55
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
XX Əsrin II Yarısında Türk Və Azərbaycan Satirasında Ortaq Tənqid Hədəfləri (Əziz
Nesin Və Anar Yaradıcılığı Əsasında)
Maya AXUNDOVA
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, doktorant
mayaaxundova93@gmail.com
XÜLASƏ
Mehmet Nüsrət Nesin-Əziz Nesin (1915-1995) Cümhuriyyət dövrü türk ədəbiyyatının ən məhsuldar yazıçılarından
biri, ən böyük satira ustasıdır. Əziz Nesin ədəbi növlərin hər üç sahəsində müxtəlif janrlarda yazdığı çoxsaylı
əsərləri ilə yarım əsrdən çox türk ədəbiyyatını zənginləşdirmiş, satirik qələmi ilə xalqına xidmət etmişdir. Əziz
Nesin təkcə Türkiyədə deyil, bütövlükdə dünya ədəbiyyatında tanınmış və sevilmişdir. Əsərlərində toxunduğu
məsələr hətta bu günümüz üçün yazılıbmış kimi ciddiliyini və aktuallınını qoruyub saxlayır.
Məqalədə xalq yazıçısı Anarın “Molla Nəsrəddin-66” satirik hekayələr silsiləsi Əziz Nesinin “Taxtalı
köydən məktublar” povesti qarşılıqlı təhlil olunur, ortaq tənqid hədəfləri tədqiq edilir. Eyni zamanda Əziz Nesinin
mövzusu xalq nağıllarından gələn satirik nağılları ilə Anarın “Yaxşı padşahın nağılı” satirası müqayisəli təhlil
olunur. Əziz Nesin nağıl motivlərindən istifadə etməklə, yaxud da nağıllardan təsirlənərək qələmə aldığı böyüklər
üçün nağıllarında da təkcə türklərin deyil, bütöv bəşəriyyətin yaşamındakı naqislikləri, insan xislətinin qüsurlarını
tənqid obyektinə çevirmişdir. Böyüklər üçün yazdığı nağılların satirik hekayələrdən daha qüvvətli tənqidi gücə
malik olduğunu düşünmüşdür. Əziz Nesinə görə, nağıl janrı hekayələrə nisbətən insanları daha çox düşündürür.
Bu cəhətinə görə də ədib nağılları daha üstün satirik “silah” hesab edir. Digər tərəfdən yanaşdıqda isə nağıllarda
gizlilik, ictimai-sosial və iqtisadi-siyasi qüsurları üstüörtülü şəkildə daha rahat tənqid etmək imkanı olur. Nağıl
üslubunda yazılmış satiraya Azərbaycan ədəbiyyatında da rast gəlinir. Anarın “Yaxşı padşahın nağılı” adlı satirik
pamfleti də eyni məqsədlə yazılmışdır ki, Əziz Nesinin “Sədrəzəm eşşək”, “Qarğaların seçdiyi padşah” adlı satirik
nağılları ilə müqayisəli şəkildə təhlil olunur.
Tədqiqatın əsasını müqayisəli təhlil metodu təşkil edir.
Tədqiqatın elmi yeniliyi ondan ibarətdir ki, Əziz Nesin və Anarın satirik əsərləri paralel şəkildə ilk dəfə
xüsusi olaraq sistemli müqayisə, təhlil və tədqiq edilir. XX əsrin II yarısında Türkiyə və o zamanlar sovet ölkəsi
olan Azərbaycan satirik ədəbiyyatında ortaq tənqid hədəfləri ayrıca bir məqalə səviyyəsində araşdırılır.
Tədqiqat zamanı məlum olur ki, ayrı-ayrı siyasi rejim altında yaşayan iki qardaş ölkənin, eyni köklü
xalqın ədəbiyyatında, eyni zamanda satirik nəsrində ortaq problemləri paralel olaraq tənqid hədəfinə çevirmiş
satirik əsərlər mövcud olmuşdur.
Açar sözlər: Əziz Nesin, Anar, satira, tənqid, satirik nağıl
56
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
Yoksulluğun Kadınlaşması: Mikro Krediler Ve Karz-I Hassen Finansman
Uygulamaları İle Yoksullukla Mücadele
Serpil ALTINIRMAK
Anadolu Üniversitesi
saltinirmak@anadolu.edu.tr
ÖZET
Kadın yoksulluğu 1995 yılında “yoksulluğun kadınlaşması” ifadesi ile literatürde yerini almıştır. Toplum
içinde kadınlar ve çocuklar yoksullaşma riski karşısında dezavantajlı bir konumda yer almaktadırlar. Kadınlar
toplumda yoksulluğu daha derinden yaşamaktadırlar.
Kadınların yoksullukla mücadelesinde girişimcilik faaliyetlerine yönelmeleri bir çözüm olarak
görülmektedir. Ancak bu noktada sermaye yetersizliği karşımıza önemli bir sorun olarak çıkmaktadır. Mikro
krediler pek çok ülkede kadınlara sermaye sağlamak için bir finansman modeli olarak benimsenmiştir. Ancak bu
uygulamaların bir kısmı başarılı olurken bir kısmı da başarısız olmaktadır.
Çalışmada, kadın yoksulluğu ve mikro krediler tartışılırken İslami finansmanda önemli bir yeri olan
Karz-ı Hassen finansman modelinin kadınları girişimci yapmada kullanılabilirliği üzerinde durulmaktadır.
Anahtar Kelimeler: Kadın Yoksulluğu, Mikro Kredi, Karz-ı Hassen
57
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
XX Əsrin Əvvəllərində Azərbaycanın Müstəqillik Hərəkatında “Həyat” Qəzetinin Rolu
Hakim QƏMBƏROV
AMEA Tarix İnstitutunun elmi işçisi, Bakı, Azərbaycan
hakimqambarov@gmail.com
XIX əsrin II yarısına təsadüf edən Azərbaycan türk millətinin formalaşması prosesində kapitalizmin
coşqun inkişafı, milli burjuaziya və demokratik ruhlu ziyalıların fəaliyyəti, iqtisadi və mədəni mərkəzlərin, yeni
tipli təhsil və maarif müəssisələrinin, milli teatrın yaranması kimi bir çox amillərlə yanaşı milli mətbuatın meydana
gəlməsi də həlledici rol oynamışdır. “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuat ənənələri XX əsrin
əvvəllərində nəşr olunan “Həyat” qəzeti ilə yeni bir mərhələyə qədəm qoymuşdur. Böyük Azərbaycan maarifçiləri
və ideolaoqları Ə.Hüseynzadə və Ə.Ağaoğlunun redaktorluğu ilə nəşrə başlayan bu mətbu orqanı qısa zamanda
Həsən bəy Zərdabi, Ə. Topçubaşov, Ü.Hacıbəyov, Ə. İbrahimov, M.Ə. Rəsulzadə, N.Nərimanov, M.Hacınski,
A.Səhhət, M.Hadi, H.S.Ayvazov, Ə.Haqverdiyev, M.Ə.Sabir, M.Ə.Şeyxzadə, S.M.Qənizadə Axund Əbuturaboğlu
və s. dövrün demək olar ki, bütün demokratik ziyalılarını, sonradan Azərbaycan Xalq Cümhuriyyətinin
qurulmasında yaxından iştirak edən ictimai-siyasi xadimləri öz ətrafında birləşdirərək milli-demokratik, milli-
azadlıq hərəkatının ideoloji tribunasına çevrildi. Başqa sözlə desək, “Həyat” qəzeti nəinki fəaliyyətini
Azərbaycanda, Rusiya imperiyasında və dünyda baş verən gündəlik hadisələri işıqlandırmaqla
məhdudlaşdırmadı, tam əksinə bütün diqqət və faəliyyətini çarizmin imperiya əsarətinə məhkum olunmuş 6
milyondan artıq türk-müsəlman əhalinin təməl ehtiyaclarının, ən zəruri insani haqlarının təmin olunması uğrunda
mübarizəyə yönəltdi və fəaliyyət göstərdiyi qısa zaman kəsiyində milli şüurun, özünüdərk prosesinin inkişafınada,
müstəqillik ideyalarının təbliğində misilsiz xidmətlər göstərdi.
“Həyat” qəzetinin ən böyük uğurlarından və fərqləndirici cəhətlərindən biri budur ki, o, ilk dəfə olaraq
ümumrusiya müsəlmanlarının qurtuluş və nicat yolununun islamçılıq və türkçülük ideyası ətrafında sıx şəkildə
birləşməsi, “maarifi-ümumiyyə”, “hüquqi-mədəniyyə”, “milli tərəqqi”, “milli birlik” vasitəsi ilə mümkün olması
fikrini konseptual formada əsaslandırmağı bacardı. Bunun nəticəsində isə, bir tərəfdən çox geniş coğrafi məkanda
qərar tutmuş türk milləti vahid, ümumi ideoloji- siyasi xətt ətrafında birləşərək mütəşəkkil qüvvəyə çevrildi. Digər
tərəfdən isə, Azərbaycan xalqının mütləqiyyətə qarşı azadlıq uğrunda mübarizəsi Rusiyanın inqilabçı
cərəyanlarının, sosializm ideyalarını təbliğ edən bolşeviklərin, ümumilikdə rus inqilabi hərəkatının zərərli
təsirlərinə məruz qalmadan həqiqi mənada milli azdlıq hərəkatına çevrildi və 1918-ci ilin mayında Azərbaycan
Xalq Cümhuriyyətinin qurulması ilə qalibiyyətlə yekunlaşdı.
Açar sözlər: XX əsrin əvvəlləri, Azərbaycanın müstəqillik hərəkatı, “Həyat” qəzeti, Ə.Hüseyinzadə,
Ə.Ağaoğlunun
Dostları ilə paylaş: |