Microsoft Word Tercumeshunasliq lugeti fin doc



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə27/41
tarix02.10.2017
ölçüsü1,1 Mb.
#2597
1   ...   23   24   25   26   27   28   29   30   ...   41

 

105 


kəb cümlələrdə müxtəlif leksik və sintaktik vahidlər sözbəsöz tər-

cümə etməni mümkünsüz edir, yaxud da onu minimuma endirir. 5. 

İlkin mətndə olan ayrı-ayrı sözlərin sadə, sırf mexaniki tərcüməsidir 

ki, onlar nə  məna, nə  də sintaktik baxımdan bir-biri ilə  əlaqəni 

nəzərdə tutmur. 

Sözbəsöz tərcümə 2) – 

orijinalın dil mənalarının mümkün üs-

lubi ekvivalentlərinin işarə olunması ilə  tərcüməsi. Sözbəsöz tər-

cümə – bu, dili bilən insanın fəaliyyətinin əsası kimi xidmət edir. 



Sözforma – 

1. Bütövlüyün vahidi, ilkin elementi. Yazı səviy-

yəsində bir-biri ilə üst-üstə düşən sözlərin çoxlu işlədilməsi. İxtisar-

lar sözforma statusunda nəzərə alınır, eləcə  də  rəqəm, hərfi, hərfi-

rəqəm işarələri, xüsusi adlar (toponimlər, antroponimlər, zoo-

nimlər). 



Sözlərin çoxmənalılığının çıxarılması (boşaldılması) 

– biz 


sözlərin mənasını üç müxtəlif mənbədən alırıq: a) konvensiyaya 

(sövdələşməyə) görə dilin bu işarəsi filan şeyi bildirəcək; b) 

situasiyaya (kontekstə) görə o konkret dilin mənasını bizə anladır; 

c) fon biliklər hesabına ki, bu kontekstdə (situasiyada) nə var, yəni 

dilin bu işarəsi onun məhz başqa bir şey olduğunu yox, bu şey ol-

duğunu bildirir. 



Sözlərin ilkin forması lüğəti 

– bu sadə (yaxud düzəltmə-tö-

rəmə)  əsasını göstərən və sözyaradıcılığı  və formayaradıcılığının 

sonrakı mənbəsi olan lüğətdir. 



Sözlü presiziya informasiyası – 

müxtəlif ad və adlandırma, 

xüsusi adlar. 

Sözlük – 

lüğətin başlıq sözlərinin əlifba ilə siyahısı. 



Sözün adlıq mənası – 

adlıq mənası o sözlərə xasdır ki, onlar 

bir predmet (əşya),  şəxs, yaxud coğrafi anlayış (hadisə) bildirir və 

onu eyni sırada olan predmet (əşya),  şəxs, coğrafi anlayışlardan 

ayırır, fərqləndirir. 

Sözün birbaşa mənası – 

bu, elə sözün əşyavi-məntiqi mənası 

deməkdir. 

Sözün əsas hissəsi – 

lüğətdə leksem nümunəsi kimi ənənəvi 

seçilən söz formalarından biri. Məsələn, ingilis dilində fel üçün «to» 

 

106



hissəciksiz infinitiv, isim üçün ümumi hal forması, müsbət dərəcə 

forması- sifət və  zərf üçün. Bu elə sözün lüğət forması deməkdir. 

Müqayisə et: sözün ilkin forması. 

Sözün əsas mənası – 

1. Tərcümə zamanı saxlanılan sözün in-

variant mənası. 2. Dilin müxtəlif  şəkildə  işlənilməsində dil vahi-

dinin invariant mənası. 3. Bu həm də sözün əşyavii-məntiqi mənası 

deməkdir. 

Sözün lüğət forması – 

bu, elə sözün əsas forması deməkdir. 



Sözün morfonoloji quruluşu - 

morfemin fonoloji tərkibi. 



Sözün nominativ funksiyası – 

sözün predmetin adına xidmət 

etməsi. 

Sözün nominativ mənası – 

sözün predmet-məntiqi mənası 

kimi başa düşülməlidir. 

Sözün okkazional mənası – 

kontekstdə gözlənilmədən yara-

nan sözün mənası  əsassız olaraq yaranmır – o, bu sözün semantik 

strukturunda potensial və fərdi şəkildə əks olunmuşdur. 



Sözün predmet-məntiqi mənası – 

sözlə predmet, yaxud hadisə 

haqqında onun əlamətinin mənanın tarixi inkişafı  nəticəsində bütün 

anlayışı ifadə etməsi. O dil sistemində dil kollektivinin kommunikativ 

fəaliyyəti nəticəsi sistemində möhkəmlənmiş  və bu kontekstdə 

gercəkləşmişdir. Müqayisə et: sözün kontekstual mənası. 



Sözün semantik forması – 

bu, elə sözün daxili forması de-

məkdir. 

Sözün semantik strukturu – 

sözün elə morfoloji mahiyyəti-

dir ki, onlar bu (konkret) səslənmənin bu (konkret) üslubi konnota-

siyalarla ilə əlaqələrini simvolikləşdirir. 



Sözyaradıcılığı lüğəti 

– dilin daha çox işlənən sözlərinin söz-

yaradıcı strukturunu göstərən lüğət. 

Sözyaradıcı omonimlər – 

bax: omomorfemlər. 



Spontan mətn – 

qabaqcadan hazırlıq aparılmadan danışan tə-

rəfindən ortaya çıxan mətn. 

Standart nitq vasitələri – 

danışıq və situativ klişelər. 



Standart situasiya 

– sosial münasibətlərlə şərtlənən və mütə-

madi olaraq təkrarlanma və  cəmiyyətin reqlamentləşmiş  həyatını 



 

107 


əks etdirən situasiya. Standart reqlanmentləşən fiksasiya olunmuş 

kommunikativ nitqin uzual vasitələri, situasiya (situativ) 

klişelərindən istifadəni tələb edir. 

Statistik – 

informasiya münasibətləri – fonetika, leksika, 

qrammatika, dilin «dördüncü ölçüsü» olmaqla, dili mühüm dərəcə-

də xarakterizə edir, çünki yardımçı dilin homogenliyi nəinki liğət və 

qrammatikada, həm də ayrı-ayrı fonem, leksik vokabul və ayrı-ayrı 

qrammatik forma və strkuturların daha tez-tez işlənməsini, başqa 

sözlə, nəinki nə işlədilir, həm də nə dərəcədə tez-tez işlədilməsində 

özünü əks etdirir. 



Statistik toplam – 

məlum zaman və  məkan hüdudlarında 

ayrı-ayrı vahidlərdən ibarət olan müəyyən münasibətlərdə olan 

həmcins predmetlərin (əşyaların) kütləsindən ibarət olan istənilən 

hadisə, yaxud ictimai həyatın prosesi. Statistik hər bir vahid 

müəyyən xarakteristikaya malikdir. Dil bu mənada statistik kimi nə-

zərdən keçirilə bilər ki, o da onun müxtəlif səviyyələrdə təsviri olub 

xüsusi tərzdə  təşkil olunmuş obyektlərin (vahidlərin) ayrı-

ayrılığının cəmi kimi nəzərdən keçirilə bilər. 2. Bütün təsvir 

yaruslarında səviyyələrdə xüsusi şəkildə təşkil olunmuş vahidlərdən 

ibarət dil (yardımçı dil). 3. Faktların statistik strukturu – bu mətndə 

və onların mətndə özünü göstərməsi tezliyi olub, sözlərin sayı ara-

sında münasibətləri uyğunluğu bildirir. 

Statistik – kombinator modelləşdirmə – 

struktur-riyazi lin-

qvistikanın elə bir bölməsidir ki, orada dilin tədqiqinə  nəzəri-çox-

luq, alqoritmik və statistik yanaşma tərzi mövcuddur. 



Statistik leksikoqrafiya 

– ümumiyyətlə,  tezliklər lügətinin 

tərtibi və istifadəsi ilə məşğul olur. Bax: hesablama və tərcümə lek-

sikoqrafiyası. 



Statistik linqvistik təhlil – 

sadə (əl) metod (mikrokalkulyator və 

digər hesablayıcı qurğuların tətbiqi) ilə aparıldığı kimi, həm də EHM 

köməyi ilə aparıla bilər. Hər bir halda alınmış  nəticələr gələcəkdə 

mühəndis linqvistikasında (maşın tərcüməsində), yaxud alqoritmik 

sahədə (təlimaparan linqvistik avtomatlar) tətbiq edilə bilər. 

 

108


Statistik linqvistika 

– 1. Kompüter linqvistikasının aparıcı is-

tiqaməti hesab olunur. Bu, kompüter linqvistikasının bütün 

istiqamətlərinin fəaliyyətinə  əsaslanır və onun bazasıdır (əsası, 

özülüdür). 2. Linqvistik obyektləri ənənəvi statistik metodların kö-

məyi ilə öyrənir. 3. Ənənəvi statistik aparatı istifadə edən nitq əsəri-

nin və dil sisteminin tədqiqi ilə məşğul olub, dilin statistikasında və 

dinamikasında ona tətbiq edilən ümumi statistik qanunları (qanu-

nauyğunluqları) ortaya çıxaran kompüter linqvistikasının 

istiqamətidir. Statistik leksikoqrafiya vasitəsilə o xarici dil təlimi 

metodikası ilə  əlaqədə olub, təlimin optimizasiyası ilə  də bağlıdır, 

baza dilinin parametrlərini müəyyənləşdirməklə, dillərin tədrisinin 

statistik optimizasiyasının parametrlərini müəyyənləşdirməklə  və 

həyata keçirməklə, bir tərəfdən, mühəndis linqvistikası ilə – maşın 

tərcüməsi sahəsi ilə bağlıdır ki, linqvostatistik xarakteristikalar 

əsasında bir, iki, və çoxmənalı tezlik lüğətlərinin tərtibatını  təmin 

edir ki, onlar maşın tərcüməsi sistemində avtomatlaşmış maşın 

lüğətlərinin  əsas bazası olmaqla, maşının köməyi ilə  tərcüməni 

təmin edir. Alqoritmin linqvistika ilə xarici dillərin kompüter 

vasitəsilə  tədrisinin optimizasiyasında mühüm rol oynamaqla, söz 

siyahısının tezliyini müqayisə etməyə imkan verməklə və dərsliyin 

keyfiyyətini müəyyənləşdirməklə, dərslik materialının kəmiyyət 

dəyərinin avtomatik hesabını aparır. 4. Tezlik lüğətlərinin tətbiqi və 

istifadəsi məsələləri ilə  məşğul olan statistik leksikoqrafiyanın 

başlıca komponenti. 

Statistik oppozisiya metodu – 

tərcümənin müvafiqliyini 

müəyyənləşdirən və bir-biri ilə müqayisə ediləcək lüğət məqalələri-

nin funksional- semantik təhlili zamanı və daha tipik ekvivalentlərin 

seçilməsi ilə bağlı statistik xarakteristikanın istifadəsi ilə bağlı 

müşahidə zamanı, xüsusən, daha böyük, ekvivalent olan tezliklə və 

ən aşağı tezliklə bağlı istifadə olunur. Bu üsul lüğətin çıxış dövriy-

yəsində sözformaların ekvivalentinin seçilməsində daha səmərəlidir. 



Stenoqrafiya 

– fikir yox, yalnız sözlərin yazılışı üzərində da-

yanan sistemdir ki, o, sözbəsöz tərcümə üçün şərait yaradır, qav-



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə