Microsoft Word Tercumeshunasliq lugeti fin doc



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə24/41
tarix02.10.2017
ölçüsü1,1 Mb.
#2597
1   ...   20   21   22   23   24   25   26   27   ...   41

 

93 


Semiotikaarası tərcümə – 

yaxud transmutasiya – verbal işa-

rələrin qeyri-verbal işarə sistemlərinin köməyilə interpretasiyası. 

Sensor informasiya – 

əsəb telləri ilə mərkəzi əsəb sisteminə 

gələn informasiya. 

Sənədlərin maşın tərcüməsi məhdudiyyəti 

– mətnin məz-

mununu insan tərəfindən yerinə yetirilmiş  tərcümə ilə müqayisədə 

rəqabətə davamlı edən sözbəsöz və dövrəbədövrə verməyə istiqa-

mətlənmiş tərcümə. 

Sənədlərin tərcüməsi (işgüzar, kommersiya və diplomatik) 

– 

burada nəinki mümkün qədər fikrə, həm də orijinalın formasına 

olduqca böyük yaxınlıq tələb olunur. 

Sərbəst informasiya – 

idarəedən aə idarəolunan sistemlər 

arasında münasibət. Yalnız inikas olunan situasiyada nəzərə çarpır. 

Bu tipli informasiyanın təhlili üçün statistik aparat və riyazi ehtimal 

nəzəriyyəsindən istifadə olunur. 

Sərbəst situasiya – 

cəmiyyət həyatının reqlamentləşmiş his-

səsini təşkil etməyən və fiksasiya edilmiş kommunikativ vəzifə  və 

sosial rollarla bağlı olmayan nitq situasiyası. 



Sərbəst tərcümə – 

1. Tərcüməçinin başa düşdüyü kimi digər 

dildə olanın, deyilənin (yazılanan) ümumi məzmununun verdiyi tər-

cümədir ki, burada mənbə dilindəki ifadə olunan dil vasitələri fikrin 

ayrı-ayrı hissələrinin uçotunu nəzərə alınır. 2. Mənanın verilməsi – 

xarici dildə deyilmişi, yaxud yazılmışı ilkin mənbəni dili ilə dil-ob-

yekt (adətən, onu izah edənin subyektiv qavrayışını  nəzərdə tutan 

element) arasında formal uyğunluğun gözlənilməsi. Müqayisə et: 

sərbəst tərcümə. 3. Özgə dildə olan mətnin ümumi məzmununun 

ilkin mənbə dilindəki istifadə olunan dil vasitələrinin, emosional – 

ekspressiv əlamətlərinə, məna detallarını daxil olmadan vermə. 

Sərbəst tərcümə – 

bax, tərcümənin həddən artıq inter-

pretasiyası. 

Səsyazısının yazılı  tərcüməsi – 

maqnitofon, yaxud kompu-

terdə səsyazılı, yaxud videoyazıya verilən xarici dildə olan mətnin 

tərcüməsinin tədris növü. Bəzən kinofilmlərin ssenarisində, geniş 

çıxışlarda və s. tərcüməsində peşəkarcasına istifadə olunur. 

 

94



Səthi strukturlar – 1. 

Bu, dilin ən sadə sintaktik modelindən 

(nüvə cümlələrdən) transformasiyalar seriyası yolu ilə yaranmış sin-

taktik konstruksiyalardır, (quruluşlar) onlar real nitq prosesində mü-

rəkkəblik dərəcəsi ilə seçilməklə, həm də nitqdə istifadə olunur. 2. 

Real nitq praktikasında istifadə olunan, lakin mürəkkəblik dərəcəsi 

ilə seçilən və müxtəlif qrammatik üsullar və vasitələrin qeyd 

olunması üçün istifadə olunan müxtəlif sintaktik quruluşlar. 



Səthi yenidən kodlaşdırma – 

mətnin səthi səviyyədə orijina-

lın dərinləşdirilmiş strukturunu verməyən tərcümə (bax, tərcümənin 

subinterpretasiyası). 



Sətri tərcümə – 

1. Bədii poetik tərcümə nəzəriyyəsində söz-

bəsöz tərcümə. Burada orijinalın məzmunu ilə oxucunu ümumi şə-

kildə tanış etmək funksiyasını daşıyan tərcümə dilinin leksik-qram-

matik normalarını qoruyub saxlayan poetik mətn. Sətri tərcümə bə-

zən orijinalın forma xüsusiyyətlərini izah edən tərcüməçinin qeyd-

ləri ilə müşayiət olunur. 2. Sözbəsöz (sətri) tərcümə  nəticəsində 

alınmış mətn, yaxud sənəd. 



Sıfıra bərabər informasiya 

– 1. Hər hansı məlumat yoxluğu. 

2. Mətndə  sıfır informasiyalı  (əhəmiyyəti olmayan) söz və söz 

birləşmələri, daha doğrusu, konkret verilmiş  mətndə  məna 

informasiyası daşımayan fikir. 

Sıxma – bax

: kompressiya. 



Siqnifikativ funksiya – 

ayırıcı funksiya. 



Siqnifikativ konnotasiya 

– dil işarəsinin siqnifikativ konno-

tasiyası dedikdə biz elə bir məna başa düşürük ki, o onun denotativ 

mənasına kömək edir və bu dil ilə konkret bütün etnik icmanın dili 

ilə bağlıdır və buna görə də dil faktıdır. 

Simvol – 

1. Ardıcıl tərcümədə: 1) anlayışların  əlamətlərinə 

görə qənaətli və əyani şəkildə göstərilməsi. Simvol yalnız öz təyina-

tını yerinə yetirərkən simvoldur. O, qənaətcilliyi, əyaniliyi və univ-

ersallığı ilə seçilməlidir. Mənbə dilindən asılı olmadan simvollar 

leksik mənanın daşıyıcısı olur. Yazı zamanı bəzi zəruri qrammatik 

informasiyanın verilməsində, sözlərin ardıcıllığında şərti işarələrdən 

istifadə olunur; 2) simvollar üçün şərti işarələr, hərflər, yaxud 




 

95 


ixtisarlardan istifadə olunur ki, onlar anlayışların hərfi, assosiativ və 

törəmə simvollarına bölünür; 3) öz başlıca təyinatına görə simvollar 

predikativ simvollara, zaman simvoluna, modal simvollara və key-

fiyyət simvollarına bölünür; bütün digər simvollar isə ümumi tə-

yinatlı predmet simvolunun geniş qrupunu təşkil edir. 2. Sürətli 

tərcümə yazısı zamanı predmet və hadisələrin qrupunu işarə etmək 

üçün istifadə olunan şərti işarələr. 3. Konkret, verilmiş referentlə 

motivasiyası olan əlaqə işarəsi. Adətən, ümumi anlayış qrupu üçün 

simvol  əlamət bildirir. Əyanilikdən başqa, simvol həm də  qəna-

ətcillik və universallıqla seçilir, xarakterizə olunur. Simvolların 

əyaniliyi nəinki Sözün hərfi ifadələrindən görmə qavrayışı üçün 

asandır, həm də simvol üçün seçilmiş əlamət anlayışla bağlı olan as-

sosiasiyalara səbəb olur. 4. Ardıcıl tərcümədə yazı zamanı istifadə 

olunan şərti informasiya işarəsidir; simvollar işarə üsuluna görə tər-

cümədə assosiativ, hərfi və törəmələrə bölünür. 

Sinxron intralinqval tərcümə – 

ədəbi əsərlərin dilin inkişa-

fında eyni tarixi dövrə, mərhələyə keçməsi. 

Sinxron tərcümə – 

1. Peşəkar tərcümənin əsas formalarından 

biri. Tərcüməçi tərəfindən tərcümə edilən mətnə paralel aparılan bir 

dildən digər dildə  məlumatın  şifahi tərcüməsi. 2. İlkin mətnin 

eşidilməsi ilə eyni vaxtda qəbul edilən və  həyata keçirilən  şifahi 

tərcümə. 3. İlkin mətnin səslənməsi ilə paralel olaraq tərcümənin 

mətninin tələffüzü ilə xarakterizə olunan şifahi tərcüməçinin fəaliy-

yət növü. Sinxron tərcümədə – eşitmə ilə sinxron tərcümə; vərəqdən 

sinxron tərcümə;  əvvəlcədən tərcümə olunmuş  mətnin sinxron 

oxunuşu və s. bölünür. 4. Şifahi tərcümənin qoşadilli kommunikativ 

nitq fəaliyyətini şifahi birdəfəlik məlumatın eyni zamanda eşitmə ilə 

qavranılması yolu ilə aparılmaqla, zaman çatışmazlığı  və  işlənib 

hazırlanması olduqca məhdud həcmdə  həyata keçirilməsi olub, 

onun predmeti və  məhsulu işlənib hazırlanmış nitq məlumatının 

semantik - məna strukturudur. 5. Eşitmə ilə (vərəqdən tərcümədən 

fərqli olaraq) şifahi tərcümənin növü (bütün yazılı  tərcümə 

növlərindən başqa) olmaqla ilkin dildə (ardıcıl tərcümədən fərqli 

olaraq) nitq məlumatının alınması ilə eyni vaxtda tərcüməçi 

 

96

tərəfindən həyata keçirilən fəaliyyət. Bax: eyni zamanda peşəkar 



sinxron tərcümə. 6. Orijinal mətninin kabinədə tələffüzü ilə xüsusi 

texniki vasitələrin köməyi ilə, yaxud kabinədən kənarda astaca 

deyilişlə  həyata keçirilən fəaliyyət. 7. İlkin mətnin eşidilməklə 

qəbulu  əməliyyatının və  tərcümənin digər dildə  şifahi cəhətdən, 

eyni zamanda, bir vaxtda həyata keçirilməsi. Sinxron tərcümənin 

əsas xüsusiyyəti – onun tərcüməçinin hərəkətlərinin üzərinə qoyulan 

ekstremal zaman məhdudiyyəti və daim onun diqqətinin bir ob-

yektdən digərinə qoşulması ilə bağlıdır. Sinxron tərcüməçiyə öz 

funksiyalarını yerinə yetirməkdə mühüm amil tərcümənin işarə ilə 

verilməsi üsuludur ki, bir dildən digər dilə keçmə işarə səviyyəsində 

həyata keçirilir və bu, ilkin dili denotatı düşünmədən gedir. Sinxron 

tərcüməyə öyrətmə  aşağıdakı mexanizmlərin formalaşmasını 

nəzərdə tutur: nitqin qavrayışının sinxronizasiyası,  şifahi nitqin 

qavrayışı zamanı danışmanın neytrallaşdırılması  vərdişi və başqa 

obyektə qoşulma (burada şifahi tərcüməçiyə zəruri olan xarici nitqin 

eşidilmə mexanizmi və şifahi nitq texnikası artıq yarandığı nəzərdə 

tutulur). 8. Şifahi tərcümə  tərcüməçi tərəfindən praktik olaraq 

tərcümə olunacaq mətni eşitmə ilə eyni vaxta yerinə yetirilir. Adə-

tən, sinxron tərcümə beynəlxalq konfranslarda, yığıncaqlarda təşkil 

olunur ki, o zaman həm də  şifahi formada məlumatın mənasının 

daha tez, çevik başa düşülməsi zərurəti yaranır. 

Sinxron tərcümə modeli - 

sinxron tərcüməçinin fəaliyyətinin 

mühüm xassələrindən olan təsviri; sxematik təsviri. 

Sinxron tərcümə 

– müasir tərcümə. 



Sinxroniya – 

zaman, statikada təkamüldən asılı olmadan hə-

min stadiyada (mərhələdə) müşahidə edilən dil faktlarının xarakteri. 

Sinxronlaşdırma mexanizmi – 

1. Fəaliyyətin xüsusi məşqlə-

rin köməyi ilə formalaşdırılmasıdır ki, ilkin mətndə oriyentirləşdir-

mə prosesinin parallel həyata keçirilməsi, tərcümə hərəkətlərinin və 

tərcümə həllinin həyata keçirilməsinin axtarışında istifadə olunur; 2. 

Müəyyən zaman kəsiyində nitq və  tərcümə mexanizmlərinin birgə 

fəaliyyətini koordinasiya edir, həyata keçirir. O, özündə nizamlan-

manın bir sıra səviyyələrini birləşdirir ki, onlar potensial şəkildə 




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə