153
məsələn, işgüzar dairə nümayəndələri-
biznesmen kimi sözlə əvəz
edilir.
Transformasiyalar metodu –
mətnin leksik, sintaktik və
semantik cəhətdən dəyişdirilməsi.
U
Universal tərcümə –
tərcümə prosesinin dərk olunmasına yö-
nəlmiş (A.Lüdskanov) ümumi anlayış və tərcümə tipləri arasında
onların üslubi əlamətlərinə və məqsədlərinə görə fərqlərin fiksasiya-
sına (xüsusi, sakral, şifahi, yazılı tərcümə və s.) deyilir. Tərcümə-
çilik fəaliyyətinin ümumi xarakteri, ümumiyyətlə, tərcümə haqqında
inteqral elmin köməyi ilə tədqiq olunur.
Uyğunlaşdırma –
hər hansı bir şeyin (mətnin) məzmununun
digər formada şərhi. Müqayisə et: nağıl.
Uyğunluq –
bax: leksik uyğunluq.
Uyğunluq –
1. Tərcümə haqqında elmin əsas kateqoriyaların-
dan biri. Tərcümədə mütləq uyğunluq ilkin mətnlə tərcümə mətni-
nin formal, semantik və informativ komponentlərinin üst-üstə düş-
məsi ilə ifadə olunmalıdır ki, bu da faktiki mümkün deyildir. Tərcü-
mədə uyğunluq kateqoriyası əsasən «hərfi tərcümə – sərbəst tərcü-
mə» zamanı özünü göstərir. 2. İlkin mətnin tərcümə vahidinin
variantlarından biri. 3. Tərcümə dilindəki ilkin dildə ifadə planın
bir, yaxud bir neçə vahididir ki, ilkin dildə ifadə planının müəyyən
vahidinin məzmunun verilməsi üçün mütəmadi istifadə olunan vahi-
didir. Müqayisə et: kontekstual əvəzləmə. 4. Uzlaşma, eynilik ifadə
edən münasibət. 5. Digər verilmiş kontekstdə funksional baxımdan
müvafiq olan bir dilin elementi.
Uyğunluq - uzlaşma lüğəti
– leksik uzlaşma üzrə materialı
özündə birləşdirən lüğət.
Uyğunsuzluq –
1. Uyğunsuzluq dedikdə biz tərcümədə veril-
məmiş, yaxud əlavə edilmiş informasiyanı başa düşməliyik ki, o
ilkin mətndə ya nitq axınında ayrılmış hansı hissəninsə tərcümə
154
edilməməsi, ya da tərcümə olunmuş mətndə əlavə edilmiş nitqin bir
hissəsidir. 2. Bu, ilkin, yaxud tərcümə mətninin hansısa hissəsində
verilməmiş, yaxud əlavə edilmiş informasiyanın hissələridir.
Uzlaşmanı sınama –
tərcümə prosesi mərhələlərindən biri
olub bir neçə variantdan tərcümə olunan dilin normalarına müvafiq
əsas «açar» sözün ardıcıl seçilməsi.
Ü
Ümumi birdilli lüğət
– eyni dildə sözlərin, anlayışların və
predmetlərin mənasını təriflərin, təsvirlərin, nümunələrin və eləcə
də sinonimlərin və antonimlərin köməyi ilə izah edən lüğət.
Ümumi ensiklopediya
– məqalələr, çertyojlar, şəkillər, cəd-
vəllər və s. təmin olunmuş sosial-iqtisadi elmlər, təbiətşünaslıq və
texnika üzrə biliklərin sistemləşdirilmiş külliyatı, oxucunu düzgün
istiqamətləndirən və elmi cəhətdən maraqlandıran məsələlərlə bağlı
daha hərtərəfli informasiya mənbələrinə yönəldən xüsusi ədəbiyyat
siyahısı.
Ümumi ikidilli lüğət –
müəyyən qaydada düzülmüş müvafiq
(adətən əlifba üzrə) tərcümə və (yaxud) digər dildə (müəyyən kon-
tekstdə mümkün ekvivalentlərinin) sözlərin şərhi.
Ümumi referat –
bir neçə mənbəyə görə bütün material haq-
qında tam təsəvvür yaratmaq məqsədinə istiqamətlənmiş referat.
Belə referatda əhatə olunan mənbələrin (yalnız verilmiş mövzuya
görə) məzmunu referatın tam şəkildə əsli (orijinalı) əvəz etməsi ilə
bağlı orada əksini tapacaq hər nə varsa, daha tam şəkildə sistemləş-
dirilməli və ümumiləşdirilməlidir.
Ümumi semantik komponent
– çoxmənalı söz, yaxud
müxtəlif sözlərin mənasında iştirak edən eyni semantik komponent.
Ümumi slenq –
emosiosnal-espressiv kolorit ifadəni
səciyyələndirən danışıq leksikası.
Ümumi tezlik lüğəti –
dilin bütün sferalarında eyni dərəcədə
çox və ya daha az işlək olan leksika.
155
Ünsiyyət –
intellektual və emosional informasiya mübadiləsi-
nə qoşulmuş insanların qarşılıqlı verbal durumu.
Üslub –
1.Dil vasitələrindən məqsədyönlü istifadə, seçim. 2.
İşlədilmə priyomlarının cəmi, bu sahədə işlənmə vasitələrinin se-
çimi. 3. Hər hansı yazıçı, əsər, janr üçün xarakterik olan priyomların
cəmi. 4. Ekspressiv üslubi rəng prinsipinə görə dil vasitələrinin se-
çimi. 5. Nitqin söz istifadəsi normaları və sintaksisə uyğun olaraq
quruluşu (qurulması).
Üslubi kod –
mətnin üslubi strukturunun qenerasiyası üçün
nəzərdə tutulmuş təsviri vasitələr sistemi üslubi kod yaradır, əsas
üslubi xüsusiyyətləri və mətndə onların struktur təşkili qaydaları
cəmini birləşdirir.
Üslubi modifikasiya –
eyni funksional üsluba öz elementləri
ilə birgə digər üsluba aid olan deyim elementlərinin tərcümə
prosesində dəyişdirilməsi.
Üslubi çalar –
linqvistik vasitənin ekspressiv nailiyyətidir ki,
onun əsas, yaxud predmet-məntiqi mənasına əlavə olunur.
Üslubi sinonimiya –
bax: modulyasiya.
Üslubi sinonimlər –
1. Yalnız üslubi cəhətdən seçilən sino-
nimlər. 2. Məna etibarı ilə üst-üstə düşən, lakin istənilən fərqli nitq
üslubuna məxsusluğu ilə, istifadə dərəcəsi, ekspressiv çaları və s.
üst-üstə düşür.
Üslubi transformasiyalar –
mətnin üslubunun üslubi məna-
sının tərcümədə eyni effekti yenidən yaratmaq məqsədi ilə verilmə-
si, daha doğrusu, oxucuda analoji reaksiya yaratmaq, tərcüməçi
bunu əldə etmək üçün daha tez-tez əvəzləmə və kompensasiya pri-
yomlarından istifadə etməklə tamamilə digər dil vasitələrinə mü-
raciət və onlardan istifadə edir.
Üslubi transpozisiya –
üslubi nöqteyi-nəzərdən rəngli vahid-
lərin onun üçün qeyri-adi üslubi kontentdə istifadə olunması.
V
156
Verilməyən informasiya –
uyğunsuzluq nəzəriyyəsində in-
formasiyadır – tərcümədə mətnlərin müqayisəli şəkildə öyrənilmə-
sində ortaya çıxır ki, məhz məlumatlar ilkin mətndə verilmiş olduğu
halda, tərcümə mətnində öz əksini tapmır.
Vərəqdən sinxron tərcümə –
sinxron tərcümə növlərindən
biri. Bu tərcümə növündə tərcüməçi natiq nitqinin gedişatında ilkin
mətndən kənara çıxırsa zəruri düzəlişlər edərək çıxışını yazılı mətnə
tərcümə edir.
Vərəqdən tərcümə –
ilkin yazılı mətnlərin eyni zamanda göz
qavrayışı vasitəsi ilə (vizual) həyata keçirilən şifahi tərcümə.
Y
Yaddaş –
ətraf mühitlə qarşılıqlı əlaqə və təsir nəticəsində
informasiya fəaliyyətinin ardıcıl olaraq saxlanılması və istifadə
olunması ilə bağlı ümumfunksional mexanizm. Fizioloji planda bir
neçə şərti-reflektor, obrazlı, söz-məntiqi və emosional yaddaş fərq-
ləndirilir. Yaddaşı həm də informasiya reseptorları baxımından da
təsnif edirlər. Burada görmə, eşitmə, tanbil, motor və digər yaddaş
növləri fərqləndirilir. Zaman parametrlərinə müvafiq olaraq –
qavrayışın ani uzunluğu (0,1 sm), bilavasitə yaddaş (1 sm-10 sm-
dək) və uzunmüddətli yaddaş vardır ki, o müəyyən obyektlə bağlı
deyildir. Bilavasitə yaddaş fəaliyyətə qoşulanın operativi olur. Onun
həcmi bu və ya digər simvolla ifadə olunan informasiya vahidinin
sayından asılıdır.
Yalançı beynəlmiləlçilik –
yalançı beynəlmiləlçilik leksikası
o sözlərə deyilir ki, hər hansı konkret dildə beynəlxalq morfemdən
yaranmış və onun hüdudlarından (digər dillər tərəfindən götürülüb
qəbul edilməmiş) kənara çıxmamışdır. Onlara, hər şeydən əvvəl, - çı
şəkilçisinin köməyilə - reqbiçı, akvalanqçı, skandalçı və s. yaranmış
çoxsaylı sözləri aid etmək olar. Onlardan əksəriyyəti dilimizə özgə
dillərdən keçmişdir. Bu, məsələn, çoxsaylı mürəkkəb və mürəkkəb