Microsoft Word Tercumeshunasliq lugeti fin doc


Tərcümə  nəzəriyyəsinin predmeti –



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə33/41
tarix02.10.2017
ölçüsü1,1 Mb.
#2597
1   ...   29   30   31   32   33   34   35   36   ...   41

 

129 


Tərcümə  nəzəriyyəsinin predmeti – 

onun predmeti 

dillərarası kommunikasiyanın leypsiq məktəbi tərcümə  nəzəriy-

yəsinin terminlərdə «dil vasitəçiliyi»nin spesifik növü. 



Tərcümə oxucusu – 

ədəbi metakommunikasiyanın iştirakçısı, 

tərcümənin qəbuledən. 

Tərcümə oluna bilməmə – 

bu, orijinal və tərcümənin dil ele-

mentləri arasında arzu ediləcək dəyişikliklər baş vemədiyi 

situasiyadır ki, burada nə struktur, nə  xətti, nə  də funksional 

dəyişikliklər baş vermir. Bu, eyni zamanda elə situasiyadır ki, 

yaradıcı subyektlə orijinalın dil ifadələri tərcümə olunan dildə öz 

adekvat əksini tapmır. 

Tərcümə olunan mətn – 

bir dildən digərinə tərcümə olunan 

mətn. 

Tərcümə olunma – 

1. İki dildən istifadə ilə kommunikasiya 

şəraitində  məlumatı obyektiv verə bilmək imkanı. 2. bax: həm də: 

tərcümə olunma - tərcümə olunmama problemi. 



Tərcümə –

 bu, orijinal və tərcümənin dil elementləri arasında 

və obrazlar sistemində struktur, yaxud funksional dəyişikliklərin 

aparılma situasiyasıdır. Burada - tərcümədə funsional əvəzləmə üs-

lubi (yer dəyişmələrin) köməyi sayəsində əldə edilir. 

Tərcümə  və  tərcümə olunmama problemi – 

1. Tərcümə 

olunma problemin - tərcümə probleminin ən köhnə nəzəriyyələrin-

dən biridir. Bu problem tərcüməyə tələbat yaranan və onu formalaş-

dırmağa cəhd olduğu bütün zamanlarda ortaya çıxır. Prinsipial 

tərcümə olunma təxminən xalqlar eyni səviyyədə olanda (onların 

elmi-texniki inkişafı bir-birinə uyğun olanda) gedə bilər. Belə ol-

duqda bir dildə ifadə olunan digər dildə ifadəsini tapa bilər, yəni 

tərcümə mümkündür. Burada bir problemin iki tərəfi var. Tərcümə 

informasiyanı elə  şəkildə çatdırılmalıdır ki, orada hər hansı itki 

getməməli, orijinalın məzmun və forması çatdırılmalı, bu zaman, 

dəqiq şəkildə informasiyanın dəyişdirilməsi mümkün deyildir. Əgər 

tərcüməni məlumatın verilməsi və qəbuluna istiqamətlənmiş nitq-dil 

fəaliyyəti kimi nəzərdən keçiririksə, daha doğrusu, bu dillərarası 

kommunikasiya üçün zəruridirsə, bu zaman tərcümə olunma 

 

130



problemi müsbət həll olunur. Sonuncu halda mövcud 

informasiyanın verilməsi  şəraiti sanki ünvançıya onun çatdırılasını 

deyir. Bədii tərcümədə oxucuya ilk növbədə  əsərin müəllifinin 

üslubunu çatdırmaq lazımdır. Sinxron və ardıcıl tərcümədə isə 

yalnız məkanın verilməsi ilə məhdudlaşmaq olar. Lakin bunun özü 

də  əsilin adekvatlığını  və tamlığını müstəsna etmir. 2. Əgər tər-

cüməni artıq hər hansı dildə ifadə olunmuş fikir kimi qiy-

mətləndiririksə, deməli, tərcümə olunmayan orijinal da yoxdur. 

Belə ki, bir dildə ifadə olunanı digər dildə  də ifadə etmək olar. 

Deməli, belə olduqda biz çətin tərcümə olunan mətnlərdən danışa 

bilərik. Tərcümə zamanı bu, ya orijinalın dilini mükəmməl bilmə-

mək ucbatından ortaya çıxan çətinliklərlə bağlıdır, yaxud predmetin 

mahiyyətinin tam bilinməməsi, daha doğrusu, dərk olunmaması, 

xüsusi biliklərin natammalığı ilə bağlı olur. Yaxud tərcümə edilən 

dilin özünün zəif bilinməsi ilə bağlı olan çətinliklərlə, yaxud da 

tərcümə dilində hazır ekvivalentlərin olmaması ilə  əlaqədardır. 3. 

Tərcümə olunma ilkin dildə  və  tərcümə dilindəki dildaxili üslubi, 

semantik informasiyanın yenidən yaradılmasıdır. 



Tərcümə olunmama – 

1. Doğma dildə ideal ekvivalentin ol-

maması, yaxud orijinaldakı bu və ya digər sözə, yaxud anlayışa uy-

ğunsuzluq. Bu, tərcüməçinin tərcümənin bu və ya digər priyomla-

rında bacarıqla istifadə etmək yolu ilə verilir. 2. Bax: tərcümə olun-

ma - tərcümə olunmama problemi. 



Tərcümə olunmuş mətn – 

tərcümə prosesi nəticəsində alınan 

mətn. 

Tərcümə praktikası – 

1. Tərcümə nəzəriyyəsi, metodikası və 

texnikasının  əsasında dayanan seçilmiş bilik və bacarıqların 

tərcüməçilik fəaliyyətinin onun şifahi və yaxud yazılı prosesində 

tərcüməçinin koqnitiv hərəkətləri və bu fəaliyyətlə sistemli məş-

ğuliyyət nəticəsi, daha doğrusu, ikidilli situasiyada informasiyanın 

işlənməsi. 2. Tərcüməşünaslığın tədris prosesində  nəzəri biliklərin 

tətbiqi və möhkəmləndirilməsi. 3. Təcrübəyə  əsaslanan ikidilli si-

tuasiyada yazılı  və yaxud şifahi informasiyanın işlənib hazırlanma 



 

131 


bacarığı, məşğuliyyəti, işi. Bax: tərcümə metodikası, tərcümə 

texnikası



Tərcümə priyomu – 

tərcümə prosesində ortaya çıxan tərcü-

məçinin fəaliyyəti, yaxud konkret əməliyyatlar. 

Tərcümə prosesi – 

1. Bir işarələr sistemindən digərinə keçid. 

2. Orijinaldakı  hər hansı ekvivalent vahidlərin  əvəzinə  tərcümə 

dilində ekvivalent vahidlərin ardıcıl olaraq qoyulması prosesi. 3. 

Tərcüməçinin ilkin mətndən qavradığını  tərcümə  mətnində yarat-

ması.  İki dildən istifadə etməklə kommunikasiyanın  əsas həlqəsini 

və spesifikasını  təşkil edir. 4. Bir dildə göndərəndən digər dildə 

adresata (informasiyanın verilməsi yolu ilə (şifahi, yaxud yazılı) şə-

yata keçirilən kommunikasiya aktı, yəni, ikidilli kommunikasiya 

aktı. 5. Üç hissədən ibarət məqsədyönlü, adekvat proses: a) hər han-

sı dildə görmə, yaxud eşitmə yolu ilə anlama məqsədilə qavrama; b) 

başa düşülmüşün dildə təhlili məqsədilə məlumatın, yaxud orijinalın 

öz şəxsi biliyinə çevrilməsinin dərk olunması; c) digər dildə yadda 

saxlanılmışların yenidən səsləndirilməsi (əksər hallarda ana dilində) 

öz biliyinin malına çevrilmişi digər  şəxsə çatdırma. 6. Burada 

sözlər, orijinalda digər dilin qrammatik konstruksiya və vasitələri 

yox, orijinalın məzmunu, mənası tərcümə olunur. Məzmun bir daha 

ifadə olunur. Bu dəfə  tərcümədə, lakin öz qanunları olan digər 

sistem işarələri yaradan başqa vasitələrin köməyi ilə gedir. 7. Ümu-

mi şəkildə desək, o, çoxsaylı funksional kriteriyalar arasında gedən 

axtarış  həlli prosesi kimi nəzərdən keçirilə bilər. Tərcümənin 

nəticəsində təsir edən və eyni zamanda geniş perifraz (kontekstual 

sinonimiya) tərcümə  həllinin heç də yeganə  həll olmadığını  və 

çoxsaylı  dəyişkən həcmlər olduğunu göstərir. Başqa sözlə, deyim 

çərçivəsində tərcümənin bir neçə «düzgün» variantı mümkündür. 8. 

Fikir-nitq fəaliyyəti olmaqla, üç ardıcıl mərhələni özündə birləş-

dirir: ilkin dildə olan ifadələrin fikrinin başa düşülməsi; təfəkkürün 

bir obyektdən digərinə qoşulması (bir dildən başqa dilə); tərcümə 

dilinin vasitələri ilə fikrin ifadəsi. Buradan belə bir nəticə çıxır ki, 

tərcümə nitq fəaliyyətindəki digər dörd növə nisbətən – şifahi nitq, 

məruzəyə qulaq asanlar, yazılı nitq və özü-özünə oxuya nisbətən 

 

132



ikincidir; tərcümənin hər hansı növü üzrə bacarıq və vərdişlərin nitq 

fəaliyyətinin sadaladığımız iki növündən (audirovaniye – şifahi 

nitq, audirovaniye – yazılı nitq, öz-özünə (ürəkdə) oxuma – yazılı 

nitq) və bir dildən başqa dilə keçid təfəkkürünü tərcümənin hər 

hansı növünü yuxarıda qeyd etdiyimiz nitq fəaliyyətinin iki növünə 

bölmək mümkündür. 9. Hər hansı mətnin, yaxud şifahi nitqin digər 

dilin köməyilə birincinin məzmun və formasının vahidliyini 

yenidən yaratma prosesi. Adətən tərcümə dedikdə  nəinki proses

həm də  tərcümə olunmuş  mətn, bəzən isə  tərcümə olunmuş  sənəd 

nəzərdə tutulur. 



Tərcümə prosesində kommunikativ miqyaslar – 

tərcümə 


aktını iki kommunikativ zəncirin (Müəllif→Mətn→Oxucu/Tərcü-

məçi→Mətn→Tərcümə) asılılığı kimi nəzərdən keçirən konfron-

tasiyası kimi qəbul edən kommunikativ imkan diapazonudur ki, 

onlar eyni zamanda eyni şəraitlərdə  fəaliyyət göstərmir. Bu 

konfrontasiya prosesində tərcüməçinin mətn səviyyəsində zaman və 

məkan baxımından kənarlaşması gedir. 



Tərcümə-referat – 

bəzən tərcüməçiyə  mətni ixtisar imkanı 

verilir ki, oradan o, ikinci dərəcəli şeyləri kənara atıb, tərcümə olu-

nan işin məzmununu daha müxtəsər şəkildə öz sözləri ilə şərh etmə-

si nəzərdə tutulur. Tərcümə-referat orijinalın əsas fikrini əhatəli şə-

kildə işıqlandırmalı və referat öz lakonikliyi ilə seçilməlidir. Tərcü-

mə-referatda, xüsusən, yenini fərqləndirməyə ehtiyac vardır. 

Tərcümə-reminissensiya – 

orijinalın təsiri altında və onun 

məzmunun və yaxud formasının komponentlərindən istifadə etmək-

lə, lakin müəllif əsərinin ilkin mənbəsi göstərilməməklə yaradılmış 

bədii poetik mətn. 

Tərcümə reseptoru 

– bu, elə adresat, alıcı deməkdir. 



Tərcümə tarixi – 

diaxron aspektdə  tərcümə prosesinin mo-

dernləşdirilməsi. Tərcümə tarixi ədəbi prosesin bir hissəsini təşkil 

edir. Milli ədəbiyyat tarixinə  məxsusdur. Tərcümə tarixi məhdud 

mənada isə tərcüməçilik proqramlarının tarixi, tərcümə konsepsiya-

sını və tərcümə metodlarının inkişafını özündə ehtiva edir. O, ədəbi 

əlaqələr tarixi və tarixi üslubiyyatla bağlı olur. Tərcümənin daxili 



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə