D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
5
Türk
dilləri
İslam Sadiq. Şumer və türk dillərində ilk sözlər və səs
artımı yolu ilə söz yaradıcılığı .......................................................344
Aynel Məşədiyeva. Türk dillərində feili bağlamaların və
feili sifətlərin öyrənilməsinin nəzəri problemləri..........................355
Elçin İbrahimov. Türkiyədə əlifba siyasəti..................................363
Resenziya
Elçin Məmmədov. “Dünya dillərində homogen sözlər” ..............369
Gülsüm Hüseynova. Dəyərli tədqiqat ......................................... 374
Personalia
Qüdrət Cəfərov – 80.................................................................... 376
Azərbaycan dialektoqrafiyası – 60 ............................................ 380
Məqalə müəlliflərinin nəzərinə .................................................. 388
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
6
Dil
tarixi və dialektologiya
Möhsün Nağısoylu
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru,
akademik
dr_mohsun@yahoo.com
Orta əsrlərdə
Azərbaycan türkcəsini
zənginləşdirən qaynaqlar haqqında
*
(I məqalə)
Açar sözlər: dilin zənginləşməsi, tərcümələr, lüğətlər, “Kəvamilüt-
təbir”, söz yaradıcılığı
Ключевые слова: обогащение языка, переводы, словари,
“Кавамил ат-табир”, словообразование
Key words: enrichment of the language, translations, dictionaries,
"Kavamil at-tabir",
word formation
Orta əsrlərdə Azərbaycan milli ədəbi dilini-türkcəni yaşadan, onu
zənginləşdirən və bu böyük mənəvi irsi gələcək nəsillərə çatdıran, təbii
ki, birinci növbədə söz ustaları – şairlər, yazıçılar olmuşlar. Bu baxımdan
doğma ana dilində yazıb-yaradan ilk Azərbaycan şairləri sırasında İzzəddin
Həsənoğlunun, xüsusilə də Qazı Bürhanəddinin yaradıcılığı böyük
əhəmiyyət daşıyır.Məlum olduğu kimi, qaynaqlarda İ.Həsənoğlunun türkcə
və farsca divanları haqqında bilgilər verilsə də, şairin türkcə üç şeiri, farsca
isə bir şeiri günümüzə qədər çatmışdır. Həsənoğlunun “Apardı könlümü...”
sözləri ilə başlayan məşhur qəzəlinin cilalanmış və mükəmməl poetik dili və
bunun sübutu olaraq şeirdə işlənmiş məcazlar və frazeologizmlər (“apardı
könlümü”, “başımdan getmədi”, “şirin söz” və s.) türkcənin qədim
tarixindən xəbər verir (1, 160-161). Orta əsrlərdə Azərbaycan milli ədəbi
dilinin inkişafında və zənginləşməsində İmadəddin Nəsimi və Məhəmməd
Füzuli kimi böyük söz ustalarının misilsiz xidmətləri olmuşdur (bax: 1,
199-235; 296-391).
*
Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun
maliyyə yardımı ilə yerinə yetirilmişdir – Qrant № EİF-KETPL-2-2015-1(25)-56/46/5.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
7
Orta əsrlərdə Azərbaycan türkcəsinin yeni söz və ifadələrlə
zənginləşməsində müstəsna rolu və xüsusi çəkisi olan qaynaqlar sırasında
aşağıdakıları da ayrıca olaraq qeyd etmək lazımdır:
1. Sözügedən dövrdə ərəbcədən, xüsusilə də fars dilindən tərcümə
olunmuş əsərlər;
2. Həmin dövrə aid farsca-türkcə lüğətlər.
Azərbaycan türkcəsində olan klassik tərcümə əsərlərinin çoxu XV-
XVI yüzilliklərin məhsuludur və həm nəzmlə, həm də nəsrlədir. Əsasən,
dini, bədii və fəlsəfi mövzuları əhatə edən ilkin tərcümə örnəkləri canlı
xalq danışıq dilində qələmə alınmışdır, məhz buna görə də ədəbi dil
tarixinin araşdırılması üçün zəngin material verir. Bu baxımdan orta
əsrlərdə fars dilindən Azərbaycan türkcəsinə nəsrlə edilmiş tərcümələr
xüsusilə əhəmiyyətlidir. Belə ki, klassik tərcümə
əsərlərinin bir çoxu eyni
zamanda Azərbaycanda milli ədəbi dilin yeni söz və terminlər hesabına
zənginləşməsi prosesini qabarıq şəkildə əks etdirən dəyərli qaynaqlardır.
Buna nümunə olaraq Xızır bin Əbdülhadi Bəvazicinin 955/1548-ci ildə
fars dilindən tərcümə, etdiyi “Kəvamilüt-təbir” kitabını göstərmək olar
(bax: 18). Yuxuyozmaya dair ensiklopedik səciyyə daşıyan bu tərcümə
əsərində mütərcimin söz yaradıcılığı sahəsindəki səmərəli fəaliyyətinin
nəticəsi, daha doğrusu, yazılı ədəbi dilin zənginləşməsinin göstəricisi
olan bir sıra leksik vahidlər yer almışdır. Kitabın mütərcimi Bəvazicinin
fars dilindən hərfi tərcümə yolu ilə özünün yaratdığı çoxlu sayda leksik
vahidlər quruluşca həm düzəltmə, həm də mürəkkəb sözlərdir. Bu
qəbildən olan düzəltmə sözlərin bir çoxu -ıcı, -ici şəkilçisinin köməyi ilə
düzəlmişdir. Onlardan bir neçəsinə (farsca orijinalları ilə birgə) nəzər
salaq:
Xanənde-oqıyıcı. Müasir ədəbi dilimizdə yalnız müğənni, xanəndə
anlamında işlənən farsmənşəli xanənde sözü bu dildə tarixən bir neçə
məna daşımışdır: 1. oxucu, oxuyan, mütaliə edən; 2. müğənni, xanəndə;
3. dəvət edən, dəvətçi, 4. savadlı. Sözün sonuncu iki mənası
fars dili üçün
arxaik səciyyə daşıyır (8,I,951). “Kəvamülüt-təbir”in farsca orijinalında
bu söz birinci mənada işlənmişdir. Xanənde quruluşca düzəltmə sözdür:
xandən (burada: oxumaq, mütaliə etmək) felinin kökü xan və -ənde
şəkilçisindən ibarətdir. Fars dilində çox işlək olan -ənde şəkilçisi feil
kökünə qoşularaq, əsasən, feili sifət düzəldir: binənde (görən, tamaşaçı),
cuyənde (axtaran), rəvənde (gedən) və s.
Bəvazicinin xanənde sözünün qarşılığı kimi işlətdiyi oqıyıcı sözü
də istər mənaca, istərsə də quruluşca onun farsca əsli ilə tam üst-üstə
düşür. Belə ki, oxuyan, mütaliə edən anlamında işlənmiş bu söz də