Microsoft Word Tercumeshunasliq lugeti fin doc



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə30/41
tarix02.10.2017
ölçüsü1,1 Mb.
#2597
1   ...   26   27   28   29   30   31   32   33   ...   41

 

117 


cəsi nəzərdə tutulur. Tərcümə prosesi (və onun nəticəsi) ikidillik 

şəraitində baş verir ki, bu prosesdə  ən azı iki dil iştirak edir, daha 

doğrusu, dillərarası situasiyada inkişaf edir. Belə olduğu halda, tər-

cüməni dillər arasında gedən dəyişmə, şifahi və yaxud yazılı mətnin 

transformasiyası kimi də  nəzərdən keçirmək olar ki. Əgər dil 

cəmiyyətin mövcud kommunikativ təbii sistemidirsə, nitq-kommu-

nikasiya prosesində informasiya otürülməsində dilin fəaliyyətidirsə, 

deməli, konkret nitq əsərində onun digər dil vasitələrinin köməyi ilə 

informasiyanın mahiyyətinin verilməsi prosesi gedir. Bu tərifdən 

definisiyadan başqa tərcüməni həm də bir dildə deyilmiş fikirlərin 

(hisslərin, emosiyaların) digər dilin vasitələrinin köməyilə verilməsi 

kimi başa düşməliyik. Yaxud bir dildəki mətndə olan materialın 

(mənbənin dilində – ilkin dildə) verilməsi, yaxud ikidillik situasiya-

sında gedən dil-nitq kommunikasiya prosesidir. Daha doğrusu, bu 

bir ( söz, termin ifadələrin) situasiyadır ki, kommunikativ fəaliyyəti 

ikidillilik şəraitində həyata keçirən tərcüməçi eyni zamanda alınmış 

informasiyanı iki müxtəlif işarə sistemli kodlar vasitəsi ilə yenidən 

kodlaşdırır. Buna görə  də  tərcümə prosesini həm də ikidillilik 

şəraitində psixolinqvistik fəaliyyətin mürəkkəb növü kimi nəzərdən 

keçirmək olar. 2. Tərcümə dil fəaliyyəti növlərindən biri kimi bir 

dildə deyilmişlərin digər dilin vasitələri ilə yetkin və adekvat 

şəkildə verilməsidir. Adekvat və yetkin, tam tərcümə  əslin 

(orijinalın) məzmun və keyfiyyətlərini, onun bütün struktur 

xüsusiyyətlərini, üslubunu, leksika və qrammatikasını, tərcümə 

dilində bütün cəhətləri ilə düzgün, dəqiq və tam şəkildə verilməsini 

nəzərdə tutur. 3. Tərcümə hər hansı mətnin, yaxud şifahi nitqin di-

gər dilin – ikinci bir dilin köməyi ilə verilmə prosesidir. 4. Tərcümə 

mətnin (yaxud şifahi nitqin) bir dildən digər dilə keçirilməsi 

deməkdir. 5. Tərcüməçinin fəaliyyətinin nəticəsi mətndir. 6. 

Tərcümə (tərcümə prosesi) bir dildə deyilmiş fikirlərin (hiss və 

emosiyaların) digər dilin vasitələri ilə verilməsidir. 7. Tərcümə bir 

dildə ifadə olunmuşların digər dilin vasitələri ilə verilməsidir. 8. 

Hər bir konkret əsərdə olan informasiyanın digər dilin vasitələri ilə 

verilmişdir. 9. Eyni dəyərə malik informasiyanın bütün dolğunluğu 

 

118


ilə ötürülməsidir. 10. Hər hansı bir konkret dildə verilmiş  şifahi

yaxud yazılı  mətnin digər dildəki məntdə  (şifahi, yaxud yazılı) 

dillərarasında dəyişilməsi, yaxıd transformasiyası prosesidir. 11. Bir 

mətnin materialında (mənbənin dilində – ilkin dildə) olanın digər 

dildə (tərcümə dilində) mətn materialı ilə verilməsidir. 12. İkidillilik 

şəraitində gedən nitq-dil komminikasiya prosesidir. 13. Mənbəni 

verənin və qəbul edənin kodları uyğun gəlmədiyi hallarda, istifadə 

olunan komminikasiya komponentlərinin ikiləşməsini nəzərdə tutan 

nitq fəaliyyəti növüdür. 14. Tərcümə mətnə daxil olduqda bir dildə 

olan informasiyanın ilkin dildə  işlənib hazırlanması prosesidir. 15. 

Digər dildə elə ifadə vasitələrinin axtarılıb tapılmasıdır ki, nəinki 

onlar konkret mətndə çeşidli informasiyanın verilməsini təmin edir, 

həm də yeni mətnin ilkin mətnə formaca (daxili və xarici) tam 

uyğun gəlməsidir ki, bu bədii məntin tərcüməsinin digər dildə hələ 

sabit anlyış və ifadələrə malik olmadığı zaman zəruri hala çevrilir. 

16.  İkidillilik situasiyasında nitq-dil ünsiyyəti prosesində bir dildə 

daxil olan informasiyanı ilkin mətnin məzmun və formasını tam 

şəkildə qorumaqla, digər dilin vasitələri ilə verən informasiya 

prosesi. 17. Dillərarası kommunikasiya üçün zəruri olan məlumatın 

verilməsi və  qəbuluna istiqamətlənmiş nitq-dil fəaliyyəti. 18. 

Orijinaldakı gerçəkliyi yenidən yaradan proses. 19. İki dil vahidlə-

rinin uyğunluğu invariant mənaların köməyi ilə müəyyənlişdirilir. 

20. Tərcümə nəinki orijinalda (əsldə) olanı verməlidir, həm də onun 

necə ifadə olunmasını göstərməlidir. 21. İki və daha artıq dillərin 

onların semantik vahidləri arasında, adətən, ikidilli – leksikoqrafiya, 

müqayisəli sematik tədqiqatlar və s. üçün semantik uyğunluğun 

axtarılması məqsədilə aparılan iş. 22. Tərcümə elə bir dil əməliyya-

tıdir ki, burada bir dildə olan mətnin digər dildə olan məntlə 

əvəzlənməsi prosesi baş verir. Tərcümə bir dildə olan materialın 

(ilkin dildə) digər ekvivalentidir. 23. Tərcümə ilkin dilin mətninə 

ekvivalent olan materialın mümkün qədər orijinalın məzmun və 

üsulubi cəhətlərinin tərcümə dilində mətndə işlənməsi və reallaşma 

prosesidir. Tərcümə bölünmüş, parçalanmış iki fazanın düşünmə 

prosesini (bu zaman tərcüməçi ilkin mətni onun məna və üslubi 




 

119 


intensiyalarını  təhlil edərək) və dili rekonstruksiyası fazasını 

birləşdirir ki, burada ilkin mətn kommunikativ ekvivalentliyin ən 

optimal tələbləri nəzərə alınır, tərcüməçi onu öz dilində yaradır. 24. 

Tərcümə dillərarası  və  mədəniyyətlərarası komminikasiyadır və 

təkistiqamətli və iki fazalı prosesdir ki, burada ilkin mətnin məqsə-

dəuyğunun təhlili zamanı onu digər dil və  mədəni mühitdə  əvəz 

edən ikinci mətn (metamətn) yaranır. 25. İlkin məntinin ünsiyyət 

səmərəsini verməyə və iki dil arasındakı fərqlərə, iki mədəniyyət və 

iki kommunikativ situasiyaya görə Qismən modifikasiyalaşmasını 

xarakterizə edən proses. 26. Əslin (orijinalın) elə tam verilməsidir 

ki, hər hansı  kənarlaşmaya yol vermədən tam, dolğun  şəkildə 

əvəzləmə aparılmalıdır. 27. İkidillik situasiyasında informasiyanın 

işlənib verilməsi prosesi. 28. Artıq bir dildə ifadə olunmuşların 

digər dilin vasitələri ilə ifadə olunması. 29. Yeni əsərlər – mətnlərin 

təşkili və yaranma növlərindən biri. 30. İki dildəki fərqlər, iki 

mədəniyyət və iki kommunikativ situasiyadan asılıl olaraq qismən 

modifikasiya olunan və ilkin mətnin kommunikativ təqdimi ilə 

xarakterizə olunan proses. 31. Tərcüməni – təkistiqamətli, ikifazalı 

dillərarası  və  mədəniyyətlərarası kommunikasiya prosesi kimi 

müəyyən etmək olar ki, əvvəla onun nəticəsində birinci mətni digər 

dil və  mədəni mühitdə  təqdim edən ikinci mətn yaranır və ikinci, 

orijinalın iki müxtəlif mədəniyyət və iki kommunikativ situasiya ilə 

fərqlənən kommunikativ səmərənin yenidən yaradılmasına yönələn 

proses kimi başa düşmək lazımdır. 32. Nitq fəaliyyətinin bir növü 

kimi onun məqsədi mətnin strukturunun yenidən dəyişdirilməsini 

nəzərdə tutur ki, nəticə də  məzmun planı saxlanılarkən ifadə planı 

dəyişikliklərə  uğrayır. 33. Dillər arasında ünsiyyətdir ki, onun 

ictimai 


əhəmiyyəti vasitəli olan ünsiyyətin ikidillilik 

kommunikasiyanın dolğunluğuna, səmərəliliyinə  və  təbiiliyinə 

qədər daha çox yaxınlaşdırmaqdan ibarətdir. 

Tərcümə (2) 

– dil mətninin yenidən kodlaşdırılmasıdır ki, bu 

zaman onun dil obrazı və üslubi forması yaranır. Tərcümə bir mət-

nin invariantının digərinə keçidi deməkdir ki, bu zaman orijinalın 

üslubi və digər spesifik xüsusiyyətlərinin maksimal dərəcədə qoru-

 

120



nub saxlanılması  zəruridir. Bunun nəticəsində  tərcümə affrimativ 

olur və  mətnlərarası (metamətn)  əlaqə xarakteri kəsb edir. Nəzərə 

alsaq ki, dillər, üslublar və  mədəniyyətlər arasında fərqlər möv-

cuddur, orijinalın zamanı hərfi səviyyədə realizə oluna bilməz, yal-

nız ekvivalentlik (modelləşmə) prinsipi əsasında gercəkləşməlidir. 

Bu mənada tərcüməçilik fəaliyyəti yaradıcılıq variantı, yaxud eksp-

erimental yaradıcılıq kimi özünü göstərir. 

Tərcümə-adaptasiya – 

poetik mətnin nəsr formasında (pro-

zaik) adaptasiyası – burada mətnin nəinki hazırlıqsız oxucu üçün 

adaptiv uyğunlaşmasının  ənənəvi istifadəsində müstəqil tərcümə 

janrında (sadələşdirmə, ixtisar etmə) poetik mətnin prozaik adapta-

siyası, həm də tərcümə mətninin bu üslubun elementləri ilə zəngin-

ləşməsi baş verir. 

Tərcümə yollarını arama – 

tərcümə dilində deyimlərin mə-

nasının, məzmununun, onun sintaktik strukturunun və leksik tutu-

munun müəyyənləşdirilməsi prosesi. 



Tərcümə cütlüyü – 

dil bilən mütəxəssislərin, yazıçı və şairlə-

rin tərcümə prosesində birləşməsi. Tərcümə prosesinin iki fazasının 

– analiz (mütəxəssis tərəfindən orijinalın yenidən kodlaşdırılma-

sında) və sintez zamanı (şair tərəfindən tərcümənin kodlaşmasında) 

zəruri realizə nəticəsində meydana çıxır. 



Tərcümə-devalvasiya – 

bu, elə poetik mətndir ki, tərcümə-

çinin qeyri-peşəkarlığı üzündən orijinal haqqında təhrif olunmuş tə-

səvvür yaranır. Bu isə öz növbəsində tərcümə olunan şairin reputa-

siyasına (nüfuzuna) mənfi təsir göstərməklə yanaşı, xalqlar və on-

ların  ədəbiyyatı arasında mədəniyyətlərarası dialoqun zəifləməsinə 

səbəb olur. 

Tərcümə dili (1) –

tərcümə edilən dil. 



Tərcümə dili (2) – 

tərcümədə dil vahidlərinin orijinal və tər-

cümə  mətnləri arasında dil səviyyəsi münasibətlərinin (fonematik, 

morfematik, leksik, sintaktik və daha yüksək dil quruluşunun nəzərə 

alınması) qurulması. 

Tərcüməedilmə – 

orijinal  ədəbi  əsərin müəllifi ilə  tərcümə 

qəbuledicisi arasında gedən kommunikativ aktdır ki, ədəbi kom-



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə