Microsoft Word turkcess ozet kitap docx



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə27/115
tarix19.10.2018
ölçüsü2,88 Mb.
#74851
1   ...   23   24   25   26   27   28   29   30   ...   115

 
 
  38
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Sözleşmeli Öğretmenlik Uygulamasına İlişkin Okul Yöneticileri Ve Sözleşmeli 
Öğretmenlerin Görüşleri 
 
Cem TOPSAKAL 
Recep Tayyip Erdoğan Üniversitesi 
cem.topsakal@erdogan.edu.tr 
 
Ahmet DUYSAK 
Recep Tayyip Erdoğan Üniversitesi 
ahmet.duysak@erdogan.edu.tr 
 
Türkiye’de  2016  yılında  çıkarılan  Sözleşmeli  Öğretmen  İstihdamına  İlişkin  Yönetmelik  ile  sözleşmeli 
öğretmenlik  uygulaması  başlamıştır.  Dört  yıllık  bir  çalışma  süresi  sonunda  adaylık  sürecinde  başarılı  olan 
öğretmenler,  talepleri  halinde  görev  yaptıkları  eğitim  kurumlarında  kadroya  atanacak,  adaylık  hükümleri 
kalkacak, kadrolara atanan öğretmenler aynı yerde en az iki yıl daha görev yapacaktır. 
Bu  çalışmada  okul  yöneticileri  ve  sözleşmeli  öğretmenlerin  görüşlerine  göre  sözleşmeli  öğretmenlik 
sisteminin  olumlu  ve  olumsuz  yönleri  ele  alınmıştır.  Nitel  araştırma  yaklaşımının  kullanıldığı  bu  çalışmada, 
ilkokul, ortaokullarda görev yapan 10 okul yöneticisi ve 20 sözleşmeli öğretmen ile görüşme yapılmıştır. Elde 
edilen veriler içerik analizine tabi tutularak, ortaya çıkan sonuçlar sunulmuştur. Sonuçlardan bazılarına göre: 
Yöneticilerin tamamı yeni uygulamaya göre, sözleşmeli öğretmenlerin atandıkları okulda dört yıl kalmaları ve iki 
yıl daha aynı ilde görev yapmalarını olumlu görmektedir. Sözleşmeli öğretmenlerin büyük çoğunluğu sözleşmeli 
öğretmenlik  yerine  kadrolu  olmayı  uygun  görmektedir.  Sözleşmeli  öğretmenlerin  tamamı  tayin  haklarının 
kısıtlanmasını olumlu bulmamaktadır. Çalışma sonuç ve önerilerle son bulmaktadır. 
Anahtar Kelimeler: Sözleşmeli Öğretmenlik Uygulaması, Okul Yöneticisi, Sözleşmeli Öğretmen, Eğitim 
Politikası, Sorunlar 
 
 


 
 
  39
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Məsud Əlioğlunun Tədqiqatlarında “Atalar Və Oğullar” 
 
Nurlanə MƏMMƏDOVA 
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, kiçik elmi işçi  
memmedovanurlane89@gmail.com 
 
XÜLASƏ 
“Atalar və oğullar” məsələsi ədəbiyyatımızda həmişə aktual olub. Bu da təsadüfi deyil. Çünki zaman, 
dövr dəyişir. Nəsillər bir-birini əvəz etdiyi kimi, mühitə, cəmiyyətə münasibət də dəyişir, yeniləşir. Oğullar ataların 
ənənələrini davam etdirməklə yanaşı, onların da öz yolu və həyat idealı olur. Bu prosesdə, şübhəsiz ki, nəsillərin 
mövqeyi bir çox hallarda üst-üstə düşmür. Hətta bəzən ziddiyyətlər meydana çıxır ki, bədii yaradıcılıqda bütün 
bunların necə əks olunduğunu görürük. Ədəbiyyat tarixinə nəzər salsaq, problemin bədii həllini ardıcıllıqla bu 
cür izah edə bilərik: a) klassik Şərq ədəbiyyatında “atalar və oğullar”; b) maarifçi-realizmin prinsipləri nöqteyi-
nəzərindən “atalar və oğullar”; c) Sovet dövründə “atalar və oğullar”. Tarixi şəraitin tələbindən asılı olaraq 
bədii əsərlərdə bu məsələ fərqli şəkildə ədəbiyyata gətirilirdi. Bu nəticəyə gəlirik ki, XIX əsri dönüş nöqtəsi kimi 
götürə bilərik. XIX əsrə qədər olan əsərlərdə oğula nəsihət verən, yol göstərən, oğulun yenilik duyğusu ilə barışan 
ata  obrazı  tərənnüm  olunurdu.  Klassik  irsdə  ata  və  oğul  münasibətinin  bu  şəkildə    təzahürünü  Məhəmməd 
Füzulinin “Ənisül-qəlb”, “Leyli və Məcnun”, “Rindu Zahid” poemalarında görə bilərik. “Rindu Zahid” əsərində 
oğul Rind ilə ata Zahid arasında ziddiyyət atanın oğulun fikirləri ilə barışması ilə nəticələnir. XIX əsrdə tarixi 
şəraitin nəticəsi olaraq, atalar və oğullar münasibətində yeni təzahürlər üzə çıxır, ata və oğul ortaq məxrəcə gələ 
bilmir, atanın tələbi oğulun yenilik duyğusu ilə uyğun gəlmir. Mülkədar ataya qarşı çıxan ideal oğul “atalar və 
oğullar”  məsələsini ortaya çıxarır.  Oğul yeni  quruculuq işlərinin tərəfdarı,  ata  isə köhnə  qanunlarla yaşayan 
mülkədar  idi.  Öz  qızını  qoca  kişiyə  ərə  verən,  pul  üstündə  öz  qardaşlarını  öldürən  ataların  təsviri  Rusiya 
imperiyasının və Sovet rejiminin tələbi idi. 
Məsud Əlioğlunun araşdırmalarında bu məsələyə geniş yer verilmişdir;  
Atalar və oğullar. “Azərbaycan” jurnalı, 1959-cu il, №11 
Atalar və oğullar. “Azərbaycan” jurnalı, 1959-cu il, №12 
Atalar və oğullar. “Azərbaycan” jurnalı, 1961-ci il, №2 
Atalar və oğullar. “Azərbaycan” jurnalı, 1961-ci il, №3 
O, “atalar və oğullar” məsələsinin kökünü haqlı olaraq XIX əsrlə bağlayır. M.F.Axunzadənin “Müsyo 
Jordan və dərviş Məstəli şah”, N.Vəzirovun “Ev tərbiyəsinin bir şəkli”, “Adı var, özü yox”, “Yağışdan çıxdıq, 
yağmura  düşdük”,  “Sonrakı  peşmançılıq  fayda  verməz”,  “Müsibəti  Fəxrəddin”,  Ə.Haqverdiyevin  “Dağılan 
tifaq”,  “Bəxtsiz cavan”, C.Məmmədquluzadənin  “Ölülər”, “Anamın kitabı”,  C.Cabbarlının  “Aydın”,  “Oqtay 
Eloğlu”  əsərlərini  tədqiqata  cəlb  edən  tənqidçi  Şahbaz  bəy  obrazı  vasitəsilə  ədəbiyyata  gələn  maarifçi  nəsli, 
Fatma xanım və Sərvinaz xanım surətləri vasitəsilə qaynana-gəlin konfliktini, Fəxrəddin, Fərhad bəy, Ömər obrazı 
əsasında başqa ölkələrdə təhsil alıb Vətənə qayıtdıqdan sonra mülkədarlığa xas qaydaları dəyişmək istəyən gənc 
nəsli təhlil edir. İskəndər, Aydın, Oqtay kimi oğulları “Qəribə adamlar”, “Anamın kitabı” əsərinin üç qardaşını 
“Daxili  düşmənlər”  adlandırır.  “Şamo”,  “Studentlər”,  “Dünya  qopur”,  “Yoxuşlar”,  “Qəhrəman”  romanları 
əsəsında  yeni  əsrin  oğullarını  diqqət  mərkəzinə  çəkir.  Tənqidçinin  bu  məsələyə  bir  fikir  cərəyanı,  yaradıcılıq 
hadisəsi kimi yanaşması həqiqətə uyğundur. Bu o deməkdir ki, M.F.Axundzadə ilk komediyası ilə  Azərbaycan 
ədəbiyyatında yeni bir yaradıcılıq məsələsinin əsasını qoymuşdur. 
M.Əlioğlu  yalnız  ata  və  oğul  arasında  baş  verən  konfliktdən  bəhs  etmir,  bu  mübarizəyə  köhnəliklə 
yeniliyin mübarizəsi kimi baxır. Deməli, onun təhlil etdiyi əsərlərdə yalnız mühafizəkar atalar deyil, tüfeyli həyat 
keçirən, eyni zamanda həyatda öz yolunu tapa bilməyən, maarifdən, elmdən xəbəri olmayan oğullar da tənqid 
olunurdu.   
Açar sözlər: Məsud Əlioğlu, atalar, oğullar, Şahbaz bəy 
 
 
 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə