Microsoft Word Tercumeshunasliq lugeti fin doc



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə32/41
tarix02.10.2017
ölçüsü1,1 Mb.
#2597
1   ...   28   29   30   31   32   33   34   35   ...   41

 

125 


prosesində onlar müqayisə fonu kimi xidmət edir. Əlaqələndirici 

(aralıq) amil kimi üslubi səviyyədə üslubi sistem tərcümənin 

gərəkliyi, yaxud uyğunluq vasitəsi kimi çıxış edir. 

Tərcümə  mətnində dil ekvivalentliyi – 

orijinal və  tərcümə 

səviyyəsində dil səviyyəsində elementlərin həmcinsliyi (fonetik, 

morfoloji və sintaktik). Dil səviyyəsində  həmcinslik mətnin üslubi 

səviyyəsində ekvivalentliyin müəyyənləşməsi ilə əlaqədardır. 

Tərcümə  mətnində dil əməliyyatları – 

məlumatı verən və 

qəbul edən dil arasında vahidlərin uyğunluğunun seçilməsi. 

Tərcümə  mətnində dövrün üslubu – 

müasir  ədəbi dil ka-

nonlarında qoyulmuş üslubi konvensiyalar sistemindən fərqli ola-

raq, m.vcud oxucu vərdişləri və göstərilənlərdən fərqli olan üslub. 

Hər bir mətn ədəbi konvensiyalara tabe olur. Ədəbi kanon dəyişə bi-

lər və belə olduğu halda üslubun bədii norması da dəyişəcəkdir. 



Tərcümə mətnində ekzotizm –

 orijinaldan tərcüməyə keçiri-

lmiş tematik, dil, üslubi elementlər. Burada söhbət orjjinal 

mədəniyyəti üçün tipik olan və  tərcümə  mədəniyyəti üçün məlum 

olmayan qeyri-adi elementlərin seçimindən gedir. Tərcümənin 

orijinala yaxınlaşdırılması tərcümə  mətnində dil transpozisiyalarını 

və tematik faktları əhatə etməklə baş verir. Mətnin təşkilində ekzo-

tiklik semiotik əməliyyatdır və orijinal ədəbiyyat mətnində də əksini 

tapır. Odur ki, onu tərcümə  ədəbiyyatını, orijinal yaradıcılıqdan 

fərqləndirən yeganə əlamət kimi hesab etmək olmaz. 



Tərcümə mətnində ifadənin substitusiyası (əvəzlənməsi) –

 

ifadənin tərcümə olunmamış elementlərinin ona təxminən yaxın 



olan bədii mənasına görə funksional əvəzlənməsi. 

Tərcümə  mətnində kommunikativ mövqelərin konfron-

tasiyası – 

kommunikativ  əks  əlaqə, daha doğrusu, tərcüməçinin 

oxucu qavrayışı səviyyəsini nəzərə almağa cəhd etməsi. Bu, konkret 

olaraq tərcüməçinin bədii priyomların tətbiqində, üslubi seçimlərin 

müəyyənləşdirilməsində özünü büruzə verir. 

Tərcümə mətnində kommunikativ situasiya 

– kommunika-

siya prosesində tərcümədə yaradılmış münasibət: bu situasiyada iş-

tirak edənlər: tərcüməçi mətnin ekspediyenti rolunda və qəbuledici 

 

126


– rolunda iştirak edir. Kommunikativ situasiya tərcümənin üslubi 

quruluşunda özünü əks etdirir. 



Tərcümə mətnində lokallaşma 

– mətndə məkan kateqoriya-

sına aid olan orijinalın tematik elementlərinin işlənilib hazırlanması 

(hərəkət yeri və onunla bağlı hər şey). Lokallaşma oxucu qavrayışı-

nın qəbuledicini yüngülləşdirməyə istiqamətlənmə. 

Tərcümə mətnində mənaların invariantlığı – 

invariant nüvə 

mətnin semantik elementlərinin daimi, əsas, dəyişilməz hissələridir. 

Onların mövcudluğunun mənaların qatlaşdırılma eksperimenti ilə 

sübut etmək olar (semantik kondensasiya). Daimi mənaların  əsas 

nüvəsi  əsasında oxucu, tərcüməçi (və digərləri) konkretləşməsi, 

yaxud transformasiyası və onun variantları yaranır. Bu zaman məna 

nüvəsi dəyişilmir, burada yalnız forma sahəsində  və  təsviri va-

sitələrdə dəyişikliklər baş verir. 

Tərcümə mətnində mənaların qatılaşdırılması – 

bax: tərcü-

mə zamanı semantik kondensasiya. 

Tərcümə  mətnində mövzu – 

orijinalın və onu «məzmunu-

nun» tərcümə zamanı quruluşunun gerçəkləşdirilməsi. Mətnin te-

matik elementləri və onların təşkili (kompozisiya) orijinaldan o qə-

dər də böyük dəyişikliklər olmadan tərcüməyə köçür. Tərcümədə 

baş verən tematik yerdəyişmələr orijinaldakı və tərcümədəki sosial-

psixoloji və  mədəni fərqlərlə bağlı olur ki, burada tərcüməçi oxu-

cunun zövq maraqlarını (mövzunun adaptasiyası, lokalizasiyası, ak-

tualizasiyası) ödəməyə çalışır. 

Tərcümə mətnində «yad» mədəniyyət – 

orijinal mədəniyyə-

tin tanınmasını şərtləndirən mətndəki mövzu, dil və üslubi element-

lər. Burada söhbət mlli ədəbi struktur kontekstinə münasibətdə olan 

yeni mətndən gedir. 

Tərcümə  mətnində  tərcümə olunma və  tərcümə olunma-

ma elementləri arasında münasibət 

– bax, tərcümədə üslubi və 

məzmun ekvivalentliyi. 

Tərcümə  mətnində üslub – 

tərcümədə elementlərin üslubi 

təşkili onun eyni üslub elementlərinə münasibətdə  və onların ori-



 

127 


jinalda dil və tematik korrespondensiyalarda təşkilinin nəzərə alın-

maması



Tərcümə  mətnində üslubi yerdəyişmə – 

orijinalın və  tər-

cümənin ayrı-ayrı elementlərinin ümumi məna və üslubda ekviva-

lentliyinin əldə edilməsi üçün funksional uyğunsuzluq 



Tərcümə mətnində milli aspekt – 

tərcüməçinin ədəbi və mə-

dəni məxsusluğunu xarakterizə edən dil və mövzu elementləri oxu-

cu vərdişləri və eləcə də oxucunun gözləmə stereotipi. 



Tərcümə  mətnində yeni üslubun tapılması 

– bu, orijinalın 

üslubi və semantik invariantının tərcümədə gerçəkləşməsi deməkdir 

ki, onun nəticəsində milli ədəbiyyatın üslub ənənəsi yeni element-

lərlə zənginləşdirilir. 

Tərcümə mətnində zaman aspekti – 

bu, orjjinal mətnlə tər-

cümə  mətni arasında zaman məsafəsi ilə  şərtlənən kommunikativ 

dəyişiklikdir. Zaman aspekti iki əsas səviyyədə proyeksiyalaşır: 

mətnin maddi substratı səviyyəsində (qrammatik zaman) və mətnin 

semiotik funksiyası  səviyyəsində (zaman mədəniyyət fenomeni ki-

mi). Tərcüməçi üçün daha vacibi zaman proyeksiyasıdır ki, bu mət-

nin dərinləşdirilmiş ölçüsü olur. Tərcümədə isə bu ölçü orijinalın 

zamanın yaxınlaşdırılması (tarixiləşmə), yaxud onun uzaqlaşması 

(modernləşməsi) ilə ifadə olunur, bu isə tərcümənin kommunikativ 

mövqeyindən asılıdır. Orijinal mətndə realizə olunmuş mədəni kod 

tərcümə  mətnində realizə olunan mədəni kodla öz intensivliyinə 

görə üst-üstə düşə  də bilər, düşməyə  də bilər (ümumiyyətlə,  əksər 

hallarda üst-üstə düşmür). Belə ki, burada zamanın ya gecikməsi, ya 

da qabaqlanması özünü büruzə verir. 

Tərcümə  mətnində zamanarası amil 

– bu, orijinal və 

tərcümə  mətnləri arasındakı  fərqdir ki, orijinalın və  tərcümənin 

yarandığı  mədəni sistemlər nəticəsində özünü göstərir. Onlar 

arasındakı  gərginlik «özünün» və «özgənin» oppozisiyasını  əks 

etdirir (Y.M.Lotman). Mədəniyyətlərin bu ziddiyyətləri arasında 

intensivlik mətnlər arasındakı tarixi, antropoloji və psixoloji 

fərqlərlə ifadə olunur. 

 

128


Tərcümə mətninin sistemli-obrazlı strukturu 

dil vasitələ-

rinin seçimi əsasında obrazlı sistemin tək, yaxud standartlaşmış təş-

kilidir ki, o tərcüməçinin kommunikativ mövqeyi ilə müəyyənləşir; 

üslubun sintaqmatik aspekti. 

Tərcümə  mətninin tarixləşməsi – 

tərcümə olunacaq bütün 

mətnə, yaxud onun bir hissəsinə aid olunan və müəllifin orijinal 

əsərinin semantik – üslubi kodundan (poetikasından) yaranan möv-

zu və dil işləməsi. 

Tərcümə mətninin üslubi istiqamətliliyi 

– tərcümə mətnin-

də orijinalın üslubi xüsusiyyətlərinin proyeksiyası və gerçəkləşməsi. 

Üslubi istiqamətliliyin həyata keçirilməsi mətnarası invariantın sto-

xastik (həqiqətə uyğun) qorunub saxlanılmasında əhəmiyyətli olur. 

Tərcümə modeli – 

tərcüməçilik fəaliyyətinin modeli. 



Tərcümə uyğunluğu – 

bu, tərcüməyə ekvivalentlik demək-

dir. 

Tərcümə  nəzəriyyəsi –

  tərcümənin sistemli şəkildə öyrənil-

məsi ilə  məşğul olan elmi fənn. Məntiqi – sintaktik, semantik as-

pektləri ilə  bərabər, həm də praqmatik cəhət onun tərkib hissəsini 

təşkil edir. Tərcümə  nəzəriyyəsinin ayrı-ayrı aspektləri tədqiqatın 

sinxron və diaxron müvafiqliyində gedir. 



Tərcümə nəzəriyyəsinin metadil problemi – 

əslində bu va-

sitəçi dil - əlaqəli problemidir. Bir tərəfdən, linqvistikada mübadilə 

dedikdə «ikinci sırada duran dil» başa düşülür, daha doğrusu, təbii 

dil üzərində qurulan mülahizələr. Burada müəyyən anlayışlar 

sisteminə müvafiq olan linqvistik nəzəriyyələr çoxluğundan söhbət 

gedə bilər ki, dillərin mühüm əlamətlərini  əks etdirən və onların 

həm zahiri, formal, həm də daxili, məzmun tərəflərini təsvir etməyə 

imkan verir. Digər tərəfdən, dilçilikdə metadil dedikdə  bəzən 

linqvistik təsvirin daha mücərrəd sxemi başa düşülür. Tərcümə 

prosesinə  tətbiqən belə sxem aşağıdakıları özündə  əks etdirir: a) 

elementar məna vahidləri cəmi; b) mətnin müvafiq parçasının ya-

ranması tarixi; c) onun üslubi xarakteristikasını. Bax: həm də tərcü-

mə metadili. 




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə