Microsoft Word Turkan dissertasiya double updated docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/31
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42703
1   ...   20   21   22   23   24   25   26   27   ...   31

71 
 
konfrans  və  digər  tədbirlərin  nəticəsidir  ki,  hazırda  regionlarda  güclü  özəl  sektor 
formalaşmışdır.  Sahibkarlığa  Kömək  Milli  Fondunun  vəsaitləri  hesabına 
regionlarda 18 minə yaxın sahibkara 945,9 milyon manat güzəştli kredit verilmişdir. 
Güzəştli kreditlərin 78%-i, açılan iş yerlərinin 81%-i regionların payına düşür. 
"Azərbaycan  nvestisiya Şirkəti" paytaxt Bakı ilə yanaşı, regionlarda da qeyri-
neft sektorunun inkişafı, yeni texnologiyalara əsaslanan müəssisələrin yaradılması 
istiqamətində  məqsədyönlü  tədbirlər  həyata  keçirmiş,  bir  sıra  iri  layihələrdə,  o 
cümlədən "Milk Pro", "Ağstafa Aqroservis", "Azərtoxum" və "Dəvəçi Broyler"də 
həyata keçirilən layihələrdə fəal iştirak etmişdir. 
Bütün  bunların  nəticəsidir  ki,  məşğulluqda  özəl  sektorun  payı  74%-ə,vergi 
daxilolmalarında  72,5%-ə  yüksəlmiş,  sahibkarlıq  subyektlərinin  sayı  2,5  dəfə 
artmış,  ÜDM-də  özəl  sektorun  xüsusi  çəkisi  80%-i  ötmüşdür.  Rəqəmlərdən  də 
göründüyü  kimi,  dövlət  proqramlarının  uğurlu  icrası  regionlarda,  bütünlükdə 
ölkədə özəl bölmənin inkişafına böyük təkan vermiş, sahibkarlıq fəaliyyətinin daha 
da genişlənməsinə səbəb olmuşdur. 
Dövlət  başçısının  tapşırığına  uyğun  olaraq  hazırlanan,  2014-2018-ci  illəri 
ə
hatə edəcək yeni dövlət proqramı əvvəlki dövlət proqramlarının məntiqi davamı 
olacaq.  Şübhəsiz  ki,  üçüncü  dövlət  proqramı  əvvəlki  proqramlar  kimi,  ölkədə 
qeyri-neft sektorunun sürətli inkişafına, ixracyönümlü və rəqabətədavamlı məhsul 
istehsalının artmasına, regionlarda, xüsusilə kəndlərdə infrastruktur və kommunal 
xidmətlərlə təminat səviyyəsinin yaxşılaşmasına, sahibkarlığın inkişafına, əhalinin 
məşğulluq səviyyəsinin yüksəlməsinə öz əhəmiyyətli töhfəsini verəcəkdir. 
Sonda  bir  daha  vurğulamaq  istərdim  ki,  regionların  inkişafına  dair  dövlət 
proqramlarının  icrası  mühüm  sosial,  iqtisadi  nəticələrlə  yadda  qaldı.  Görülən 
işlərin  miqyası,  əhatəliliyi,  davamlılığı  bir  daha  göstərir  ki,  Prezident  lham 
Ə
liyevin  rəhbərliyi  ilə  şəhərlər,  rayon  və  qəsəbələr,  ucqar  kəndlər,  bütünlükdə 
müstəqil  Azərbaycan  sürətlə  inkişaf  edir,  ölkəmiz  qüdrətlənir,  Azərbaycan 
vətəndaşının  rifahı  daha  da  yüksəlir.  Dövlət  başçısının  dediyi  kimi:  "Bu  gün 
Azərbaycan  dünya  miqyasında  ən  sürətlə  və  uğurla  inkişaf  edən  ölkələrin 


72 
 
sırasındadır. Əminəm ki, növbəti illərdə biz öz inkişaf dinamikamızı saxlayacağıq, 
ölkəmizin uğurlu gələcəyini təmin edəcəyik". 
Sahibkarlığa  dövlət  himayəsinin  sistemli  şəkildə  həyata  keçirilməsi, 
sahibkarlara  dövlət  dəstəyi  tədbirlərinin  səmərəsinin  yüksəldilməsi  bu  sahədə 
mühüm  nailiyyətlərin  əldə  edilməsinə  şərait  yaratmışdır.  Dövlət-sahibkar 
münasibətləri  inkişaf  etdirilmiş,  sahibkarlığın  dövlət  tənzimlənməsi  sisteminin 
təkmilləşdirilməsi  istiqamətində  əhəmiyyətli  addımlar  atılmışdır.  Sahibkarlığın 
məsləhət,  informasiya  təminatının  gücləndirilməsi,  maarifləndirilməsi,  gənclərin 
sahibkarlıq fəaliyyətinə cəlb edilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində 
mütəmadi  tədbirlər  həyata  keçirilməkdədir.  Bununla  yanaşı  sahibkarlığa  dövlət 
maliyyə  köməkliyi  mexanizmi  yaradılmış  və  bu  mənbə  hazırda  kiçik  və  orta 
sahibkarların  maliyyə  vəsaitlərinə  olan  tələbatının  ödənilməsinin  real  mənbəyi 
kimi çıxış edir.  
Ölkədə  həyata  keçirilmiş  geniş  miqyaslı  iqtisadi  islahatlar  nəticəsində 
Azərbaycan cəmiyyətində sahibkarlar təbəqəsi formalaşmış, sahibkarlıq fəaliyyəti 
cəmiyyətin  inkişafında  əhəmiyyətli  rol  oynamağa  başlamış  və  sahibkarlığın 
davamlı  inkişafına  əlverişli  zəmin  yaratmışdır.  Bunun  nəticəsində  özəl  sektorun 
ümumi  daxili  məhsulda  payı  81,9%,  məşğulluqda  73,4%,  vergi  daxilolmalarında 
isə 70,4% olmuşdur.  
2015-ci  il  yanvar-sentyabr  ayları  ərzində  müəssisələrin  sayı  artaraq 
01.10.2015-ci il tarixinə 98803 vahid olmuşdur (cədvəl 5).  
Cədvəl 5. Hüquqi şəxslərin sayı 
llə
20
11
 
20
12
 
20
13
 
20
14
 
2015-ci 
ilin 

oktyabr 
tarixinə 
Hüquqi 
şə
xslərin sayı 
75
63

78
96

86
01

94
56

98803 
Mənbə:  qitisadiyyat Nazirliyinin Xarici işlr Nazirliyinə Sahibkarliqin inkişafi haqqında hesabatından 27.10.2015
 


 
2015-ci  ilin  yanvar
sahibkarlıq  formasında  f
2015-ci  il  tarixinə  563946  vahid
sahibkarlıq  fəaliyyəti  il
Gəncə-Qazax və Lənkə
 
Qrafik 3. Fiziki şəxsl
Mənbə:  qitisadiyyat Nazirliyinin Xarici i
 
Qrafik 4. Sahibkarlıq subyektl
Mənbə:  qitisadiyyat Nazirliyinin Xarici i
 
130000
180000
230000
280000
330000
380000
430000
480000
530000
580000
2009
272597
85 %
Hüquqi 
73 
ci  ilin  yanvar-sentyabr  ayları  ərzində  hüquqi  şə
sahibkarlıq  formasında  fəaliyyət  göstərən  fiziki  şəxslərin  sayı  artaraq  1  ok
563946  vahidə  çatmışdır  (qrafik  5).  Hüquqi 
ti  ilə  məşğul  olan  fiziki  şəxslərin  əsas  hiss
ə
ran iqtisadi rayonlarında qeydiyyata alınmı
ə
rin sayı 
tisadiyyat Nazirliyinin Xarici işlr Nazirliyinə Sahibkarliqin inkişafi haqqında hesabatından 
. Sahibkarlıq subyektlərinin bölgüsü 
tisadiyyat Nazirliyinin Xarici işlr Nazirliyinə Sahibkarliqin inkişafi haqqında hesabatından 
2009
2010
2011
2012
2013
2014
272597 306933
364600
432141 454997
519860
15 %
Hüquqi şəxslər
Fiziki şəxslər
ə
xs  yaratmadan  fərdi 
rin  sayı  artaraq  1  oktyabr 
).  Hüquqi  şəxs  yaratmadan 
sas  hissəsi  Bakıda,  Aran, 
ran iqtisadi rayonlarında qeydiyyata alınmışdır.  
 
haqqında hesabatından 27.10.2015 
 
haqqında hesabatından 27.10.2015
 
2015 1 
oktyabr
519860
563946


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə