D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
11
cı, tavarsatıcı, sikkəurucı, suyatalıcı, gözədərmansalıcıvə s. Qeyd edək
ki, bu sözlərin farsca qarşılıqlarının bəziləri farsmənşəli yox, ərəb-
mənşəlidir və həmin dildə quruluşca sadə sözlər sayılır. Məsələn: zərrab
– sikkəurucu,həllac– pambıqatıcı, qəvvas– suyatalıcı, kəhhal – gözədər-
mansalıcı. Bəvazicinin sikkəvurucu kimi tərcümə etdiyi zərrab sözünün
çağdaş dilimizdəki qarşılığı pulkəsən, sikkəvuran leksemləridir.
Göründüyü kimi sikkəvuran sözü ilə Bəvazicinin işlətdiyi sikkəvurucu
arasındakı
əsas fərq şəkilçidədir, yəni –an əvəzinə -ucu işlənmişdir.
Həllac(pambıqatan, yunatan) sözü isə indi də ədəbi dilimizdə işlə-
nir. Maraqlıdır ki, Bəvazici də həmin sözü əlyazmanın başqa bir yerində
eynilə işlətmişdir. Aydındır ki, onun qarşılığı olaraq işlənmiş pambıqatıcı
sözü Bəvazicinin söz yaradıcılığı sahəsindəki fəaliyyətinin məhsuludur.
Qəvvas – suyatalıcı sözləri də bu qəbildəndir. Belə ki, qəvvas
köhnəlmiş sözlər sırasına daxil edilsə də, bu leksem klassik ədəbiyyatımızda
son dövrlərə qədər işlənmişdir (3, I, 466). Onu da qeyd edək ki, Bəvazicinin
öz yaradıcılığının məhsulu olan suyatalıcı sözünün əvəzində hazırda ədəbi
dilimizdə dalğıc sözü işlənir. Tərcümədə kəhhal sözünün qarşılığı olaraq
işlənmiş gözədərmansalıcı sözünü də Bəvazici özündən yaratmış və yazılı
ədəbi dilimizə gətirmişdir.
Yuxarıda qeyd olunan mürəkkəb sözlərdən ayinəsalıcı, ipdəoynayıcı
və tavarsatıcı sözlərini isə Bəvazici fars dilindən kalka şəklində tərcümə
yolu ilə yaratmışdır. Bu sözlərdən birincisinin farscası ayinesaz,
ikincisininki rəsənbaz, üçüncüsününkü isə soturforuş sözüdür.
Farsmənşəli hər üç söz isim və feil kökündən düzəlmişdir. Onların türkcə
qarşılıqları da eynilə belədir.
Bəvazici soturforuş sözü ilə oxşar quruluşlu farsmənşəli mürəkkəb
sözlər olan miveforuş (meyvəsatan) və bərdeforuş (qulsatan) sözlərinin
qarşılıqları kimi yemişsatıcı və əsirsatıcı leksemlərini də işlətmişdir.
Bəvazicinin işlətdiyi digər mürəkkəb sözlər də (əzabendirici,
qaniçici, qeybətedici) fars dilindən kalka şəklində tərcümə olunmuşdur.
Bəvazici orijinaldakı mürəkkəb sözləri nadir hallarda bir neçə
sözdən ibarət birləşmə şəklində də vermişdir. Belə tərcümə bir növ sözün
izahı təsirini bağışlayır. Məsələn:nəmazgah-namaz qılacaq yer,tirdan- oq
qoyacaq qab,dukdan
- ig qoyacaq qab , udsuz- tüstü yakacaq qabvə s.
Bəvazicinin “Kəvamilüt-təbir”də işlətdiyi anadandoğma, yolkəsi-
ci,gerçəksözlü, boğaztutar,çəribaşı, mürəkkəb sözləri də diqqəti çəkir.
Anadandoğma sözü burada elə müasir ədəbi dilimizdə daşıdığı
anlamdadır. Məlum olduğu kimi, bu söz çağdaş dilimizdə həm anada-
ndoğma, həm də anadangəlmə şəklində işlənir, lakin sonuncu daha işlək-