Microsoft Word Tercumeshunasliq lugeti fin doc



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə26/41
tarix02.10.2017
ölçüsü1,1 Mb.
#2597
1   ...   22   23   24   25   26   27   28   29   ...   41

 

101 


siya vasitəsilə aradan götürülməsi deməkdir. Məsələn, konfransda 

sədrlik edib natiqə söz verəni bircə sözlə, natiqin təqdim etdiyi ölkə-

nin adını çəkməklə kifayətlənir. Bununla belə, situativ kompressiya 

öz tətbiq edilmə hədlərinə malikdir və rəsmi situativ sinxron tərcü-

mə zamanı bu son dərəcə yolverilməz olur. 

Situativ model – 

insanın nitq fəaliyyətinin elə modelidir ki, o 

eyni müxtəlif semantik komponentlər yığımının köməyi ilə pred-

metli təsvirlərin eyni işarəli təsvirlərini aparma üsuludur. 



Situativ tərcümə  nəzəriyyəsi – 

situativ tərcümə  nəzəriyyəsi 

dil çərçivələrindən bir qədər kənara çıxır  və gerçəkliyə müraciəti 

nəzərdə tutur. Situativ tərcümə nəzəriyyəsi onu əsas götürür ki, hər 

hansı denotat (predmet, əlamət, hərəkət, daha doğrusu, ətraf aləmdə, 

gerçəklikdə olan element), hər hansı situasiya müxtəlif cür təsvir 

oluna bilər. Üstəlik nəzərə almaq lazımdır ki, hər bir dilin özünün 

daşlaşmış  təsvir üsulları vardır. Və bu üsulu ayrı-ayrı  mətn 

vahidlərinin yeniləşməsi yolu ilə yox, təsvir olunan denotat, təsvir 

olunan situasiya yolu ilə tapmaq lazımdır. Situativ model denotatın, 

yaxud situasiyanın müəyyənləşdirilməsini ilkin mətnin və onların 

əsasında tərcümə  mətnin müəyyənləşməsini nəzərdə tutur. Belə-

liklə, situativ tərcümə  nəzəriyyəsi konkret verilmiş deyim mənası 

olan obyektivlikdən çıxış edir ki, burada məna situasiya ilə qarış-

dırılır. Bu tərcümə  nəzəriyyəsi çərçivəsində  tərcüməçi iki dilin 

nəzəriyyə və praktikasını yaxşı bilən yüksək səviyyəli linqvist-dilçi 

kimi çıxış edir. Situativ tərcümə  nəzəriyyəsi, xüsusən, Rusiya 

tərcüməşünasları,  əsasən V.Q.Qak tərəfindən daha yaxşı  işlənib 

hazırlanmışdır. Situativ tərcümə nəzəriyyəsi öz üstünlüklərinə bax-

mayaraq, tərcümə prosesində tərcümə haqqında elmin obyekti kimi 

onun komponentlərini nəzərə almır. Bax: həm də denotativ tərcümə 

nəzəriyyəsi. 



Siyasi diskurs – 

siyasi diskussiyalarda istifadə olunan bütün 

nitq aktlarının cəmi. Bax: diskurs. 

Slenq – 

müəyyən peşə, yaxud sosial təbəqə nümayəndələrinin 

tərəfindən istifadə edilən söz və ifadələr. Ümumi və xüsusi 

slenqlərə bölünür. 

 

102


Slot – 

biliklər təsəvvürünü təşkil edən freymadır ki, o freyma-

nı təsvir edən anlayış, yaxud obyekti xarakterizə edən bəzi mahiy-

yəti, yaxud əlaqəsi. 



Soraq – 

biblioqrafik kitabın işlənib hazırlanması - bu kitab-

larda tərcüməçinin nəinki xarici dili bilməsini, həm də  tərcümə-

şünasliq üzrə olan ədəbiyyatı bilməsini, bu sahədəki  əsas prob-

lemləri, onun inkişaf tendensiyasını bilməsini tələb edir. Bu tər-

cüməçini daim öz biliklərini dərinləşdirməyə, yeni ədəbiyyatı iz-

ləməyə, həm doğma dil də, həm də xarici dillərdə ixtisasla bağlı 

ədəbiyyatı mükəmməl bilməlidir ya vadar edir. Referent işində 

səriştəsi olmayan tərcüməçilər, hər şeydən əvvəl, soraq-biblioqrafik 

materialların tərtibatı qaydalarını bu növ işlərdə elementar vərdiş-

lərin əldə olunmasını dərindən öyrənməlidir. 

Soraq annotasiyası – 

bax, annotasiya. 



Soraq kitabları 

– texnikanın və sənayenin müxtəlif sahələrin-

də çalışan müxtəlif mütəxəssislər üçün nəzərdə tutulur və xüsusi 

məlumatları özündə saxlayır, texniki-iqtisadi göstəricilər, verilmiş 

rəqəmlər və s. Bununla belə, tərcüməçi uyğun xüsusi soraq kitabın-

da orijinalı düzgün başa düşmək üçün və onu texniki nöqteyi-nəzər-

dən tərcümə prosesində düzgün səsləndirmək üçün soraq kitabla-

rında müxtəlif detalların, proseslərin və s. adları verilir, istehsalatın 

üsul və  təşkili təsvir olunur, yazılı illüstrasiyalar gətirilir, konkret 

məsələ ilə bağlı xüsusi ədəbiyyat siyahısı verilir. Tərcümə zamanı 

az tanış olan sahədən materiala bağlı müvafiq soraq alma işin daha 

uğurlu olmasını təmin edir. 



Sosial dialekt – 

bu, dilin olduqca məhdud çevrəsində xüsusi 

və ümumiliklə bağlı olan və daimi və bilavasitə ünsiyyətdə olanlar 

tərəfindən işlədilən söz formasıdır. Hər bir dildə çoxsaylı sosial 

dialektlər mövcuddur. 

Sosial-markirələşmiş ekspressiv leksikanın (arqo, disfe-

mizmlər, jarqon, slenq və s.) tərcüməsi 

– tərcümənin mərhələləri: 

1. Tərcümə olunan leksik vahiddən yaranmış ədəbi dil sözünün əsas 

mənasının uçotu; 2. Onun yaranması zamanı praqmatik 

komponentlərin mənasının istifadəsinin uçotu; 3. Alınmış vahidin 



 

103 


özünün denotativ mənasının uçotu; 4. Tərcümə zamanı üslub, ide-

oloji ixtisar, axtarılan tələb olunan təbii tərcümə ekvivalentinin 

uçotu; 5. Orijinalın mətnin yaradıcısı istifadə etdiyi prinsipləri əldə 

rəhbər tutmaq: tərcüməçi personajların arqotik nitqini elə 

modelləşdirməlidir ki, tərcumədə-orjinalın bədii dürüstlüyü 

saxlanılmış olsun. 



Sosiolinqvistika – 

1. Dil ilə ictimai həyat faktları arasındakı 

səbəb  əlaqələrini öyrənən dilçiliyin bölməsi. 2. Dilərin sosial 

diferensiasiyasını öyrənən dilçiliyin şöbəsi, daha doğrusu, onun 

müxtəlif sosial dialekti. 3. İctimai mövcudluq və dilin ictimai 

inkişaf şəraitini öyrənən dilçiliyin sahəsi. 



Söz – 

1.Dilin öz səs tərkibi ilə predmet (əşya), proses, gerçək-

lik hadisələri, onların xassələri, yaxud aralarındakı münasibəti ifadə 

edən  ən müxtəsər  əsası. 2. Kontekstdən kənarda ayrı-ayrı sözlər 

müəyyən məna kəsb etmədiyindən tərcümə də oluna bilməz. 

Söz-anlayış – 

sözün nəinki sadə şəkildə fərqləndirilməsi, həm 

də onun bir məna  ətrafında seçməsini nəzərdə tutan leksik ma-

terialın seçim vahidi. Buna görə  də çoxmənalı söz bir neçə leksik 

vahid kimi nəzərdən keçirilir. 

Söz birləşməsi – 

söz birləşməsi dedikdə iki və daha artıq əsas 

sözün (ona aid olan köməkçi sözlər, yaxud bu sözlərsiz) birləşməsi 

olub, vahid, lakin anlayış  və  təsəvvürün açılması ifadəsi üçün 

xidmət edən birləşmə. 

Söz birləşməsi səviyyəsində  tərcümə 

– ilkin dildə müvafiq 

söz birləşmələrinin ekvivalentini axtaran tərcümə. Söz birləşməsinin 

tərcüməsində belə seçim vahidi geniş yayılmışdır, belə ki, tərcümə 

zamanı daha tez-tez bu səviyyə uyğunluğuna rast gəlinir ki, bu 

zaman sözlər cümlədə sözbəsöz tərcümə olunur, cümlənin qalan 

hissəsi isə söz birləşməsi səviyyəsində tərcümə olunur. 

Söz - formalar lüğəti – 

ələvə yardımçı dilin bütün söz forma-

larından ibarət olan maşın lüğəti. Bu tipli lüğətdə morfoloji təhlilə 

tələb xeyli dərəcədə sadələşir. Sözün özünün həcmi isə xeyli də-

rəcədə artır, lakin analitik tipli dillər üçün bəzi hallarda, xüsusən, 

ingilis dili üçün söz forması lüğətini tərtib etmək daha sərfəlidir. 

 

104


Söz formaları lüğətinin tərtibi 

– mühəndis linqvistikasında 

daxil edilmiş massivin sadə metodu ilə gedir, burada identik sözfor-

maların axtarışı onların kəmiyyətinin üst-üstə gəlməsidir ki, burada 

sözforması haqqında informasiyanın adresatı xidmət edir. Mətnin 

ümumi massivindən növbəti sözforma çıxarılır və onların axtarışı 

təşkil olunur. Eyni (üst-üstə düşən) sözformaların sayı toplanır. Ax-

tarışın sonunda mətndə verilmiş sözformalar massivindən sürüşdür-

mə metodu ilə  mətndən götürülür. Oxu prosesi, yadda saxlama və 

hesablama bütün mətnin işlənib hazırlanması sona yetənə  qədər 

siklvari olaraq təkrarlanır. Hər bir sikldən sonra massivin yerdəyiş-

məsi həyata keçirilir. Nəticədə maşının yaddaşında ranjirə olunma-

mış bütün sözforması korpusunun mütləq tezliyi yığılır. Alınmış si-

yahı, növbəti yığılma (toplanma) yadda saxlanılır, yaxud qarşılığı 

üçün, yaxud çap olunmaq üçün sözün kataloqu formasında daxil 

edilə bilər. 



Söz işlədilməsi – 

1. Mətn vahidi olub (söz, yaxud digər dil, 

yaxud işarə obyekti) aralıqdan-aralığa qədər olan boş yer. 2. İki ara 

arasında hərflərin hər hansı ardıcıllığı. Defis və  kəsr işarəsi hərf 

kimi hesablanır. 

Söz səviyyəsində tərcümə – bax: 

sözbəsöz tərcümə. 



Söz tərcüməsi 

– mətnin,  əsasən, leksik səviyyəsində realizə 

olunan tərcümə. 

Sözbəsöz tərcümə – 

1) - Hər bir sözün tərcüməsi. 2. Sintaksis 

və üslubi nəzərdə tutmaqla məna və məzmunun sözbəsöz tərcüməsi. 

Bu konfranslarda və  məhkəmələrdə  şifahi tərcümədir, sinxron və 

elmi-texniki tərcümə, sonuncuda tərcümə dilində terminoloji 

anlayışların yoxluğu tərcüməçi üçün yeni termin və anlayışların 

yaranmasını diqtə edir. 3. Sözlər arasında hər hansı məna və üslubi 

əlaqələrin uçotunu nəzərdə tutmayan ayrı-ayrı sözlərin tərcüməsi. 4. 

Söz səviyyəsində tərcümə. Tərcümə vahidi kimi bir sözün seçilmə-

sinə tez-tez rast gəlinir, lakin o tətbiqi sferada məhdudlaşmışdır. 

Çünki cümlədə heç də bütün sözlər tərcümə zamanı sözbəsöz 

müvafiqlik təşkil etmir, yalnız onların bir hissəsi uyğun gələ bilir. 

Bunlar, adətən, sadə və elementar cümlələr olur, çünki daha mürək-



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə