Microsoft Word Tercumeshunasliq lugeti fin doc



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə31/41
tarix02.10.2017
ölçüsü1,1 Mb.
#2597
1   ...   27   28   29   30   31   32   33   34   ...   41

 

121 


munikatın tərcümə olduğunu qəbul edə, yaxud qəbul etməyə bilər. 

Tərcümə olunma mətndə oxucu gözləməsi kimi realizə olunur və 

oppozisiyaların (mövqelərin) çarpazlaşması ilə həyata keçirilir: pro-

tomətn – metamətn, aktuallaşma – ekzotizasiya, tarixiləşmə – mo-

derniləşmə. Həmin oppozisiyaların arasındakı dialektik qarşıdurma 

tərcümə mətnində tərcümə olunma kateqoriyası kimi realizə olunur. 

Tərcümə olunma mətnin üslubunda özünü göstərir. 

Tərcümə ekvivalenti –

 tərcümə nəzəriyyəsində orijinal mət-

nin müəyyən vahidinə ekvivalent olan tərcümə mətninin vahidi başa 

düşülür. 



Tərcümə ekvivalentliyi – 

kommunikativ ekvivalentlik kimi 

başa düşülməlidir. 

Tərcümə etmək – 

1. Başqa dilin vasitələri ilə artıq ifadə 

olunmuş məzmun və formanı vəhdət kimi əks etdirən mətnin digər 

dilin vasitələri ilə düzgün və tam ifadə olunması. 2. Mətnin 

məzmunun üslubi və ekspressiv xüsusiyyətlərini saxlamaqla, onun 

başqa dilin vasitələri ilə tam və düzgün verilməsi. 3. Başqa 

işarələrlə, digər hədlərdə ifadə etmək. 

Tərcümə  fəaliyyəti – 

hər hansı kollektiv, yaxud təşkilat 

tərəfindən həyata keçirilən mətnlərin bir dildən digərinə tərcüməsini 

nəzərdə tutan sistemli iş. 



Tərcümə fəaliyyətinin sosial tənzimlənmə mexanizmi –

 tər-


cümənin sosial aspektinə kommunikativ yanaşmanın tədqiq olun-

masına aiddir. Tərcümə  nəzəriyyəsində ilk dəfə olaraq tərcümənin 

sosioloji problemləri rus alimi V.V.Andrianov tərəfindən nəzərdən 

keçirilmişdir. O, tədqiqatının predmeti kimi marksist interpretasiya-

sında sosial rolların bir sıra nəzəri anlayışlar əsasında formalaşmış 

tərcümə 


fəaliyyətinin sosial tənzimlənməsi məsələlərinə 

toxunmuşdur. Sosioloji aspektdə götürülən tərcümə V.V.Andria-

novun araşdırmasında dillərarası gedən məqsədyönlü kontaktın qu-

rulması və saxlanılması prosesi kimi nəzərdən keçirilir. Tərcümənin 

adekvatlığını isə onun mütərcim tərəfindən seçilmiş verbal və qeyri-

verbal vasitələrin ünsiyyətin sosial şəraitdə seçilməsidir ki, nəticədə 

başqa dildə ünsiyyətə girən insanda ilkin dildə olan kommunikativ 

 

122



konstruksiyalara reaksiyalar əmələ  gəlir. Tərcüməçinin verbal və 

qeyri-verbal davranışında bir sıra sosial qaydaları 

müəyyənləşdirmək mümkündür ki, onlardan ali hərbi məktəblərdə 

tərcüməçi - referentlərin hazırlığında olunur. 



Tərcümə haqqında elm – 

Nitq fəaliyyətinin xüsusi növünü - 

tərcümə məsələlərini tədqiq edir; bax: tərcüməşünaslıq. 

Tərcümə haqqında elm 

– tərcüməçilik işinin xarakterini 

tədqiq edən nəzəriyyə və metod. Ümumi şəkildə tərcümə haqqında 

elmi-nəzəri fənlərə və tərcümə praktikasına ayırmaq olar: 

I. Ümumi tərcümə nəzəriyyəsi: 

a) tərcümə nəzəriyyəsinin şifahi forması; 

b) tərcümə nəzəriyyəsinin yazılı forması; 

c) maşın tərcüməsi nəzəriyyəsi; 

II. Xüsusi tərcümə nəzəriyyəsi. 

III. Tərcümənin praktikologiyası. 

IV. Tərcümənin didaktikası. 

Xüsusi tərcümə  nəzəriyyəsi öz ümumi aspektinə malik ola 

bilər (burada ümumiləşdirmə yalnız bir dildən başqa dilə tərcümədə 

ola bilər). 



Tərcümə hesablayıcı leksikoqrafiya – 

bu, maşınların kömə-

yilə tərcümənin ehtiyacını ödəmək üçün tezlik lüğətlərinin tərtibi və 

istifadə olunması ilə (daha doğrusu, avtomatlaşdırılmış  tərcümə 

lüğətlərinin və tərcüməçinin avtomatlaşdırılmış iş yeri) məşğul olur. 

Bax: Statistika və hesablayıcı leksikoqrafiya. 



Tərcümə variantlarının tapılması və qərarların qəbul edil-

məsi prosesi – 

sinxron tərcümədə  hər biri 2-5 saniyə olan qısa 

müddətli «kvantlarla» həyata keçirilən və parallel aparılan proses. 

Bu proses tərcüməçinin  şüurunda növbəti fraqmentlərin deyim 

məzmunun qurulması, tərcümə dilində deyimin sintaktik strukturu-

nun müəyyənləşdirilməsi və onun digər mümkün variantları və tər-

cümə üçün yararlı leksik vahidlərin seçilməsində özünü göstərir. 

Tərcümə prosesində, yaxud tərcümə həllinin seçimində həll fazala-

rındakı qatlardan hər biri aparıcı rol oynaya bilər. Sinxron tərcümə-



 

123 


də bu proses müəyyən dərəcədə  qərarların hazır stereotip blokla-

rından istifadəyə əsaslanır. 



Tərcümə  həlli yaddaşı – 

tərcüməçinin bütün yaradıcılıq 

fəaliyyəti dövründə yaratdığı üslubi priyom və prinsiplər xəzinəsi. 

Tərcüməçi üslubi vərdişlərlə gerçəkləşən tərcümə  həlli yaddaşı 

oxucuya üçün nəzərdə tutulmuş üslubi priomun gözlənilməsi kimi 

təsir edir. 



Tərcüməçi qərarının həyata keçirilməsi prosesi – 

sinxron 


tərcümədə parallel olaraq tərcüməçinin ilkin mətndə oriyentirləşmə-

si (istiqamətlənməsi) prosesi və tərcümə həllinin axtarılıb tapılması 

prosesi ilə eyni gedir. Bu tərcümə dilində işlənib hazırlanmış tərcü-

mə həllindəki deyimlərin komponentlərinin ortaya çıxmasında özü-

nü göstərir. 

Tərcümə  həllinin realizə mexanizmi – 

proqramlı motor 

(mütəhərrik) tərcümə  həlli, səslər seçimi və  tərcümə dilində nitqin 

tələffüzü zamanı həyata keçirilir. 



Tərcümə-imla (1) – 

diktə yolu ilə aparılan tərcümə deməkdir. 



Tərcümə-imla (2) – 

1. Bu elə  tədris-təlim tərcümə növüdür 

ki, burada müəllim mətni bir dildə oxuyur, təlim alanlar onu digər 

dildə yazırlar. 2. Bax: həm də-tərcümə imla. 



Tərcümə kompensasiyaları – 

özündə  əlavə fikirləri  əks 

etdirən (birləşdirərək) tərcümə prosesində gedən qrammatik 

transformasiyalar (sintaktik və bəzi sözlərin tərcümədə buraxılması 

(tərcüməçi baxımından tərcümə üçün artıq olan informasiyanın 

verilməməsi) və eyni zamanda əlavə fikir və tərcümədə buraxılmış 

sözlərin bir-biri ilə uyğunlaşdırılması üsulu. 

Tərcümə leksikoqrafiyası – 

ikidilli və çoxdilli lüğətlərin 

tərtibi ilə məşğul olur. Bax: ikidilli leksikoqrafiya. 

Tərcümə lüğəti – 

iki və daha artıq dillərin (onların bu və ya 

digər hissəsinin, yaxud hamısını) lüğət tərkibinin planlı şəkildə mü-

qayisəsini əks etdirən lüğət. 



Tərcümə metodikası – 

1.Tərcüməçilik fəaliyyətinə öyrətmə 

nəticəsində praktik fəaliyyət zamanı  əldə edilən metod və pri-

yomların məcmusu; 2.İkidillilik (qoşadillilik)  şəraitində informa-

 

124


siyanın işlənib hazırlanmasında istifadə olunan metodların məc-

musu; 3.Mətnlərin tərcüməsinin yerinə yetirilməsi prosesində prak-

tikada yoxlanılıb sınaqdan keçirilmiş və elmi cəhətdən əsaslandırıl-

mış qaydalar. Bax: tərcümə texnikası, tərcümə təcrübəsi. 



Tərcümə metodu (1) – 

tərcümə üsulundan fərqli olaraq tər-

cümə metodu obyektiv, mövcud qanunauyğunluq yox, tərcümənin 

növ və üsullarını  nəzərə alan qarşılıqlı priyomların məqsədyönlü 

sistemidir. 

Tərcümə metodu (2) – 

tərcümənin realizə üsulu. Tərcümə 

metodu tərcüməçinin ondan əvvəlki tərcümə  ənənəsinə  fərdi 

münasibətindən,  ədəbi savad dairəsindən və mövcud ədəbi 

kanonlara, dövrün estetik prinsiplərinə münasibətdən asılı olaraq 

formalaşır. Tərcümə metodu – tərcümə prosesinin onun bütün 

aspektlərində tərcüməçi tərəfindən realizasiyası deməkdir. 

Tərcümə  məktəbi – 

tərcüməçilərin ictimai mövqelərinin 

ideya – estetik oriyentasiyası  əsasında, tərcüməçilik metodu və 

ədəbi savad xarakteri səviyyəsində birləşməsi. 



Tərcümə mətni – 

1. Tərcümə nəticəsində alınan mətn. 2. Tər-

cümə dilindəki mətn. 3. Tərcümədə ilkin mətn (bəzən onu orijinal

yaxud əsl də adlandırırlar) və tərcümə mətni fərqləndiririlir.  



Tərcümə  mətni yaranma prosesində oxucu – 

tərcümənin 

obrazlı strukturunda oxucuya yönəlik ustanovkaları proyeksiyası. 

Oxucunun zövq və maraqlarına uyğun olan vasitələrin seçilməsi. 



Tərcümə mətnində adaptasiya –

 mətnin mövzusuna və onun 

elementlərinə (personajlarına, realilərinə) aid olan tərcümənin 

işlənib hazırlanması. Buna qəbuledicilərin və  qəbul edən mühitin 

ədəbi-mədəni kommunikativ maraqlarını qoruyan adaptasiya da 

deyilir. 



Tərcümə mətnində aktuallaşma – 

əsərdə realizə olunan za-

man və  hərəkətə aid olan tərcümə  mətninin işlənib hazırlanması. 

Mətnin işlənib hazırlanması onu qəbuledənlərin, yaxud qəbuledən 

mühitin ədəbi normaları ilə. 

Tərcümə  mətnində aralıq dil 

qrammatik, leksik, üslubi 

sistemlərdir ki, mətnin təşkilində tərcüməçiyə xidmət edir. Tərcümə 



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə