qədim rusların işlətdiyi “roVeSNik” sözü əsl
mənasına görə “VeSNa” /bahar/ sözünə bağlı olub, “eyni bahar qədər
yaşı olan”, yəni “yaşıd” deməkdir.
Belə bir fakt onu göstərir ki, bir sıra xalqlarda yeni il baharın
gəlişi təbiətin oyanışı – yenidən “dünyaya göz açması” ilə başlanırdı. Bu
da onu göstərir ki, Novruz bayramı heç bir dinə əsaslanmayaraq, təbiətin
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
327
özünü əks etdirir və artıq BMT onu Azərbaycan dövlətinin səyi
nəticəsində beynəlxalq bayram kimi təsdiqləyib.
Фикрет Ализаде
Лингвистические палитры
(историко-лингвистический, этимологический подход)
Резюме
Язык огромный и ценный материал каждого народа. В нём
много разнообразий в определении чего-то.
В словообразовании особую
роль играют корневые согласные,
невзирая на разносистемность языков. Можно придти к такому
мнению, что это - остатки праязыка.
У каждого народа своё понимание в отношении названия чисел,
времён года, календарных месяцев и прочих.
Fikrat Alizada
Linguistic
boards
(historical-linguistic, etymological approach)
Summary
Language is a huge and valuable material for every people. There
are many varieties in the definition of something.
In the word formation, root consonants play a special role, despite
the diversity of languages. One can come to the opinion that these are the
remnants of the pralanguage.
Each nation has its own understanding
with respect to the name of
numbers, the seasons, calendar months, etc.