Microsoft Word Tercumeshunasliq lugeti fin doc



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə16/41
tarix02.10.2017
ölçüsü1,1 Mb.
#2597
1   ...   12   13   14   15   16   17   18   19   ...   41

 

61 


Müxtəsər tərcümə – 

əsil (orijinal) ilə müqayisədə müxtəsər 

tərcümə olunmuş mətn. 

Mükəmməl tərcümə – 

1. Əslin məna-məzmun tərəfinin tam 

şəkildə verilməsi və ona tam funksional-üslubi uyğunluq. 2. Mükə-

mməl tərcümə həm də adekvat tərcümə kimi başa düşülməlidir. 



Müqayisəli dilçilik – 

bu, dilçiliyin elə sahəsidir ki, orada 

məqsəd iki və bəzən də genetik cəhətdən bir neçə qohum və qohum 

olmayan dillərin aralarında dil strukturunun bütün səviyyələrindəki 

uyğunluq (ümumi) və uyğunsuzluğun (fərqli) müqayisəli  şəkildə 

öyrənilməsi ilə məşğul olur. 



Müqayisəli linqvistika – 

bax: müqayisəli dilçilik. 



Müqayisəli-tarixi dilçilik – 

bu, dilçiliyin elə bir sahəsidir ki, 

onun obyekti bir-biri ilə genetik cəhətlərdən bağlı olan qohum 

dillərdir ki, onların arasında münasibətləri (uyğunluqları) və onların 

zaman və məkanı çərçivəsində təkamülünün təsviri verilir. 

Münasibət 

– predmetlər, proseslər və əlamətlər arasında mə-

na əlaqələri ifadə edən semantik kateqoriya. 

Mündəricat – 

kitabın  əlyazma hissələrini, yaxud fəsillərini 

təşkil edən məzmunun sadalanması. 

Mürəkkəb dillər 

– dünyada ən çətin dil aşağıdakı dillər hesab 

edilir: hippev - bu Minnesota Şimali Amerika hindularının dilidir ki, 

bu dildə fel formalarının maksimal sayının- 60 minə  qədər ol-

duğunu, hayda – bu dil də Şimali Amerika hindularının dilidir ki, bu 

dildə sözün 70 minə  qədər ön şəkilçiləri vardır? Tabasaran – Da-

ğıstanda yaşayan tabasaranlıların dilidir ki, ismin 37 halı məlumdur. 

Bununla belə, Çin dili də son dərəcə mürəkkəbdir, çünki bu dildə 50 

minə yaxın heroqlif vardır. 

Mürəkkəb sintaktik bütöv – 

müstəqil cümlələrdən yaranan, 

struktur-məna korrelyasiyası xas olan sintaktik vahiddir; o, kon-

tekstdən çıxarış edildikdə belə öz sintaktik müstəqilliyini qoruyub 

saxlayır. 

Müsbət nitq situasiyası – 

nitq situasiyasının elə hissəsidir ki, 

o məlumatın tam şəkildə verilməsinə kömək edir və situativ infor-

masiyanın mənbəyi olur. 

 

62

Mütləq tezliyin toplanması – 



bu, korpusda lüğət vahidlərinin 

ümumi sayını, daha doğrusu, lüğət vahidlərində seçilmiş məcmuyun 

həcmini göstərir. 

 

 





 

Nağıl – 

hər hansı  şeyin (mətnin) məzmununun  şərhi. Müqa-

yisə et: dəyişdirmə (uyğunlaşdırma). 

Natiq nitqi – 

1.Çoxsaylı auditoriyaya yönəlmiş müraciət, ya-

xud nitq. Buna görə  də o xüsusi keyfiyyət tələb edir: müəyyən və 

bərabər səsin təmin olunması, xüsusi sintaktik quruluş, xüsusi leksik 

vasitələr və s. 2. Kollektiv dinləyiciyə ünvanlanmış məhsuldar nitq, 

o sinxron, yaxud ardıcıl tərcümə olunur. 



Natiq nitqinin tərcüməsi 

– natiq nitqi dinləyiciyə istiqamət-

lənmiş nitqdir ki, ona müəyyən fonetik, xüsusən ritmik tələblər ve-

rilir. Tərcüməyə  də eyni tələblər verilir. Tərcümə üçün olduqca 

zəruridir ki, səslənən nitqin bir yerə toplanmışlarını müəyyənləşdi-

rib qaydaya salmaq üçün gözə daha çox çarpan təkrarlar-səslər

cümlənin gedişini çətinləşdirən eyni yaxınlıqda, məsafədə qa-

fiyələnən sözləri, söz birləşmələrini seçib ortaya çıxarmaq lazımdır. 

Natiq nitqinin ən mühüm tələbi cümlənin cedişini çətinləşdirmək və 

ağırlaşdırmaq yox, onu yüngülləşdirməkdən ibarətdir. Odur ki, 

onların tərcüməsi zamanı uzun-uzadı budaq cümlələrin is-

tifadəsindən qaçmağa meyilli olmaq vacibdir. Natiq nitqinin təş-

kilində parallelizm və  təkrarlar kimi sintaktik vasitələr  əsas rol 

oynayır. Elə buna görə də ağıllı və düşünülmüş tərcümə zamanı il-

kin mətndə olan ümumi təkrarların sayından kənarlaşmaq da olar. 

Müəllifin yaradıcı şəxsiyyətinin fərdi özünəməxsusluğu ilə bağlılıq 

burada onun nitqinin üslub formasında özünü göstərməsidir, odur 

ki, o janr üçün spesifik olan müvafiq formada yerinə yetirilir. 



Neologizmlər – 

1. Dildə, bəzən isə verilmiş  hər hansı kon-

tekstdə müvəqqəti, okkazional (fərdi) yaranmış, bəzən bu və ya di-

gər vaxt (dövr) ərzində özünə yer almış sözlər. Neologizmlərin tər-




 

63 


cüməsində tərcüməçi oxucu qavrayışı üçün daha səmərəli anlayışla-

rın verilməsinə söykənir. Başlıca vəzifə yeni anlayışın mahiyyətini 

verə bilməkdir. Neologizmlərin tərcüməsi bəzən tərcümə dilində 

yeni terminlərin, müvafiq anlayışların yaranması ilə bağlıdır. 2. İki-

dilli tərcümə lüğətlərində qeyd olunmamış, yaxud dildə mövcud 

olan sözlərin yeni mənalarının qeyd edilməmış yeni sözlər. 



Neologizmlər lüğəti – 

bu, elə yeni sözlər lüğəti deməkdir. 



Neologizmlər tərcüməsi – 

bax: neologizmlər. 



Nəql etmə – 

bu, təsvirə əks olub, müxtəlif zaman kəsiklərində 

gedən hadisələrin təsviridir ki, onlar bir-birinin ardınca gedir, yaxud 

bir-birini  şərtləndirir; bu, monoloji müəllif nitqinin başlıca 

hissəsidir. 

Nəzarət mexanizmi və  nəticələrin korrektə edilməsi – 

mütərcimin bu və ya digər tərcümə variantını seçərkən özünə inamı 

olmadığı zaman istifadə olunur. O, özündə deyimin məzmununun 

sintaktik və leksik səviyyəsini birləşdirə bilər. Mütərcim öz 

fəaliyyətinə şüurlu olaraq nəzarət edir. 

Nisbi bilinqvizm – 

süni bilinqvizm nəticəsində iki dildə nis-

bətən sərbəst danışan şəxs; ikidilliliyin nisbi xarakteri, dillərdə da-

nışma xarakteri. 



Nisbi sinonimlər – 

quruluş və məna etibarı ilə uyğun olan se-

mantik konstruksiyalar. 

Nisbi tezlik – 

Bu, mətnin (korpusun) elə hissəsini lüğət 

vahidinin faizlərlə  təmin etməlidir və ödəməlidir ki, bununla onun 

mühümlüyünü müəyyənləşdirmək olsun. 



Nitq – 

1. Prosesində dilin funksionallığının kommunikasiya 

prosesində informasiyanın verilməsi verilməsi. 2. Dilin köməyi ilə 

ünsiyyətin bu və ya digər növüdür ki, o, öz xassələrinə görə vəziy-

yətlə  və kommunikasiyasının məqsədi ilə müəyyənləşir. 3. 

Aktuallaşma və kontinuumla xarakterizə olunan çoxsaylı  mə-

lumatlar arasında uyğunluq sistemi. 4. Nitqi, dili tətbiq edən da-

nışanın konkret dil kollektivində digər onun üzvləri ilə qarşılıqlı 

fəaliyyəti. 5. Müxtəlif, rəngarəng, dil vasitələrinin mürəkkəb 

məzmununu vermək üçün istifadə olunan danışıq prosesidir ki, o, 

 

64

informasiyanın özü ilə  bərabər (yanaşı), dinləyiciyə müraciət 



(çağırış) deməkdir ki, onu (cavaba müvafiq) hərəkətə təhrik edir. 

Nitq axının makroseqmentasiyası – 

sintaqmların, frazaların, 

yüksək fraza vahidlərinin nitq deyiminin seqmentasiyası. 

Nitq dil vahidi – 

bu elə nitqdə  və dildə dil vahidlərinin və 

nitq vahidlərinin birliyi deməkdir. 

Nitqin əsəri – 

sözlərdə ifadə edilmiş fikir, bu başlıca fikri ifa-

də edən sonuncu cümlə, cümlənin hissəsi, yaxud hər hansı bir fikri 

açan cümlənin bəzi hissəsinin cəmi ola bilər. Nitq əsərində fikir 

müəyyən bütövlüyə malik olur, buna görə  də biz nitq əsərinin hər 

hansı növünü fikrin dil ifadəsi vahidi kimi nəzərdən keçirməliyik. 

Digər tərəfdən, nitq əsəri dil çərçivəsində olur və buna görə də dil 

elementlərinin öyrənilməsi və onun üzərində müşahidə, daha 

doğrusu, onun strukturu üzərində müşahidə də istifadə oluna bilər. 

Bax: nitq əsəri. 



Nitq janrı 

– müvafiq məzmunun verilməsində diskursiv prak-

tikalardan istifadə ssenarisidir və konkret kommunikativ məqsədlə 

əlaqədardır. Nitq janrları üslubiyyat çərçivəsində funksional üslub-

lar formalaşdırır.  

Nitq fəaliyyəti – 

1. Müxtəlif dilçilik, psixologiya, fiziologiya 

və s. elmlərin predmeti kimi eyni zamanda çıxış edən (nitqin bir 

əsər kimi təqdim olunmasından fərqli olaraq) nitq prosesi. 2. Dil 

nitq bacarığının ictimai kollektiv tərəfindən mənimsənilən, bu baca-

rığın həyata keçirilməsi və nitq aktının iştirakçısı kimi dinləyicini 

özündə birləşdirən zəruri  şəraitlərin cəminin məcmuyu. 3. Fərdin 

nitqi, fərdi nitq. 4. Hər hansı məqsədə çatmaq üçün istiqamətlənmiş 

nitq fəaliyyəti və  hərəkətlərin daha üstün sistemi. Tərcümə yazı, 

oxu, danışıq və eşitmə ilə yanaşı nitq fəaliyyətinin növlərindən biri-

dir. 5. Dilin köməyilə  həyata keçirilən fəaliyyət. Yalnız nitq hə-

rəkətlərini özündə birləşdirən fəaliyyət mövcud deyildir. Nitq hə-

rəkətləri bütün hallarda zehni, hərəkətedici və s. çarpazlaşır. 

Nitq fəaliyyətinin müxtəlif növləri 

– oxu, danışıq, tərcümə, 

redaktə, referat çıxarma, korrektor işi və s. kimi ola bilər. Əgər nitq 

fəaliyyətinin professional növlərini atsaq, o zaman dörd əsas nitq 




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə