Microsoft Word turkcess ozet kitap docx



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə35/115
tarix19.10.2018
ölçüsü2,88 Mb.
#74851
1   ...   31   32   33   34   35   36   37   38   ...   115

 
 
  55
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
XX Əsrin II Yarısında Türk Və Azərbaycan Satirasında Ortaq Tənqid Hədəfləri (Əziz 
Nesin Və Anar Yaradıcılığı Əsasında) 
 
Maya AXUNDOVA 
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, doktorant 
mayaaxundova93@gmail.com 
 
XÜLASƏ 
Mehmet Nüsrət Nesin-Əziz Nesin (1915-1995) Cümhuriyyət dövrü türk ədəbiyyatının ən məhsuldar yazıçılarından 
biri, ən böyük satira ustasıdır. Əziz Nesin ədəbi növlərin hər üç sahəsində müxtəlif janrlarda yazdığı çoxsaylı 
əsərləri ilə yarım əsrdən çox türk ədəbiyyatını zənginləşdirmiş, satirik qələmi ilə xalqına xidmət etmişdir. Əziz 
Nesin  təkcə  Türkiyədə  deyil,  bütövlükdə  dünya  ədəbiyyatında  tanınmış  və  sevilmişdir.  Əsərlərində  toxunduğu 
məsələr hətta bu günümüz üçün yazılıbmış kimi ciddiliyini və aktuallınını qoruyub saxlayır.  
Məqalədə xalq yazıçısı Anarın “Molla Nəsrəddin-66” satirik hekayələr silsiləsi Əziz Nesinin “Taxtalı 
köydən məktublar” povesti qarşılıqlı təhlil olunur, ortaq tənqid hədəfləri tədqiq edilir. Eyni zamanda Əziz Nesinin 
mövzusu xalq nağıllarından gələn satirik nağılları ilə Anarın “Yaxşı padşahın nağılı” satirası müqayisəli təhlil 
olunur. Əziz Nesin nağıl motivlərindən istifadə etməklə, yaxud da nağıllardan təsirlənərək qələmə aldığı böyüklər 
üçün nağıllarında da təkcə türklərin deyil, bütöv bəşəriyyətin yaşamındakı naqislikləri, insan xislətinin qüsurlarını 
tənqid obyektinə çevirmişdir. Böyüklər üçün yazdığı nağılların satirik hekayələrdən daha qüvvətli tənqidi gücə 
malik olduğunu düşünmüşdür. Əziz Nesinə görə, nağıl janrı hekayələrə nisbətən insanları daha çox düşündürür. 
Bu cəhətinə görə də ədib nağılları daha üstün satirik “silah” hesab edir. Digər tərəfdən yanaşdıqda isə nağıllarda 
gizlilik, ictimai-sosial və iqtisadi-siyasi qüsurları üstüörtülü şəkildə daha rahat tənqid etmək imkanı olur. Nağıl 
üslubunda yazılmış satiraya Azərbaycan ədəbiyyatında da rast gəlinir. Anarın “Yaxşı padşahın nağılı” adlı satirik 
pamfleti də eyni məqsədlə yazılmışdır ki, Əziz Nesinin “Sədrəzəm eşşək”, “Qarğaların seçdiyi padşah” adlı satirik 
nağılları ilə müqayisəli şəkildə təhlil olunur.  
Tədqiqatın əsasını müqayisəli təhlil metodu təşkil edir.  
Tədqiqatın elmi yeniliyi ondan ibarətdir ki, Əziz Nesin və Anarın satirik əsərləri paralel şəkildə ilk dəfə 
xüsusi olaraq sistemli müqayisə, təhlil və tədqiq edilir. XX əsrin II yarısında Türkiyə və o zamanlar sovet ölkəsi 
olan Azərbaycan satirik ədəbiyyatında ortaq tənqid hədəfləri ayrıca bir məqalə səviyyəsində araşdırılır.  
Tədqiqat  zamanı  məlum  olur ki, ayrı-ayrı  siyasi  rejim  altında  yaşayan  iki  qardaş  ölkənin, eyni  köklü 
xalqın ədəbiyyatında, eyni zamanda satirik nəsrində ortaq problemləri paralel olaraq tənqid hədəfinə çevirmiş 
satirik əsərlər mövcud olmuşdur. 
Açar sözlər: Əziz Nesin, Anar, satira, tənqid, satirik nağıl 
 
 


 
 
  56
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
Yoksulluğun Kadınlaşması: Mikro Krediler Ve Karz-I Hassen Finansman 
Uygulamaları İle Yoksullukla Mücadele 
 
Serpil ALTINIRMAK 
Anadolu Üniversitesi 
saltinirmak@anadolu.edu.tr
 
 
ÖZET 
Kadın yoksulluğu 1995 yılında “yoksulluğun kadınlaşması” ifadesi ile literatürde yerini almıştır. Toplum 
içinde kadınlar ve çocuklar yoksullaşma riski karşısında dezavantajlı bir konumda yer almaktadırlar. Kadınlar 
toplumda yoksulluğu daha derinden yaşamaktadırlar. 
Kadınların  yoksullukla  mücadelesinde  girişimcilik  faaliyetlerine  yönelmeleri  bir  çözüm  olarak 
görülmektedir.  Ancak  bu  noktada  sermaye  yetersizliği  karşımıza  önemli  bir  sorun  olarak  çıkmaktadır.  Mikro 
krediler pek çok ülkede kadınlara sermaye sağlamak için bir finansman modeli olarak benimsenmiştir. Ancak bu 
uygulamaların bir kısmı başarılı olurken bir kısmı da başarısız olmaktadır. 
Çalışmada,  kadın  yoksulluğu  ve  mikro  krediler  tartışılırken  İslami  finansmanda  önemli  bir  yeri  olan 
Karz-ı Hassen finansman modelinin kadınları girişimci yapmada kullanılabilirliği üzerinde durulmaktadır. 
Anahtar Kelimeler: Kadın Yoksulluğu, Mikro Kredi, Karz-ı Hassen 
 
 


 
 
  57
 
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve 
Sosyal Bilimler Sempozyumu  
27-30 Haziran 2018/Bakü-Azerbaycan
 
IV. International Symposium on Educational and 
Social Sciences in Turkish Cultural Geography  
27-30 June 2018/Baku-Azerbaijan
 
XX Əsrin Əvvəllərində Azərbaycanın Müstəqillik Hərəkatında “Həyat” Qəzetinin Rolu 
Hakim QƏMBƏROV 
AMEA Tarix İnstitutunun elmi işçisi, Bakı, Azərbaycan 
hakimqambarov@gmail.com  
 
XIX  əsrin  II  yarısına  təsadüf  edən  Azərbaycan  türk  millətinin  formalaşması  prosesində  kapitalizmin 
coşqun inkişafı, milli burjuaziya və demokratik ruhlu ziyalıların fəaliyyəti, iqtisadi və mədəni mərkəzlərin, yeni 
tipli təhsil və maarif müəssisələrinin, milli teatrın yaranması kimi bir çox amillərlə yanaşı milli mətbuatın meydana 
gəlməsi  də  həlledici  rol  oynamışdır.  “Əkinçi”  qəzeti  ilə  əsası  qoyulan  milli  mətbuat  ənənələri  XX  əsrin 
əvvəllərində nəşr olunan “Həyat” qəzeti ilə yeni bir mərhələyə qədəm qoymuşdur. Böyük Azərbaycan maarifçiləri 
və ideolaoqları Ə.Hüseynzadə və Ə.Ağaoğlunun redaktorluğu ilə nəşrə başlayan bu mətbu orqanı qısa zamanda 
Həsən  bəy  Zərdabi,  Ə.  Topçubaşov,  Ü.Hacıbəyov,  Ə.  İbrahimov,  M.Ə.  Rəsulzadə,  N.Nərimanov,  M.Hacınski, 
A.Səhhət, M.Hadi, H.S.Ayvazov, Ə.Haqverdiyev, M.Ə.Sabir, M.Ə.Şeyxzadə, S.M.Qənizadə Axund Əbuturaboğlu 
və  s.  dövrün  demək  olar  ki,  bütün  demokratik  ziyalılarını,  sonradan  Azərbaycan  Xalq  Cümhuriyyətinin 
qurulmasında yaxından iştirak  edən  ictimai-siyasi xadimləri  öz ətrafında  birləşdirərək  milli-demokratik,  milli-
azadlıq  hərəkatının  ideoloji  tribunasına  çevrildi.  Başqa  sözlə  desək,  “Həyat”  qəzeti  nəinki  fəaliyyətini 
Azərbaycanda,  Rusiya  imperiyasında  və    dünyda  baş  verən  gündəlik  hadisələri  işıqlandırmaqla 
məhdudlaşdırmadı,  tam  əksinə  bütün  diqqət  və  faəliyyətini  çarizmin  imperiya  əsarətinə  məhkum  olunmuş  6 
milyondan  artıq türk-müsəlman əhalinin təməl ehtiyaclarının, ən zəruri insani haqlarının təmin olunması uğrunda 
mübarizəyə yönəltdi və fəaliyyət göstərdiyi qısa zaman kəsiyində milli şüurun, özünüdərk prosesinin inkişafınada, 
müstəqillik ideyalarının təbliğində misilsiz xidmətlər göstərdi.  
“Həyat” qəzetinin ən böyük uğurlarından və  fərqləndirici cəhətlərindən biri budur ki,  o, ilk dəfə olaraq 
ümumrusiya müsəlmanlarının qurtuluş və  nicat yolununun islamçılıq və  türkçülük ideyası ətrafında sıx şəkildə 
birləşməsi, “maarifi-ümumiyyə”, “hüquqi-mədəniyyə”, “milli tərəqqi”, “milli birlik” vasitəsi ilə mümkün olması 
fikrini konseptual formada əsaslandırmağı bacardı. Bunun nəticəsində isə, bir tərəfdən çox geniş coğrafi məkanda 
qərar tutmuş türk milləti vahid, ümumi ideoloji- siyasi  xətt ətrafında birləşərək mütəşəkkil qüvvəyə çevrildi. Digər 
tərəfdən  isə,  Azərbaycan  xalqının  mütləqiyyətə  qarşı  azadlıq  uğrunda  mübarizəsi  Rusiyanın  inqilabçı 
cərəyanlarının,  sosializm  ideyalarını  təbliğ  edən  bolşeviklərin,  ümumilikdə  rus  inqilabi  hərəkatının  zərərli 
təsirlərinə məruz qalmadan həqiqi mənada milli azdlıq hərəkatına çevrildi və 1918-ci ilin mayında Azərbaycan 
Xalq Cümhuriyyətinin qurulması ilə qalibiyyətlə yekunlaşdı.    
Açar  sözlər:  XX  əsrin  əvvəlləri,  Azərbaycanın  müstəqillik  hərəkatı,  “Həyat”  qəzeti,  Ə.Hüseyinzadə, 
Ə.Ağaoğlunun 
 
 
 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə