Microsoft Word Tercumeshunasliq lugeti fin doc



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə40/41
tarix02.10.2017
ölçüsü1,1 Mb.
#2597
1   ...   33   34   35   36   37   38   39   40   41

 

157 


qısaldılmış sözlərə – maqnitola (maqnitofon + radiola), kermet 

(keramika + metall), çepmet (çyornı + metal) aiddir. 



Yalançıekvivalent söz cütlüyü – 

bax: tərcüməçinin yalançı 

dostları. 

Yamsılama – 

başqa dildə olub hər hansı ilkin mənbəyə əsas-

lanan, onunla bəzi ümumi xüsusiyyətlərə malik cəhətləri qoruyub 

saxlayan və dilin prototipik, potensial, tematik və bədii imkanlarını 

inkişaf etdirən, lakin ondan məzmun–forma baxımından kənarda 

dayanan və tərcüməçinin fərdi üslubunu, yeni orijinalın keyfiyyətini 

göstərən bədii poetik mətn. 

Yazı ilə ardıcıl tərcümə – 

bu, mətnin bir dildən digərinə şifa-

hi tərcüməsi zamanı dinlənildikdən sonra ilkin mətnin ardıcıl tərcü-

mədə qavramasının sistemli yazılışı deməkdir. 



Yazı sistemi 

– ardıcıl tərcümə zamanı tərcüməçiyə çatdırılan 

seçim qaydasını  və informasiyanın yazılışını özündə birləşdirən 

yaddaşın köməkçi vasitəsi; bax: ardıcıl tərcümədə yazı. 



Yazılı (1) – 

yazılı  tərcümə – yazılı  mətnin yazılı  tərcüməsi. 

Hər iki dil – ilkin dil və tərcümə dili - burada yazılı formada istifadə 

olunur. Adi tərcümə növlərindən biri. Bununla bağlı bax: yazılı tər-

cümə – görmə-yazılı tərcümə. 

Yazılı (2)

 – şifahi tərcümə - yazılı mətnin şifahi tərcüməsi. İl-

kin dil yazılı formada istifadə olunur, tərcümə dili şifahi  şəkildə. 

Bax: görmə - şifahi tərcümə. 



Yazılı dil – 

yazılı nitq üçün səciyyəvi olan söz və ifadələrin 

işlənilmə spesifikası ilə istifadə olunan və işlənən dilin növlərindən 

biri. 


Yazılı kommunikasiya – 

yazılı deyimlərin verilməsini və 

qavrayışını doğuran proses. 

Yazılı nitq – 

1. Yazılı formada olan nitq. 2. Hər hansı konkret 

dildə  ədəbi normanın daha ciddi əməl olunması ilə  səciyyələnən 

nitqin üslubi müxtəlifliyi. 



Yazılı  tərcümə – 

1. Yaddaşın ölçüsü məhdudlaşmayan 

tərcümə. 2. Görmə ilə qavranılan yazılı  tərcümə. 3. Peşəkar 

tərümənin daha çox yayılmış növüdür ki, bu zaman mətnin 

 

158


qavrayışı görmə yolu ilə, tərcümənin özünün tərtibatı isə yazılı yolla 

həyata keçirilir. Tərcümənin bu növü görmə-yazılı, yaxud yazılı 

tərcümə adlandırlır, təsnif edirlir. 4. Yazılı formada tərcümə; 

özündə yazılı  mətnlərin və  şifahi mətnlərin tərcüməsini birləşdirir. 

5. Bir dildən digər dilə  tərcümədəki prosesdir ki, onun nəticəsi 

sənədli yazılı dildə təsbitlənir. 



Yazışma – 

şəxsi ünsiyyət, biznes, elmi və digər fəaliyyət 

sistemi sahəsində müasir insanın  əlaqələrində mühüm element 

olmaqla, cəmiyyətin elementi, sosial struktur elementi. 



Yazıyaalma metodu – 

ardıçıl tərcümə metodudur, yazıyaal-

manın əlavə yaddaş vasitəsi kimi istifadə olunmasını nəzərdə tutur 

Yeni sözlər lüğəti – 

əvvəllər nəşr olunmuş lüğətlərə daxil 

edilməmiş yeni sözlərin izahını, şərhini verən lüğət. 

Yenidən kodlaşdırma – 

bir məlum mənbədən və  əvəzedici 

mənbədəki kod sistemindən hər hansı ünvançının kod sisteminə hər 

hansı informasiyanı tərcümə etmək (dəyişdirmək). 



Yenidən kodlaşdırma – 

məlumatın bir dil sistemindən digərinə 

ötürülməsi və dəyişdirilməsi. Dil haqda söhbət gedən təqdirdə yenidən 

kodlaşdırmanı biz tərcümə adlandırırıq. Yenidən kodlaşdırma tərcü-

mənin ən yüksək anlayışıdır (bax, kommunikativ mövqe). 

Yenidən sintaktik kodlaşdırma – 

sintaktik kodlaşmaya, əks 

prosesə, daha doğrusu, sistemə  çıxışda (nitq kommunikasiyası za-

manı yenidən kodlaşdırma eşidənə məxsusdur) sintaktik zəncirin ta-

nınması baş verir. 

Yerdəyişmə – 

1. Tərcümə dilində ilkin dildəkinə nisbətən dil 

elementlərinin yerinin dəyişdirilməsi. 2. Tərcümə dili və ilkin dilin 

leksik-semantik sıralanmasında uzlaşmasındakı  fərqlərə görə  tər-

cümədə tez-tez müraciət olunan qrammatik transformasiya. 3. Söz-

lərin sırasının dəyişilməsi. 4. Tərcümə dilində və ilkin dildə cümlə 

quruluşunda dəyişikliklərin aparılması. Sıranın yerdəyişməsinə heç 

də tez-tez rast gəlinmir. 



 

 




 

159 


 

Zəmanət annotasiyası – 

biblioqrafik göstərici və müxtəsər 

məlumatlardan başqa mətnin məzmunu, onun müəllifi, annotasiya 

edilmiş  mənbənin istifadə üçün məsləhət olunması. Bax: annota-

siya. 

Zəruri seçim həcminin müəyyənləşdirilməsi – 

linqvistik tədqi-

qatlarda nisbi səhvin həcmini müəyyənləşdirmək üçün istifadə olunan 

metod. Bu, modelləşdiriləsi dilaltının lüğəti doğru statistikanın seçim 

həcminin qiymətini qabaqcadan almağa kömək edir. 

 

 



 

160


 

ƏDƏBİYYAT 

Azərbaycan dilində 

 

1.

 



Abdullayev K. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. 

Bakı, 1999. 

2.

 

Adilov M., Verdiyeva Z., Ağayeva F. İzahlı dilçilik terminləri 



lüğəti. 8, 2005. 

3.

 



Axundov A.A. Ümumi dilçilik. B., 1988. 

4.

 



Bayramov Q. Tərcümə sənəti. Bakı, 2008. 

5.

 



Dilçilik ensiklopediyası. I-II, Bakı, 2006, 2008. 

6.

 



Dilçilik: problemlər və mülahizələr. Bakı, 2003. 

7.

 



Qurbanov A. Ümumi dilçilik. Bakı, 1989. 

8.

 



Koseriu E. Ümumi dilçiliyə giriş. Bakı, 2005.  

9.

 



Müqayisəli ədəbiyyat. Beynəlxalq elmi konfransın materialları (29-

31 oktyabr). Bakı, 2004. 

10.

 

Müqayisəli  ədəbiyyat (Ədəbiyyat kontekstləri). Beynəlxalq elmi 



konfransın materialları (24-25 noyabr). Bakı, 2006. 

11.


 

Müasir dilçiliyin problemləri. Beynəlxalq elmi konfransın 

materialları (18-19 may). Bakı, 2005. 

12.


 

Müasir dilçiliyin problemləri (Dil əlaqələri). Beynəlxalq elmi kon-

fransın materailları (22-23 noyabr). Bakı, 2007. 

13.


 

Tərcümə və transmilli proseslər. Beynəlxalq elmi konfransın mate-

rialları (14-15 aprel). Bakı, 2003. 

14.


 

Veysəlli F.Y. Struktur dilçiliyin əsasları. I-II, Bakı, 2005, 2008. 

 

 

Rus dilində 

 

1.

 



Алейник  Г.Б.  Введение  в  курс  перевода.  Французский  язык. 

М.,1991. 

2.

 

Алексеев М.П. Проблемы художественного перевода // Сбор-



ник трудов Иркутского государственного университета. Вып.1. Иркутск, 

1931. 


3.

 

Алексеев П.М. Квантитативная типология текста. Л., 1988. 



4.

 

Алексеев П.М. Статистическая лексикография (типология, со-



ставление  и  применение  частотных  словарей).  Л., 1975.Анализ  литера-

турного произведения. Л., 1976. 

5.

 

Анализ художественного текста. М.; Просвещение, 1975. 




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə