Microsoft Word Tercumeshunasliq lugeti fin doc



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə36/41
tarix02.10.2017
ölçüsü1,1 Mb.
#2597
1   ...   33   34   35   36   37   38   39   40   41

 

141 


Tərcümənin adekvatlığı – 

bax, tərcümədə üslubi və məzmun 

ekvivalentliliyi. 

Tərcümənin aksiologiyası – 

bax, tərcümə tənqidi (dəyəri). 



Tərcümənin eyniliyi, uyğunluğu – 

bu, elə  tərcümənin 

adekvatlığı deməkdir. 

Tərcümənin cəmiyyətdə yayılması 

– tərcümənin kommuni-

kasiyaya və  mədəni dəyərlər mübadiləsinə qoşulması. Bu tərcümə 

prosesinin fərqli aspektlərinin ictimai asılılığı  və onların mətndə 

proeksiyası kimi başa düşülməlidir. 

Tərcümənin dil səviyyəsi 

– dil səviyyələrinin tərcümə  mət-

nində fonematik (qrafomatik) səviyyədən başlayaraq morfematik, 

leksik, sintaqmatik və sintaktik səviyyəyə qədər iyerarxik və funk-

sional prinsipə uyğun olaraq tabe olunmasıdır. 

Tərcümənin «erudisiyalı» oxucusu – 

bu, elə oxucudur ki, o, 

orijinalın əslini yaxşı bilir, orijinal və tərcüməni bir-biri ilə tutuşdu-

ra bilir və orijinal əsasında tərcüməçinin bütün əməliyyatlarına nə-

zarət edə bilir və tərcümə onun üçün metamətndir. 

Tərcümənin «erudisiyasız» oxucusu – 

tərcümənin oxucu 

üçün protomətn kimi mövcudluğu, daha doğrusu, bu elə oxucudur 

ki, o yalnız tərcümədən istifadə edə bilir. 



Tərcümənin  əsas prinsipləri – 

1. Tərcümə orijinalın (əslin) 

ideya, məna və məzmununu mümkün qədər tam şəkildə ifadə etmə-

lidir. 2.Tərcümə orijinalın bədii-milli özünəməxsusluğunu yarada 

bilməlidir. 3. Tərcümədə heç bir dəyişiklik, əlavələr, buraxılmalar, 

müəllif sözünün təhrif olunması,  əslə  xələl gətirilməməlidir. 4. 

Bədii tərcümə orijinala estetik cəhətdən bərabər tutulmalıdır. 5. 

Tərcümə dili düzgün, aydın, canlı  və  zəngin olmalıdır. 6. Düzgün 

tərcümə hərfi olmaya bilməz. 7. Tərcümədə dürüstlük yaradıcılıqla 

uyğunlaşmalı, onu tamamlamalıdır. 8. Əsl tərcümə-istedadın və 

yaradıcılığın nəticəsidir. 

Tərcüməçinin fəaliyyət strukturu – 

tərcüməçi işinin (fəaliy-

yətinin) ardıcıllığı, yaxud digər qruplaşması. 

Tərcümənin funksiyası – 

reasiyasiya üslubuna uyğun olaraq 

tərcümənin aşağıdakı funksiyaları fərqlindirilir: tərcümə təhsil amili 

 

142



kimi (qəbuledici mühitdə orijinal haqqında təsəvvür yaradan əvə-

zedici); tərcümə reseptor göstərici kimi; tərcümə  ədəbi savadlılıq 

amili kimi; tərcümə müxtəlif ölkələr arasında kommunikasiya amili 

kimi (tərcümənin mədəni-ictimai funksiyası); tərcümə  qəbuledici 

ədəbiyyatın tələblərini nəzərə alan ədəbiyyatlararası münasibətlərin 

təzahürü kimi (ədəbi funksiya). 



Tərcümənin həddən artıq interpretasiyası – 

orijinalın te-

matik və üslubi elementlərinin müvafiq səviyyələrinin arzuolunma-

dan yenidən kodlaşdırılmasıdır ki, o, orijinal üçün səciyyəvi deyil-

dir. Mətnin dərinləşdirilmiş strukturunun onun səthi səviyyəsinə 

diqqətsizlik, daha doğrusu, mətnin faktik uyğunluğudur. Həddən ar-

tıq interpretasiyanı tərcümədə dil elementlərinin yüksək dərəcəliliyi 

və mövzunun inkişafı xarakterizə edir. 



Tərcümə  həlli – 

tərcümə vahidində sinonimik əvəzləmə 

seçimi (adətən, digər dildə). 

Tərcümənin inkişaf dəyəri – 

tərcüməni ədəbi prosesə qoşan 

tərcümə olunmuş mətnin xüsusiyyətlərini özündə birləşdirir. Qəbul 

edən ədəbiyyatın kontekstinə görə tərcümə ya ədəbi inkişafı tezləş-

dirə, ya da gecikdirə, yaxud da qəbul edən  ədəbiyyatın tələblərini 

neytrallaşdıra bilər. 



Tərcümənin interfenlər aspektləri – 

linqvistika, stilistika, 

ədəbiyyatşünaslıq, informasiya nəzəriyyəsi, semiotika, psixologiya, 

sosiologiya, frazeologiya kimi elm sahələrini birləşdirir. Dar məna-

da bədii tərcümə nəzəriyyəsi dörd fənnin çarpazlaşmasında – müqa-

yisəli – linqvistika, müqayisəli üslubiyyat, ədəbi komparativistika 

nəzəriyyəsi, ədəbiyyat nəzəriyyəsi (tarixi və təsviri poetika) istiqa-

mətindədir. 



Tərcümənin interfənlərarası gerçəkləşməsi – 

interfənlər-

arası komplekslik dedikdə biz bədii tərcümə nəzəriyyəsi yaradılması 

zamanı, onun qohum fənlərin və onun metadilinin (spesifik ter-

minologiya) humanitar və dəqiq elmlərin arada iştirakı nəzərdə tu-

tulur. 



 

143 


Tərcümə intuisiyası (fəhmi) – 

tərcümə prosesində üslubi va-

sitələri axtarıb tapa bilmək, interpretasiya (şərh) etmə və seçmə ba-

carığı. 


Tərcümənin kommunikativ subyekti – 

məlumat funksiyası-

nı  tərcümədə yerinə yetirən kommunikasiya iştirakçısı (bax, tərcü-

mə). 


Tərcümənin konkretləşməsi

 – bax, tərcümə mətnində üslubi 

interpretasiya(şərh). 

Tərcümənin köhnəlməsi – 

tərcümənin yaranması  və  qəbul 

edilməsi çərçivələrində  ədəbi qaydaların dəyişilməsi. Tərcümənin 

köhnəlmə səbəbi- qəbuledən kommunikativ kontekstinin dəyişilmə-

si, dil və üslubun inkişafında dəyişikliklər. Tərcümənin təkrar reali-

zəsinin səbəbi – bu, ədəbi zövqlə bağlı tələbatdır. Yenidən tərcümə 

etmək və müvafiq müəllifin üslubuna, poetikasına, ədəbi cərəyan və 

s. öz şəxsi münasibətini konkretləşdirmək deməkdir (Bax, 

tərcümənin təkrarlanması). 

Tərcümənin linqvistikası – 

linqvistik metodlar ilə  tərcümə 

strukturunun dil baxımdan tədqiqi. 

Tərcümənin mexanikləşdirilmiş sistemi

 – ikidillik (qoşadil-

lilik tərcümə) şəraitində informasiyanın işlənməsidir ki, o tərcümə-

nin mexanikləşdirilmiş sistemi parametrlərində uyğun gəlir və  hər 

hansı texniki vasitələrlə işlənib hazırlanmasını nəzərdə tutur. 

Tərcümənin metadili – 

Tərcümə prosesini kifayət qədər tam 

təsvir etməyə imkan verən struktur-linqvistik səciyyəli kompleksdir. 

Onun nəzəri-linqvistik  əsasını generativ qrammatika təşkil edir ki, 

onun terminlərlə  tərcümə prosesinin qrammatik aspektləri təsvir 

olunur və komponent təhlil nəzəriyyəsi bu prosesin bəzi leksik 

aspektlərini anlamağa kömək edir. Göstərilən sxem orijinalın dili ilə 

tərcümənin dilindəki vahidlər arasında «uyğunluq  şəbəkəsi» qur-

mağa imkan verir və  tərcümə prosesinin qanunauyğunluqlarını or-

taya çıxarmağa  şərait yaradır.  Əlavə bax: tərcümə  nəzəriyyəsinin 



metadil problemi. 

Tərcümənin metakommunikativ konteksti – 

orijinalın inva-

riant xüsusiyyətlərinin, yaxud tərcümədə modifikasiyanın funksi-

 

144



onal prinsipi (tərcümənin konfrontasiya – yaradıcı konteksti) həyata 

keçirilən invariant reproduksiyanın həyata keçirilməsi. Ədəbi kom-

munikasiyanın ikinci fazası (kommunikasiya daxilində kommu-

nikasiya) orijinal əsərin tərcümədə yeni mətn və reproduktiv – mo-

difikasiya xarakterli kommunikativ kontekstini təqdim edir. Me-

takommunikativ kontekst orijinalı oxucular arasında orijinalla qar-

şılıqlı şəkildə vermə üsulu. 

Tərcümənin məna üsulu – 

digər, xarici dildə uyğunluğu nə-

zərdə tutan çıxarışda denotatın identifikasiyası, obyektiv olaraq bir 

dildən o biri dilə qanunauyğun  şəkildə mövcud keçidini nəzərdə 

tutur. 

Tərcümənin modernləşməsi – 

tərcümə edilən mətnin, yaxud 

onun hissələrinin tematik və dil işləmələridir ki, onlar orijinalın 

ixtiyarında semantik-üslubi qəlibdən çıxır, yaxud mətni qə-

buledənlərin zövq tələbatları ilə müəyyənləşir. 

Tərcümənin mükəmməlliyi – 

bax: tərcümənin adekvatlığı. 



Tərcümənin mürəkkəblikləri – 

tərcümə intellektual fəaliy-

yət kimi nəinki özlüyündə mürəkkəbdir, onun mürəkkəbliyi aşağı-

dakılarla dərinləşir: ekstremal, stress situasiyanın qaçılmazlığı; eti-

barlı və praktiki yerinə yetiriləcək tərcümə nəzəriyyəsi və metodo-

logiyasının olmaması; tərcümə təcrübəsinin (lüğət və dərsliklər yal-

nız mütəmadi leksik və qrammatik uyğunluğu əks etdirir ki, bu da 

açıq-aydın kifayət etmir) uçot mexanizmi və onun zənginləşməsinin 

yoxluğu tərcümənin mürəkkəbliyidir. 

Tərcümənin nəticəsinin qiyməti 

– qiymətin  əsasına funk-

sionallıq, yaxud dinamiklik ekvivalenti qoyula bilər. O tərcümənin 

xarakteristikası kimi başa düşülür ki, burada ilkin mətndən gələn 

məlumatın məzmunu elə şəkildə verilir ki, sonuncu məlumatın xa-

rici dil alıcısı  tərəfindən qavrayışı bütün cəhətlərdə ilkin mətndən 

məlumatı alan ünvançının mühüm xüsusiyyətlərinə uyğun olur. Bu-

nunla belə, məlumat mətnində  həm semantik, həm də ekspressiv-

üslubi olan bütün informasiyanın qavrayışı nəzərdə tutulur. 



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə