145
Tərcümənin orijinaldan aralanması sistemi
– tərcüməçinin
üslubi xarakteri ilə bağlı olan üslubi kənarlaşmalar sistemi. Bu,
tərcüməçinin fərdi poetikasını yaradır (bax: tərcümənin poetikası).
Tərcümənin praqmatik aspekti –
1. Adresata, tərcüməni
alana yönəlmiş aspekt; 2. Orijinal və tərcümə ilə ortaya çıxan effek-
tik eyniliyinin nəzərə alınmasını tələb edir.
Tərcümənin praktikologiyası –
bu, elə bir fəndir ki, o tərcü-
məçilik praktikasının proqramlaşmasını obyektiv metodlarla (statis-
tika, sosiologiya, informasiya nəzəriyyəsi) tərcüməçilik praktikası-
nın tərcümə haqqında elm və ictimai-mədəni tələblər baxımdan təh-
lilidir. Praktikologiya – həm də tərcümələrin ictimai realizə nəzə-
riyyəsidir.
Tərcümənin praktikologiyası – 1) mədəni siyasətin tərcüməçi-
lik proqrammı və tərcüməçilik fəaliyyətinə təsirini; 2) kitab bazarı
nöqteyi-nəzərindən tərcüməçilik proqramlarının təhlilini; 3) bədii
tərcümənin tənqidinin spesifik funksiyalarını; 4) tərcümə mətninin
yaradılmasında redaktorun iştirakını; 5) tarixi-tərcüməçilik müəs-
sisələrini (təşkilatları və jurnalları) özündə birləşdirir.
Tərcümənin psixolinqvistik nəzəriyyəsi –
bu nəzəriyyə
Azərbaycanda geniş inkişaf etməsə də, Rusiya tərcüməşünaslığında
kommunikativ yanaşma – tərcümənin psixolinqvistik nəzəriyyəsinin
predmeti kimi dillərarası kommunikasiya tərcümənin psixoloji
psixolinqvistik aspektində araşdırılır. Bu istiqamətdə olan işləmələr-
dəki metodoloji və nəzəri əsaslar üzrə prioritet A.F.Şiryayevə məx-
susdur. Onun fikrincə predmeti, vasitələri, həyata keçirmə üsulları
ilə, məhsul və strukturu ilə tərcümə nitq fəaliyyətinin xüsusi
növüdür və məqsədli motivasiyaya malikdir. Tərcümənin məqsədi
düşüncədə real deyilmiş, yaxud yazılmış deyimin, yaxud müəyyən
dildə bir qrup deyimin söz şəklində məhsulunun yaradılmasıdır.
Yaradılacaq məhsulun əsas parametrləri tərcüməçiyə sosial sifariş
kimi verlir. Burada fəaliyyət obyekti ilkin dilin vasitələrindən
birindəki nitq fəaliyyətinin müxtəlif dilin kommunikantlarıdır.
Tərcüməçilik fəaliyyətinin vasitələri özündə heç də əksər nitq
fəaliyyəti növlərindəki kimi hər hansı dilin vasitələrini yox, iki dili
146
birləşdirir. Tərcümədə vasitələrin seçimi, hər şeydən əvvəl,
subyektin motiv və məqsədləri ilə yox, ilkin mətnin obyekt
fəaliyyəti ilə şərtlənir, buna görə də fəaliyyət məhsulunun
predmetləşməsi üçün dil vasitələrinin seçiminin determinasiyası
tərcümədə əksər fəaliyyət növlərindən fərqli olaraq daha ciddi xa-
rakter daşıyır. Tərcüməçilik fəaliyyətinin həyata keçirilməsi üsulları
üç qrupa bölünür. Birinci qrup – bu, nitq fəaliyyətinin eşitmə və
danışma məhsulunun predmetsiz hissələrə bölmə üsullarıdır. İkinci
qrup isə ekvivalentlərdən, variant və kontekstual uyğunluqlardan
istifadə etməklə tərcümə məsələlərinin yerinə yetirilmə prosesini
əhatə edir. Üçüncü qrup – danışma və yazı kimi nitq fəaliyyətinin
predmetləşməsinin (qeydə alınması) qlobal üsullarını birləşdirir.
Struktur baxımdan tərcümə fəaliyyəti qarşılıqlı əlaqəli və qarşılıqlı
şərtlənmiş tərcüməçi işlərinin ardıcıllığından ibarətdir. Fəaliyyət
prosesinin minimal vahidi mikrofəaliyyət olub, bütövlükdə bu
fəaliyyətin əsas cəhətlərini birləşdirir. Həm tərcümə fəaliyyəti
bütövlükdə, həm də ona daxil olan tərcüməçilik işi hər bir
intellektual akta xas olan üç fazalı strukturdan ibarətdir: fəaliyyət
şəraitinə yönəlmiş faza, fəaliyyət planının hazırlanması, yaxud hə-
rəkətin, işlənib hazırlanmış planın realizə fazası və nəzərdə tutulmuş
nəticənin müqayisə fazası. Tərcümə fəaliyyətinin məhsulu tər-
cüməçi tərəfindən aparılan tərcümə dilində olan mətndir. Tərcümə
fəaliyyətinin məhsulunda eyni zamanda həm adresatın, həm də
tərcüməçinin fəaliyyəti predmetləşdirilir və əyaniləşdirilir.
Tərcümənin redaktoru –
tərcüməçilik kommunikasiyasının
iştirakçısı. Tərcümə mətninin redaktəsi – bu, onun ədəbi situasiya,
ədəbi və dil norması, nəşriyyat tələbləri və s. baxımından aprobasi-
yasıdır. Tərcümə redaktoru tərcümə mətninin seçimində iştirak edə
bilər.
Tərcümənin relyativ modernləşdirilməsi –
bütün mətnin
yox, onun ayrı-ayrı səviyyələrinin tematik və dil işləmələri. O,
qəbuledicinin zövq və tələbləri ilə müəyyənləşən orijinalın
semantik-üslubi varlığından ortaya çıxır.
147
Tərcümənin semantik-semiotik modeli
– ilkin və tərcümə
dillərindən işarə
və strukturun qarşılıqlı korrelyasiyası
tipologiyasını qurmuş Y.İ.Retskerin, tərcümənin semantik-semiotik
modelini qurmuş L.S.Barxudarovun araşdırmalarında yanaşmanın
inkişafını nəzərdə tutur. Bu modelə uyğun olaraq mətninin ümumi
məzmununda onun ayrı-ayrı komponentləri – denotativ,
siqnifikativ, linqvistik və praqmatik – fərqləndirilir. Alim ilk dəfə
göstərmişdir ki, ilkin mətndən tərcümə mətninə keçərkən orijinalın
heç də bütün məzmunu deyil, yalnız onun bu və ya digər
komponentləri saxlanılır. L.S.Barxudarov öz həllini gözləyən
növbəti tədqiqat problemi kimi ilkin mətnin yuxarıda adlarını
çəkdiyimiz məzmun komponentlərinin növbəliliyi problemini irəli
sürür.
Tərcümənin semantik nəzəriyyəsi –
orijinal və tərcümə
mətnlərinin məna baxımdan iki mətnin məzmununun ekvivalentliyi-
nin öyrənilməsinə əsaslanır.
Tərcümənin semiotik aspekti –
tərcüməçilik prosesinin işarə
xarakteri. Tərcümə – ikinci fəallıqla şərtlənən orijinal müəllifinin
ədəbi fəaliyyətinə münasibətin metaişarəsidir.
Tərcümənin sosiologiyası
– ictimai kontekst aspektində tər-
cümənin funksiyasını yerinə yetirməsi və genezisin tədqiqi. Tərcü-
mə sosiologiyanı ictimai kommunikasiya aspektində maraqlandırır.
O, tərcüməni ictimai və mədəni şüurun fakiı kimi nəzərdən keçirir
(nəşr siyasəti, mədəni münasibətlər və s.).
Tərcümədə strukturalist metod –
çex alimi İrji Levıy
tərəfindən təklif olunmuşdur. Tərcümənin bir sıra problemlərinin
həllində dünya linqvistikasının XX əsrin 20-30-cu illərində aparıcı
istiqamətlərindən biri olan «Praqa linqvistik dərnəyi»nin metodoloji
prinsiplərinə söykərmişdir. Müəllif dillərarası transformasiyanın üç
fazasını fərqləndirir: orijinalın dərki, onun interpretasiyası (şərhi),
onun yendən ifadəsi. Tərcümə fəaliyyətinin əsas məqsədi kimi –
onu dərk, əsli qoruyub saxlamaq, əsli (informasiyanı) verə
bilməkdir. Prototipi olmayanı yeni əsər yaratmaq yox, yenidən
yaratmaqdır. Tərcümə prosesində bir dilin materialları digər dilin
148
materialı ilə əvəzlənir, deməli, əslində tərcüməçi bütün bədii
əsərləri yenidən özü ana dilində yaradır və beləliklə, dil sahəsində
tərcümə əsl orijinal yaradıcılıqdır. Ona görə də burada iki normanın
mövcudluğu haqqında danışmaq olar: yenidən yaratma norması və
bədiilik norması (gözəllik meyarı), onlar arasındakı konkret
münasibət tərcümə edilən mətnin xüsusiyyətindən asılı olacaq.
Buradan müəllifin məqsəd ustanovkası doğur – yəni o, burada
tərcümə priyomunu ilkin və ikinci mətnlərin funksional uyğunluğu
istiqamətində nəzərdən keçirir (məhz dilin funksional tərəfinə bö-
yük diqqət yetirilməsi «Praqa linqvistik dərnəyi»nin mühüm cəhəti
olmuşdur).
Tərcümənin strukturu –
tərcümədə real mövcud olan məna
münasibətlərinin müəyyən tərzdə təşkil olunmuş, sxemləşmiş ifadə-
si nəzərdə tutulur.
Tərcümənin subinterpretasiyası –
tərcümə mətninin qurul-
duğu zaman qismən realizə olunmuş ölçüsüdür ki, bu zaman orijinal
mətnin bütün səviyyələrində üslubi yenidən kodlaşdırma getmir.
Burada, mətnin daha da dərinləşdirilmiş aspektinə diqqət yetirilmir,
yəni mətn səthi interpretasiya olunur.
Tərcümənin təkrarlanması –
müvafiq xarici dildə və
müvafiq ədəbiyyatda realizə olunmuş orijinala münasibətdə tərcümə
variantları. Tərcümənin təkrarlanması dilin inkişafındakı
dəyişikliklərlə, üslublar fərqi ilə, metakommunikativ kontekst dəyi-
şilmələri, müəyyən dövrdə olan estetik tələb və zövqlərin və s. in-
kişafı ilə bağlıdır. Əgər qəbul edən mühitin tələbləri mövcuddursa,
yeni nəsil və ədəbi məktəb və istiqamətlərin dəyişilməsi bunu tələb
edirsə, bu zaman orijinal əsər yenidən tərcümə olunur. Bəzi hallarda
isə tərcümənin təkrarlanması heç də ədəbi-zövq motivləri ilə yox,
həm də zahiri səbəblərlə (məsələn, kommersiya maraqları ilə) bağlı
olur. Belə tərcümələr seriyasını invariantların üslubi dağınıqlığı
xarakterizə edir ki, onun köməyilə ədəbi-tarixi fenomeni obyektiv
tədqiq etmək olar.
Tərcümənin tərtibatı –
tərcümə mətninin yaranması.
Tərcümənin tərtib olunması şifahi və yazılı ola bilər.