Microsoft Word Tercumeshunasliq lugeti fin doc



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə35/41
tarix02.10.2017
ölçüsü1,1 Mb.
#2597
1   ...   31   32   33   34   35   36   37   38   ...   41

 

137 


fəaliyyətinin ikinci səviyyəsidir. Burada tərcüməçinin fəaliyyət 

kompleksinin orijinalın məna və üslubi informasiyasının tərcümə 

dilinin köməyi ilə yaradılması göz qabağındadır. Bu kompleksi 

ümumi sxemdə üçüncü səviyyəyə aid etmək olar. Dördüncü səviyyə 

– bu, tərcüməçinin yekun - qiymətləndirici fəaliyyətidir. Onu 

tərcüməçinin «nəzarət özünüredaktəsi» də adlandırmaq olar. 

Nəzarət özünüredaktə xüsusən peşəkar tərcüməçi üçün vacibdir. 

Lakin bununla belə, «məşq tərcümələr»in ali məktəb tələbələri ilə 

təlimdə rolu danılmazdır. Bu model tərcüməçinin yaradıcılığı 

prosesində əsas dönüş nöqtəsini (yeni mərhələsini) açır. 



Tərcüməçilik həlli prosesi 

– tərcümə fəaliyyəti zamanı bu və 

ya digər üslubi xüsusiyyətlərin həddən artıq yüksək 

qiymətləndirilməsi, yaxud qiymətlən-dirilməməsinin seçilməsini. 

Qərarların həllinin həyata keçirilmə prosesi tərcüməçinin üslubi 

repertuarına uyğun olaraq baş verir (üslubi idiolekt). Üslubi 

priyomların seçimi imkanı orijinalın invariantının xarakteri, 

tərcüməçinin üslubi hissiyyatı və kommunikativ vəziyyətlə bağlıdır. 



Tərcüməçilik kompetensiyası – 

1. Tərcümə prosesində 

mühüm amil olmaqla, dərk etmək reseptiv kompetensiyasını eyni 

zamanda qısa və dürüst ifadə etmənin daha məhsuldar 

kompetensiyasını birləşdirir. Başqa sözlə, tərcüməçilik 

kompetensiyası ilkin mətnin başa düşülmə bacarığını  və  mətnin 

tərcümə dilində yaradılması bacarığını özündə birləşdirir. Belə ol-

duğu halda, tərcüməçinin həyat təcrübəsi onun biliklərinin fonu 

kimi özünü əks etdirir. Tərcüməçilik kompetensiyasının 

komponentləri arasında tərcümə dilinin idiomatik səviyyəsini 

bilmək böyük əhəmiyyət kəsb edir. Bundan başqa, tərcüməçilik 

kompetensiyası  tərcümə prosesində iki mədəniyyətin, iki dilin 

elementlərini birləşdirir. İlkin mətnə tam şəkildə iqtiqamətlənməklə, 

tərcüməçi axtarış prosesinə  qədər qəbul edərkən, o, orijinalı 

tərcümədə necə ifadə edə bilməsi prosesinə qoşulur. 2. Onun 

diferensiasiyası iki səviyyədə mövcuddur: 1) janra görə (elmi-

texniki mətn, bədii mətn və s.) və 2) istiqamət üzrə (ana dilindən 

xarici dilə və xarici dildən ana dilinə). Bu kompetensiyalardan hər 

 

138


biri, öz növbəsində, iki subkompetensiyanı (ilkin dildəki reseptiv 

sferanı  və  tərcümə dilindəki produktiv sferanı)  əhatə edir. Hər iki 

subkompetensiya bir-birini qarşılıqlı  şəkildə  əvəzləyir və 

tamamlayır. Burada mətnlərin tərcüməçi üçün məzmun və üslubi 

cəhətdən zəruri dərəcədə kommunikativ ekvivalentliyi vacibdir. 

Məhz tərcüməçilik kompetensiyasının bu tekstual xarakteri göstərir 

ki, heç də hər iki dili mükəmməl bilən şəxslər yaxşı tərcüməçi ola 

bilmir. 3. Tərcüməçi tərcümə olunan mətni necə başa düşür, o, 

tərcümənin strategiyasını necə qurur və yenidən qurur, vəziyyətdən 

asılı olaraq, deyim üçün hansı funksional perspektiv seçir, orijinal 

əsasında mətni yenidən necə yaradır – bütün bunlar tərcüməçinin 

dil, həm dildənkənar, həm də reseptiv, reproduktiv kompetensiyası 

deməkdir. Bu kompetensiyanın bütün növləri bir-biri ilə üzvü 

surətdə bağlıdır və ümumiləşərək tərcümə prosesinin əsasında duran 

dəyişilmənin və kommunikativ nəzərdə tutulmanın və səmərəliliyin 

lazimi dərəcəsini yaradır. 4. O elə bir çoxölçülü mürəkkəb 

kateqoriyadır ki, tərcüməçinin ixtisas təsnifatının xarakteristikasını 

dillərarası  və  mədəniyyətlərarası aktda həyata keçrməyə imkan 

verir: iki dili tərcüməçinin minumum bilməsi (həm orijinalın, həm 

tərcümənin) burada onların hər ikisi bir-biri ilə proyeksiya olunur, 

orijinal mətnin tərcüməçi tərəfindən interpretasiya olunması 

bacarığı ortaya çıxır, tərcümə texnologiyasına yiyələnilir, mətnin bu 

üslubda və janrda normalarını bilmək tələb olunur; tərcümə dilinin 

strategiyasını müəyyənləşdirən tərcümə normalarını bilmə; orijinal 

mətnin doğru-dürüst inpretasiyası üçün zəruri ümumi biliklərin 

müəyyən norması, xüsusən, uğurlu tərcümə üçün tərcüməçinin 

ixtisas çərçivələrində predmeti bilməsi olduqca vacibdir. 

Tərcuməçilik kompetensiyası anlayışı  tərcümənin digər növlərinə 

tətbiq edilməklə konkretləşdirilə bilər və o, məsələn, bədii, xüsusən 

poetik tərcümə üçün zəruri olan yaradıcı bacarığı özündə əks etdirə 

bilər. 

Tərcüməçinin  ədəbi savadlılığı – 

tərcüməçinin  əlində olan 

orijinal haqqında informasiyanın cəmi. Buraya tərcüməçinin 

qəbuledici  ədəbiyyata münasibəti; orijinalda təsvir olunmuş 




 

139 


gerçəklik haqqında informasiya, tərcümə olunmuş  ədəbi prosesdə 

yeri və mövqeyi, müəllif kodu və oxucu kodu haqqında 

informasiya, tərcüməçinin qəbuledici  ədəbiyyat vətən kontekstinə 

(ictimai reallıq, oxucunun ənənəsi və kodu) tərcüməçinin 

münasibəti. 

Tərcüməçinin istifadə etdiyi üsullar – 

tərcümə mətnini əldə 

etmək (hazırlamaq) məqsədilə orijinal mətn üzərində  tərcüməçi 

tərəfindən aparılan əməliyyatların növü. 



Tərcüməçinin metabədii fəaliyyəti – 

ikinci,  əlavə  ədəbi 

yaradıcılıqdır ki, onun bilavasitə impuls verən artıq mövcud əsərdir. 

Bu yaradıcılıqdan əvvəl, yaxud onu müşayiət edən yaradıcılıq onun 

metadil (analitik) fəaliyyətidir. Metabədiilik mətnyaratma 

prosesində tərcüməçilik həllinin sintezi olur. 



Tərcüməçinin metadil mövqeyi – 

tərcüməçinin analitik 

əməliyyatı. Onun məqsədi – oricinalın öyrənilməsi və rasional 

dəyər meyarının aydınlaşdırılmasına, obyektiv dəyərləndirilməsinə 

və  ədəbiyyatlararası kommunikasiyanın, faktların müəyyən-

ləşməsinə istiqamətlənmişdir. Bu əməliyyatda tərcüməçinin tərcümə 

üçün növbəti qərarları gəlir. 

Tərcüməçinin poetikası – 

təsvir vasitələri planında realizə 

olunan poetik idiolektdir ki, bu orijinaldan fərdi tərcüməçi 

kənarlaşmaları sisteminə  ədəbi normanın qəbul edilməsi, yaxud 

tərcüməçilik metodudur. Bu sistemin elementi fərdi üslubi aktlardır 

ki, onlar məhz tərcüməçinin fərdi yaradıcılığını səciyyələndirir. 



Tərcüməçinin poetikası 

– tənqidi məqalədə, «etiraf»da öz 

əksini tapa bilər və s. Tərcüməçinin poetikası  tərcümənin müvafiq 

dövrdə olan nəzəri üstqurumu, yaxud da belə demək mümkünsə

tərcümənin estetikasıdır. Daha geniş formalaşmış  tərcüməçi 

poetikası dövrün ədəbi savadlılığı hesab edilir. 



Tərcüməçinin sürətli yazısı – 

nitqin qavrayışı prosesində 

şifahi tərcüməçinin yazısıdır ki, o sözlərin yox, fikirlərin fiksasiyası 

üzərində qurulur. Bax: həm də: ardıcıl tərcümə yazısı. 



Tərcümədə  mədənyyət amili – 

müəllif və  tərcüməçinin 

mədəni kontekstə münasibəti. Bu münasibətləri «özünün» və 

 

140



özgənin oppozisiyası kimi ifadə etmək olar ki, bu, tərcümə 

prosesində  tərcüməçinin kommunikativ mövqeyindən asılı olaraq 

əslə yaxınlaşma, yaxud ondan uşaqlaşma  şəklində realizə olunur 

(ekzotizasiya – naturalizasiya). Buna, həm də xeyli dərəcədə tərcü-

məçinin mədəni kodu və üslubi stereotipi təsir edir. 

Tərcümədə prinsipial əhəmiyyəti olmayan səhvlər – 

bu, 


tərcümə prinsiplərinin pozulmasının nəticəsi olmayıb, digər dildə 

ifadəsini tapmış, daha doğrusu, bu, üslubi səhvlərdir ki, onlar ya 

orijinal müəllifinin dilinin təsirindən, ya ənənəvi yaradıcılıq 

manerasının formasına yaxşı  bələd olmamaqdan, ya da tərcümə 

edilən dili mükəmməl səviyyədə bilməməkdən irəli gəlir. 

Tərcümədə simulyasiya – 

müəlliflər oxucuları özlərinə cəlb 

etmək məqsədilə orijinalı tərcümə kimi təqdim edirlər. Tərcümənin 

simulyasiyası zamanı müəllif tərcümə olunmuş  əsərlərin 

konyunkturasını istifadə etməyə çalışır. Mətn nəzəriyyəsi 

aspektində bu fiktiv tərcümə artıq kvazimetamətn (yalançı  mətn) 

adlanır. Müəlliflərin psevdotərcümələrini bəzən subyektiv 

motivlərlə əlaqələndirirlər. Bununla belə, şəxsi motivasiyadan başqa 

psevdotərcümə ədəbi savadlılığın spesifik tələbatlarında yarana bilir 

(yəni oxucu marağının ödənilməsi üçün tərcümə olunmuş müəllifin 

populyarlığından istifadə etməklə, xüsusən populyar ədəbiyyat 

sahəsində, naşirin kommersiya maraqları sahəsində və s.). 



Tərcümədə tematik əməliyyatlar 

– tərcümədə uyğun, yaxud 

analoji tematik elementlərin axtarılması. Bu orijinalın müvafiq 

mövzu - tematik xüsusiyyətlərini özündə  əks etdirən, orijinalda və 

tərcümədə denotativ dəyərlərin identifikasiyası, konnotativ 

mənaların açılması, konnotatların denotatlarla əvəzlənməsidir. 



Tərcümədə üslubi ekvivalentlik və  məzmun – 

orijinal və 

tərcümənin elementlərinin funksional bərabərliyi. Tərcümə zamanı 

orijinalın elementləri elə üsulla əvəzlənir ki, mənaların invariant 

uyğunluğu və onların üslubi dəyəri bir-birinə identik olur. 

Tərcümədə üslubi tipologiyanın dəyişilməsi 

– üslubi 

yerdəyişmələrə uyğun olaraq onların təsnifatı mikro və makroüslubi 

tərcümə səviyyələrinə uyğun olaraq aparılır. 




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə