25
Əsas məna –
müxtəlif şəkildə realizə olunan dil vahidinin in-
variant mənası.
Əsaslar lüğəti –
əsas və sonluqdan ibarət maşın lüğəti siyahı-
sı. Hər bir əsasa və hər bir sonluğa onların morfoloji sinfinə və
leksik-qrammatik informasiyasına kod verilir. Belə lüğətlə iş za-
manı sözlərin zəruri forması müvafiq sonluqların əsasa verilmiş
qaydalar əsasında birləşməsi yolu ilə gedir. Əsaslar lüğəti, xüsusən,
flektiv tipli dillər üçün əlverişlidir. Lakin belə lüğət üçün olduqca
qabarıq ağır morfoloji təhlil alqoritmi və dilaltının morfoloji təsviri
üçün böyük zəhmət sərf olunan iş tələb olunur.
Əsil (orijinal) –
1. Tərcümə yox, orijinal mətn. 2. Tərcümədə
ilkin mətn. 3. Əsil şey, kopiya yox, orijinal. 4. İlkin mətn, yaxud
sənəd (məqalə, kitab, əlyazma və s.) tərcümə olunmaq üçün nəzərdə
tutulan mətn.
Əsil ehtimalların əsil bölüşdürücüsü modeli –
bu, elə tezlik-
lər lüğəti deməkdir.
Əvəzetmə –
orijinalın və tərcümənin mümkün semantik-
struktur parallelizminə əsaslanan tərcümə üsulu.
F
Fasiləsiz ardıcıl tərcümə –
dinlənildikdən, daha doğrusu, na-
tiqin nitqi qurtardıqdan, radioməlumata qulaq asıldıqdan, həm-
söhbətin dediyi (danışdığı) tam sona çatdırıldıqdan və s. sonra
məlumatın bir dildən digər dilə şifahi şəkildə tərcüməsidir. Belə ol-
duğu halda natiq (danışan) öz çıxışının tərcüməyə görə arasını
kəsmir (fasilə vermir), nitqini tam şəkildə tələffüz edir (çatdırır) və
yalnız bundan sonra söz tərcüməçiyə verilir. Müqayisə et: abzas -
cümlə tərcüməsi, abzas-cümlənin ardıcıl tərcüməsi.
Fasiləsiz seçim –
bu, elə seçimdir ki, o zaman nəinki tezlik-
lərin özü, həm də dil elementlərinin fəaliyyəti və bu şəraitin fəaliy-
yət prosesinə təsiri nəzərə alınır; o, öyrənilən sistemaltının qanu-
nauyğunluqları haqqında etibarlı informasiya verir. Bəzi elementlər
buraxılmış seçimdə artıq tam hesab edilə bilməz. Seçimdə bütün
26
fəaliyyətdə olan elementlər rəqəm-hərf işarələri, formullar, xüsusi
adlar və ixtisarlar nəzərə alınmalıdır. Əgər xüsusi adlar və rəqəmlər
(o cümlədən, hərflər) cəm halda nəzərdən keçirilərsə, onda ixtisar
kimi (dilin vahidi hesab edilən) linqvistik vahidlər ümumi sayla
cəmlənməməli, eyni zamanda, həm də statistik təhlildən kənarda
qalmamalıdır. Bu xüsusi dilaltı sahələrinə daha çox aiddir ki, burada
ixtisarlar informasiya yükünün daha böyük payını daşıyır.
Felyeton tipli məqalələrin tərcüməsi –
burada ən mühümü
fikri verə bilməkdir, onun tərtibatının spesifik xüsusiyyətlərini ver-
mək o qədər də vacib deyil. Əksər hallarda xarici müəllifin oynaq
üslubunu həddən artıq sadələşdirmək tələb olunur, daha doğrusu,
oxucu üçün daha anlaşıqlı dildə jurnal-qəzet dili ilə sərbəst tərcümə-
yə, xüsusən onun başlıqlarını tərcümə etməyə çalışmaq zəruridir.
Fəaliyyət obyekti –
hərəkətin (fəaliyyətin) hansı predmetin,
əşyanın üzərinə istiqamətlənməsi.
Fəaliyyətin planlaşdırılması –
sinxron tərcümədə – burada
nəticənin əldə olunması ilə bağlı tərcüməçi konkret proseduru mü-
əyyənləşdirmir. O, burada yalnız özü üçün tərcümənin tələb olunan
dəqiqliyi və tamlığı dərəcəsini dəqiqləşdirir, öz şüurunda onu özü
düşündüyü kimi dil vasitələrini müəyyənləşdirir və fəallaşdırır ki, on-
lar tərcümə hərəkətlərinin yerinə yetirdiyi prosesdə lazım olur, öz
funksional sistemini fəallaşdırır və müvafiq zəruri hazırlıq aparır.
Fərdi yerdəyişmə –
üslubi zövq, tərcüməçinin subyektiv ob-
razlı hissi və idiolekti ilə motivləşmiş fərdi kənarlaşmalar sistemi.
Fərqləndirmə –
ümumi nitq axınından nitq vahidinin uzun-
müddətli yaddaşda saxlanılanla etalonlarla və sonrakı identifikasi-
yası üçün fərqləndirilməsi. Qavrayış zamanı nitq fəaliyyəti kimi
fərqləndirmə tanımaya, bilməyə kömək edir.
Fiksasiya olunmamış semasioloji əlaqələr –
denotatın ardın-
ca konkret dil işarəsini möhkəmləndirməyən semasioloji əlaqə; on-
lar dil işarəsinin birmənalı olmamasını, sinonimik sıra (cərgə) oldu-
ğunu göstərir.
Filtrlər metodu –
ekvivalentlərin seçimi və ikidillik şəraitinin
qarşıdurması zamanı istifadə olunur. İki filtr fərqləndirilir: seman-
27
tik-tezlik və semantik kompressiyaedici. Filtrin əsas alətləri tezlik
lüğətləri, birdilli izahlı lüğətlər, sahələr üzrə mövcud olan ikidilli
lüğətlərdir. Əlavə alətlər isə, informant - tərcüməçilərdir.
Fonem səviyyəsində tərcümə –
bax: fonem-fonem tərcümə.
Fonem – fonem tərcümə –
ayrı-ayrı fonem səviyyəsində ye-
rinə yetirilən tərcümə. Tərcümə vahidi kimi fonemin seçilməsi heç
də tez-tez müşahidə olunmur. Çünki fonem məna daşıyıcısı deyil, o
yalnız məna fərqləndirici rolu oynayır və bu əksər hallarda şəxs
adlarının tərcüməsində müşahidə olunur olur və eyni zamanda digər
ölkələrin sosial və mədəni-məişət həyatında uyğunluq olmayan
realilərin tərcüməsində rast gəlinir.
Fonematik tərcümə –
mətnin, əsasən, fonematik səviyyəsin-
də realizə olunan tərcümə.
Formal-işarə səviyyəsində əməliyyatlar –
denotatın identifi-
kasiyası həyata keçirilmədən bir vəziyyətdən başqasına keçid zama-
nı vərdiş əsasında aparılan tərcümə əməliyyatı.
Formulyar rekviziti –
1. Permanent vahid olmaqla, sənədin
öz daimi tərkibində olur. Onlar kommuniktiv funksiyanın daşıyıcısı,
kommunikativ vahidin daşıyıcısı rolunda çıxış edən məlum infor-
masiyanı verir. Funksional perspektiv baxımdan onlar konstant xa-
rakterə malikdir və sənədin mövzusu olub, onun elementinin rub-
rikasiyası və struktur formalizasiyasıdır. Sənədlər hər bir
kommunikativ kateqoriyası formulyar rekvizitlərinin (dil ştampları,
şərti işarələr, ixtisarlar) fiksasiya edilmiş çoxsaylı rekvizitlərinə
malikdir. 2 a) ümumi başlıq (ştamp) sənədin rəngarəngliyi adı, onun
nömrəsi, tarixi, müəllif (sənədi nəşr edən, orqan), nəşr yeri; b) pa-
raqraflara və bəndlərə bölünmüş, bir-birindən rəqəmlərlə (ərəb və
rum, eləcə də baş hərflərlə), yaxud abzaslarla; c) adresatın (orqanlar
və sənəddə yazılmışları icra etməyə borclu olan şəxslər), yaxud
yerlərə göndərilmə hesabı, sənədi nəşr edən vəzifəli şəxsin imzası
və rəyini özündə əks etdirir.
Frazeoloji tərcümə –
əsasən fraza səviyyəsində realizə olu-
nan tərcümə.
28
Frazeologizmlərin tərcüməsi –
frazeologizmlərin tərcüməsi
– 1) ekviavalentlərdən istifadə (mütləq və nisbi); 2) frazeoloji ana-
loqlardan (variantlardan) istifadə; 3) kalka yolu ilə; 4) təsviri tər-
cümə yolu ilə həyata keçirilir. Bax: həm də idiomların tərcüməsi.
Frazeologizmlərin təsviri tərcüməsi –
obrazlılıqdan imtina
edərək ilkin dildəki frazeoloji vahidin sərbəst söz birləşmələrinin
köməyi ilə verilməsi.
G
Generativ qrammatika –
1. Müasir dilçiliyin elə bir
istiqamətidir ki, burada linqvistik problem kimi dil strukturunun
daxili qanunauyğunluqlarının açılması, öyrənilməsi olmaqla o
müəyyən «mexanizm», yaxud «quruluş» kimi təqdim olunur ki, bu
nəinki dilin təbii fəaliyyəti prosesində müşahidə olunur, həm də onu
sünii yolla elmi təhlil üçün hərəkətə gətirmək olur. Bunun üçün
ilkin material almaqla bağlı, hər şeydən öncə, doğru-düzgün cüm-
lələr (müəyyənləşdirmək, inventarlaşdırmaq) modeli tapmaq və
onların hər biri üçün bir neçə struktur təsvir vermək lazımdır. 2.
Dilin fəaliyyət mexanizmi üzərində dayanan və ona söykənən cüm-
lənin nüvəsindəki məhdud sayda doğru elementar deyimlərə əsasla-
nan linqvistik model.
Genişləndirilmiş deyim –
konkret dilin semantik-sintaktik
modelinə uyğun şəkildə tam (qısaldılmış, elliptik deyil) qurulmuş
model.
Genişlənmə –
1. Tərcümə praktikasında ona müvafiq olan se-
mantik transformasiya. 2. Sayda, həcmdə və məzmunda artma, də-
yişmə.
Gerçəklik situasiyası –
real gerçəkliklə uyğunlaşan və sub-
yekt tərəfindən onun fərdi və ictimai təcrübəsi və biliklərin yığıl-
ması (zənginləşdirilməsi) kimi dərk olunan nitq əsərinin məzmunu.
Gerçəklik situasiyasına girə bilmə tərcüməçi üçün zəruridir, çünki