Microsoft Word Tercumeshunasliq lugeti fin doc



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə25/41
tarix02.10.2017
ölçüsü1,1 Mb.
#2597
1   ...   21   22   23   24   25   26   27   28   ...   41

 

97 


dərk ediləcək dərəcədə, həm də nizamlanma obyektləri ilə bir-

birindən fərqlənir. Səviyyələr: aktual dərk edilmə, şüurlu nəzarət və 

şüursuz (qeyri-iradi) nəzarət. 

Sinonimik sıra – 

1. İntensivlikdən və onun keyfiyyət ifadəsi 

olan çalardan asılı olaraq eyni mənaların (sinonimlər) sırası. 2. 

Leksik, yaxud frazeoloji sinonimlər sırası. 



Sinonimik əvəzləmə – 

1. Bu və ya digər dildəki eyni mənaya 

malik söz, söz birləşməsidir. 2. Digər nitq vahidini məna baxımdan 

əvəz edə bilən söz və söz birləşməsi. 



Sinonimlər – 

1. Eyni anlayışları ifadə edib bir-birinə yaxın, 

yaxud uyğun sözlər olub, müxtəlif çalara, yaxud üslubi çalarlarla 

fərqlənən, adətən, eyni nitq hissəsinə aid olub, deyimin qarşılıqlı 

dəyişən elementi kimi çıxış edir. 2. Eyni nitq hissələrinə aid olub 

tam, yaxud qismən leksik mənası ilə uyğun gələn sözlər. 3. Mənaca 

bir-birinə o qədər yaxın sözlərdir ki, onların düzgün ifadə edilməsi 

həmin sözlərin semantik çalarının və üslubi xassəsinin bir-birindən 

fərqləndirilməsi üçün dəqiq bilik tələb edir. 

Sinonimlər lüğəti – 

bu, sinonimləri, onların izahını, onlara 

illüstrativ materialları özündə əks etdirən lüğətdir. Sinonimlər lüğəti 

nəinki onlara məna baxımından uyğun olan sözlərin mənasını izah 

edir, həm də tərcüməçinin əlinə (onun sərəncamına) fikri daha dəqiq 

ifadə etmək üçün leksik vasitələr imkanı verə bilər. 



Sintaqma – 

1. Mənaca və ritm-melodik cəhətdən bir-birinə 

birləşmiş cümlə  tərkibində bir qrup sözlə  əmələ  gəlmiş nitqin se-

mantik-sintaktik vahidi. 2. Qrammatik cəhətdən formalaşmış və da-

ha mürəkkəb bütövün (cümlənin) nisbətən bitmiş fikri ifadə edən 

birləşmiş nitqin ritm-melodiuk vahidi. 



Sintaqmatika – 

dilin sistemli öyrənilməsinin dil vahidlərinin 

onların xətti ardıcıllığındakı münasibətlərlə müəyyənləşməsi. 

Sintaktik aktantlar – 

real aktantları bildirən (mübtəda, bütün 

hallarda işlənən tamamlıq, yer zərfliyi və s.) cümlə üzvləri. 

Sintaqmatik ekvivalentlik – 

mətnin sintaqmatik ox üzərində 

elementlərinin təşkili, daha doğrusu, onun struktur quruluşu səviy-

 

98



yəsi. Üslubun paradiqmatik «anbar»ından bədii ifadə vasitələrinin 

seçimi nəticəsində üslubi elementlər ekvivalentidir. 



Sintaktik əvəzləmə - 

əsl mətnin konstruksiyasından fərqlənən 

əslin və tərcümə dilinin qrammatik quruluşunun üst-üstə düşməməsi 

ilə ortaya çıxan tərcümə mətnindəki cümlənin digər sintaktik kons-

truksiya ilə verilməsi. 

Sintaktik kodlaşdırma – 

sistemə girişdə (real kommunikasi-

yada sintaktik kodlaşdırma danışana məxsus olduqda) sintaktik zən-

cirin formalaşması. 



Sintaktik kompressiya

 – orijinalda verilmişlə daha müxtəsər 

və daha sadə sintaktik konstruksiyanın seçilməsi. Sintaktik komp-

ressiyaya aşağıdakı üsulları aid etmək olar: 1) Bir neçə budaq cüm-

lənin iki və daha artıq sadə struktura parçalanması; 2) budaq cüm-

lənin feli sifətlə əvəzlənməsi; 3) natiq çıxışlarında daha tez-tez rast 

gəlinən feli sifət çevrəsini çıxışlıq hal ifadəsi ilə (yaxud adlıq haldan 

başqa hallarda) əvəzlənməsi; 4) söz birləşməsinin bir sözlə, eləcə də 

dövlətin, yaxud təşkilatın tam adının ixtisarla, yaxud abbreviatura 

ilə əvəzlənməsi. 



Sintaktik məna – 

deyim elementləri arasında əlaqələri ifadə 

edən məna. Bax: eyni zamanda işarənin dildaxili mənası. 

Sintaktik münasibətlər – 

semiotikada işarələr arasında olan 

münasibətlər. 

Sintaktik transformasiyalar – 

cümlənin, yaxud bir cümlənin 

sintaktik tipinin digərinə dəyişdirilməsi. 

Sintaktik uyğunluq – 

cümlənin sintaktik şəklinin dəyişdiril-

məsi, bir sintaktik konstruksiyanın digər, yaxud cümlə üzvlərinin 

cümlənin məna strukturunun xələl gətirilmədən yenidən 

dəyişdirilməsi (dəyişilməsi). Tərcümə zamanı sintaktik 

konstruksiyanın dəyişilməsi semantik və üslubi cəhətdən özünü 

doğrultmalıdır. Tərcümə zamanı qrammatik əvəzləmə analoq 

xarakterinə malikdir. 



Sintaktika 

– dilin plan, yaxud tədqiq aspektlərindən biri ol-

maqla, dil vahidlərinin özü arasındakı münasibətlərlə  fərqlənən, 

daha doğrusu, onları dildən istifadə edənlərə həm bildirdikləri pred-




 

99 


metlərə, həm də  şəxsi, yaxud şəxslər arasındakı münasibətdən kə-

narda nəzərdən keçirən. 



Sintaksis 

– 1. Nitq deyiminin strukturlaşdırılması qaydası. 2. 

Nitqin strukturlaşması (sözlərin bir-biri ilə uzlaşması  və sözlərin 

bir-birinin ardınca olması) prosesini öyrənən qrammatikanın bölmə-

si. 

Sintez 

– 1. Elementlərin (daha ayrı-ayrı kiçik vahidlərin) daha 

böyük (qlobal) vahidlərdə birləşməsi. 2. Danışıq - aktiv qrammatika 

- mənadan formaya keçid- məlumatın törəməsi. 



Sistem – 

1. Bir-birindən qarşılıqlı şəkildə asılı elementlərdən 

ibarət bütöv obyekt. Sistem nöqteyi-nəzərdən ona aid olan sistemin 

elementi parçalanmamaq xassəsinə malikdir. Sistemin elementləri 

arasında qarşılıqlı  əlaqələr, bu əlaqələrin cəmi, onun təşkili məhz 

strukturudur. Əgər biz dili nitqdən fərqli olaraq sistem kimi nəzər-

dən keçirmiş olsaq, belə olduğu təqdirdə onun elementləri sözlər və 

sabit söz birləşmələri olacaqdır, strukturu isə sözlərin birləşməsi və 

sabit söz birləşmələrinin cümlələrdə əks olunması, həm də onlarda 

gedən dəyişikliklər olacaqdır. Burada ayrıca sistem kimi hər bir nitq 

əsəri çıxış edir. Onun daxili elementlərinin  əlaqələri və qarşılıqlı 

münasibətləri nitq əsərinin strukturu olur. 2.Bu, həm də dil və məna 

fərqləndirici vahidlərin bir-biri ilə müəyyən münasibətlərdə daya-

nan (duran) cəmi kimi dərk edilməlidir. 



Sistemaltı – 

ümumi dil sisteminin qanunauyğun təşkil olun-

muş hissəsi. 

Sistematika (sistemlilik) – 

sintaqmatikadan, daha doğrusu, 

dilin daha sonra bölünməyən elementlərindəki təsnifatda dilin 

tədqiqinin ikinci fazası, daha doğrusu, paradiqmlərin üzvləri (his-

sələri) arasında münasibətlərin müəyyənləşməsi. 

Situasiya – 

1. Konkret deyim həyata keçirilən zaman nitq 

konteksti, daha doğrusu,  şərait (məqsəd və s.). 2. Maddi və yaxud 

ideal obyektlər və onlar arasındakı münasibətlər. 3. Deyimlə təsvir 

olunmuş konkret, yaxud mücərrəd gerçəklik. 4. Nitq hərəkəti 

məqamında, yaxud deyimdə  təsvir olunmuş  və mövcud olan real 

gerçəklikdəki komponentlərin cəmi. Nitq və predmet situasiyaları 

 

100



fərqləndirilir. 5. Deyimlə  təsvir olunan konkret, yaxud mücərrəd 

gerçəklik: o, özündə məqsəd, deyimin məzmunu, ünsiyyət şəraitini, 

nitq  şəraitini, veriləcək informasiyanın kəmiyyətini (həcmini) və 

digər bu deyimdə (nitq ünsiyyəti) həyata keçirilən şəraiti nəzərdə tu-

tur. 6. Ayrıca nitq kommunikasiyası aktının gedişi zamanı dərk olu-

nan, fikirləşilən və dəyişilən gerçəkliyin fraqmenti. 7. Nitq kontek-

sti, daha doğrusu, bu deyimin həyata keçirildiyi şərait (vəziyyət, 

məqsəd və s.). 8. Gün, il, illərin hesablanmasının daxili və xarici 

şəraitini xarakterizə edən gerçəkliyin bir hissəsi (real, yaxud 

xəyalda tutulan). Nitq aktı nöqteyi-nəzərdən situasiya amilləri 

onlara deyilir ki, onlar səs, yaxud xışıltı yaradanlardan fərqli olaraq 

məlumatın verilməsinə kömək edir. 



Situasiya  əlaqələri – 

onların istifadəsi qəbul olunmuş situa-

siya ilə bağlı hazır cümlənin leksik vahiddən ibarət olan əlaqələri-

dir. 



Situasiya klişesi 

– konkret bu situasiya üçün vacib olan ste-

reotip ifadə. Məsələn, «Danışır, Bakı!», «Xoş  gəlmisiniz!». Situa-

siya klişesi tərcümə üçün ayrıca həll tələb edir, daha doğrusu, onlar 

özləri daxil olduğu ilkin mətndə  tərcümə vahidi kimi nəzərdən 

keçirilə bilər. 



«Situasiya-mətn» modeli – 

bu, elə situativ model deməkdir. 



Situasiya obrazı – 

kommunikasiya (ünsiyyət) aktında situa-

siyanın təsviri və dəyişdirilməsi, onun nəzərdən keçirilməsi şüurun 

məhsuludur. 



Situasiyalı informasiya 

– nitq aktına kömək edən ekstralin-

qvistik amillərdən gələn informasiya. 

Situativ – 

həmin situasiya ilə şərtlənmiş deməkdir. 



Situativ informasiya 

– bilavasitə  hər hansı situasiyanı    əks 

etdirən informasiya.    

Situativ kompressiya – bax

: situativ-məna kompessiyası. 



Situativ kontekst – 

şəraitin və əvvəlki təcrübənin ekstralinq-

vistik elementləri. Bax: eyni zamanda situasiya konteksti. 

Situativ – məna kompressiyası – 

informasiyaya malik ün-

siyyətin ekstralinqvistik situasiyasını dolduran parçaların kompres-



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə