Microsoft Word Tercumeshunasliq lugeti fin doc


Tərcümənin ümumi nəzəriyyəsi –



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə38/41
tarix02.10.2017
ölçüsü1,1 Mb.
#2597
1   ...   33   34   35   36   37   38   39   40   41

 

149 


Tərcümənin ümumi nəzəriyyəsi – 

1. Tərcümə universaliləri 

ilə məşğul olan və tərcümə haqqında əsaslı əhəmiyyətə malik olan 

və tərcümənin əsas problemlərini özündə birləşdirən tərcüməşünas-

lıq bölməsi. Bu planda (mənada) tərcümənin ümumi nəzəriyyəsi 

linqvistikadan sonra gəlir. Lakin linqvistik universalilər bütün dün-

ya dillərində olduğunun mahiyyətidirsə, tərcümə universaliləri 

tərcümənin bütün növ və formalarına xasdır. 2. Tərcümə fəaliyyəti-

nin və mətnin yaranması və tərcümənin nəzəri modelinin formalaş-

masının mahiyyətini açır. 3. Hər hansı ikidillik kommunikasiyanın 

xüsusiyyətinin mahiyyəti haqqında elmi konsepsiya. 4. Bu və ya 

digər konkret dillərin qarşılıqlı münasibətləri ilə müəyyən olunan 

janrı spesifikasından, onun həyata keçirilməsi  şəraitindən və 

xüsusiyyətlərindən asılı olmayaraq tərcümənin ümumi qanunauy-

ğunluqlarını nəzərdən keçirir. 5. Tərcümənin təsviri ilə bağlı anlayış 

aparatı yaradır, onun akt xüsusiyyətlərini açır və bununla xüsusi tər-

cümə nəzəriyyəsinin qurulması üçün konseptual baza yaradır. Tər-

cümə  nəzəriyyəsi digər dil və qeyri-dil sahələri ilə  əlaqələrə ma-

likdir. 6. Müqayisəli dilçilik, psixolinqvistika, sosiolinqvistika və 

linqvistik coğrafiya ilə sıx əlaqələrə malik olması əsasında linqvis-

tik problemlər fənlərarası istiqamətdir. Bu nəzəriyyə dildaxili çər-

çivələrdə formal-struktur təhlildə qapanıb qalmayan dil və qeyri-dil 

fənləri ilə  sıx kontakt şəraitində inkişaf edən dillərin qarşılıqlı 

əlaqəsini və  təsirini öyrənən tətbiqi dilçiliyin mühüm sahəsidir. 7. 

Kontakta daxil olan dillərin, tərcümənin realizasiya, mətnin janr 

xarakterindən və s. asılı olmadan tərcümə prosesini öyrənir. Onun 

vəzifəsi tərcümənin hər bir konkret aktında təkrar olunan daha çox 

amilləri birləşdirən tərcümə modelinin qurulmasıdır. Tərcümənin 

ümumi nəzəriyyəsi tərcümə universalilərini tədqiq edir. 8. Müxtəlif 

strukturlu dillərin köməyi, iştirakı və tədqiqatçının elmi refleksiyası 

çoxsaylı  tərcümə faktları  əsasında konkret qoşa dilə aid olmada 

tərcümə prosesinin daha ümumi xüsusiyyətlərini, prinsiplərini və 

qanunauyğunlarını  təhlilə  cəlb edir. 9. İkidilli kommunikasiyanın 

mahiyyəti və xüsusiyyətləri haqqında elmi konsepsiya. 

 

150


Tərcümənin üslubi aspekti – 

tərcümənin üslubi aspekti onun 

leksik-qrammatik vasitələrindən  əslin ümumi funksional kom-

munikativ istiqamətlərə uyğun olaraq və tərcümə olunan dildə möv-

cud olan dil normalarını nəzərə almağı mühüm hesab edir. 

Tərcümə variantları – 

eyni orijinalın müxtəlif tərcümələri 

olan mətnlər (Tərcümənin təkrarlanması). 

Tərcümənin yığcamlığı – 

tərcümə olunan mətndə çoxsözlü-

yün olmaması, mətnin lakonik forması ilə səciyyələnən tərcümənin 

keyfiyyət göstəricisi. 



Tərcüməşünaslıq (1) 

– 1. Tərcümə tarixini, onun ümumi və 

fərdi nəzəri əsaslarını, tərcümə prosesinin texnika və metodikasını, 

ikidilli nitq şəraitində tərcümə vərdiş və bacarıqların nitq fəaliyyə-

tində mürəkkəb növü, mətnin tərcümə prosesində elm kimi öyrənil-

məsi, daha doğrusu, elə bir situasiyadır ki, burada nitq-dil ünsiyyəti 

(kommunikasiyası) prosesində iki dilin vasitələrinin (iki dil sistemi 

kodlarının) iştirakı  nəzərdə tutulur. 2. Nitq fəaliyyəti növünü öy-

rənən tərcümə haqqında elmdir ki, bu prosesdə digər dildə verilmiş 

nitq əsəri (mətn) onun tam hüquqlu əvəzedicisi kimi çıxış etməlidir. 



Tərcüməşünaslıq (2) – 

tərcümə haqqında olan elmlərdən 

birinin adı, bax; tərcüməşünaslıq. 

Tərcüməyə daxil edilmiş, nişanlanmamış dil vahidi – 

Bax: 


maşın dövrəsi. 

Tərcüməyə diaxronik baxış nöqtəsi – 

ədəbi proseslə 

tərcümənin yerinin sistemli müəyyənləşməsi. Tərcümənin yerinin 

sistemli müəyyənləşməsi dedikdə  tərcümənin orijinalla münasibət-

lərini, milli ədəbiyyat  əsərlərinə, eləcə  də bu əsərlərin digər tərcü-

mələrinə münasibətini başa düşməliyik. Diaxronik proyeksiyada 

sistemli münasibət ədəbi prosesdə tərcümənin, dəyərini artırır (bax, 

tərcümə tarixi). 



Tərcüməyə  gəlməyən söz oyunu – 

tərcümə dilində birbaşa 

ekvivalenti olmayan sözlər oyunu. Buna kalambur da deyilir (müəl-

lif). 


Təsadüfi ekvivalentsiz sözlər – 

bu sözlər orijinal dildə pred-

met və hadisələri, həm də tərcümə dili daşıyıcılarının praktik təcrü-



 

151 


bəsində olan predmet və hadisələri bildirməsinə baxmayaraq, tər-

cümə dilində hansı səbəb üzündənsə bu predmet və hadisələrin adı-

nın (bəzən izah oluna bilməyəcəyi) olmamasıdır. 

Təsirin  ədəbi sistemi – 

metakommunikativ sistem, onun 

funksiyası oxucuya orijinalı əvəz etməsi (orijinalla ikinci manipul-

yasiyası), o mətnin qavranılması üçün instruksiya (qaydalar) ver-

mək və əsərin uğurlu reytinqini təmin etmək üçün inanılmış strate-

giya yaradılması. 



Təsnifatın ilkin mövqeyi – 

bədii tərcümənin üslubi vəhdət 

elementidir. Təsnifat ölçüsü – onların intensivliyik dərəcəsinə uy-

ğun olaraq üslubi dəyişmələrin identikliyidir. 



Təsvir – 

monoloji müəllif nitqinin ən çox yayılmış kompo-

nentlərindən biri. Məntiqi planda predmet və hadisəni təsvir etmək - 

onun əlamətlərini sadalamaq deməkdir. Təhkiyənin inkişafını quran 

statistik təsvir qeyd olunur və dinamik təsvir adətən həcminə görə o 

qədər də böyük olmasa da, hadisələrə qoşularkən təhkiyəni heç də 

dayandırıb saxlamır. Müqayisə et: hekayə, təhkiyə. 

Təsviri annotasiya – bax

: annotasiya. 



Təsviri priyom – 

mövcud anlayışın başqa dilin vasitələri ilə 

təsvirini verən tərcümə priyomu. Bu priyoma dildə müvafiq 

nominasiya, yaxud tərcüməçiyə  nəsə  məlum olmayanda müraciət 

olunur. 

Təsviri tərcümə – 

1.  Ən çətin  şəraitdə  tərcüməçiyə kömək 

edən daha mühüm universal priyom. O müxtəlif səbəblər - sosial, 

coğrafi, yaxud milli xüsusiyyətli müvafiq anlayışlar tərcümədə 

mövcud olmadığı hallarda daha zəruridir. Bu priyomun özünün də 

çatışmazlıqları az deyildir. Onlardan başlıcası ondan ibarətdir ki, 

bəzi təsvirlər olduqca şişirdilmiş  şəkildə verilir və sanki tərcümə 

mətnində kənar cisim təsiri bağışlayır. Bax: həm də təsviri priyom. 

2. Digər dildəki vasitələrlə qeyd olunmuş (işarələnmiş) anlayışın 

təsvirini verən tərcümə priyomu. Bu priyoma tərcümə dilində mü-

vafiq nominasiyalar olmadıqda daha çox müraciət edirlər. 3.Məz-

munun (mənanın) digər formada və digər sözlərlə ifadə olunması. 4. 

Söz birləşmələrinin köməyi ilə ilkin vahidlərin mənasının açılma-

 

152



sını ekvivalentsiz leksika ilə vermə üsulu. 5. Tərcümə olunan mət-

nin məna və məzmununu sərbəst şəkildə verən tərcümə. 



Tətbiqi dilçilik – 

praktik vəzifələrin həm linqvistin, həm də 

informasiya axtarışının – maşın tərcüməsi, terminologiya, 

linqvodidaktika, informasiya problemləri kimi digər sahələrin 

linqvistik- nəzəri tətbiqi. 

Tətbiqi linqvistika – 

maşın tərcüməsi, avtomatlaşdırılmış 

informasiya axtarışı  və s. kimi müasir praktik spesifik vəzifələrin 

əsasını öyrənən dilçilik sahəsi. Bax: həm də tətbiqi dilçilik. 



Tətbiqi tərcümə nəzəriyyəsi – 

tətbiqi tərcümə nəzəriyyəsinin 

predmet sahəsinə  aşağıdakı  vəzifələr daxildir: 1) ilkin mətnin 

tərcümə dilinə çevrildiyi zaman ortaya çıxan tərcüməçilik 

çətinliklərinin təsnifatı; 2) tərcümə elmində linqvistik və psixoloji 

cəhətdən  əsaslandırılmış  işləmə formaları; 3) bütün relevant dil 

hadisələrini, səhvlər təhlilini (həm də  tərcümənin tənqidi üçün 

öncədən nəzərdə tutulmuş) tam əhatə edən səmərəli işləmələr; 4) 

tərcümə  tənqidi üçün nəzəri və metodik cəhətdən  əsaslandırılmış 

təsviri, interpretasiya və dəyər prosedurlar. Bu vəzifələrin birinci və 

ikincisi prospektiv, üçüncü və dördüncü isə  tətbiqi tərcümə 

nəzəriyyəsinin retrospektiv aspektləridir. 



TLA – bax: 

təlimverici linqvistik avtomat. 



Törədici model – 

Burada dilin qanunlarına müvafiq deyimin 

strukturunu təmin etmək imkanı verilməklə bir sıra qaydaların 

saxlanılması təmin edilir və qeyri-dürüst deyimlərə yol verilmir. 



Törəmə qrammatika – 

1. Cümlələrin düzəlməsi qaydalarına 

söykənən qrammatik modelin ümumi adı. 2. N.Xomskinin generativ 

transformasiya qrammatikasını göstərmək üçün sinonim.   



Törəmə  rəmz – 

hərfi, yaxud assosiativ rəmzlər  əsasında 

alınmış xüsusi rəmz. 

Transformasiya qaydaları – 

nüvə  və törəmə modellərin - 

onun qarşılıqlı əsasını təşkil edənlərin konstatasiya münasibətləri. 

Transformasiya metodu – 

məna təhlili metodundan eləsidir 

ki (ardıcıl tərcümədə yazılış sistemində istifadə olunur), bu zaman 

açar informasiyanı özündə əks etdirərkən bir neçə söz daha uyğun, 




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə