Microsoft Word Tercumeshunasliq lugeti fin doc


Tərcümənin orijinaldan aralanması sistemi



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə37/41
tarix02.10.2017
ölçüsü1,1 Mb.
#2597
1   ...   33   34   35   36   37   38   39   40   41

 

145 


Tərcümənin orijinaldan aralanması sistemi 

tərcüməçinin 

üslubi xarakteri ilə bağlı olan üslubi kənarlaşmalar sistemi. Bu, 

tərcüməçinin fərdi poetikasını yaradır (bax: tərcümənin poetikası). 



Tərcümənin praqmatik aspekti – 

1. Adresata, tərcüməni 

alana yönəlmiş aspekt; 2. Orijinal və tərcümə ilə ortaya çıxan effek-

tik eyniliyinin nəzərə alınmasını tələb edir. 



Tərcümənin praktikologiyası – 

bu, elə bir fəndir ki, o tərcü-

məçilik praktikasının proqramlaşmasını obyektiv metodlarla (statis-

tika, sosiologiya, informasiya nəzəriyyəsi) tərcüməçilik praktikası-

nın tərcümə haqqında elm və ictimai-mədəni tələblər baxımdan təh-

lilidir. Praktikologiya – həm də  tərcümələrin ictimai realizə  nəzə-

riyyəsidir. 

Tərcümənin praktikologiyası – 1) mədəni siyasətin tərcüməçi-

lik proqrammı  və  tərcüməçilik fəaliyyətinə  təsirini; 2) kitab bazarı 

nöqteyi-nəzərindən tərcüməçilik proqramlarının təhlilini; 3) bədii 

tərcümənin tənqidinin spesifik funksiyalarını; 4) tərcümə  mətninin 

yaradılmasında redaktorun iştirakını; 5) tarixi-tərcüməçilik müəs-

sisələrini (təşkilatları və jurnalları) özündə birləşdirir

Tərcümənin psixolinqvistik nəzəriyyəsi – 

bu nəzəriyyə 

Azərbaycanda geniş inkişaf etməsə də, Rusiya tərcüməşünaslığında 

kommunikativ yanaşma – tərcümənin psixolinqvistik nəzəriyyəsinin 

predmeti kimi dillərarası kommunikasiya tərcümənin psixoloji 

psixolinqvistik aspektində araşdırılır. Bu istiqamətdə olan işləmələr-

dəki metodoloji və nəzəri əsaslar üzrə prioritet A.F.Şiryayevə məx-

susdur. Onun fikrincə predmeti, vasitələri, həyata keçirmə üsulları 

ilə, məhsul və strukturu ilə  tərcümə nitq fəaliyyətinin xüsusi 

növüdür və  məqsədli motivasiyaya malikdir. Tərcümənin məqsədi 

düşüncədə real deyilmiş, yaxud yazılmış deyimin, yaxud müəyyən 

dildə bir qrup deyimin söz şəklində  məhsulunun yaradılmasıdır. 

Yaradılacaq məhsulun  əsas parametrləri tərcüməçiyə sosial sifariş 

kimi verlir. Burada fəaliyyət obyekti ilkin dilin vasitələrindən 

birindəki nitq fəaliyyətinin müxtəlif dilin kommunikantlarıdır. 

Tərcüməçilik fəaliyyətinin vasitələri özündə heç də  əksər nitq 

fəaliyyəti növlərindəki kimi hər hansı dilin vasitələrini yox, iki dili 

 

146



birləşdirir. Tərcümədə vasitələrin seçimi, hər  şeydən  əvvəl, 

subyektin motiv və  məqsədləri ilə yox, ilkin mətnin obyekt 

fəaliyyəti ilə  şərtlənir, buna görə  də  fəaliyyət məhsulunun 

predmetləşməsi üçün dil vasitələrinin seçiminin determinasiyası 

tərcümədə  əksər fəaliyyət növlərindən fərqli olaraq daha ciddi xa-

rakter daşıyır. Tərcüməçilik fəaliyyətinin həyata keçirilməsi üsulları 

üç qrupa bölünür. Birinci qrup – bu, nitq fəaliyyətinin eşitmə  və 

danışma məhsulunun predmetsiz hissələrə bölmə üsullarıdır. İkinci 

qrup isə ekvivalentlərdən, variant və kontekstual uyğunluqlardan 

istifadə etməklə  tərcümə  məsələlərinin yerinə yetirilmə prosesini 

əhatə edir. Üçüncü qrup – danışma və yazı kimi nitq fəaliyyətinin 

predmetləşməsinin (qeydə alınması) qlobal üsullarını birləşdirir. 

Struktur baxımdan tərcümə fəaliyyəti qarşılıqlı əlaqəli və qarşılıqlı 

şərtlənmiş  tərcüməçi işlərinin ardıcıllığından ibarətdir. Fəaliyyət 

prosesinin minimal vahidi mikrofəaliyyət olub, bütövlükdə bu 

fəaliyyətin  əsas cəhətlərini birləşdirir. Həm tərcümə  fəaliyyəti 

bütövlükdə, həm də ona daxil olan tərcüməçilik işi hər bir 

intellektual akta xas olan üç fazalı strukturdan ibarətdir: fəaliyyət 

şəraitinə yönəlmiş faza, fəaliyyət planının hazırlanması, yaxud hə-

rəkətin, işlənib hazırlanmış planın realizə fazası və nəzərdə tutulmuş 

nəticənin müqayisə fazası. Tərcümə  fəaliyyətinin məhsulu tər-

cüməçi tərəfindən aparılan tərcümə dilində olan mətndir. Tərcümə 

fəaliyyətinin məhsulunda eyni zamanda həm adresatın, həm də 

tərcüməçinin fəaliyyəti predmetləşdirilir və əyaniləşdirilir. 



Tərcümənin redaktoru – 

tərcüməçilik kommunikasiyasının 

iştirakçısı. Tərcümə  mətninin redaktəsi – bu, onun ədəbi situasiya, 

ədəbi və dil norması, nəşriyyat tələbləri və s. baxımından aprobasi-

yasıdır. Tərcümə redaktoru tərcümə mətninin seçimində iştirak edə 

bilər. 


Tərcümənin relyativ modernləşdirilməsi – 

bütün mətnin 

yox, onun ayrı-ayrı  səviyyələrinin tematik və dil işləmələri. O, 

qəbuledicinin zövq və  tələbləri ilə müəyyənləşən orijinalın 

semantik-üslubi varlığından ortaya çıxır. 



 

147 


Tərcümənin semantik-semiotik modeli

 – ilkin və  tərcümə 

dillərindən işarə 

və strukturun qarşılıqlı korrelyasiyası 

tipologiyasını qurmuş Y.İ.Retskerin, tərcümənin semantik-semiotik 

modelini qurmuş L.S.Barxudarovun araşdırmalarında yanaşmanın 

inkişafını nəzərdə tutur. Bu modelə uyğun olaraq mətninin ümumi 

məzmununda onun ayrı-ayrı komponentləri – denotativ, 

siqnifikativ, linqvistik və praqmatik – fərqləndirilir. Alim ilk dəfə 

göstərmişdir ki, ilkin mətndən tərcümə mətninə keçərkən orijinalın 

heç də bütün məzmunu deyil, yalnız onun bu və ya digər 

komponentləri saxlanılır. L.S.Barxudarov öz həllini gözləyən 

növbəti tədqiqat problemi kimi ilkin mətnin yuxarıda adlarını 

çəkdiyimiz məzmun komponentlərinin növbəliliyi problemini irəli 

sürür. 

Tərcümənin semantik nəzəriyyəsi – 

orijinal və  tərcümə 

mətnlərinin məna baxımdan iki mətnin məzmununun ekvivalentliyi-

nin öyrənilməsinə əsaslanır. 



Tərcümənin semiotik aspekti – 

tərcüməçilik prosesinin işarə 

xarakteri. Tərcümə – ikinci fəallıqla  şərtlənən orijinal müəllifinin 

ədəbi fəaliyyətinə münasibətin metaişarəsidir. 



Tərcümənin sosiologiyası 

– ictimai kontekst aspektində  tər-

cümənin funksiyasını yerinə yetirməsi və genezisin tədqiqi. Tərcü-

mə sosiologiyanı ictimai kommunikasiya aspektində maraqlandırır. 

O, tərcüməni ictimai və mədəni şüurun fakiı kimi nəzərdən keçirir 

(nəşr siyasəti, mədəni münasibətlər və s.). 



Tərcümədə strukturalist metod – 

çex alimi İrji Levıy 

tərəfindən təklif olunmuşdur. Tərcümənin bir sıra problemlərinin 

həllində dünya linqvistikasının XX əsrin 20-30-cu illərində aparıcı 

istiqamətlərindən biri olan «Praqa linqvistik dərnəyi»nin metodoloji 

prinsiplərinə söykərmişdir. Müəllif dillərarası transformasiyanın üç 

fazasını  fərqləndirir: orijinalın dərki, onun interpretasiyası  (şərhi), 

onun yendən ifadəsi. Tərcümə  fəaliyyətinin  əsas məqsədi kimi – 

onu dərk,  əsli qoruyub saxlamaq, əsli (informasiyanı) verə 

bilməkdir. Prototipi olmayanı yeni əsər yaratmaq yox, yenidən 

yaratmaqdır. Tərcümə prosesində bir dilin materialları digər dilin 

 

148



materialı ilə  əvəzlənir, deməli,  əslində  tərcüməçi bütün bədii 

əsərləri yenidən özü ana dilində yaradır və beləliklə, dil sahəsində 

tərcümə əsl orijinal yaradıcılıqdır. Ona görə də burada iki normanın 

mövcudluğu haqqında danışmaq olar: yenidən yaratma norması və 

bədiilik norması (gözəllik meyarı), onlar arasındakı konkret 

münasibət tərcümə edilən mətnin xüsusiyyətindən asılı olacaq. 

Buradan müəllifin məqsəd ustanovkası doğur – yəni o, burada 

tərcümə priyomunu ilkin və ikinci mətnlərin funksional uyğunluğu 

istiqamətində  nəzərdən keçirir (məhz dilin funksional tərəfinə bö-

yük diqqət yetirilməsi «Praqa linqvistik dərnəyi»nin mühüm cəhəti 

olmuşdur). 

Tərcümənin strukturu – 

tərcümədə real mövcud olan məna 

münasibətlərinin müəyyən tərzdə təşkil olunmuş, sxemləşmiş ifadə-

si nəzərdə tutulur. 



Tərcümənin subinterpretasiyası – 

tərcümə  mətninin qurul-

duğu zaman qismən realizə olunmuş ölçüsüdür ki, bu zaman orijinal 

mətnin bütün səviyyələrində üslubi yenidən kodlaşdırma getmir. 

Burada, mətnin daha da dərinləşdirilmiş aspektinə diqqət yetirilmir, 

yəni mətn səthi interpretasiya olunur. 



Tərcümənin təkrarlanması – 

müvafiq xarici dildə  və 

müvafiq ədəbiyyatda realizə olunmuş orijinala münasibətdə tərcümə 

variantları. Tərcümənin təkrarlanması dilin inkişafındakı 

dəyişikliklərlə, üslublar fərqi ilə, metakommunikativ kontekst dəyi-

şilmələri, müəyyən dövrdə olan estetik tələb və zövqlərin və s. in-

kişafı ilə bağlıdır. Əgər qəbul edən mühitin tələbləri mövcuddursa, 

yeni nəsil və ədəbi məktəb və istiqamətlərin dəyişilməsi bunu tələb 

edirsə, bu zaman orijinal əsər yenidən tərcümə olunur. Bəzi hallarda 

isə  tərcümənin təkrarlanması heç də  ədəbi-zövq motivləri ilə yox, 

həm də zahiri səbəblərlə (məsələn, kommersiya maraqları ilə) bağlı 

olur. Belə  tərcümələr seriyasını invariantların üslubi dağınıqlığı 

xarakterizə edir ki, onun köməyilə  ədəbi-tarixi fenomeni obyektiv 

tədqiq etmək olar. 



Tərcümənin tərtibatı – 

tərcümə  mətninin yaranması. 

Tərcümənin tərtib olunması şifahi və yazılı ola bilər. 



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə