Microsoft Word Tercumeshunasliq lugeti fin doc



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə13/41
tarix02.10.2017
ölçüsü1,1 Mb.
#2597
1   ...   9   10   11   12   13   14   15   16   ...   41

 

49 


vaxtının kəmiyyət ölçüsü avtomatlaşdırılmış maşın lüğəti – bu, ma-

şın lüğəti kimi başa düşülməlidir. 



Mexaniki tərcümə – 

sözbəsöz tərcümə ilə eynidir. 



Mexanikləşdirilməmiş proses – 

ikidillik şəraitində hər hansı 

texniki vasitələrin tətbiqini nəzərdə tutmayan informasiyanın işlənib 

hazırlanması; o qeyri-maşın, yaxud «əl ilə» yerinə yetirilir. 



Merizm - 

diferensial əlamətlərin ölçü (səviyyə) vahidi. 



Metadil – 

1. «İkinci qəbildən» olan dil, daha doğrusu, dil 

haqqında danışılan dil (dil-obyekt); 2. Bu elə bir dildir ki, onun 

obyekti digər dilin məzmunu və ifadəsidir; 3. Təbii milli dili əvəz 

edən dil. Əksər hallarda bu elm və texnikanın hər hansı məhdud sa-

həsində  qəbul edilmiş xüsusi dildir. Dilçilər metadilə dilinionların 

«adəti, modallığı, dodaqlanmayan səsi» və s. aid edirlər. 

Metaədəbiyyat – 

ikinci, törəmə  ədəbiyyat, mətnlər arasında 

modelləşdirici münasibətlər prinsipi əsasında yaranan ədəbiyyat. 

Metaədəbiyyat affirmativ formada oxucu kommunikasiyası nöqteyi-

nəzərdən nisbətən müstəqil çıxış edə bilər (o ilkin nümunənin bilin-

məsini, yaxud əksinə – bilərəkdən oricinalı qabaqcadan əvəz edir). 

Kommunikasiya zamanı metaədəbiyyat, kontroverz formada öz tam 

konkretləşməsi üçün orijinalı bilməni nəzərdə tutur. Müəyyən 

şəraitlərdə metaədəbiyyat sonrakı  ədəbi proses üçün mənbə ola 

bilər. 



Metafora – 

hər hansı gerçəklik modelinə müvafiq olaraq in-

san təfəkkürü ilə müəyyənləşən və alternativlərin hər hansı qərarlar-

ın qəbulu prosesinə təsir edən dil fenomeni. 



Metaforalaşma (metaforizasiya) – 

sözün məna tutumunun, 

ondakı  məcazi mənaların yaranmasına görə genişlənməsi və onun 

ekspressiv xassələrinin güclənməsi. 



Metakommunikativ aspekt – 

metakommunikasiya prosesin-

də metakommunikativ vektorların qoyulma üsulu. 

Metakommunikativ subyektin reallığa münasibəti – 

ənənə-


yə, mətnin reallıq-ənənə oxu üzərində qəbuledicinin mətnə və real-

lığa münasibətindən haqqında söhbət gedir. 

 

50

Metakommuniasiya – 



törəmə, ikinci kommunikasiya. Meta-

kommunikasiya funksiyası – orijinalın invariant xüsusiyyətlərinin 

inkişafı, yaxud onların ikinci törəmə mətndə, metamətndə rədd edil-

məsi (protomətn). 



Metalinqvistska – 

dilin məzmun tərəfini ünsiyyətdə olan 

kollektivin təfəkkür və ictimai həyatla əlaqədə olan xüsusiyyətlərini 

öyrənən dilçilik sahəsidir. O, dil ünsiyyətində olan kollektivi 

linqvistik vahidlərin mahiyyətinə daxil olma fəaliyyətinin mühüm 

şərti və qanunauyğunluqları kimi öyrənir. 



Metalinqvistik funksiya – 

1. Kommunikativ aktda istifadə 

olunan «koda», daha doğrusu, dilə özünü istiqamətləndirmiş funk-

siya; bu,dil məlumat predmetinə çevrildikdə başlıca funksiya daşı-

yır; 2. Linqvistik kateqoriyalara keçidi bildirən funksiya; 3. Linqvis-

tik sistemin təsvirinə xidmət edən linqvistikaüstü sistemin təsvirini 

göstərən funksiya. 

Metamətn – 

protomətn modeli, əlaqə məhsulu, mətnarası in-

variantın iki mətn arasında mövcudluq üsulu. 

Metamətn subyekti – 

mətn yaradıcılığı prosesində müəllif 

strategiyasının ortaya çıxmasına müvafiq olan kommunikativ sub-

yekt və onun aktlararası əlaqələrdə iştirakı. Metamətn subyekti mət-

nin müvafiq səviyyələrində özünü açıq aydın, yaxud gizli şəkildə 

predmeti affirmativ, yaxud kontroverz münasibətdə göstərə bilər. 

Bu iştirakın xarakteri dialektik münasibətlərin  əlaqə prinsipində 

özünü göstərə bilər. 



Metamətnlərin tipologiyası – 

müəllif və oxucu subyektləri-

nin yaradıcılığında iştirak dərəcəsinə uyğun olaraq müəllif metamət-

ni, kvazimetamətni və oxucu metamətnləri fərqləndirilir. Meta-

mətnlər tipologiyası struktur və kommunikativ prinsiplərə söykənir. 

Metaşeir – şeir haqqında şeir 

– ikinci, törəmə poetik mətn. 

O, ədəbi aktivliyi modelləşdirir (C.S. Xolmsa məxsus termin). 

Metonimiya – 

bir  əşyanın adının digər  əşyanın (predmetin) 

yerinə onların arasındakı zahiri və yaxud daxili əlaqəyə görə işlən-

məsi. 



 

51 


Metrika ( ölçü) – 

1. Şeirşünaslıq nəzəriyyəsi; 2. Şeirşünaslıq 

sistemi. 

Məcazi məna – 

nitqdə adətən, yaxud təbii referent olmayan 

predmeti bildirən nitqdə şüurlu istifadə nəticəsində sözün qazandığı 

məna. 


Məişət-danışıq dili – 

bu, elə xalq-danışıq dili deməkdir. 



Məişət-danışıq koynesi – 

üstün dialekt əsasında  əmələ 

gəlmiş ümumi dil, bu, elə xalq-danışıq dili deməkdir. 

Məkan əlaqəsi – 

qarışıq hadisələrlə bütün istiqamətlərdə qar-

şılıqlı əlaqədə olan uzunluğun məhdudlaşmayan əlaqələri. 

Məkan münasibətləri markerlər - 

onların sırasında məkan 

qoşmaları, «long way off»- «uzaq-uzaq», «ten miles long»- «on mil 

uzunluğunda», «it’s a day’s trip»- «oraya bir günlük yol var» kimi 

məsafə tipli indikatorlar xüsusilə fərqləndirilir. 

Məktub (yazı) – 

bax: yazışma



Məktub – nitqin xüsusi janrıdır. 

Çünki ünsiyyətə girənlər 

arasında kontakt birbaşa yox, bilavasitə, zaman və məkan baxımın-

dan distansiyada gedir. Bütün bunlar şifahi nitq etiketi vasitələrin-

dən fərqlənən müəyyən yığımda müəyyən dil vasitələrindən istifa-

dəni diqtə edir. 



Məqsədli dil – 

tərcümə dili və onun sistemi; tərcümə olunan 

dil haqqında məlumat. 

Məqsədli pedantlıq (hərfgüdmə) – 

Bax: pedantlıq məqsədli. 



Məlumat – 

1. İnformasiya daşıyan deyimin kommunikativ tə-

rəfi. 2. Veriliş üçün nəzərdə tutulmuş informasiya. İnformasiya nitq 

əsərinin məzmunu ilə üst-üstə düşməyə  və nitq əsərinin strukturu 

haqqında məlumatı özündə birləşdirə bilər (məsələn, müəllif üslubu 

haqqında məlumat ola bilər). 3. Situasiyanın təsviri üsulu. 



Məlumat predmeti – 

bax: situasiya. 



Məna – 

1. Semantik məzmundur ki, onun əsasında iki dilin 

vahidi arasında qanunauyğun müvafiqlik qurulur; tərcümə zamanı 

invariant məna olur. 2. Tərcümə nəzəriyyəsində nitq əsərinin konkret 

verilmiş situasiyada məzmunu semantik və situasiya informasiyasının 

 

52



qarşılıqlı  hərəkəti kimi nəticəsi olur. 3. Bu, sözün, yaxud söz bir-

ləşməsinin konkret nitq situasiyasında qazandığı mənadır. 



Məna informasiyası – 

semantik və situasiya informasiyanın 

müqayisəsinin nəticəsi olan nitq əsərinin mənası. 

Məna inkişafı 

– 1. Tərcümə zamanı lüğət uyğunluğunun 

məntiqi  şəkildə onunla bağlı kontekstuallıqla dəyişilməsi (predmet 

burada onun əlaməti, proses – predmetlə  əlamət - predmet, yaxud 

proseslə əvəz oluna bilər). 2.Tərcümə üsulunun mahiyyəti, əgər tər-

cümə zamanı ilkin vahidlər onların leksik (lüğət) uyğunluğu ilə yox, 

öz məqamları etibarı ilə onunla üst-üstə düşmürsə, digər vahidlərlə 

dəyişilir,  əvəzlənir. Bu üsuldan müxtəlif çeşidli mətnlərin tər-

cüməsində istifadə olunur. 

Məna invariantı – 

özünün konkret realizasiyasındakı  əsas 

əlamətləri birləşdirən sema. 

«Məna-mətn» modeli - 

İnsanın nitq fəaliyyətinin modeli, hər 

hansı mənanı ifadə edən, hər hansı mətnin - onun mənasını özündə 

saxlayan model. Bununla belə, məna ümumi şəkildə müəyyən-

ləşdirilir ki, o bütün müxtəlif deyimlərdə dil daşıyıcıları  tərəfindən 

tanınan və istifadə edilən bərabərişarəli (perifraz) kimi işlədilir. 



Məna təhlili – 

ilkin mətnin (orijinalın) qavrayışı zamanı tər-

cüməçinin mütləq  əməliyyatlarından birinə çevrilir; onun burada 

məqsədi mənanın müəyyənləşməsi və invariant informasiyanın 

fərqləndirilməsidir.  İlkin mətnin semantik təhlili zamanı onun 

məlum metodlarından istifadə olunur: daha böyük informasiya yükü 

daşıyan söz seçimi metodu, transformasiya metodu, daha relyefli 

söz seçimi metodu. 



Məna təhlili metodu – 

onun köməyi ilə tərcümədə məna təh-

lili həyata keçirilir. Ardıcıl tərcümə zamanı yazıya alınma siste-

mində - daha böyük informasiya sisteminə malik olan söz seçimi 

metodu, transformasiya metodu, daha relyefli sözün seçimi metodu 

kimi metodlardan ardıcıl tərcümə zamanı istifadə edilir. 



Məna yoldaşı – 

seçilmə (ayrılma) və yadda saxlamaya əsasla-

nan nitq əsərindəki məna döyüş nöqtəsi yaddaşı. 



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə