69
Omoqraflar lüğəti –
yazılışına görə bir-birinə uyğun gələn
müxtəlif mənalardan tərtib olunmuş lüğət.
Omomorfemlər –
leksikologiyanın omonimləri öyrənən böl-
məsi.
Omonimlər –
eyni nitq hissələrinə aid olub, eyni cür səslənib,
mənasına görə müxtəlif olanlar.
Omonimlər lüğəti –
qrammatik məlumatlarla və üslubi əla-
mətlə səciyyələnən omonim cütləri və eləcə də, omonimlərin – on-
ların yaranması, yaxud mənşəyi nöqteyi-nəzərdən təsnifatı.
Onomatopeya –
səs təqlidi. Təbiət səsləri, heyvan səsləri və
eləcə də digər səs təqlidi yolu ilə yaranan şərti səslər.
Operativ (əməli) yaddaş –
1. Müvafiq qurulma olduğu za-
man alınmış informasiyanın (ixtiyari) yadda saxlanılması. 2. Qav-
rayış (zamanı) prosesində verilən informasiyanın yadda saxlanılma-
sıdır ki, o aparılan fəaliyyət zamanı zərurətliyi ilə ortaya çıxır və
yalnız informasiya işlənən zaman fəaliyyətdə olur. Operativ (əməli)
yaddaş keçmiş təcrübə ilə bilavasitə bağlı deyil və o heç də biliklə-
rin toplanmasına istiqamətlənməmişdir. Bax: həm də: yaddaş.
Oppozisiya –
(müxalifət) dillər arasındakı fərqləri ortaya çı-
xarmaq üçün aparılan iki və daha artıq həmcins vahidlər arasında
aparılan qarşıdurma.
Optimal həll axtarışı prosesi –
tərcümə zamanı bu heç də
birdəfəlik akt deyildir (əgər sinxron tərcüməni hesaba almasaq). Bu
axtarış nitq fəaliyyətinin özü kimi adətən yoxlama, seçmə və səhv-
lər metodu ilə həyata keçirilir. Burada tərcümənin bir neçə mümkün
variantları saf-çürük edilməklə və optimal varianta əsaslanaraq ar-
dıcıl yaxınlaşma vasitəsilə müəyyən funksional kriteriyalara cavab
verməyənlərin rədd edilməsini nəzərdə tutur.
Orfoepik lüğət –
düzgün normativ ədəbi tələffüz sözləri olan
lüğət.
Orfoepiya –
1.Normativ ədəbi tələffüz məsələlərini öyrənən
dilçilik bölməsi. 2. Konkret dildə qəbul olunmuş tələffüz qaydala-
rına müvafiq vahidlərin tələffüz qaydalarının cəmi.
70
Orfoqrafik lüğət –
normativ ədəbi tələffüz və düzgün yazı-
lışlı sözlər lüğəti.
Orijinal –
1. Mətnindən tərcümə həyata keçirilən mənbə. 2.
Tərcümədə ilkin mətn. 3. Orijinal, həm də əsl deməkdir.
Orijinal və tərcümə arasındakı qavrayış arasında fərq –
faktdan gələn kommunikativ fərqdir ki, orijinal və tərcümənin kom-
munikativ aktı heç vaxt eyni anda gedə bilməz, yəni eyni mədəni
kodda baş verə bilməz, bu isə o deməkdir ki, onlar tamamilə müx-
təlif kommunikativ keyfiyyətə malikdir.
Orijinalda şeir motivi –
bu, poetik tərcümənin elə bir növü-
dür ki, bu zaman tərcümə mətnində əslin əsas motivi daha böyük
dəqiqliklə verilir, eyni zamanda mətnin qalan hissəsi isə tərcümədə
maksimal dərəcədə sərbəst şeirin bu motivinə uyğun olaraq
gercəkləşir.
Orijinalda və tərcümədə dil vasitələrinin üslubi identifika-
siyası –
üslubi-semantik interpretasiyanın obrazlı sistem çərçivəsin-
də bədii dəyərin qoyulması. Üslubi dəyər, eyni zamanda, empirik və
nəzəri şəkildə qoyulur; adətən, təsviri vasitələr tərcüməçinin
praktikasında intuitiv olaraq seçilir.
Orijinalda və tərcümədə sözün üslubi dəyəri –
leksik
vahidin onun quruluşunun müəyyən səviyyəsinə üslubi uyğunluğu.
Orijinalın semantik-üslubi instruksiyası
– tərcümənin yara-
dılması zamanı mütləq ədəbi kommunikantın təkrarolunmaz təş-
kilindən doğan orijinalın struktur xüsusiyyətləri.
Orijinalın tərcümədə mətnarası invariantı –
orijinala tərcü-
mə elementlərinin yaxınlıq (uyğunluq) mənası.
Orijinalın yenidən kodlaşması –
bax, tərcüməçinin metadil
mövqeyi.
Ortologiya –
nitqin düzgünlüyü, normativliyi haqqında təlim.
Ö
71
Ölüdil -
canlı ünsiyyətdən çıxıb yazılı abidələrin dilində əks
olunan dil; müstəsna hallarda həm də reqlamentləşmiş qədim (türk
dili, qədim slavyan, latın, skif, qotların və s. dili) dil.
Öyrədici linqvistik avtomat –
1. Xarici dil və tərcüməyə
kompüterlə (distant) təlim üçün nəzərdə tutulmuş elektron-hesab-
lama texniki vasitələri kompleksi. 2. EHM-nın köməyilə xarici dil
ünsiyyəti təlimi üçün nəzərdə tutulan xüsusi təyinatlı avtonom
(muxtar) sistemi. 3. TTV (təlimin texniki vasitələri) yüksək səviy-
yəli geniş spektrli təlimin mürəkkəb vəzifələrinin həllini elmi tədqi-
qatların birləşməsi ilə nəzərdə tutan avtomatlaşmış təlim sistemi.
Özbaşına formalaşma –
ayrı-ayrı leksik vahidlərin (EV) və
eləcə də bütöv cümlələrin və anlayışların müxtəlif, əvvəlcədən
şərtlənmiş rəqəm, hərf, yaxud qarışıq indekslərlə əvəz olunmasını
nəzərdə tutur.
Özbaşına yaddasaxlama –
xüsusi iradi qüvvə tələb edən
yaddaşa daxil olmuş informasiyanın yadda saxlanılmasına qurulma.
72
P
Panxronomiya –
həm ümumi linqvistik, həm də universal,
zamandankənar hadisələrin, daha doğrusu, insan dilinə xas olan ha-
disələrin nəzərdən keçirilməsi (başa düşülməsi)
Paradiqma –
eyni sözün (leksik vahidin) söz dəyişdirilmə
formalarının cəmi, konkret leksemin cəmini əks etdirən söz forması;
cümlə paradiqmi – sadə cümlənin struktur sxeminin forma sistemi.
Paradiqma sırası –
konkret leksik vahidin söz dəyişmə for-
masının cəmi, konkret təşkil edən, söz forması cəmi.
Paradiqma yuvası –
bax. Paradiqma
Paradiqmatik ekvivalentlik –
üslubi elementlərin paradiq-
matik üslubi oxu elementləri, daha doğrusu, elementar üslubi va-
hidlərin sistemi səviyyəsi. Buna uyğun olaraq əmin vahidlər öz ara-
larında bu sistemin çərçivəsində ekvivalent olmaqla, müəyyən
münasibətlərə daxil olur. Paradiqmatik ekvivalentlik heç də sintaq-
matik ekvivalenliyə uyğun deyildir.
Paradiqmatika –
dil vahidlərinin hər hansı əlamətə görə
qruplara (siniflərə) ayrılması və qarşılaşdırılmasını müəyyən edən
dilin sistemli öyrənilmə aspekti.
Parafrastik –
parafraz olan.
Parafraz (parafraza) –
1. Təsviri dövr, təsvir. 2. Digər ifadə,
yaxud sözün mənasının təsviri ilə ifadəsi. 3. Predmetlərin, yaxud
hadisələrin adlarının onların mühüm əlamətlərinin, yaxud onların
xarakterik xüsusiyyətlərinin dəyişilməsi şəkildə verilməsi. 4. Fikrin,
hərəkət işarəsinin onu əvvəlkindən fərqləndirən dil vasitələri ilə ve-
rilməsi. 5. Söz sırasının dəyişilməsi. Bax. Perifraz.
Parafrazlaşdırmaq
– parafraz formasında şərh etmək, iş-
ləmək.
Paralelilzm –
qonşu cümlələrin, deyimlərin, yaxud niqtin hər
hansı hissəsinin eyni sintaktik quruluşu.
Paralinqvistik kinesika (mimika, jestlər) –
verbal kommu-
nikasiyanın komponentinin təşkili kimi nəzərdən keçirilə bilər. De-