Microsoft Word Tercumeshunasliq lugeti fin doc


Seçim həcminin müəyyən olunması –



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə23/41
tarix02.10.2017
ölçüsü1,1 Mb.
#2597
1   ...   19   20   21   22   23   24   25   26   ...   41

 

89 


Seçim həcminin müəyyən olunması – 

linqvistikanın mühüm 

problemlərindən birinə aiddir. Belə ki, seçim əsasında aparılmış təd-

qiqatlarda alınmış nəticələr, bütöv tamlıq haqqında təsəvvür almağa 

kömək edir. Seçimin daha reprezentativ optimal həcmi 200 minə 

qədər sözün işlədildiyi mətn korpusudur. Lakin maşın lüğətlərində 

sintetik dil (rus, alman) giriş lüğətlərinin qurulması üçün elmi-

texniki mətnlərdən olan seçim 1,5-dən 2 dəfəyə  qədər artır, daha 

doğrusu, 300-400 min sözün işlənməsindən az olmamalıdır, 

publisist, belletrist və qarışıq mətnlərdə isə seçimin ilkin həcmi 

tezlik lüğətləri qurularkən 5 dəfə artır. 

Seçmə (alıntı) proqram – 

əsas bütövün, tamın son dərəcə 

kiçildilmiş strukturunun nüsxəsi (kopiyası). Bax: çoxpilləli tipik 

(istiqamətlənmiş) seçim. 



Selektiv  əlaqə – 

mətnlərarası  əlaqədir ki, burada metamətn 

protomətnin müəyyən elementləri  əsasında yaranır və  həm də 

tipikləşdirmənin köməyilə uyğunluq prinsipi əsasında aparılır. 



Selektor – 

tərcümənin dinamik modelində – struktur, seman-

tik və funksional üslubi məhdudiyyətlərin siyahısı. 

Sema 

– məzmun planının  ən kiçik (yığcam) vahididir ki, o 

müvafiq vahidlərə (elementlərə) uyğun olmaqla, sintaqmatik cər-

gədə ifadə planı ilə uzlaşır. Bax: Semantik komponent. 



Semantik adekvat tərcümə – 

ilkin deyimin denotativ məna-

sını verən və tərcümə normalarına cavab verən tərcümə. 

Semantik boş kateqoriyalar – 

sırf linqvistik xarakter daşıyır, 

daha doğrusu, yalnız dilin daxili ehtiyacları üçün istifadə olunur; 

məsələn, ismin cinsi, sifətin bütün kateqoriyaları, müqayisə dərəcə-

sindən başqa, felin tək-cəm və şəxs kateqoriyaları. 

Semantik çoxaldıcı – 

bu da, elə sema deməkdir. 



Semantik əlaqələr – 

digər sözlərlə eyni semantik sistemə da-

xil olan sözlərin əlaqələri. 

Semantik formalaşdırılması – 

mətndə müxtəlif ixtisarların 

geniş istifadə olunmasında özünü göstərir. 

 

90



Semantik hərfilik – 

sözün, söz birləşmələrinin semantik 

komponentlərinin verilməsi nəticəsində digər amillərin nəzərə alın-

maması ilə bağlı tərcüməçinin səhvi. 



Semantik informasiya – 

deyimdə olan informasiya və dil 

vahidləri vasitəsilə tərcümə edilən informasiya. Heç də daim onun 

mənası ilə üst-üstə düşmür. Semantik informasiya situasiya və 

kontekstdən asılı olaraq müxtəlif interpretasiya əldə edir. 

Semantik kompensasiya – 

«ekvilalentsiz leksika» adlanan 

elementlərlə əvəzetmə. 

Semantik komponent – 

1. Sözün, söz birləşməsinin, cümlə-

nin, deyimin mənasının semantik elementi. 2. Komponent təhlili 

yolu ilə ortaya çıxarılan sözün mənasının tərkib hissəsi. Bax; sema. 



Semantik komponentlərin buraxılması - 

deyimin semantik 

komponentinin semantik transformasiya yolu ilə aradan qaldırıl-

ması. Bu, əsasən, tərcümə dilinin normaları, yaxud kontekst he-

sabına doldurulan izafını nəzərdə tutur. 

Semantik komponentlərin ixtisarı – 

deyim zamanı semantik 

komponentlərin  əvəzlənməsi zamanı aradan götürülən semantik 

transformasiya. 



Semantik komponentlərin təkrarı – 

ardınca eyni semantik 

komponentlərin çoxsaylı ifadəsini gətirən deyimin semantik trans-

formasiyası. 



Semantik komponentlərin yenidən bölüşdürülməsi 

– deyi-


min elə semantik transformasiyasıdır ki, burada leksik ixtisarlaş-

dırma və leksik inkişaf etdirməyə yer verilir. 



Semantik kompressiya – 

təkrar olunan semantik komponent-

lərin və semantik komponentlərin konfiqurasiyasının deyim və mə-

lumatda ixtisar olunması, azaldılması. Semantik kompressiya dife-

rensial semantik komponentlərin aradan qaldırılması ilə  əlaqədar 

növ anlayışından cins anlayışına keçməkdir ki, daha ümumi məna 

kəsb edən söz, daha konkret mənanın  əvəzinə istifadə olunur. Se-

mantik kompressiyanın son həddi kimi tammənalı sözlər  əvəzinə 

deyktik əvəzliklərin istifadə olunmasını nəzərdə tutmasıdır. 



 

91 


Semantik münasibətlər – 

semiotikada işarələr və onların bil-

dirdiyi predmetlər arasında münasibətlər. 

Semantik parametr 

–cümlədə açar söz mənasına birləşən bu 

və ya digər elementar mənanı ifadə edən leksik funksiyadır. Seman-

tik parametrin ifadə olunması üçün xidmət edən, açar sözlə 

müəyyənləşən konkret leksik vahid seçimi. 

Semantik sahə – 

1. Tematik sıranı təşkil edən söz və ifadələ-

rin məcmusu; biliklərin müəyyən sahəsini əhatə edən dildəki söz və 

ifadələr. 2. Hadisə, yaxud gerçəkliyin cəmi olan leksik vahidlərin 

dildə tematik birliyinin məcmusu. 3. Ümumi semantik komponentə 

malik söz qruplarının mənası. 4. Tematik sıra (cərgə) yaradan leksik 

vahidlərin məcmusu. O, insan yaddaşında uzun müddət qalır, sonra 

isə hər dəfə zərurət olduğu halda bu tematik sahədə özünü göstərir. 

İnsan yaddaşında semantik sahənin yaranması – müvafiq sahədə 

sərbəst ünsiyyətin mühüm şərtidir. 



Semantik sahənin sıxılması metodu – 

tərcümə uyğunlu-

ğunun ortaya çıxarılması, bir-biri ilə ziddiyyət təşkil edən lüğət mə-

qalələrinin funksional - semantik təhlili zamanı minimal sayda 

sinonimlərin ayrılması prosesində verilmiş sözformanın semantik 

sahəsini əhatə edir və siyahıdan kənarda qalan sözformaların götü-

rülməsini nəzərdə tutur. 

Semantik tam kateqoriyalar – 

ekstralinqvistik informasiya 

daşıyıcısıdır, məsələn, ismin tək və  cəmini, növ, modallıq, zaman 

üstəgəl bütün leksik kateqoriyalar. 



Semantik tezlik lüğəti – 

semantikaya daxil olan vahidlərin 

qeydə alındığı lüğət. Belə lüğətlər birdilli (məsələn, yazıçı dili lüğə-

ti; belə lüğətlərdə sözlərin mənası izah olunur və sözlərin tezliyi 

göstərilir), ikidilli və çoxdilli (məsələn, tədris lüğət minimumları). 

Semantik tezliklər lüğəti maşın tərcüməsində, linqvistik avtomatlar-

da, tədris vasitələri kimi maşının köməyi ilə aparılan tərcümələrdə 

istifadə olunur: tədris lüğət minimumları, leksik soraq kitabları və s. 

bununla belə onlar adi tezlik lüğətlərinin xarakterik xüsusiyyətlərini 

saxlayır, onlardan istifadə edən və onları  tətbiq edənlərin sayını 

artırır. 

 

92



Semantik transformasiya 

– informaisyanın semantik səviy-

yəsini yenidən kodlaşdıran tərcümə priyomlarından biridir. Bax: 

həm də semantik transformasiyalar. 



Semantik transformasiyalar – 

situativ modellə təsvir olunan 

ayrı-ayrı sözlərin məna strukturunun və ümumiyyətlə, deyimin 

dəyişilmə növlərinin situativ modeli. 



Semantik natamamlıq – 

ilkin dil ifadəsinin xüsusiyyəti ol-

maqla, ona tərcümə zamanı əlavə elementlərin əlavə edilmə zərurili-

yi ilə müəyyənləşir: o tərcümə dilinə münasibətə görə müəyyənləşir. 



Semantika – 

1. Dilin və yaxud dil vahidlərinin köməyi ilə ve-

rilən informasiya. 2. Dil və  hər hansı dil vahidlərinin köməyi ilə 

verilən informasiyanı öyrənən dilçilik bölməsi. 3. Semiotikanın 

mühüm bölmələrindən biri. 

Semasioloji  əlaqə 

– denotatla dil işarəsinin  əlaqələri. Tər-

cümə vahidlərində  aşağıdakı semasioloji əlaqələr fərqləndiririlir: 

konstant, yaxud müvəqqəti; fiksasiya olunmuş, yaxud olunmamış; 

ifadə olunmuş, yaxud pozulmuş. 

Semasiologiya – 

söz və ifadələrin və onların mənasının də-

yişməsini öyrənən dilçilik bölməsi. 

Semema – 

mücərrəd təsvir səviyyəsində  məzmun planının 

minimal vahidi. 

Semioloji (1) – 

dilin ayrı-ayrı vahidləri arasında ifadə üçün 

yararlı və ayırmaq üçün xidmət edən. 

Semioloji (2) – 

bu, elə semiotika deməkdir. 



Semiotik invariant – 

orijinalın məzmunu. 



Semiotik səviyyə – 

1.  İşarə sistemlərinin ümumi xassələri 

haqqında elm. Buraya dilçiliyi də o şəkildə əlavə etmək olar ki, ora-

da dilə semioloji (semiotik) xassələr xasdır. 2. İnsanın onun şəxsi 

tezaurs və bacarığı nöqteyi-nəzərdən hadisələri əməli şəkildə dərklə 

bağlı hazırlıq səviyyəsi. 



Semiotika – 1

. Təbii və sünii dilləri də  əlavə etməklə, işarə 

sistemlərinin ümumi xassələri haqqında elm. 2. Müxtəlif işarə 

sistemlərini, informasiyanı saxlayan və ötürən (məsələn, dil, 

mərasim, heyvanlar arasında kommunikasiya) elmi fənn. 



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə