Microsoft Word Tercumeshunasliq lugeti fin doc



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə19/41
tarix02.10.2017
ölçüsü1,1 Mb.
#2597
1   ...   15   16   17   18   19   20   21   22   ...   41

 

73 


məli, paralinqvistik  kinesika insan davranışının spesefik əlamətləri 

ilə semiotik sistem olmaqla bilavasitə dil strukturu ilə bağlıdır. 



Paralinqvistik vasitələr – 

dil koduna, yaxud onu əvəz edənə 

bərabər tutulan ünsiyyət vasitəsi. Burada söhbət, ilk növbədə, infor-

masiyadan, deyimdən, vurğunun qoyulması  və pauzadan, jestikul-

yasiyadan, mimikadan gedir. Bəzi alimlərin fikrinə görə paralinq-

vistik vasitələr nitqdə verilmiş bütün məna informasiyasını 75% 

təşkil edə bilər. 

Paralinqvistika – 

1. İnformasiyanın verilməsində iştirak edən 

və nitq ünsiyyətini müşaiyət edən amillərin öyrənilməsi ilə məşğul 

olan dilçilik fənni. 2. Şifahi niqti müşaiyət edən jestləri, mimikanı, 

səslənmə həddini və s. öyrənən dilçiliyin bölməsi. 

Parametr – 

1. Hər hansı  nəyin isə ölçüsü, sərhəddi; 2. Hər 

hansı predmetin, hadisə  və prosesin əsas xassələrini xarakterizə 

edən həcm (yaxud həcmlər). 3. Hər hansı tapşırıq yerinə yetirilən 

zaman öz daimi mənasını saxlayan və riyazi formulaya daxil olan 

həcm. 


Paremioloji lüğət – 

atalar sözü, zərb-məsəllər lüğəti. 



Parol və rəy 

– əlaqə qurduğu və iş apardığı zaman müxbirlə-

rin  əsl məxsusluğunu müəyyənləşdirən, imkan verən söz, yaxud 

say. 


Paronimlər – 

1. Səslənməsinə görə yaxın, mənasına görə ya 

qismən, ya da heç üst-üstə düşməyən eyniköklü sözlər. Məsələn, iş-

ləmək-çalışmaq, qalxmaq-durmaq, dramatik-dramtikli (Qeyd: bun-

lar paronim deyil). 2. Qismən səs və struktur uyğunluqlu eyniköklü 

sözlər. Paronimlər problemi həm də «tərcüməçinin yalançı dostları» 

ilə əlaqədardır. Dildə paronimlərin düzgün müəyyənləşdirilməməsi 

mənanın təhrifinə gətirib çıxarır. 



Paronimlər lüğəti – 

hər bir sözün - paronimin izahı verilən 

sözdür ki, burada cütə aid olan hər bir leksik vahidin kökü göstəri-

lir, sözlərin məna fərqlərini təsdiqləyən illüstrasiyalar gətirilir. 



Parsinal tərcümə ölçüsü – 

bax, tərcümənin subinterpreta-

siyası. 

 

74



Passiv leksika – 

elə reseptik leksika deməkdir ki, onu ilk növ-

bədə yazılı mətndə tanıyır və başa düşürlər. 

Patent referatlar tərcüməsi – 

patent informasiyası işarələri-

nin işlənib hazırlanması üçün nəzərdə tutulmuş texniki tərcümə nö-

vüdür ki, nəticədə xarici patent referatı tərcümə edilən dilə çevrilir. 



Pauza – 

nitq axınını müəyyən səbəblər üzündən bölən (kəsən) 

müxtəlif funksiyalar yerinə yetirən səslənmənin müvəqqəti 

dayandırılması. 



Pauzasiya – 

nitq axınında pauzanın yerləşdirilməsi. 



Pentada – 

beş sözlü birləşmə. 



Pepsepsiya 

– hiss orqanlarının köməyilə gerçəkliyin bilava-

sitə inikası, qavrayışı. Kommunikasiya aktında,  əsasən, görmə  və 

eşitmə persepsiyası fərqləndirilir. 



Perifrastik – 

perifraz olan



Perifrastik tərcümə – 

məzmunun (sözlərin, realilərin) digər 

formada və digər sözlərlə təsviri şəklində verilməsi. 

Perifraz (perifraza) – 

1. Birbaşa adı  əvəz edən təsviri ifa-

dədir ki, o, birbaşa adı  çəkilməmiş predmetin əlamətlərini özündə 

saxlayır. 2. Adi sözün (bəzi predmetlərin bir sözlə sadə  işarələn-

məsi) təsviri ifadə ilə  dəyişilməsindən ibarət trop növü. Müqayisə 

et: parafraz. 



Perifraz (perifrazlaşdırma) 

– eyni fikrin digər sözlərlə eyni 

dildə verilməsi. 

Perifraz sistemi – 

«məna↔mətn» modelində sinonimik de-

yimlər arasında sadə məna ekvivalentləri verən qaydalar toplusu. 

Perifrazlamaq – 

şərh etmək – perifraz şəklində  şərh etmək; 

başqa sözlərlə demək. 

Perlokusiya 

– nitq aktının nitqdənkənar nəticələr ilə əlaqəsi. 



Persepsiya – 

duyğu orqanları ilə gerçəkliyin qavranılması. 

Kommunikasiya aktında əsasən görmə və eşitmə persepsiyası fərq-

ləndirilir.   



Perspektivli – 

gələcək, gözlənilən, nəzərdə tutulan, mümkün. 



Peşə dialekti – 

bir peşəni, yaxud məşğulluq növü altında 

insanları birləşdirən sosial dialektin növündən biri. 



 

75 


Peşəkar dili – 

1. Bir peşəyə məxsus dil vasitəsilə yaranmış dil 

növü. Hal-hazırda bu növ dil ünsiyyət sistemində müxtəlif 

jarqonlaşdırılmış (məsələn, dənizçilərin, hərbçilərin, tələbələrin və 

b. dili) sahələrdə mövcuddur. 2. Bir peşəyə  məxsus olan şəxslər 

arasında istifadə edilən konkret dilin sosial dialekti. 



Peşəkar leksika 

– vahid peşədə birləşmiş insanların nitqində 

istifadə olunan bu peşəkar qrupa aid olan leksika. 

Peşəkar sinxron tərcümə – 

beynəlxalq konfranslarda şifahi 

tərcümənin elə növüdür ki, eşitməni eyni vaxtda qavrama vasitəsilə 

(üstəgəl bəzən «vərəqdən» görmə ilə)  şifahi məlumat üçün ilkin 

mətnin tərcüməçini auditoriyadan təcrid edib kabinədən aparırlar ki, 

bu proses zamanı  fəaliyyətin ekstremal şəraitində  hər hansı zaman 

parçasında ciddi məhdudlaşmış  həcmdə informasiya işlənib ha-

zırlanır. 



Peşəkar tərcümə – 

1. Xüsusi hazırlıq, vərdiş və bacarığın di-

gər dildə yaradılmasına istiqamətlənmiş xüsusi dil fəaliyyəti. 2. 

Müstəqil, sərbəst və obyektiv dəyər daşıyan tərcümə. Orijinal mətn-

dən, orijinaldakı bu və ya digər səbəbdən istifadə edə bilməyənlər 

üçün daha çox və az şəkildə ekvivalent əvəzi. Onu elə bir 

mütəxəssis yerinə yetirir ki, faktik olaraq o, bu xarici dili o qədər 

yaxşı bilir ki, bu mətnin başa düşülməsində onun tərcümə olunma-

sına heç bir ehtiyac yoxdur. 

Peşəkarlıq – 

bu və ya digər peşəkar qrupun nitqinə xas olan 

söz, yaxud ifadələr. 

Pıçıldama – 

Kabinədən kənar «pıçıldama» sinxron tərcümə. 



Plan – 

1. Dil işarəsinin tərəfindən biri onun iki aspektindən 

biri kimi. 2. Dil hadisələrinin nəzərdən keçirilməsi üsulu, nəzər 

nöqtəsi. 3. Bax: səviyyə. 



Pleonazm (artıqlıq) – 

1. Dil vahidinin daimi xassəsinin izafi 

ifadəsi. 2. Çoxsözlük ifadəsidir ki, onlar təkmənalı  və bununla da 

artıq sözləri (əgər onlar üslubi tapşırıqlarla, məsələn, sinonimlər 

əsasında qurulmuş qradasiyalardırsa) ifadə edir. 

Poetema – 

poetik  əsər üçün xarakterik olan və  məişət nit-

qində az işlənən söz, yaxud söz birləşməsi. 

 

76



Poetik (metasemiotik) funksiya 

– nitq deyiminin formasını 

ifadə edən funksiya. 

Poetik mətnin prozaik (nəsri) adaptasiyası – 

bax: tərcümə-

adaptasiya. 

Poetik tərcümə – 

1. Poetik tərcümə  bədii tərcümədən fərqli 

olaraq publikanın zövqünə, bilik, təfəkkür səviyyəsinə, xarakter və 

tələblərinə uyğun olmalıdır. 2. Bir dildən digər dilə, daha vacibi bir 

mədəniyyətdən digərinə poetik əsərin poetik əsər kimi verilməsi və 

qəbul edilməsi. 3. Poetik yaradıcılıq forması. Bununla belə, bu həm 

də xalqdan xalqa, qəlbdən qəlbə ötürülən sosial kommunikasiyanın 

xüsusi növüdür. Odur ki, mütərcimin  ən böyük missiyası ondan 

ibarətdir ki, o, şairin döyünən qəlbinin çırpıntılarını onun 

şeirlərindən eşitməli və şairin qəlbinin bu döyüntüsünü öz xalqının 

dilində mümkün olmayanı mümkün etməlidir.  Əyintiyə yol 

vermədən poeziyanı bir xalqın dilindən digər xalqın dilinə tərcümə 

etməyi bacarmalıdır. 4. Bədii tərcümənin ən mürəkkəb növlərindən 

biridir. 



Poeziya tərcüməsi 

– etiraf etmək lazımdır ki, poeziyanın 

tərcüməsi zamanı tamamilə spesifik problemlər yaranır. Belə ki, 

ritm, ölçü, qafiyə  və s. ifadə formaları auditoriyaya məlumatın ru-

hunu çatdırmaqda mühüm amillərdən biridir. 

Poeziyanın nəsrlə tərcüməsi – 

bax: nəsr tərcüməsi (prozaik 

tərcümə). 

Poliqlot – 

çox dil bilən adam. 



Poliloji nitq 

– üç və daha artıq söhbətdə iştirak edən insanlar 

arasında gedən dil ünsiyyəti formalarından biri; kollektiv ünsiyyətin 

formalarından biri. 



Poliloq – 

1. Danışan və qulaq asan bir sıra adamlar arasında 

gedən söhbət. Danışanların sayı (ikidən artıq) bu prinsipi 

dəyişdirmir. 2. Çoxsaylı insanlar arasındakı söhbət. Müqayisə et: 

dialoq, monoloq. 

Polisemiya – 

leksik vahidlərin çoxmənalılığı. 




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə