Microsoft Word Tercumeshunasliq lugeti fin doc



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə11/41
tarix02.10.2017
ölçüsü1,1 Mb.
#2597
1   ...   7   8   9   10   11   12   13   14   ...   41

 

41 


(linqvistikası) nöqteyi-nəzərdən leksik-qrammatik və funksional - 

semantik təhlil konteksti nəticəsində hissələrə bölünən bu seq-

mentlər maşın dövrəsi olur. 

Keçirmə 

– 1. Bu tərcümənin elə bir mərhələsidir ki, orada tər-

cüməçi ilkin məlumatda olanın nüvəsinə yaxın uyğunluq tapa bilir. 

2. Bu, semantik transformasiyadır ki, o çarpazlaşan anlayışların 

əvəzedilməsinə əsaslanır. 

Keyfiyyətsiz tərcümə – 

bu, o zaman baş verir ki, tərcüməçi 

öz peşəkar fəaliyyətinə lazımınca yanaşmır, hazırlaşmır, yaxud heç 

də  zəruri fərdi - bədii qabiliyyətini öz fəaliyyətinə  tətbiq etmir. 

Mətn səviyyəsində keyfiyyətsiz tərcümə subinterpretasiya, yaxud 

ilkin mənbənin, orijinalın ideya – bədii xüsusiyyətlərinin düzgün 

dərk olunmamasında özünü göstərir. Tərcümə prosesi əslin mətni-

nin bədii xüsusiyyətlərinin neqativ şəkildə yerdəyişməsi, yaxud 

mətnin üslubi nivelirovkası ilə müşayiət olunur. Oxucu nöqteyi-nə-

zərindən keyfiyyətsiz tərcümə bədii-kommunikativ kanalları bağla-

ya bilməklə, xarici müəllifin yaradıcılığını gözdən sala bilər və bu-

nunla da onu uzun müddət ərzində vətən ədəbiyyatı və ədəbi səviy-

yə kontekstindən ayıra bilər. 

Kiçik sistemaltları (dilin yarımsistemləri) 

– bütöv, sonuncu 

və  bəzi hallarda formal məhdudlaşdırılmış sistemaltılar. Nisbətən 

aydın parametrlərlə ifadə olunan kiçik funksional sistemaltılar (ya-

rımsistemlər), məsələn, telefon məlumatları, qəzet elanları və s. Ki-

çik sistemaltıların (yarımsistemlərin) – xüsusi dilaltıların (yarımdil 

sistemlərinin) öyrənilməsi müəyyən universal prosedur əsasında hə-

yata keçirilir. Burada bu və ya digər kiçik sistemaltıların (yarımsis-

temlərin) onların optimal prosedurunu özündə təhlilin iki mərhələ-

sini – qeyri-alqoritmi və alqoritmi birləşdirən spesifik xassələrinin 

işlənib hazırlanması nəzərdə tutulur. 

Kino/video materiallarının tərcüməsi – 

işin məqsəd və xa-

rakterindən (auditoriya üçün, dublyaj, səsləndirmə  və s. üçün tər-

cümə) asılı olmaqla, o özündə sinxron, ardıcıl və yazılı tərcümənin 

xüsusiyyətlərini əks etdirir. 

Kodsuzlaşdırmaq– 

bax: kodsuzlaşdırma

 

42

Koqnitiv dilçilik 



– informasiyanın transformasiyasında və 

kodlaşdırılmasında rol oynayan işarələr sistemi kimi dil bu istiqa-

mətin mərkəzində durur. Bəzi tədqiqatçılar koqnitiv dilçiliyi yeni el-

mi paradiqma kimi səciyyələndirirlər.  



Kommunikativ akt – 

van Deykin fikrincə, ayditiv aktdan 

(yaxud dinləyən aktdan) və kommunikativ situasiyadan ibarətdir. 

Kommunikativ intensiya 

– kommunikativ məqsəd-məram 

İntensiya (lat. intentio) fəlsəfi elmlərin terminoloji aparatından gö-

türülmüşdür.   



Kommunikativ kompetensiya – 

şəxsi cəhətlərin və imkanla-

rın insanın kommunikativ fəaliyyətini təmin edən, eləcə  də dil və 

dildənkənar bilik və bacarıqların məcmusu. 



Kommunikativ mövqe – 

ekspediyentin, ötürücünün məluma-

tı (mətni) kodlaşdırılma və yenidən kodlaşdırma zamanı tutduğu 

mövqe. Tərcümə kommunikasiyası aktında tərcüməçi məlumatın, 

yaxud orijinal mətnin kodlaşdırılmasında iştirak edir (bu, tərcümə 

prosesinin analitik mərhələsidir) və bunun nəticəsində yeni mətn ya-

ranır. Tərcüməçi məlumatın yenidən kodlaşdırılması və bu kodlaş-

dırma həm də orijinalın tərcümədə yenidən kodlaşdırılması adlanır. 

Tərcüməçinin kommunikativ mövqeyinin bir tərcüməçinin mətndə 

müəyyən obraz sistemi, yaxud üslubunun dinamik konfiqurasiyası 

vəziyyətini  ədəbi kommunikasiyasının diferensiyasiyasına canatma 

kimi xarakterizə etmək olar. 



Kompensasiya priyomu (tətbiqi) – 

1. Tərcümə edilən dilə 

xas olan vasitələrlə semantik-üslubi cəhətdən itirilənlərin tərcümədə 

doldurulması (bərpası). 2. Tərcümə dilindəki vasitələrlə heç də  nə 

tərcümə  mətnində, nə  də orijinalda mütləq eyni yerində  həyata 

keçirilməyən labüd semantik, yaxud üslubi cəhətdən itirilmişləri 

doldurmaq üçün tətbiq edilən tərcümə priyomu. 

Kompilyativ tərcümə – 

əvvəllərdən mövcud olmuş tərcümə-

lər əsasında aparılan tərcümələr. 

Komplementar əlaqə – 

mətn köməkçilərinin əlavələri və ta-

mamlamaları ilə (qeyd, kommentari, izah, ön söz) protomətnin in-

kişaf edən invariantının xüsusiyyətləri, mətnlərarası münasibətlər. 




 

43 


Konstitutiv yerdəyişmə – 

qaçılmaz yerdəyişmə, bu, əsasən, 

tərcümə zamanı iki dil arasında, iki poetika, iki sistem-orijinal və 

tərcümədə həllolunmaz fərqlər zamanı ortaya çıxır. 



Kontroverz metamətn – 

neqativ protomətnə polemik söykə-

nən. Kontroverz metamətn öz protomətni haqqında orijinalın 

(parodiyanın) tipik xüsusiyyətlərinin modelləşməsi haqqında in-

formasiya verir. Kontroverz metamətn eyni zamanda imitasiya üsu-

lunu istifadə edə bilər, yaxud o dialektik olaraq hər iki prinsipi – 

affirmativ və kontroverzi dialektik şəkildə birləşdirə bilər. 

Klişe – 

kitab nəşrindən götürülmüş ifadələrin pejorativ 

mənada işlədilməsi. Bunları bəzən streotip ifadələr də adlandırırlar.  

Kütləvi kommunikasiya – 

texniki vasitələrin köməyi ilə in-

formasiyanın daha çoxsaylı auditoriyaya istiqamətlənməsi, cəmiy-

yətdə mənəvi dəyərlərin təsdiq olunması məqsədilə informasiyanın 

yayılması prosesi və qiymətə, fikrə  və insanların davranışına 

ideoloji, siyasi və iqtisadi, yaxud təşkilati təsir. 



Kvazimeta mətn – 

təxəllüs, daha doğrusu, bu, müəllif mətni-

nin özünün olmayan – «orijinal» tərcümə yerinə vermə situasiya-

sıdır. Kvazimeta mətn müəllifin kommunikativ strategiyasının nə-

ticəsidir ki, o, metamətni qəbul etməyə istifadə üçün qurulmaya isti-

qamətlənmiş, eləcə  də öz (fərdi) xüsusi mətnin və onun kommu-

nikativ dönərliliyin yaranmasıdır. 

 

 



 

Qabaqcadan istiqamətlənmə – 

sinxron tərcümədə  tərcüm-

ləyə olan sosial sifarişin tərcüməçinin şüurunda subyektiv inikasına, 

kommunikativ akt iştirakçılarının motiv və  məqsədlərinin forma-

laşması haqqında təsəvvürlər və  tərcümə üçün nəzərdə tutulmuş 

ilkin mətnin məzmun və forması haqqında müddəaların irəli sürül-

məsi. 

Qabaqcadan tərcümə edilmiş  mətnin sinxron oxunuşu – 

sinxron tərcümə növlərindən biri. Tərcüməçi  əvvəlcədən hazırlan-

 

44

mış yazılı tərcümə mətnini əgər natiq ilkin tərcümə mətnindən kə-



narlaşırsa, mühüm korrektivlər  əlavə etməklə, natiqin nitqinin 

gedişinə uyğun olaraq oxuyur. 



Qanadlı sözlər və ifadələr lüğəti – 

sözlərin  əlifba sırasında 

izahla qurulmuş ədəbi sitatlar və obrazlı ifadələr. 

«Qara qutu» metodu – 

orijinal mətnin tərcümə  mətni ilə 

ölçülməsi və müqayisəsi tərcümə prosesinin tədqiqat metodlarından 

biridir. 



Qarışdırma (səhv salma) – 

konkret verilmiş anlayışın yerinə 

eyni cinsli anlayış hədlərində qarışıq anlayışdan istifadəyə əsaslan-

mış semantik transformasiya. 



Qarışıq situasiya – 

çoxdilli ünsiyyətə EHM-nın köməyi ilə 

öyrədilmə şəraitində informasiyanın işlənib hazırlanması, daha doğ-

rusu, tədris situasiyasında eyni öyrənilən dildə, yaxud iki – doğma 

və öyrənilən dildəki informasiyanın sistemlərdə, dövr etməsidir. 

Belə hallarda nümunə kimi xüsusi təyinatlı muxtar sistemlər, daha 

doğrusu, təlimin linqvistik avtomatlarındakı sistemlər ola bilər. 

Qarışıq tərcümə – 

1. Avtomatlaşdırılmış lüğətin köməyilə 

aparılan ənənəvi tərcümə. 2. Mətnin xeyli dərəcədə ənənəvi dəyişil-

məsinin köməyi ilə aparılmış avtomatlaşdırılmış tərcümə. 



Qayda – 

bu, üsul, yaxud dil ifadəsini nümunəvi seçib təklif 

edən müxtəsər zəmanət. 

Qeyd olunan – 

ətraf mühitdə, həyat daxilində sözlə seçilən ob-

yekt (predmet, hadisə, əlamət) denotat. Bax, həm də – işarələnən. 

Qeyri-bədii tərcümə – 

bax: xüsusi tərcümə. 



Qeyri-ekvivalent  konstruksiyalar – 

konstruksiyalar qeyri-

ekvivalent, digər dildə analoji sintaktik forma olmadıqda, həm də 

cümlənin strukturunun məntiqi qeyri-bərabərliyi (bərabərsizliyi) nə-

ticəsində ola bilər. 

Qeyri-kommunikativ deyim 

– onun başlıca məzmunu hiss 

və emosiyaların ifadəsidir. 

Qeyri-sərbəst hərfilik – bax

: hərfilik qeyri-sərbəst. 



Qəbulediciyə görə  tərcümə – 

bu, metakommunikasiyadır. 

Semiotik aspekt tərcümə zamanı müvafiq mədəniyyətdə  məkan və 



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə