Microsoft Word Turkan dissertasiya double updated docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/31
tarix06.05.2018
ölçüsü5,01 Kb.
#42703
1   ...   23   24   25   26   27   28   29   30   31

77 
 
sənədlərə əlavə edərək, göndərə bilər və xarici ticarət əməliyyatları üçün mənşə və 
keyfiyyət sertifikatlarını elektron qaydada ala bilərlər. 
Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 oktyabr tarixli 
509  nömrəli  Fərmanına  uyğun  olaraq  cazələr  Elektron  nformasiya  Portalı 
yaradılaraq 2012-ci il 15 mart tarixindən istifadəyə verilmişdir. Portal sahibkarları 
icazələr  haqqında  ətraflı  məlumatlandırmaqla  yanaşı,  sahibkarlıq  fəaliyyətinə 
başlamaq  istəyənlər,  öz  fəaliyyətini  genişləndirmək  istəyən  sahibkarlara  tələb 
olunan  icazə  xarakterli  sənədlər,  onların  alınması  prosedurları,  təqdim  edilməli 
sənədlər, icazələrin verilmə və qüvvədə olma müddətlərinə dair bütün məlumatları 
vahid  mənbədən  əldə  etməyə  imkan  verir.  Portalın  (www.icazeler.gov.az) 
xidmətlərindən  1  oktyabr  2015-ci  il  tarixinə  400  mindən  artıq  istifadəçi,  o 
cümlədən  ölkə  xaricindən  108  dövlətdən  istifadəçilər  yararlanmışdır.  stifadəyə 
verildikdən  sonra  portalda  20  dövlət  qurumunun  159  qanunvericilik  aktının 
layihəsinin yerləşdirilməsi təmin edilmişdir. 
Bununla  yanaşı,  yerli  biznes  üçün  istehsal  etdikləri  məhsullar  və  göstərdiyi 
xidmətlər  barədə  informasiyaların  potensial  alıcılara  çatdırmaq  yolu  ilə  biznes 
ə
laqələrin  qurulmasını  dəstəkləmək  məqsədilə  "2008-2015-ci  illərdə  Azərbaycan 
Respublikasında  əhalinin  ərzaq  məhsulları  ilə  etibarlı  təminatına  dair  Dövlət 
Proqramı"  üzrə  verilmiş  tapşırıqların  icrasına  uyğun  olaraq  “Elektron  ticarət” 
portalı  (www.b2b.az)  yaradılmışdır.  Portal  sahibkarlıq  subyektlərinə  biznes 
ə
laqələrdə  etibarlı  vasitəçi,  dünya  biznesinə  asan  çıxış  imkanının  yaradılması 
missiyasını  yerinə  yetirir.  Portaldan  istifadə  edilməsi  iş  adamlarına  istehsal 
etdikləri məhsullar və göstərdiyi xidmətlər barədə məlumatların potensial alıcılara 
çatdırılması,  biznes  əlaqələrinin  genişləndirilməsi  və  bazarlara  sərbəst  çıxış 
imkanlarını yaradır. 
Sahibkarlığın  inkişafına  dövlət  himayəsinin  sistemli  şəkildə  həyata 
keçirilməsini  gücləndirmək,  sahibkarlara  dövlət  dəstəyi  tədbirlərinin  səmərəsini 
yüksəltmək, dövlət-sahibkar münasibətlərini daha da təkmilləşdirmək, sahibkarlar 
tərəfindən  qtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olan məsələlərə 
dair  müraciətlərin  cavablandırılmasında  sistemlilik  yaratmaq  və  operativliyə  nail 


78 
 
olmaq məqsədilə Azərbaycan Respublikasının  qtisadiyyat və Sənaye Nazirliyində 
Çağrı Mərkəzi (195-2) yaradılmışdır.  
Ölkəmizdə  reallaşdırılan  sənayeləşmə  siyasətinə  uyğun  olaraq,  innovativ  və 
yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənayenin inkişafına yeni təkan 
vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal 
sahəsində məşğulluğunu artırmaq məqsədi ilə sənaye və texnologiyalar parklarının 
yaradılmasına başlanılmışdır. Belə ki, ölkə başçısının müvafiq tapşırıqlarına əsasən 
Sumqayıt  Kimya  Sənaye  Parkı  (295,5  ha),  Balaxanı  Sənaye  Parkı  (7  ha), 
Mingəçevir  Sənaye  Parkı  (14,8  ha),  Qaradağ  Sənaye  Parkı  (72  ha),  Pirallahı 
Yüksək Texnologiyaları Parkı (50 ha) və Mingəçevir Yüksək Texnologiyaları Parkı 
(1,3  ha)  yaradılmışdır.  Eyni  zamanda  sənaye  parklarının  yaradılması,  idarə 
edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri 
tənzimləyən “Sənaye Parkları haqqında” Nümunəvi Əsasnamə 2013-cü il 24 aprel 
tarixdə  təsdiq  edilmişdir.  “Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsində 
dəyişikliklər  edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  qəbul 
edilərək  2013-cu  il  yanvarın  1-dən  qüvvəyə  minmişdir.  Bununla  da  Azərbaycan 
Respublikası  Prezidentinin  fərman  və  sərəncamları  ilə  yaradılmış  sənaye  və 
texnologiya parklarında sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin gəlirlərinin 
7  il  müddətinə  gəlir  vergisindən  azad  edilmişdir.  Həmçinin  parkların  idarəedici 
təşkilatının  və  operatorunun  mənfəətinin  parkın  infrastrukturunun  tikintisinə  və 
saxlanılmasına yönəldilmiş hissəsinin müddət qoyulmadan, sənaye və texnologiya 
parklarının rezidenti olan hüquqi şəxslərin fəaliyyətindən əldə etdikləri gəlirlərin 7 
il  müddətinə  mənfəət  vergisindən,  sənaye  və  texnologiya  parklarının 
infrastrukturunun,  istehsal  sahələrinin  yaradılması  və  tikintisi  məqsədilə  idxal 
edilən  texnikaların,  texnoloji  avadanlıq  və  qurğuların  ƏDV-dən,  parkların 
idarəedici təşkilatı və operatoru, parkların rezidenti olan hüquqi və fiziki şəxslərin 
ə
mlak  və  torpaq  vergilərindən  azad  edilməsini  nəzərdə  tutan  maddələr  qanuna 
daxil edilmişdir. Hazırda sənaye parklarında fəaliyyət göstərəcək investorların cəlb 
olunması istiqamətində ardıcıl tədbirlər görülməkdədir.  


79 
 
Sumqayıt  Kimya  Sənaye  Parkının,  Balaxanı  Sənaye  Parkının,  Mingəçevir 
Sənaye  Parkının  və  Qaradağ  Sənaye  Parkının  məqsəd  və  vəzifələri,  potensial 
sahibkarlar  üçün  investisiya  güzəştləri  və  faydaları,  parkın  infrastrukturu  və 
üstünlükləri,  bu  sahədə  qanunvericilik,  investisiya  güzəştləri,  ölkəmizdə  yaşıl 
biznesin  inkişafı  sahəsində  irəliləyişlər,  yeniliklər  haqqında  geniş  məlumatların 
ə
ldə olunması məqsədilə Sumqayıt Kimya Sənaye Parkının www.scip.az, Balaxanı 
Sənaye Parkının www.bsp.az internet səhifələri istifadəyə verilmişdir.  
Həmçinin ölkədə sənaye məhəllələrinin yaradılması Azərbaycan Respublikası 
Prezidentinin “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 
2014-cü il 8 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə müəyyən edilmişdir. Sənaye 
məhəlləsinin  yaradılmasında  məqsəd  sənaye  və  xidmət  sahələrində  fəaliyyət 
göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi 
və əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasıdır. Azərbaycan 
Respublikası  Prezidentinin  müvafiq  Fərmanına  əsasən,  sənaye  məhəlləsi 
sahibkarlıq  fəaliyyətinin  həyata  keçirilməsi üçün  zəruri  infrastruktura  malik olan, 
kiçik  və  orta  sahibkarlar  tərəfindən  məhsul  istehsalı  və  xidmət  göstərilməsi  üçün 
istifadə  edilən  ərazidir.  Sənaye  məhəllələri  istehsal  prosesinin  təşkilində 
infrastruktur  xərclərinin  azaldılması,  kooperasiya  əlaqələrinin  gücləndirilməsi, 
kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və sair məsələlərin həlli baxımından 
böyük əhəmiyyət kəsb edir.  
Ölkədə  ilk  sənaye  məhəlləsi  olan  Neftçala  Sənaye  Məhəlləsi Azərbaycan 
Respublikası  Prezidentinin  2015-ci  il  2  fevral  tarixli  1011  nömrəli  Sərəncamı  ilə 
yaradılmışdır.  Sərəncama  əsasən,  Neftçala  Sənaye  Məhəlləsinin  fəaliyyətinin 
təşkilini  və  tənzimlənməsini  “Azərbaycan  nvestisiya  Şirkəti”  ASC  həyata 
keçirəcəkdir.  Sənaye  məhəlləsinin  fəaliyyəti  üçün  10  hektar  torpaq  sahəsinin 
icarəyə  vermək  hüququ  ilə  “Azərbaycan  nvestisiya  Şirkəti”  ASC-nin  daimi 
istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. 
Ölkədə  sahibkarlıq  fəaliyyəti  sferasına  aid  olan  qanunvericilik  bazası 
innovativ inkişaf dövrünün tələbinə uyğun olaraq daima yenilənmişdir. Azərbaycan 
Respublikası  Prezidentinin  qanunvericilik  təşəbbüsü  ilə  2015-ci  il  20  oktyabr 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə