Microsoft Word Tercumeshunasliq lugeti fin doc



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə29/41
tarix02.10.2017
ölçüsü1,1 Mb.
#2597
1   ...   25   26   27   28   29   30   31   32   ...   41

 

113 


Tam olmayan uyğunluq – 

məna və üslubi invariantlara uy-

ğunluq. 1. Məna invariantına uyğunluq. 2. Mənanı özündə  əks 

etdirməyən (saxlamayan) uyğunluq. 



Tam tərcümə – 

hər hansı bir ixtisara yol verilmədən edilən 

tərcümə

Tam yazılı tərcümə – 

texniki tərcümənin əsas forması. Çünki 

bütün tərcümə praktiki olaraq istifadə olunan informasiya tam yazılı 

tərcümə formasında işlənib hazırlanır, texniki tərcümənin digər 

formaları isə həmin əsas formanın ixtisarlaşdırılmış variantı olur. 

Tamhüquqlu əvəzləmə – 

adekvat əvəzləmə. 



Texniki  ədəbiyyat tərcüməsi – 

burada ön plana tərcümə 

edilən mətnin predmetinin düzgün başa düşülməsi çıxır. Bununla 

belə, texnikanın istənilən sahəsinə aid olan və  qəbul edilən Azər-

baycan terminologiyasını yaxşı bilmək tələb olunur. Əsasən standart 

terminologiyadan istifadə etmək məsləhətdir. Təsviri tərcüməyə yal-

nız o zaman yol vermək olar ki, Azərbaycan dilində həmin termin 

mövcud deyildir. İşə başlamazdan  əvvəl konkret ixtisas üzrə 

materialın başa düşülməsi üçün vacib olan əsas məqamlarla dərin-

dən tanış olmaq lazımdır. Tərcümənin özünə verilən tələbə gəldikdə 

isə fikrin düzgün verilməsi ilə yanaşı, həm də  qəbul olunmuş 

terminologiyadan müxtəsər formada istifadə etməyi bacarmaqdır. 

Maşınların, avadanlıqların, instrument və alətlərin, yaxud istehsal 

proseslərinin hamısı  təsviri xarakter daşımalıdır. Bütün ingilis-

amerikan ölçülərinin metrik ekvivalentlərini düzgün hesablamaq 

lazımdır. Çertyojlarda imzalar tamamilə yenidən çəkilməlidir 

(sxematik şəkildə) və Azərbaycan dilində uyğunlaşdırılmalıdır. 

Texniki mətnlərin tərcüməsi – 

bax: elmi-texniki tərcümə. 



Temporal münasibətlərin markerləri – 

buraya zaman bağ-

layıcıları, «the next morning-növbəti, səhəri gün», «all that day-bü-

tün gün» tipli temporal cümlələr, Future Perfect və Past Perfect 

nisbi zaman tipli, zamanların uzlaşması (he said he came), sözlərin 

sırasını əks etdirən hadisələrin ardıcıllığı aiddir 



Terminlərin tərcüməsi – 

məlum olduğu kimi, dildə terminlər 

(daha doğrusu, sözlər və söz birləşmələri) xüsusi anlayışları  və 

 

114



xüsusi əşyaların işarələrini bildirmək üçün yaradılan, yaxud alınmış 

sözlər (elmi, texniki və s.) dilin son dərəcə müxtəsər şəkildə və in-

formasiyanın dəqiq verilməsinə canatması  nəticəsində  əmələ  gəlir, 

daha dogrusu, burada elə bir dəqiqliyə cəhd olunmalıdır ki, sözlərin 

və söz birləşmələrinin özbaşına və subyektiv izahına yol verilməsin. 

Bu, öz ifadəsini tərcüməçinin xarici terminologiyanı dolğunluğu ilə 

əla səviyyədə bilməsində tapır. Xüsusi materialların tərcüməsində 

ən çətini terminlərin düzgün çevrilməsi məsələsidir. Termin adətən 

başqa dildəki müvafiq terminlə tərcümə olunur, ona görədə analoji, 

sinonimik əvəzləmə, təsviri tərcümə kimi üsullardan yalnız o zaman 

istifadə olunur ki, dildə müvafiq terminin qarşılığı yoxdur. Dəqiq və 

tam semantik sərhədləri olan birmənalı terminlərlə yanaşı, həm də 

çoxmənalı terminlər mövcuddur. Buna görə  də  hətta 

təkkomponentli terminlərin çoxmənalılığı onların düzgün başa dü-

şülməsini və  tərcüməsini çətinləşdirir ki, onun adekvatlığı tam 

şəkildə situasiya kontekstindən asılı qalır. Anlaşma və  tərcümə 

olunma baxımdan terminlərin tərcüməsini üç qrupa bölmək olar: 1. 

Xarici reallığın realiyalarını bildirən terminlər. Bu qrupa aid 

terminlərin izahı o qədər də çətin deyil, burada aşağıdakı hallar ola 

bilər: a) ekvivalent kimi Azərbaycan dili terminindən istifadə olunur 

ki, onun forması tərcümə dilindəki terminlə əlaqədardır (beynəlxalq 

terminlər); b) ekvivalent kimi tərcümə olunan (Azərbaycan dili) 

termindən istifadə olunur ki, onun forması ilkin dildəki (məsələn, 

ingilis dilindəki) terminin forması ilə  əlaqədar deyildir; c) çox-

komponentli bir neçə sözdən ibarət ingilis terminin mənası məna və 

forma etibarı ilə Azərbaycan termininin müvafiq komponentlərinin 

məna və forması ilə üst-üstə düşür; d) çoxkomponentli ingilis 

termininin ümumi mənası analoji Azərbaycan terminin mənası ilə 

tam üst-üstə düşür, bununla belə, onun ayrı-ayrı komponentləri 

Azərbaycan ekvivalentindən fərqlidir. 2. Azərbaycan gerçəkliyində 

xarici realiləri bildirən terminlər, lakin ümumi qəbul olunmuş Azər-

baycan terminoloji ekvivalentləri. 3. Azərbaycan gerçəkliyində ol-

mayan və ümumi qəbul olunmuş Azərbaycan dilinin terminoloji 

ekvivalentləri olmayan əcnəbi realiləri bildirən terminlər. Belə ter-




 

115 


minlərin tərcüməsinə aşağıdakı yolla nail olmaq olar; a) ingilis dili 

terminin təsviri; b) sözbəsöz tərcümə köməyilə; c) qismən, yaxud 

tam transliterasiya və sözbəsöz tərcümənin köməyilə; d) 

transkripsiya ilə; e) transkripsiya və  tərcümə ilə. Qeyd etmək 

lazımdır ki, bu tipli terminlərin tərcüməsi zamanı səhvlər əsasən o 

zaman ortaya çıxır ki, xarici terminə  hərfi uyğunluq axtarılır. 

Əlbəttə, belə yanaşma heç də özünü doğrulda bilməz: birinci, xarici 

gerçəklikdə olan realinin spesifikası aradan çıxır, ikinci isə belə 

olduqda burada həmin terminlər yalnız xarici gerçəklik üçün 

xarakterik olan anlayışları ifadə edə bilər və  məhz buna görə  də 

Azərbaycan dilinin xüsusi materiallarında qəbul olunmuş realilərə 

müvafiq olmaya bilər. Digər tipli səhvlər onunla bağlı olur ki, bu 

zaman yuxarıda göstərdiyimiz qruplardan hər birinə bu terminlərə 

qeyri-düzgün münasibət nəticəsində və tərcümə üçün qeyri-adekvat 

üsul seçiləndə yaranır, ortaya çıxır. Tərcüməçinin daha bir səhvi 

sözbəsöz tərcümədir. Bu o zaman ortaya çıxır ki, xarici termin, 

yaxud onun komponentləri Azərbaycan dili termininə analoji ol-

maqla, tamamilə başqa məna kəsb edir. Tərcümə zamanı daim 

terminin konkret şəraitdə, konkret kontekstdə real mənasını nəzərə 

almaq lazımdır. Həm də eyni zamanda cəm haldan istifadə zamanı 

terminin mənasının dəyişilməsi mümkündür. Beləliklə, terminlərin 

düzgün başa düşülməsi və  tərcüməsi heç də yalnız dili yaxşı bil-

məklə  əlaqədar deyildir, bu həm də xarici və Azərbaycan 

cerçəkliyində olan realiləri yaxşı bilməkdən irəli gəlir. 



Terminləşməmiş leksika – 

öz adi keyfiyyətində xüsusi 

mətnlərdə olub, amma termin kimi işlədilməyən söz və söz 

birləşmələridir. Bu leksikanın  əhatəsi o qədər də geniş deyil və 

xüsusi mətnlərin tərcüməsində  əlavə  çətinliklər yaratmasın deyə 

qısa zaman kəsiyində öyrənilə bilər. 



Tezlik lüğətlərinin ümidvericiliyi qiyməti – 

düzgünlük və 

effektivlik qiymətini özündə ehtiva edir və nəzərdə tutur. 

Tezlik siyahısının riyazi təhlili – 

EHM-da tezlik lüğətlərinin 

lüğət vahidlərinin hərfi yazılışı (təsviri) aparılmadan riyazi işləmələr 

üçün istifadə olunur. O bunu yalnız dərəcə tezlik siyahısını  və 

 

116


mütləq tezlikdən yararlanmaqla həyata keçirir. Riyazi təhlil 

nəticəsində Estu-Sipfa-Mandelbrot qanunu parametrləri, mütləq 

nəzəri tezlik, nisbi empirik tezlik, nisbi nəzəri  şəkildə toplanmış 

tezlik, maksimal və minimal nisbi səhvlər və riyazi linqvistikanın 

bir sıra başqa parametrlər alına bilər. 

Təhtəlşüur – 

müəyyən  şəraitlərdən  əvvəllər dərk olunmuş

yaxud dərk oluna biləsi. Təhtəlşüur hadisələrinə nitq vərdişlərini aid 

etmək olar ki, onlar əldə olunmuş biliklər əsasında formalaşır. 



Təxəllüs –

 insanın ictimai həyatda əsl adı, yaxud onun yerinə 

işlədilən uydurma adı. 

Təxəllüs metodu 

– müəllif subyektinin kompozisiya stra-

tegiyasıdır ki, o, öz əsərini başqasınınkı kimi təqdim edir (müəllif 

tapılmış  əlyazmanın nasiri kimi, müəllif-təhkiyəçi). Tərcüməçilik 

sferasında təxəllüs metodu fiktiv tərcümədə istifadə edilir. 

Təkrar – 

bax: tərcümə-reminissensiya. 



Təkrar (təkrir) 

– 1. Təkrar – mikro və makromətn tərkibində 

cümlə  əlaqəsinin elementar forması (fonetik: alliterasiya və asso-

nans; leksik və sintaktik. Təkrardan istifadə mətnin təşkil xüsusiy-

yətləri və təfəkkür prosedurlarının ifadə üsulları ilə bağlıdır. Təkrar 

mətnin mühüm elementlərini ayırır, müəyyən terminləri mətn 

semantikasının “təməl”, ilkin komponentlərini müəyyənləşdirir. 2. 

Bir dilin içində sözün, söz birləşməsinin, yaxud cümlənin danışanın 

nitqin predmetinə münasibətdə subyekt-qiymət vermə, də-

yərləndirmə ifadəsi ilə müşayiət olunur. 



Təkrar informasiya 

– verilmiş mətndə bir neçə dəfə təkrar-

lanmış məlumatlar. 

Tərcüməçinin üslubi idiolekti – 

tərcüməçinin üslubu. Bu, 

tərcümə mətnində tərcüməçinin üslubi vərdiş və bacarıqlarının ger-

çəkləşdirilməsinin məcmusudur. 



Tənzimləyən funksiya – 

bax: Nitq kommunikasiyasının (ün-

siyyətinin) funksional məzmunu. 

Tərcümə (1) – 

1.«Tərcümə» insanın nitq-dil fəaliyyətinin 

mürəkkəb növlərindən biri. Burada, adətən tərcümə prosesinin özü, 

ya tərcüməçi fəaliyyətinin şifahi–yazılı mətn, deyimin özünün nəti-




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə