Microsoft Word Tercumeshunasliq lugeti fin doc



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə20/41
tarix02.10.2017
ölçüsü1,1 Mb.
#2597
1   ...   16   17   18   19   20   21   22   23   ...   41

 

77 


Postalqoritmik mərhələ – 

baza dilində (BD) linqvistik va-

hidlərin seçilməsində bir sıra statistik – leksikoqrafik məsələlərin 

nəticələrinin qiymətini və təsvirini özündə birləşdirir. 



Postredaktə – 

maşın tərcüməsindən sonra mətnin insan tərə-

findən redaktə olunması. 

Postulat – 

ilkin qəbul edilmiş nəzəri müddəa. 



Pozulmuş semasioloji əlaqə 

– dil işarələrinin denotatla əlaqə-

sidir ki, kommunikant tərəfindən qəbul edilmir. 

Praqmatik – 

praktik cəhətdən səmərəli nəticə verməni ta-

nıyan və ona əsaslanan praqmatizm. 

Praqmatik adaptasiya – 

1. Alıcının informasiya ehtiyatını 

nəzərə alan ilkin mətnin dəyişdirilməsi. 2. Praqmatik mənanın ilkin 

deyimin dəyişdirilməsi uçotu ilə verilməsi. Praqmatik adaptasiya 

mətnə  əlavə elementlərin qoşulması, elementlərin digər dildə 

izafiliyi nöqteyi-nəzərdən buraxılması  və eyni zamanda sematik 

transformasiyanın tətbiqi. 

Praqmatik adekvat tərcümə – 

ilkin deyimdə olan praqmatik 

mənanın verilməsi tələblərinə cavab verən tərcümə. 

Praqmatik ekvivalentlik – 

bax: ekvivalentliyin növləri. 



Praqmatik məna – 

müxtəlif alıcılar və alıcılar qrupu tərəfin-

dən deyimdə dil informasiyasının spesifik qavrayışını özündə 

birləşdirir. Praqmatik məna praqmatik məna ilə müəyyənləşir. 



Praqmatik münasibətlər – 

semiotikada bu və ya digər işarə 

sistemindən istifadə edən işarələr və şəxslər arasında münasibətlər. 

Praqmatika – 

1. Dilin dildən istifadə edən bu və ya digər 

şəxsə münasibətini tədqiq edən və seçən dil tədqiqatının plan və as-

pektlərindən biri. 2. Dilçiliyin dil işarələrinin nitqdə iştirakını və da-

nışanın işarələri arasında münasibətləri öyrənən sahə. 3. Bu və ya 

digər elmi müddəanın praktik səmərəsi. 4. Müəyyən edilmiş obyekt-

lərə görə dil vahidi münasibətlərini öyrənən semantikanın bölməsi. 

Predikativ rəmz – 

predikatların yazılışını özündə birləşdirən 

və rəmzlər qrupuna aid olan tərcüməçilikdə tez yazmanın rəmzi. 

Predmet – 

prosesdə iştirak edən əşyaları və canlıları özündə 

birləşdirən semantik kateqoriya. 

 

78



Predmet situasiyası – 

1. Deyimdə predmetlər və onlar ara-

sında təsvir olunanlar. 2. Deyimdə gerçəkliyin təsvirinin bir hissəsi. 

3. Mətndə özünü əks etdirən situasiya. 



Presizion informasiya – 

deyimdə informasiya bazası. Yadda 

saxlama üçün mürəkkəbdir və  şifahi tərcümədə xüsusi çətinlik 

yaradır. O, söz və say presizion informasiyalara bölünür. 



Presizion sözlər – 

ümumişlək sözlərdən fərqli olaraq bir-

mənalı olub, adətən, konkret assosiasiyalar yaratmır.  Şifahi tərcü-

mədə isə müəyyən çətinliklər yaradır. Presuppozision sözlərə  şəxs 

adları, həftənin günləri və ayları, eləcə də saylar aiddir. 

Presuppozisiya (önmövqe) – 

1. Cümlənin məna komponenti-

dir ki, o cümlənin məna cəhətdən qeyri-konkret qəbul edilməməsi 

üçün həqiqi, doğru olmalıdır. 2. Kommunikantın həyat təcrübəsi 

nəticəsində yaranan həcm kompetensiyasının sabitliyi olub, özünə 

nitq situasiyasının  şəraitini də  əlavə edir. Presuppozisiya, həm də 

kommunikasiyanın digər iştirakçılarının presuppozisiyası haqqında 

təsəvvürləri də birləşdirir. Onun məzmunu əksər hallarda şəxsiyyə-

tin milli-mədəni keyfiyyətlərindən asılıdır. 

Produktiv (məhsuldar) leksika 

– çoxlu informasiyanı asso-

siasiya edən, buna görə  də deyimin konstruksiyalaşması üçün sər-

bəst istifadə edilən leksika. 



Proksema – 

proksemanın emik vahidi, daha doğrusu, ünsiy-

yətin xarakterinə müvafiq olan kommunikantın ətrafında özünəməx-

sus kommunikativ aktın iş  məkanı keyfiyyətini saxlayan fiziki pa-

rametrlərə malik vahid. Daha doğrusu, proksema – bu verbal və 

qeyri-verbal kommunikativ davranışda məkan realizasiyası fonudur. 



Proksemika – 

insan davranışının məkan parametrlərini öyrə-

nən elm sahəsi. 

Proqram – 

1. Konkret EHM komanda sistemi ilə yazılmış 

qaydalar sistemi. 2. Maşın dilində verilmiş məsələlər həllinin alqo-

ritmi. 


Proqramlaşdırıcı linqvistika – 

bu elə alqoritm linqvistikası-

dır. 

Proses – 

hərəkət, hadisə və s. bildirən semantik kateqoriya. 




 

79 


Prospektiv – 

strukturun növbəti elementinə işarə edən. 



Protokol tədbir 

– işgüzar ünsiyyətin daha məhdud formal şə-

raitdə – qəbullar, banketlər, prezentasiyalar və s. formasında aparı-

lan növü. 



Protomətnin mövcudluğu – 

bu, mətnyaradıcılıq fəaliyyətidir 

ki, metamətni yaradan subyekt (bax, metamətn subyekti). Metamətn 

yaradılmasında  əldə  rəhbər tutulan aspektlər – əlaqənin semantik, 

üslubi, aksioloji, müəllif strategiyası  və imkanı. Protomətni – 

metamətn münasibətlərini biz invariant və variant arasında 

münasibət kimi müəyyənləşdirə bilərik. Metamətnin şərti mövcud-

luğu – protomətndir. Protomətnin mühüm komponenti metamətndə 

semantik (yerdəyişmə) ötürmələrin köməyilə realizə olunur. Meta-

mətn protomətni onun üslubunun, (tematik və dil quruluşu) 

modelləşdirmə yolu ilə reallaşdırır, protomətnin üslubi 

modelləşdirilməsi eksperiment xarakteridir. Belə ki, metamətn pro-

tomətni mütləq  şəkildə  nə yenidən yarada, nə  də  təkrar edə bilər 

(tərcümə heç bir halda orijinalı olduğu kimi əks etdirə bilməz). 

Metamətn müəllif strategiyasının dəyəridir, o orjinala söykənir. 

Müəllif aşkar, yaxud gizli mətnlərarası  əlaqələr görə bilər. Onun 

həlli bəzi hallarda üslubi priyom xarakteri daşıyır. Müxtəlif mətnlər 

arasında münasibətlər mətnin ayrı-ayrı elementləri səviyyəsində, 

yaxud elə bütöv mətn üzərində qurula bilər. Metamətnlə protomətn 

arasındakı münasibətləri transformasiya xarakteri nöqteyi-nəzərdən 

interpretasiya etmək olar ki, onu metamətndə (imitativ, selektiv, re-

duasiya və komplementar əlaqə səviyyəsində) həyata keçirmək olar. 



Prozaik tərcümə – 

köməkçi tərcümə. O yalnız tanışlıq funk-

siyası yerinə yetirir və buna görə də, adətən, poetik tərcüməni tam 

şəkildə əvəz edə bilməz. Buna görə də şairlərin prozaik (nəsrlə) tər-

cüməsini yalnız poetik mətnin bədii nəsr vasitələri ilə oxucuları xa-

ricidilli orijinalın məzmunu ilə tanış etməkdir. Nəsrlə tərcümə ikinci 

dərəcəli xarakterə malikdir və poetik orijinal haqqında yalnız ya-

xınlaşdırıcı təsəvvür yaradır. 



Psevdotərcümə – 

bax, tərcümə simulyasiyası. 

 

80

Psixolinqvistika – 



1. Məzmun nöqteyi-nəzərdən və kommu-

nikativ dəyərdən nitq aktının konkret kommunikativ fikrə, daha 

doğrusu, təbii dilin köməyilə verilən məlumatın təbiətini və xas-

səsini nitqin yaranması prosesini öyrənən dilçilik sahəsi. 2. Nitq 

prosesi, onun yaranması və qəbulu nöqteyi-nəzərdən elm bölməsi. 

Psixoloji xəbər 

– psixoloji mahiyyətə görə şüurda sıraya görə 

ikinci yaranmış və ona əks üzvüdən, psixoloji mübtədadan fərqlən-

dirmə, yalnız dayanma mövqeyinə görə hansı nitq hissəsi (söz 

birləşməsi) ifadə olunma. 

Psixoloji mübtəda – 

psixoloji mahiyyətə (yükə) malik və 

şüurda sıraya görə yaranmış ilkin təsəvvür. 

Publisistik mətnin tərcüməsi – 

əgər publisistik mətni müxtə-

sərlik, artıq sözlərdən kənarlaşmaya can atma fərqləndirirsə, 

tərcüməçi də eyni müxtəsərliyə can atmalıdır. Adətən, publisistik 

mətndə terminlərdən asancasına istifadə özünü göstərirsə  və onlar 

bununla məişət sözlərinə yaxındırsa, belə olduğu halda, tərcüməçi 

bütün bu elementləri mətbuatda öz doğma dilində müvafiq şəkildə 

verməyi bacarmalıdır, o, burada mövcud terminologiyadan istifadə 

etməlidir. Obrazlı ifadələr, danışıq-məişət ifadələrinin, mətndəki 

emosional rəngli xüsusiyyətli yerlər xarici ölkə publisistikası üçün 

xarakterikdir və tərcümə mətnin belə hissələrinin başqa şəklə salın-

masına yol verilməməlidir. Publisistik mətndəki mürəkkəb cümlə-

lərdə sintaksis tamlığı xüsusilə mühümdür. Odur ki, mürəkkəb 

cümlələrin tərcüməsi zamanı qeyri-müəyyənliklərdən, qarma-qarı-

şıqlıqlardan qaçıb, daha uzun cümlələri hissələrə bölüb ilə  əvəz 

etmək məqsədə uyğundur. 



Publisist tərcümə – 

publisist əsərlərin, ictimai-siyasi ədəbiy-

yatın, tənqidin və natiq nitqinin tərcüməsi. 

Punktuasiya (durğu işarələri) – 

rubrika elementi və struktur 

formalaşdırma: durğu işarəsi müəyyən semaktik-sintaktik və funk-

sional-kommunikativ əhəmiyyətə malikdir. O, maşın tərcüməsi məq-

sədləri ilə və durğu işarələrinin konfrontasiyası (qarşıdurması) zamanı 

ələvə (yardımçı) dilin modelləşdirilməsi zamanı nəzərə alınır. 




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə