Microsoft Word Tercumeshunasliq lugeti fin doc



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə12/41
tarix02.10.2017
ölçüsü1,1 Mb.
#2597
1   ...   8   9   10   11   12   13   14   15   ...   41

 

45 


zamanın fərqlərinin realizasiyası zamanı kommunikativ yerdəyiş-

mələr və kommunikativ situasiyalar gözlənilməsini tələb edir. 



Qəzet mətninin tərcüməsi – 

orijinala tamamilə sadiqliyə ria-

yət etmək prinsipi ilə  qəzet mətninin tərcüməsi. Bununla belə, qə-

zet-siyasi klişesində (qəbul olunmuş terminologiya və «qrammatik 

birləşmələr») praktikaya söykənməklə  tərcümə. Bu tələblər çər-

çivəsində  qəzet mətninin tərcüməsi orijinala maksimal dərəcədə 

yaxın olmalıdır. Bununla belə, qəzet tərcüməsinin əsas vəzifələri – 

məzmunu əks etdirməkdir. Odur ki, qəzet materialının tərcüməsində 

metoforiklik və digər  ədəbi üsulları saxlamaq o qədər də  zəruri 

deyildir. 



Qiymət – 

danışanın mühakiməsi, onun münasibəti-bəyən-

məsi, yaxud bəyənməməsi, arzu, istək, mükafatlandırma və s. bütün 

bunların hamısı üslubi konnotasiyanın əsas hissələrindən biridir. 



Qiymət diskursu – 

aksioloji, makrostrateji mətnlərin cəmi, 

bu mətnlərin (qiymətləndirilməsi) müxtəlif növlü ekstralinqvistik 

amillərin-siyasi, ideoloji, mental, tarixi, kulturoloji, psixoloji və s. 

təsiri altında olur. 

Qohum dillər – 

mənşəcə ümumiliyi izah edilən və oxşar xü-

susiyyətləri olan dil. 

Quruluş – 

mürəkkəb sintaktik vahidlərin hissələrinin qram-

matik münasibətləri. 

 



 

Layihəli qrammatika – 

tamın komponentlərini təşkil edən 

qaydalar toplusunu formalaşdıran proses. 

Leksikanın semantizasiyası – 

leksik vahidlərin mənasını 

açan leksik daxil olma mərhələsində mühüm tədrisi hərəkət (fəaliy-

yət). Semantizasiya qismən – denotativ, situasion, (yaxud) işarə əla-

qələrinin qurulması – və tam (bütöv) əlavə siqnikativ və fon əlaqə-

lərinin formalaşması ola bilər. 

 

46

Linqvistikaönü – 



fonetika (fonologiyadan fərqli) nitq səsləri-

nin xassələrinin fonoloji (semioloji) öyrənilməsində əvvəlcədən nə-

zərdə tutulmuş mühüm mərhələ. 

Linqvistik terminlər lüğəti – 

dilçilik terminləri və onların 

izahını göstərən lüğət. 

Linqvostilistik sistematik tamlığı – 

sistem o zaman tam he-

sab olunur ki, o kommunikativdir və öz vasitələri ilə konkret fənn 

sahəsində olan əlaqələrdəki hər hansı faktı  təsvir etmək imkanına 

malikdir. Belə olduğu halda, bütün dil sisteminə mütləq tamlıq xas-

dır, daha doğrusu, bütün təbii dil (milli miqyasda). Nisbi tamlıq ya 

konkret fənn sahəsindən olan süni dilə (riyazi dil, alqol, kobol, beysik 

və s.), ya da onun bəzi xüsusi sistemaltlarına (dilaltına) xasdır. 



Lüğət – 

əlifba sırası ilə, izah və  şərhlə olunan, yaxud digər 

dilə tərcümə edilən sözlərin sırası. 

Lüğət məqaləsi – 

lüğətdə başlıq sözü bildirən və izah edən 

məqalə 

Lüğət sözformalarının yeniləşdirilməsi – 

mühəndis linqvis-

tikasında sözformaları siyahısının yeniləşməsi ardıcıl axtarış yolu 

ilə  və müxtəlif sözformaları korpusunun seçilməsi, onların tezliyi-

nin bir yerə yığılması və bir siyahıda müxtəlif söz formalarının bir-

ləşdirilməsidir. Bu məqsədlə yeni massivdən sözformalar seçilir və 

onun ekvivalentlərinin axtarışı  təşkil edilir. Əgər identik (uyğun) 

sözforma tapılmışsa, belə olduğu halda onların tezliyi bir yerə top-

lanır;  əks halda sözforma əsas siyahıya  əlavə yazılır. Sözformaları 

massivləri nəzərdən keçirildikdən sonra baş verir. 



Lüğət yuvası – 

bir lüğət məqaləsi  şəklində  təqdim olunmuş 

eyni kökdən olan sözlər qrupu. 

Lüğəvi (lüğət) uyğunluğu – 

lüğətlə müəyyənləşdiriləcək lü-

ğət uyğunluğu. 

 

 





 


 

47 


Makrolinqvistika – 

1. Dili «makroskopik» səviyyədə, daha 

doğrusu, onu geniş planda statistik metodlarla tədqiq edən dilşunas-

lıq sahəsi. 2. Dilşünaslığın mikro və makrolinqvistika bölgülərinin 

mövcudluğu kompleksi və onun vahid şəkildə nəzərdən keçirilməsi. 

Makrotərcümə – 

tərcümə yerdəyişmələri, daha doğrusu, bir 

dil səviyyəsindən digərinə, bir kateqoriyadan digərinə keçid. 

Marker 

– 1. Nəyinsə göstəricisi, məsələn, cəm halın göstəri-

cisi; 2. Nəyə isə işarə; 3. Siqnal işarəsi; 4. Oriyentir işarəsi. 

Markirələnmiş – 

1. Tam, aydın, müsbət dil ifadəsinə malik 

olan; 2. Nişanlanmış, qeyd olunmuş, tərtib olunmuş. 

Maşın dövriyyəsi – 

1. Mühəndis linqvistikasında mətn seq-

menti (söz birləşməsi), sözformaları lüğətlərinin köməyi ilə adekvat 

(bərabər) konfrontasiyaya, ziddiyyətə girə bilməməsi və o konteks-

tual leksik-qrammatik və funksional-semantik təhlil nəticəsində 

bölünür; 2. Giriş dilinin markalanmamış (markirə edilməmiş) va-

hidi. 3. Bu, maşın (avtomatlaşdırılmış) lüğətinin elə ehtiyacı üçün-

dür ki, burada müxtəliflik və izomorfluq və mövcud standart proq-

ramların hazırkı maşın lüğətlərinin köməyi ilə aradan qaldırıla bil-

məz; belə olduqda adekvatlıq bütün səviyyələrdə bütün dövrənin 

maşın (avtomatlaşmış) lüğətinin leksik vahidi kimi onun ikonik 

konfrontasiyası ilə əldə olunur. 



Maşın interpretasiyası (maşın lüğətinin leksik əsası) – 

bu 


leksik vahidlərin xüsusi kodlaşmış  cədvəllərin qaydaya müvafiq 

olaraq kodlaşması prosesini özündə birləşdirir. Bu cədvəllərin və iş-

lənib hazırlanmış qaydaların köməyi ilə sözlüyün hər leksik vahidə, 

onların leksik-qrammatik və leksik-semantik kod göstəriciləri ve-

rilir. İlkin kod (göstəriciləri) işarələri ardıcıl olaraq sıxılmış (müxtə-

sərləşdirilmiş) koda və ikinci dərəcəli sıxılmış kodlar və para-

diqmlərin sıxılmış xüsusi cədvəllərə görə sıxılması ilə kompressiya 

olunur. Bununla maşın lüğətində daha kompakt (müxtəsər) yazıya 

alma təmin olunur. Maşın interpretasiyası  nəticəsində baza dilinin 

(dilaltının) leksik vahidi maşın lüğətinin lüğət vahidinə çevrilir, 

maşın lüğətinin leksik əsası isə giriş  və  çıxış sözlüyünə transfor-

masiya olunur. 

 

48

Maşın köməyilə tərcümə 



– bu elə avtomatlaşlaşdırılmış tər-

cümədir ki, (EHM) bu zaman maşın yaddaşı redaktə vasitələri ilə 

ikidilli lüğətə uyğunlaşdırılıb qurulur və maşın tərcüməçinin kö-

məkçisi kimi çıxış edir və  tərcümə  əl ilə, yaxud kompüterlə (dis-

pleydə) həyata keçirilərkən avtomatlaşdırılmış ikidilli lüğət kimi çı-

xış edir. 



Maşın lüğəti – 

1. Maşın tərcüməsi sisteminin hər hansı mü-

hüm hissəsi; 2. Hər hansı sahmana salınmış leksik informasiyanın 

sonuncu massivində nisbətən avtomatlaşdırılmış  şəkildə  təchiz 

olunmuş proqramın və ona əlavələr olması ilə EHM yaddaşında 

yerləşdirilmiş siyahı, cədvəl, yaxud digər siyahı; 3. Sözlər haqqında 

zəruri informasiyanın maşınla axtarışının həyata keçirilməsi məqsə-

dilə xüsusi şəkildə  təşkil olunmuş lüğət massivi. Əksər hallarda 

maşın lüğəti dedikdə sözlər haqqında informasiyanın elə quruluşunu 

və informasiya verilməsini nəzərdə tutur ki, ondan mətnin 

avtomatik işlənib hazırlanması zərurəti yaranır. 

Maşın tərcümə – 

1. EHM köməyi ilə verilmiş proqram əsa-

sında mətnin avtomatlaşdırılmış  şəkildə  tərcüməsi; 2. Dilçiliyin 

linqvistikanın  əsas müddəaları  və metodlarını  işləyib hazırlayan 

tərcümə  nəzəriyyəsi; 3. İkidillik (qoşadillik) situasiyası  şəraitində 

avtomatlaşdırılmış informasiyanın işlənib hazırlanması – mətnin bir 

təbii (insan) dilindən digərinə çevrilməsi; 4. Maşının (EHM, kom-

püterin) köməyi ilə tərcümə; 5. İkidillik (qoşadillik) situasiyası şəra-

itində texniki vasitələrin bütün mərhələlərində istifadə (və inkişaf) 

informasiyasının ümumi prosesinin işlənib hazırlanması; 6. Mətnin 

bir dildən (təbii, yaxud süni) digər dilə (təbii, yaxud süni) elektron 

rəqəmli hesablama maşınlarında həyata keçirilən tərcümə prosesi. 



Maşın tərcüməsi – 

elektron-hesablama maşınlarının yadda-

şından istifadə edən tərcümə. Bu, orijinalın dil sisteminin leksik ele-

mentlərinin və tərcümənin dil sisteminin leksik elementlərinin izo-

morfizm proqramı. Tərcüməçi – maşının köməyi ilə realizə olunur. 

Maşın vaxtı – 

1. EHM-da alınmış informasiya siklinin tam 

şəkildə işlənib yerinə yetirilməsinə sərf olunan vaxt; 2. EHM-da iş 



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə