Microsoft Word Tercumeshunasliq lugeti fin doc



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə34/41
tarix02.10.2017
ölçüsü1,1 Mb.
#2597
1   ...   30   31   32   33   34   35   36   37   ...   41

 

133 


inkişafının tarixi poetika ilə çarpazlaşması  tərcümə  tədqiqatının 

modelini əks etdirir. 



Tərcümə tənqidi – 

ədəbi tənqid tərəfindən tərcüməyə müna-

sibətdə irəli sürülən dləyərləndirmə meyarlarının cəmi. Tərcümənin 

aksiologiyası – tərcümə mətninin aktual dəyər kriteriyasıdır. Dəyər 

kriteriyasının qoyulmasında  ədəbi tənqid praqmatik funksiyası ilə 

iştirak edir. Adətən, praktikada tərcümə  tənqidinə üç əsas mövqe 

əks olunur: oxucu dəyəri tərcümənin tənqidi kimi, orijinalın ideya - 

estetik dəyərinin tərcümə olunmuş  mətndə reallaşması; tərcümə 

olunmuş  əsərin qəbuledici  ədəbi kontekstində ideya – estetik əhə-

miyyəti 


Tərcümə tipləri – 

tərcümənin realizə tipinə uyğun olaraq ger-

çəkləşməsi (elmi, bədii, publisist və s.). Operativlik və ikoniklik ki-

mi ziddiyyətlər əsasında qurulan ilkin üslubun əsas sxemi anlaşma 

və emosionallıq üzərində qurulmaqla, ilkin üslubların müvafiq qol-

larını təqdim edir. 



Tərcümə transformasiyaları – 

müvafiqliyin üçüncü kateqo-

riyasıdır ki, burada nitq vahidlərinin mənalarından asılı olan uyğun-

luğu tərcüməçinin özü yaradır. Belə olduğu halda, təsviri tərcümə 

tərcüməçinin köməyinə çatır və məntiqi təfəkkürün mənanın konk-

retləşməsi ilə bağlı, mənanın generalizasiyası, anatomik tərcümə və 

s. köməyə gələ bilir. 

Tərcümə universaliləri – 

1. Tərcümənin şəraitindən asılı ol-

mayaraq, mətnin janr xarakteristikasından, ünsiyyətə girən dillərdən 

asılı olmayaraq tərcümənin anlayış və kateqoriyaları. Tərcümə uni-

versalilərinə invriant, məlumat, tərcümə üsulu, müvafiqlik, tərcümə 

vahidi və s. aid etmək mümkündür. 2. Tərcüməçilik fəaliyyətinin 

bütün müxtəlif növlərinə, hadisə  və kateqoriyalarına xas olan xü-

susiyyətlər: tərcümə prosesinin sxemi, tərcümənin invariantı, 

tərcümə vahidi və s. aiddir. 

Tərcümə üçün mətn seçimi – 

bax, tərcüməçi proqramı. 



Tərcümə üsulu – 

tərcümə haqqında elmin əsas kateqoriyala-

rından biri. Tərcümə üsulu obyektin mövcud olan tərcümə fəaliyyə-

 

134



tində bir dildən digərinə keçidin qanunauyğunluğu. Tərcümənin iki 

üsulu məlumdur: işarə və məna. 



Tərcümə vahidi – 

ayrı-ayrı vahidlərin tərcüməsidir. 



Tərcümədə semantik kondensasiya

  mətndə semantik seq-

mentlərin tədricən formalizə olunması zamanı gedir ki, onun kömə-

yi ilə  mətnin  əsas modelinin invariantına eksperimental yanaşma 

mümkündür. 

Tərcümədə  bədii inversiya – 

digər dildə  tərcümə zamanı 

özünü göstərən və tərcüməçinin maraqlarına uyğun olaraq transfor-

masiya. 



Tərcümədə dilin kreolizasiyası – 

tərcümə dilinin orijinal 

dilinin elementləri ilə sistemsiz şəkildə doldurulması; iki dil 

strukturunun tərcümədə qeyri-orqanik çarpazlaşması. Orijinal dil 

strukturunun tərcümə dilinə, hər  şeydən öncə, leksik, morfoloji və 

sintaktik formalardan kalkalaşma yolu ilə gedir. 



Tərcümədə 

mədəniyyətin «kreolizasiyası» 

– iki 


mədəniyyətin çarpazlaşması; iki mədəniyyətə  məxsusluq (tərcümə 

«sənəd» kimi, yaxud orijinal mədəniyyətinin daşıyıcısı  və  vətən, 

qəbul edən mədəniyyətinin özünəməxsus faktı). 

Tərcümədə neqativ yerdəyişmə – 

orijinalın dərk 

olunmaması ilə şərtlənən üslubi informasiyanın qeyri-adekvat həlli. 

Neqativ yerdəyişmə tərcümə mətnində dili bilməmək, yaxud orijinal 

strukturunun səthi interpretasiyası ilə motivləşə bilər. Tərcümə 

mətnində neqativ yerdəyişmə, belə demək mümkünsə, 

«perevodizm»lərin, yaxud son dərəcə yüksək interpretasiyası 

şəklində, orijinal mətnin interpretasiyasında özünü göstərir. 



Tərcümədə orijinala sadiqlik – 

bax, tərcümədə üslubi və 

məzmun ekvivalentliyi. 

Tərcümədə orijinalın kodlaşması 

– bax, tərcüməçinin 

metabədii fəaliyyəti. 

Tərcümədə relyativ tarixiləşmə – 

bu,  əsərin bütün mətninə 

yox, müxtəlif səviyyələrinə aid olan tematik və dil işləməsidir. O, 

müəllif koduna (poetikasına) uyğun olaraq tərcüməçinin mövzu-üs-

lubi direktivlərindən irəli gəlir. 



 

135 


Tərcümədə tematik yerdəyişmə 

– orijinalda və  tərcümədə 

tematik realilər arasında olan müxtəlifliklər. Tərcümə zamanı tema-

tik yerdəyişmə denotatların çatışmazlığı  nəticəsində yaranır: kon-

notasiyaya üstünlük vermənin özü konnotasiyanın ziyanına ola 

bilər. 


Tərcümədə transformasiya – 

tərcümə zamanı orijinalın dili-

nin, mövzusunun, üslubunun modifikasiyası, tərcümənin yaradılma-

sı  şəraitində orijinalın invariant nüvəsi. Tərcümədə transformasiya 

müəyyən dərəcədə ekvivalentlik dərəcəsi yaradır, daha doğrusu, 

burada tərcümənin orijinala yaxınlaşdırılma dərəcəsi nəzərdə tutulur 



Tərcümədə üslubi itkilər – 

orijinalın bədii strukturunun tərc-

ümə mətnində bədii üslubi elementlərinin itirilməsi

Tərcümədə üslubi kalkalaşma – 

orijinaldan tərcüməyə 

keçirilmiş, işlənilmiş hazır üslubi sxem və metodlar. Bu, mətnin 

makro, yaxud mikroüslubi səviyyəsində həyata keçirilə bilər. 



Tərcüməçi (1) - 

1. Bir dildən digərinə çevirən, tərcümə üzrə 

mütəxəssis. 2. Həm ilkin dildən alıcı rolunu da, həm də sonuncu dil-

dən, yəni tərcümə dili rolunda çıxış edən ikidilli kommunikativ akt 

iştirakçısı. 3. Ünsiyyətdə əlavə; ona ehtiyac, zərurət o zaman yaranır 

ki, mənbə ilə adresatın kodları üst-üstə düşmür. 4. Müəyyən mənada 

onu linqvoölkəşünas da hesab etmək olar ki, o özü konkret mədə-

niyyət daşıyıcısı olsa da, digər mədəniyyət haqqında da eyni 

dərəcədə müvafiq biliyə malik olmalıdır. 

Tərcüməçi (2) - 

yaddilli məlumatı (mətni) qəbul edən 

məlumatın (mətnin) digər dildə yenidən kodlaşdırılmasıdır. 

Tərcüməçinin ümumi informasiya mənbələri – 

1. Ümumi 

təyinatlı lüğətlər: A. İkidilli lüğətlər; 1) xarici – Azərbaycan və 

Azərbaycan- xarici qeyri-ixtisas lüğətləri; 2) frazeoloji lüğətlər. B. 

Birdilli lüğətlər; 1) Azərbaycan dilinin izahlı lüğəti, xarici dilin və 

əcnəbii söz lüğətləri; 2) köməkçi (yardımçı) lüğətlər (sinonimlər, 

antonimlər, orfoqrafik); 3) ümumitəyinatlı ensiklopedik lüğətlər. II. 

Ümumi ensiklopediyalar.  

 

136


Tərcüməçi mövqeyi (ideoloji) 

– tərcüməçinin orijinalın ide-

ya – estetik xüsusiyyətlərinə münasibəti, orijinal müəllifinin və 

onun ədəbi aktivlik fəaliyyətinin dəyərlənirilməsi. 



Tərcüməçi mövqeyi (üslubi) – 

hakim ədəbi baxışlar çərçivə-

sində yaranan orijinalın üslubi xüsusiyyətlərinə münasibətdir ki, bu, 

tərcüməçinin fərdi üslubi meyilləri ilə bağlıdır. Balsenjanın  əsər-

lərinə uyğun olaraq biz bu, mövqenin üç realizasiyasını  nəzərdə 

tuturuq: sıfır tərcümə üslübi nöqteyi-nəzərdən ifadəli deyil, izafidir 

– üslubi informasiya yalnız kəmiyyət baxımından qarantlaşdırılır; 

tərcümədə yeni üslub. 



Tərcüməçi mövqeyi (üslubi nuleveya) 

– tərcüməçinin dil və 

tematik ekvivalentlik səviyyəsindən qurtula bilməməsi və üslubi ek-

vivalentlik səviyyəsinə çıxması. 



Tərcüməçi proqramı – 

tərcümə üçün mətn seçimi. Tərcümə-

çinin proqramı, adətən, mədəni-ictimai situasiya, mədəni-ictimai 

tələb və ədəbi səviyyədən ibarətdir. Tərcüməçi proqramı həm nor-

manı üstələyə, həm də fərdi zövqünə uyğun olaraq geri də qala bi-

lər. 


Tərcüməçi-referent – 

1. Xarici (ən azı iki) dillər üzrə 

mütəxəssis; ali məktəblərin tərcümə fakültəsini bitirmiş  məzunlara 

verilən ixtisas; yeni dövlət standartı: «linqvistika və kulturoloji 

dərəcə (ixtisaslaşdırma)» linqvist. Tərcüməçi. 2. Müqayisə et: 

referent və tərcüməçi – referent. 



Tərcüməçilər kollektivi 

– tərcümə ilə bağlı bir neçə tərcümə-

çinin birliyi və ədəbi mətnlər toplusu. Adətən, tərcüməçi kollektivi 

iri həcmli ədəbi əsərlərin tərcüməsi zamanı (çoxcildli) yaranır. 



Tərcüməçilik fəaliyyətinin modeli 

– o, özündə dörd səviyyə-

ni əks etdirir. Birinci səviyyəni mətninin ümumi strukturunda söz-

lərin ilkin mənasının başa düşülməsini və dərk edilməsini tərcümə-

nin realizəsi kimi qeyd etmək olar. Daha sonra tərcümənin sxem sə-

viyyəsində realizasiyasında mətnin ayrı-ayrı vahidlərinin (söz, söz 

birləşməsi, frazoloji vahidlər), həm də daha iri seqmentlərin (cümlə, 

cümlədən böyük vahidlərin, bütöv mətnin) mənasının daha dərindən 

və  dəqiq müəyyən edilməsi amili özünü göstərir. Bu, tərcüməçi 



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə