Microsoft Word Tercumeshunasliq lugeti fin doc



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə17/41
tarix02.10.2017
ölçüsü1,1 Mb.
#2597
1   ...   13   14   15   16   17   18   19   20   ...   41

 

65 


fəaliyyəti növü - danışıq, qulaq asma (eşitmə), oxu və yazını fərq-

ləndirmək olar. 



Nitq həlqəsi (zəngiri) – 

ritmik-informasiya vasitələri ilə fərq-

ləndirilən cümlənin müxtəsər olan başlıca hissəsi. Ayrı-ayrı nitq 

həlqələri qismində, adətən, sintaqma və ritmik qruplar çıxış edir. 



Nitq hərəkəti – 

nitq fəaliyyətinin elementini təşkil edən hərə-

kət. 

Nitq işarəsinin mikroseqmentləşməsi – 

nitq işarəsinin (siq-

nalının) minimal sahələrdə səsdən kiçik olan, həm də səslərin, bəzən 

isə hərflərin seqmentləşməsi. 



Nitq kommunikasiyası – 

1. Ünsiyyətin şifahi forması. 2. Bu 

və ya digər üslubun, dilin çərçivəsində ünsiyyət. 3. Söhbəti, 

danışılanı bildirmək. 4. Kütləvi çıxış. 



Nitq kompentensiyası – 

bu, elə kommunikativ kompentensi-

ya deməkdir ki, toplanmış dil materiallarını ünsiyyət məqsədi ilə is-

tifadə etmək bacarığıdır. 



Nitq kompressiyası – 

1.  İlkin mətnin heca həcminin ikinci 

dərəcəli informasiyalara malik nitq vahidləri hesabına kiçildilməsi 

və eyni zamanda leksik və qrammatik transformasiyalar hesabına 

qısaldılması. 2. Vəzifəni yerinə yetirərkən danışanın qarşıda 

qoyduğu məqsədə çatması üçün həcmi kiçiltmək bacarığı. Nitqin 

kompressiyası sinonimik yolla, yaxud ona yaxın olan deyim hissələ-

rinin heca həcminin kiçildilməsinin, nitqin bəzi parçalarının 

buraxılması yolu ilə, yaxud əvvəlki parçaların məna məzmununun 

əvəz edilməsi, yaxud informasiyaya malik ünsiyyət situasiyasında 

olan, yaxud kommunikasiyanın vəzifəsi nöqteyi-nəzərdən izafisi. 3. 

Nitq kompressiyası sinonimik və ona yaxın söz birləşmələri və 

cümlələrin daha müxtəsər sözlər və söz birləşmələri və cümlələrlə 

əvəz edilməsi, nitq parçalarının buraxılmasıdır ki, o əvvəl verilmiş 

informasiyanı  və  məna vahidlərinin buraxılmasını  əvəz edir, 

konkret ünsiyyət  şəraitində ya izafidir, ya da kommunikativ və-

zifənin yerinə yetirilməsi nöqteyi-nəzərdən aparılır. Nitq 

kompressiyası imkanı dilin izafi informasiyası ilə izah olunur. 

 

66

Nitq kontaktorları 



– nitq kontaktını həyata keçirməyə imkan 

verən danışıq klişeləri. 



Nitq konteksti – 

Bu, elementin nitqdə istifadə olunma xüsu-

siyyətləri, şəraiti. 

Nitq mədəniyyəti – 

bax: mədəni nitq. 



Nitq seqmenti 

– nisbətən məna müstəqilliyi ilə xarakterizə 

olunan nitqin minimal parçası və mətnin seqmentasiyası nəticəsinə 

nitq zəncirinin fasiləsiz saxlanma qaydasında idarə olunan 

komponentin idarə edən komponent ardıcıllığının alınması. 

Nitq situasiyası – 

1. Nitq ünsiyyəti həyata keçirilən situasiya. 

2. Kommunikasiya həyata keçirilən real gerçəklik. Tərcümə ilə 

kommunikasiyada N1 nitq situasiyası  fərqləndirilir ki, bu zaman 

məlumat tərcüməçi tərəfindən qəbul edilir və bir də N2 nitq 

situasiyası vardır ki, o sonuncu ünvançı  tərəfindən situasiyanın 

qəbuludur. Bundan başqa tərcümə ilə kommunikasiya situasiyası 

müsbət və mənfiyə bölünür. 3. Nitqə təhrik edən situasiya. 



Nitq şəraiti – 

bu elə situasiya konteksti deməkdir. 



Nitq şüuru 

– konkret nitq quruluşunda öz əksini tapmış nitq 

situasiyası, nitq şəraiti, deyiminin məqsəd və vəzifəsi. 

Nitq üslubu – 

1. Konkret nitq sferasında dil üslubunun 

tətbiqi. 2. Dil üslubunun (yaxud dil üslublarının kombinasiyasının) 

konkret nitq sferasında tipik tətbiqindən biri. 



Nitq ünsiyyəti – 

təbii dilin köməyilə ünsiyyət. 



Nitq zənciri – 

nitqin sıra xətti, səslənmənin fasiləsiz ardıcıllı-

ğıdır ki, qəbul edən tərəfindən semantik səviyyəli vahidlərin təş-

kilinin ardıcıllığı kimi bölünür. 



Nitqçilik (nitqşünaslıq) – 

fonetika, psixologiya, fiziologiya

akustika, sosiolinqvistika, kommunikativ linqvistika kimi biliklər 

sahəsini özündə birləşdirir. 



Nitqi eşitmə – 

bu və ya digər dildə nitqi qavrayış üçün qəbul 

etməyə hazırlanmış (hazır olan) eşitmə. 

Nitqin başa düşülməsi – 

dinləyicinin aktiv mürəkkəb fəa-

liyyətinin nəticəsi prosesi, nitq stimulunun passiv qəbul edilməsi ki-

mi başa düşülmür. Daxil olan akustik işarəyə əlavə olaraq qavrayış 




 

67 


prosesində  və nitqin interpretasiyasında informasiyanın müxtəlif 

mənbələrindən istifadə olunur. Bu mənbələr özündə situasiyanı, 

konteksti, dilin strukturunu (fonologiyasında, leksikasında, sintaksi-

sində və s.), qulaq asmanı və əvvəlki cavabını qeyri-verbal oriyen-

tirləri özündə birləşdirə bilər. 

Nitqin bitişikliyi, qovuşuqluğu və diskretliyi – 

bu, kommu-

nikativlik kateqoriyasının özünü əks etdirməsindən biridir. 

Nitq  əsəri – 

real deyilmiş, yaxud yazılmış cümlələr, yaxud 

cümlələr cəmi, eyni zamanda hər hansı uzunluqda olan şifahi, yaxud 

yazılı nitqin parçası; ədəbiləşən, şifahi yaradıcılıq ədəbiyyatı və s. 



Nomenklatura – 

1. Konkret elm sahəsində istifadə olunan 

xüsusi termin-adların cəmi. 2. Konkret (mücərrəd anlayış və kateq-

oriyaları özündə birləşdirən terminologiyadan fərqli olaraq) elm ob-

yektlərinin tipik adı. 3. Müşahidənin ayrı-ayrı elementlərinin tam 

cəmini bildirən siyahı. 



Nominasiya 

– 1. Ad proses kimi, sözün verilmiş konkret 

referentə uyğunluğu. 2. Nominasiya dedikdə nominativ funksiya 

başa düşülür. 3. Dilin köməyi ilə  hər hansı predmet və hadisənin 

təyin olunması, işarələnməsi. 

Nominativ funksiya – 

söz, yaxud söz birləşməsinin predme-

tin (əşyanın) adına uyğunluğu. Adlandırma funksiyası, ad verilmə 

prosesi. 



Nominativ məna – 

predmet, hadisə və s. istiqamətlənmiş sö-

zün əsas birbaşa mənası. 

Norma – 

fərdin nitqində dil vasitələrinin qaydaya salınmış 

halda işlədilməsinin qəbulu norma adlanır. 

Normalaşma (normalaşdırma) – 

norma qoyulması, normaya 

salınma. 

«Nümunə və səhvlər» modeli - 

müəyyən seçim kriteriyasına 

cavab verməyən variantların rədd edilməsi yolu ilə  məsələnin ar-

dıcıl olaraq optimal həllinə gəlmə metodu. 



«Nümunələr və səhvlər» metodu – 

seçimin ayrı-ayrı müəy-

yən olunmuş ölçülərinə cavab verməyən variantlarının rədd edil-

 

68



məsi yolu ilə optimal həllə ardıcıl yaxınlaşma. Bax: həm də optimal 

həllin axtarışı prosesi.

 

Nüvəyəyaxın səviyyə – 

transformasiya edilmə  səviyyəsinin 

qeyd olunması. O nüvə cümlələr səviyyəsindən onunla fərqlənir ki, 

cümlələr arasında məna  əlaqələri üçün bağlayıcı  və bağlayıcı söz-

lərdən istifadə edir. Bu səviyyədə sətirdən-sətrə keçirilir. 

 

 



 

Oberton – 

musiqi termini kimi işlənir, bu tərcümədə  əsas 

tona xüsusi rəng verən əlavə tondur. Əlavə, daha yüksək tondur ki, 

onun yüksəkliyindən, gücündən və onların münasibətindən səs 

tembrinin xarakterik əsası asılıdır. 

Obrazı yadda saxlama – 

qəbul edilmiş informasiyanı obraz-

ların, təsəvvürlərin, hisslərin köməyi (vasitəsi) ilə yadda saxlamaq 

bacarığı. 



Obrazlı ifadə – 

məcazi mənada işlədilən nitq vahidləri. Tər-

cümədə adətən tərcümə üçün ayrıca həll tələb edir, daha doğrusu

tərcümə vahidi kimi çıxış edir. 



Obyekt

- o hadisə,  əşya,  şəxsi göstərir ki, kimin üzərinə  hər 

hansı fəaliyyət və ya diqqət yönəldilmişdir. 

Okkazional – 

ümumi qəbul olunmuş qaydaya müvafiq olma-

yan, fərdi zövqlə bağlı, spesifik kontekstlə şərtlənən; təsadüfi; nadir. 

Okkazional uyğunluqlar – 

tərcümə zamanı qeyri-mütəmadi 

olaraq işarədən, yaxud strukturdan ilkin dilin vahidlərini müşayiət 

edən hər hansı xüsusi şəraitlərlə bağlı  təsadüfi olaraq işarə, yaxud 

strukturdan istifadə. 

Omofonlar – 

eyni cür səslənib, müxtəlif cür yazılan müx söz-

lər. 

Omoformalar – 

tələffüzü zamanı yalnız ayrı-ayrı formalarda 

uyğun gələn sözlər. 

Omoqraflar – 

tələffüzünə görə yox, yazılışına görə uyğun 

gələn müxtəlif sözlər. 



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə