Microsoft Word Tercumeshunasliq lugeti fin doc



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə18/41
tarix02.10.2017
ölçüsü1,1 Mb.
#2597
1   ...   14   15   16   17   18   19   20   21   ...   41

 

69 


Omoqraflar lüğəti – 

yazılışına görə bir-birinə uyğun gələn 

müxtəlif mənalardan tərtib olunmuş lüğət.  

Omomorfemlər – 

leksikologiyanın omonimləri öyrənən böl-

məsi. 

Omonimlər – 

eyni nitq hissələrinə aid olub, eyni cür səslənib, 

mənasına görə müxtəlif olanlar. 

Omonimlər lüğəti – 

qrammatik məlumatlarla və üslubi əla-

mətlə səciyyələnən omonim cütləri və eləcə də, omonimlərin – on-

ların yaranması, yaxud mənşəyi nöqteyi-nəzərdən təsnifatı. 



Onomatopeya – 

səs təqlidi. Təbiət səsləri, heyvan səsləri və 

eləcə də digər səs təqlidi yolu ilə yaranan şərti səslər. 

Operativ (əməli) yaddaş – 

1. Müvafiq qurulma olduğu za-

man alınmış informasiyanın (ixtiyari) yadda saxlanılması. 2. Qav-

rayış (zamanı) prosesində verilən informasiyanın yadda saxlanılma-

sıdır ki, o aparılan fəaliyyət zamanı  zərurətliyi ilə ortaya çıxır və 

yalnız informasiya işlənən zaman fəaliyyətdə olur. Operativ (əməli) 

yaddaş keçmiş təcrübə ilə bilavasitə bağlı deyil və o heç də biliklə-

rin toplanmasına istiqamətlənməmişdir. Bax: həm də: yaddaş. 



Oppozisiya – 

(müxalifət) dillər arasındakı  fərqləri ortaya çı-

xarmaq üçün aparılan iki və daha artıq həmcins vahidlər arasında 

aparılan qarşıdurma. 



Optimal həll axtarışı prosesi – 

tərcümə zamanı bu heç də 

birdəfəlik akt deyildir (əgər sinxron tərcüməni hesaba almasaq). Bu 

axtarış nitq fəaliyyətinin özü kimi adətən yoxlama, seçmə və səhv-

lər metodu ilə həyata keçirilir. Burada tərcümənin bir neçə mümkün 

variantları saf-çürük edilməklə  və optimal varianta əsaslanaraq ar-

dıcıl yaxınlaşma vasitəsilə müəyyən funksional kriteriyalara cavab 

verməyənlərin rədd edilməsini nəzərdə tutur. 



Orfoepik lüğət – 

düzgün normativ ədəbi tələffüz sözləri olan 

lüğət. 

Orfoepiya – 

1.Normativ  ədəbi tələffüz məsələlərini öyrənən 

dilçilik bölməsi. 2. Konkret dildə  qəbul olunmuş  tələffüz qaydala-

rına müvafiq vahidlərin tələffüz qaydalarının cəmi. 

 

70

Orfoqrafik lüğət – 



normativ  ədəbi tələffüz və düzgün yazı-

lışlı sözlər lüğəti. 



Orijinal – 

1. Mətnindən tərcümə  həyata keçirilən mənbə. 2. 

Tərcümədə ilkin mətn. 3. Orijinal, həm də əsl deməkdir. 

Orijinal və  tərcümə arasındakı qavrayış arasında fərq – 

faktdan gələn kommunikativ fərqdir ki, orijinal və tərcümənin kom-

munikativ aktı heç vaxt eyni anda gedə bilməz, yəni eyni mədəni 

kodda baş verə bilməz, bu isə o deməkdir ki, onlar tamamilə müx-

təlif kommunikativ keyfiyyətə malikdir. 

Orijinalda şeir motivi – 

bu, poetik tərcümənin elə bir növü-

dür ki, bu zaman tərcümə  mətnində  əslin  əsas motivi daha böyük 

dəqiqliklə verilir, eyni zamanda mətnin qalan hissəsi isə tərcümədə 

maksimal dərəcədə  sərbəst  şeirin bu motivinə uyğun olaraq 

gercəkləşir. 



Orijinalda və tərcümədə dil vasitələrinin üslubi identifika-

siyası – 

üslubi-semantik interpretasiyanın obrazlı sistem çərçivəsin-

də bədii dəyərin qoyulması. Üslubi dəyər, eyni zamanda, empirik və 

nəzəri  şəkildə qoyulur; adətən, təsviri vasitələr tərcüməçinin 

praktikasında intuitiv olaraq seçilir. 

Orijinalda və  tərcümədə sözün üslubi dəyəri – 

leksik 


vahidin onun quruluşunun müəyyən səviyyəsinə üslubi uyğunluğu. 

Orijinalın semantik-üslubi instruksiyası 

– tərcümənin yara-

dılması zamanı mütləq  ədəbi kommunikantın təkrarolunmaz təş-

kilindən doğan orijinalın struktur xüsusiyyətləri. 



Orijinalın tərcümədə mətnarası invariantı – 

orijinala tərcü-

mə elementlərinin yaxınlıq (uyğunluq) mənası. 

Orijinalın yenidən kodlaşması – 

bax, tərcüməçinin metadil 

mövqeyi. 

Ortologiya – 

nitqin düzgünlüyü, normativliyi haqqında təlim. 

 

 

Ö 



 


 

71 


Ölüdil - 

canlı ünsiyyətdən çıxıb yazılı abidələrin dilində əks 

olunan dil; müstəsna hallarda həm də reqlamentləşmiş qədim (türk 

dili, qədim slavyan, latın, skif, qotların və s. dili) dil. 



Öyrədici linqvistik avtomat – 

1. Xarici dil və  tərcüməyə 

kompüterlə (distant) təlim üçün nəzərdə tutulmuş elektron-hesab-

lama texniki vasitələri kompleksi. 2. EHM-nın köməyilə xarici dil 

ünsiyyəti təlimi üçün nəzərdə tutulan xüsusi təyinatlı avtonom 

(muxtar) sistemi. 3. TTV (təlimin texniki vasitələri) yüksək səviy-

yəli geniş spektrli təlimin mürəkkəb vəzifələrinin həllini elmi tədqi-

qatların birləşməsi ilə nəzərdə tutan avtomatlaşmış təlim sistemi. 



Özbaşına formalaşma – 

ayrı-ayrı leksik vahidlərin (EV) və 

eləcə  də bütöv cümlələrin və anlayışların müxtəlif,  əvvəlcədən 

şərtlənmiş  rəqəm, hərf, yaxud qarışıq indekslərlə  əvəz olunmasını 

nəzərdə tutur. 

Özbaşına yaddasaxlama – 

xüsusi iradi qüvvə  tələb edən 

yaddaşa daxil olmuş informasiyanın yadda saxlanılmasına qurulma. 

 

 

 

72



 



 

Panxronomiya – 

həm ümumi linqvistik, həm də universal, 

zamandankənar hadisələrin, daha doğrusu, insan dilinə xas olan ha-

disələrin nəzərdən keçirilməsi (başa düşülməsi) 



Paradiqma – 

eyni sözün (leksik vahidin) söz dəyişdirilmə 

formalarının cəmi, konkret leksemin cəmini əks etdirən söz forması; 

cümlə paradiqmi – sadə cümlənin struktur sxeminin forma sistemi. 



Paradiqma sırası – 

konkret leksik vahidin söz dəyişmə for-

masının cəmi, konkret təşkil edən, söz forması cəmi. 

Paradiqma yuvası – 

bax. Paradiqma 



Paradiqmatik ekvivalentlik – 

üslubi elementlərin paradiq-

matik üslubi oxu elementləri, daha doğrusu, elementar üslubi va-

hidlərin sistemi səviyyəsi. Buna uyğun olaraq əmin vahidlər öz ara-

larında bu sistemin çərçivəsində ekvivalent olmaqla, müəyyən 

münasibətlərə daxil olur. Paradiqmatik ekvivalentlik heç də sintaq-

matik ekvivalenliyə uyğun deyildir. 

Paradiqmatika – 

dil vahidlərinin hər hansı  əlamətə görə 

qruplara (siniflərə) ayrılması  və qarşılaşdırılmasını müəyyən edən 

dilin sistemli öyrənilmə aspekti. 



Parafrastik – 

parafraz olan. 



Parafraz (parafraza) – 

1. Təsviri dövr, təsvir. 2. Digər ifadə, 

yaxud sözün mənasının təsviri ilə ifadəsi. 3. Predmetlərin, yaxud 

hadisələrin adlarının onların mühüm əlamətlərinin, yaxud onların 

xarakterik xüsusiyyətlərinin dəyişilməsi şəkildə verilməsi. 4. Fikrin, 

hərəkət işarəsinin onu əvvəlkindən fərqləndirən dil vasitələri ilə ve-

rilməsi. 5. Söz sırasının dəyişilməsi. Bax. Perifraz. 

Parafrazlaşdırmaq 

– parafraz formasında  şərh etmək, iş-

ləmək. 

Paralelilzm – 

qonşu cümlələrin, deyimlərin, yaxud niqtin hər 

hansı hissəsinin eyni sintaktik quruluşu. 

Paralinqvistik kinesika (mimika, jestlər) – 

verbal kommu-

nikasiyanın komponentinin təşkili kimi nəzərdən keçirilə bilər. De-



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə