Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə18/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   ...   14   15   16   17   18   19   20   21   ...   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Əsgər oğlu, oğul əsgər. 

Qorxaq nədi, əsgər nədi, 

«bəlkə» nədir, «məgər» nədi. 

Ölüm- dirim vuruşunda 

İmtahan və sınaq nədi, 

Bu ki  Vətən yürüşüdü, 

Bu ki  qeyrət vuruşudu, 

Bu ki  namus döyüşüdü. 

Qurban gedən oğul varsa, 

Ana yurdun bu, sabahla 

görüşüdü. 

Əsgər nədi, qorxaq nədi, 

Verdim nədi, torpaq nədi?! 

Bu, müqəddəs bir ölümlə 

Millətini diriltməkdi, 

Bu, səngəri suvarmaqdı, 

Bu, torpağı göyərtməkdi, 

Qanım vuruş, canım vuruş, 

qolum vuruş! 

Torpaq nədi, verdim nədi 

bircə qarış… 

Əsgər nədi, səngər nədi?! 

geri nədi?! 

Vətən yoxsa, torpaq yoxsa, 

Yaşamağın yeri nədi?! 

Ulu Tanrım! 

Sən şərəfli ölümlərə 

öyrət məni. 

Sonra, sonra, 

Torpağımın sabahında 

Öz qanımdan göyərt məni! 

 

*** 

Bəlkə də, borcundan çıxmadım, Vətən! 

Ömür bahar deyil bir də qayıtsın. 

Ölsəm də qoynunda qoy ölüm ki mən, 

Çürüyüm, bir ovuc torpağın artsın. 

 

 

İSA   İSMAYILZADƏ 

 

                      *** 

Sən mənim köksümdə çarpan ürəksən, 

Mən sənin köksündə - kiçik bir zərrə. 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Mənə qanad verən odlu diləksən, 

Adına, özünə Vətən deyirəm, 

Çölünə, düzünə Vətən deyirəm. 

 

Səni heca - heca oxşayıram mən, 

Səni heca - heca əzizləyirəm. 

Əlim ürəyimin üstündə hərdən 

Şəhərdən - şəhərə  gümüş qanadla 

Göydə uça - uça əzizləyirəm. 

 

Dağında vüqarlı qartal oluram, 

Dünya ayağımın altında qalır… 

Səndən uzaqlarda xəyal oluram, 

Həsrətdən gözümün kökü saralır. 

 

Görüşə tələsən cavanlar kimi 

Saata baxıram qatarlarda mən. 

Ən əziz, müqəddəs ünvanlar kimi 

Köksümün altında uyuyan Vətən! 

 

Axırsan çay kimi damarlarımda, 

Çopur qayana da qaynayır qanım. 

Böyüklü - kiçikli arzularım da 

Adınla bağlıdır, Azərbaycanım! 

 

Sən mənim köksümdə çarpan ürəksən, 

Mən sənin köksündə - kiçik bir zərrə. 

Mənə qanad verən odlu diləksən, 

Adına, özünə Vətən deyirəm, 

Çölünə, düzünə Vətən deyirəm… 

 

 

               NÜSRƏT  KƏSƏMƏNLİ 

 

 

 

 

VƏTƏN 

 

 

Anaların torpağı sulayan  

 

 

              tərini sevdim, 

 

Göy qurşağı kimi əlvan  

 

 

 

    yerini sevdim; 

 

Acını, şirini seçə bilmədim, 

 

Arazından içə bilmədim, 

 

Körpüsündən keçə bilmədim, 

 

Dəli kimi vuruldum, 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



 

Dəli Kürünü sevdim, Vətən! 

 

 

Burnu titrəyən dovşanını, 

 

Bənövşəni, yovşanını, 

 

Qoruqda mələyən ceyranını, 

 

Sünbülünü, reyhanını, 

 

Bahar mücdəli qaranquşunu, 

 

Anaların 

 

 

 

   «Daşa dönəsən!»- deyib 

 

Heykəl arzulayan qarğışını; 

 

Quruca daşını, 

 

Torpağının hər qarışını, 

 

Evini- eşiyini, 

 

Soba yanında xumarlanan pişiyini, 

 

Qəfəsdəki şirini sevdim, Vətən! 

 

Gözəlindən, göyçəyindən 

 

Birinə könül verdim, 

 

Birini sevdim, Vətən! 

Çiçəyini, gülünü sevdim, Vətən, 

Obanı, elini sevdim, Vətən, 

Yağışına çətir tutmadım, 

Leysanını, selini sevdim, Vətən! 

Dənizində üzə bilmədim, 

 

 

 

 

vuruldum maviliyinə, 

 

Çaylarını, gölünü sevdim, Vətən! 

 

Meşələrin fikrim kimi qarışıq, 

 

Zirvələrə gedən cığırların dolaşıq, 

 

Ütülü düzlərini, 

 

 

 

 

qırçın çölünü sevdim, Vətən! 

 

Düşməninə «yan» - deyən, 

 

Dostlarına «can» - deyən, 

 

«Anam Azərbaycan»,- deyən 

 

Dilini sevdim, Vətən!.. 

 

 

SABİR   RÜSTƏMXANLI 

 

RUHUMUZ SƏRHƏDSİZ OLDUĞU ÜÇÜN 

 

Bu Vətən deyilən dünyam sirlidi, 

Bir paytaxtı sevinc, bir paytaxtı qəm. 

Bu Vətən torpağı çox qəribədi, 

Hələ sərhəddini tapa bilmirəm. 

 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə