Microsoft Word turklib ru doc


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library



Yüklə 1,12 Mb.
səhifə17/46
tarix25.06.2018
ölçüsü1,12 Mb.
#51945
1   ...   13   14   15   16   17   18   19   20   ...   46

Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Sən necə qıyırsan dağlansın sinəm?! 

Hesab sor düşməndən! Öc al satqından! 

Sıyır qeyrətini qılınctək qından! 

 

Axan qanıma bax, kəsilən başa… 

Qızmış pələng kimi atıl savaşa! 

Ölsən, şərəflə öl, qalsan, ər yaşa! 

Duyur sərtliyini dəmir qatından! 

Sıyır qeyrətini qılınctək qından! 

 

Sən belə deyildin, bir dön özünə! 

Sancıl bayraq kimi dünya üzünə! 

Səpilsin çiçəklər, güllər üzünə! 

Enmə Koroğlunun şimşək atından! 

Sıyır qeyrətini qılınctək qından! 

 

Vətən qovğasına alnıaçıq get! 

Dağ demə, daş demə, çığna da çıx get! 

Düşmənin başına ildırım çax get! 

Qoy çıxsın oğullar papaq altından! 

Sıyır qeyrətini qılınctək qından! 

 

Yetər bu inilti, yetər bu fəryad! 

Ağrını, acını bir tərəfə at! 

İçində uyuyan qeyrəti oyat! 

İlan soydan bəlli, igid zatından; 

Sıyır qeyrətini qılınctək qından! 

 

                  MƏSTAN   GÜNƏR 

 

 

 

 

AZƏRBAYCAN 

 

Nüşabə boyludur şüy çinarları, 

Dağları Koroğlu abidəsidir. 

Oxuyar, səslənər Babək ruhutək, 

Bir saza düzsələr, yolları bir- bir. 

 

Küləyi məhəbbət bəstəkarıdır, 

Günəşi bənövşə boyunda zərgər. 

Dağını, düzünü 

 

 

 

      yağan yağışı 

Oxşayar Natəvan sevgisi qədər. 

 

Elə bil, sevgidən tökülür qarı, 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Vurğunluq gətirir könlə dedikcə. 

Qışda seyrə çıxıb görərsən, dümağ 

Çölləri sevgidir  göz işlədikcə. 

 

Qayanı dağıdıb coşur bulağı, 

Laləsi torpağı, daşı əridir. 

Ruhu pərdə- pərdə dindirib axan 

Çayları Füzuli nəğmələridir. 

 

Bura bu dünyanın Azərbaycanı; 

Hər dəfə dərdindən öldüyüm Vətən! 

Yazbaşı şumlanmış torpaqlarına 

Nəsimi duyğusu səpəcəyəm mən. 

 

Onu dönə- dönə vəsf edəcəyəm, 

Hələ nə qədər ki  çağlayır səsim. 

Onu bir eşq ilə bürümək olmur, 

Vətəni böyüksə, şair neyləsin?! 

 

Sağına, soluna daşıb tökülüb 

Çiçəkli budağı daşan ağactək. 

Kainat ölçülü məhəbbətimi 

Azərbaycan qədər böyüdəm gərək. 

 

Sığmır gördüyümüz xəritəsinə, 

Bəs hansı xəritə onu əks edir? 

Köksümdə ürəyim Azərbaycanın 

Əslinə düz gələn xəritəsidir. 

 

MUSA   YAQUB 

 

BİR  ƏSGƏRİN  TANRI  DUASI 

 

Ulu Tanrım! 

Müqəddəslər müqəddəsi, 

bir şərəfli vuruş üçün 

Uğur dilə, yol ver mənə! 

Babaların cürətini, 

qüdrətini al ver mənə, 

Düşmənimə hiddətlərin 

Hiddətini al ver mənə, 

Qanım axsa, 

Sən üstəlik qanımı ver, 

Canım getsə, canımı ver. 


Туркестанская Библиотека -  www.turklib.ru – Turkistan Library

 

 



Al ruhumu qanadlandır, 

Damarımı palıdlandır, 

Bədənimi poladlandır. 

Kirpiyimi oxa döndər, 

Ayağımı 

Diyircəkli çarxa döndər. 

Qollarımı lülə elə, 

Barmağımı güllə elə, 

Şər üstümə yeriyəndə, 

Düşmən məni hərləyəndə, 

Çarpanağa döndər məni. 

Qanım axan bir torpağa 

Al bayrağa döndər məni. 

Zərrə olum, qəlpə olum, 

Düşmənimə qoy yenidən 

                        zərbə olum. 

Düşmən qaçır, 

Avtomatım, açıl, açıl! 

İlan kimi mələ görüm, 

Sinəmi dürtmələ görüm, 

Döşümü yumrula görüm, 

Şər yolunu bağla görüm. 

Yad ayaqda tapdaq olan 

bir torpağın- Qarabağın 

qarşısında üzüm qara. 

Öz elində yesir olan, 

Namərdlərə əsir olan 

Anam- bacım, soydaşımın, 

Şəhid olan qardaşımın 

Qarşısında üzüm qara. 

Yox, boğuram öz ahımı… 

Ulu Tanrım- Azərbaycan, 

Ağ südünü ovcuma sağ, 

Öz əlimlə 

yuyum qara günahımı. 

De doğ mənim sabahımı, 

De boğ mənim tamahımı. 

Dodağımda bircə kəlmə 

«başqa» olsa, «özgə» olsa, 

Ürəyimdə bircə qırıq 

Titrəyişdən kölgə olsa, 

Qorxaqlığım, xəyanətim 

                          olsa əgər, 

Demə mənə 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə