D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
328
Günel Bayramova
ADU,
filologiya üzrə fəlsəfə doktoru
gunelf@mail.ru
Orta əsr Venesiya yazılı
mənbələrində türk və ərəb
dillərinə aid ifadələrin işlənmə xüsusiyyətləri
Açar sözlər: mədəniyyət,
mənimsəmə, mental model,
etimologiya, kontaminasiya
Ключевые слова: культура, заимствование, ментальная
модель, этимология, контаминация
Key words:
culture, adoption,
mental model, etymology,
contamination
Avropaya türk dilinin gəlişi türklərin Balkan yarımadasında
yerləşməsi, Osmanlı imperiyasının qurulması və onun Qərbin ən yaxın
sərhədlərinə qədər kök salması mərhələsinə təsadüf edir. Məhz tarixi
hadisələrin belə inkişafı bu mərhələyə qədər bir növ diqqətdən kənarda
qalan türk dilinin əhəmiyyətini xeyli dərəcədə artırırdı. Artıq Avropa
türk dilinin hegemon olduğu yeni bir reallıqla hesablaşmaq
məcburiyyətində qalırdı. Əlbəttə, ilkin mərhələdə bu prosesin kütləvi
şəkildə baş verdiyini demək olmaz. Çünki, hələ səlcuqlardan başlayaraq
Yaxın Şərqə doğru irəliləməyə başlayan türk tayfaları (bunların
içərisində oğuz qrupuna aid olan- salurlar, bayatlar, bayandırlar,
qaramanlar və s. var idi) özləri də müxtəlif ləhcələrdə danışırdı.
A.N.Samoyloviç qeyd edirdi ki, günümüzə gəlib çatan türk ədəbi dilinə
aid əsərləri XIII-XIV yüzilliklərə aid etmək olar. M.Mansuroğlu isə
Anadoluya səlcuqlarla birlikdə gələn türklərin “eski Türk kültürünün
temsilcileri olmadığını”(?!-G.B.) irəli sürmüşdür [1, səh.6]. Onun
fikrincə, bu, türklərin öz yazılarının olmadığından, buna görə də ərəb və
fars dillərində yazmaq məcburiyyətində qaldıqlarından irəli gəlirdi. Biz,
əlbəttə, ərəb və fars qrafikasının tarixin müəyyən mərhələsində türk
dilləri üçün əsas götürülməsi faktını türklərin qədim “türk mədəniyyətinin
təmsilçiləri olmaması” üçün səbəb hesab etmirik.
Avropada Türk-Azərbaycan dilinə aid ilk əsərlər XIV əsrin
sonlarından etibarən yazılmağa başlamışdır. Bunlardan ilk olaraq
İ.Şiltberger (1427), Pietro Ferraguto (1611), Pietro della Valle (1620), B.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
329
Pianzola [2] Poletti Andrea [3] və digərlərinin adlarını çəkmək olar. Bu
isə hələ orta əsrlərdə Qərb dünyasında Türk-Azərbaycan dili və
mədəniyyətinə olan marağın göstəricisidir. Bəkir Çobanzadə yazırdı ki,
qrammatika Şərqdə dini kitabları, Qərbdə isə qədim ədəbiyyat
memoriallarını düzgün anlamaq zərurətindən irəli gəlmişdir. Orta
əsrlərdə bu sahədə aparılan araşdırmaların əsas məqsədinin dini
mətnlərin öyrənilməsi və missionerlik fəaliyyətinin başqa ölkələrə doğru
genişləndirilməsi ilə sıx bağlı olunduğu düşünülür [bax: 4, səh.106].
Lakin araşdırmamız onu da müəyyən edir ki, bu məqsədlər arasında həm
də siyasi-diplomatik əlaqələrin qurulması, Venesiya Respublikası kimi
qüvvətli dəniz dövlətinin öz sərhədləri yaxınlığında digər güc mərkəzinin
- Osmanlıların -möhkəmlənməsi ilə də əlaqədar idi.
Qərbdə şərqşünaslığa olan marağın miqyasını müəyyənləşdirmək
üçün bir sıra mənbələrin adlarını çəkməyi məqsədəuyğun hesab edirik:
Xorvatiyalı humanist Lüdovik Krijeviç Tuberonun (Ludovik Crijevic Tu-
beron) De Turcarum Origine, Moribus, & Rebus Gestis Commentariis
(Floransa, 1590);Alman diplomat İohan Lövenklau (Johannes Löwenk-
lau) Historiae Musulmanae Turcorum (Frankfurt, 1590);Alman humanist
Yoaxim Kamerar (Joachim Camerarius) De Rebus Turcicis Commentarii
Duo (Frankfurt, 1598); italyan dilçi alimi Pietro Ferraguto-nun Gramma-
tica Turchesca (1611);Alman dilçi və şərqşünası Yeronim Miqizanın
(Hieronymus Megiser) Institutionum Linguae Turcicae Libri Quattuor
(Leipzig, 1617);Fransız şərqşünası Andre dü Ryenin Rudimenta Gram-
matica Linguae Turcicae (Paris, 1630);Yeddi il Türkiyədə yaşamış macar
soylu Yakob Harşani-Nagın (Jakab Harsányi-Nagy) Colloquia Familia-
ria Turcico-Latina seu Status Turcicus Loquens (Köln,1672);Alman
şərqşünası J.D.Şifedekerin (J.D. Schieferdecker) Grammatica Turcica
(Weissenburg, 1695);F. Meninskinin Thesaurus Linguarum Orientali-
umTurcicae, Arabicae, et Persicae: Lexicon Turcico-Arabico-Persicum
& Grammatica Turcica (Viyana, 1680) və ayrıca əlavə olaraq nəşr etdiyi
Latinca-Osmanlıca kiçik lüğət Onomasticum (Viyana, 1687) əsəri və bir
çox adlarını çəkmədiyimiz əsərlər. [4, s.114-116].
Hələ 1500-1600-cü illərdə məqsədyönlü qələmə alınmış və
missionerlik və ya tədqiqat yönümlü araşdırmaları nəzərə almasaq belə,
Türk-Azərbaycan, ərəb-fars dilinin izlərini bir
çox öncəki mərhələlərə aid
qədim əlyazmalarda da müşahidə etmək olar. Bu mərhələdə hələ
qrammatik qaydalar, morfoloji xüsusiyyətlər və ya sintaktik quruluşdan
bəhs etmək yersizdir. Belə ki, yeni dünyanın ilk təzahürü onun yad
elementləri olan fərqli təfəkkür xüsusiyyətlərinə xas ifadə və anlayışların