Microsoft Word ug расширен 27 09 17



Yüklə 363,31 Kb.
Pdf görüntüsü
səhifə12/16
tarix26.03.2018
ölçüsü363,31 Kb.
#34050
1   ...   8   9   10   11   12   13   14   15   16

37 

yuxunun pozulması (qaranlıqda yatmaq istəməməsi, tək



yatmaq qorxusu, yuxuda qarabasmalar, qorxulu yuxular);

enkoprez, enurez

seksual davranış



bədəndə müxtəlif zədələr, yaralar, hematomalar, cızıqlar,

qançırlar. Uşaq bu zədələnmələrin səbəbi haqqında danışmaq

istəmir və ya izahat həqiqətə uyğun deyil

5. Valideynlərə/qəyyumlara alınan travmanın nəticələri barədə

məlumat vermək: mümkün olan hamiləlik, zöhrəvi xəstəliklər və

digər faktorların kontrolunun zəruriliyi. Lakin zərərçəkmişə

təskinlik vermək lazımdır.

6. Əgər uşağa davamlı  həkim nəzarəti və ya konsultasiyası lazım

olarsa, ona kömək etməyə hazır olmağınızı bildirin.

7. Belə halların düzgün qeydiyyatını aparmaq və lazımi qurumlara

xəbər vermək.

Cinsi zorakılıq qurbanlarına tibbi xidmət göstərən müəssisələr bir

sıra xüsusiyyətlərlə xarakterizə olunur (Cədvəl 3).  



Cədvəl 3. Cinsi zorakılıq qurbanlarının müalicəsi üçün ayrılmış 

müəssisələrə olan əsas tələblər 

Xüsusiyyətlər

Qeydlər və şərhlər 

Əlçatanlıq 

Xidmət göstərənlərə 24 saat əlçatanlığa üstünlük verilir 



Təhlükəsizlik 

Həm fərdi, həm də cəmiyyət səviyyəsində cinsi zorakılıq 

xidmətlərinə qarşı bəzi ziddiyyətlər ola bilər. Odur ki, 

zərərçəkmişi, işçi heyəti və müəssisənin özünü, sənədlərini 

qorumaq üçün müvafiq tədbirlər olmalıdır. Bu tədbirlər girişi 

yoxlamaq üçün gözətçi, adekvat işıqlandırma, video müşahidə, 

kilidlənə bilən qapı və kabinetləri və yanğından mühafizə 

qurğularını əhatə edə bilər. 



Təmizlik 

Hər bir tibb müəssisəsində gigiyenanın yüksək standartlarla təmin 

edilməsi tələb olunur və bunun üçün yanğından mühafizə, 

elektrik, su, kanalizasiya və ventilyasiya təminatı, sterilizasiya və 

tullantıların ləğv edilməsi sağlamlıq və təhlükəsizlik qaydalarına 

uyğun olmalıdır. 



Məxfilik 

Əlaqədar olmayan insanlar hər hansı bir müayinəni görməməli və 

ya onun aparılması haqqında eşitməməlidirlər. Buna görə 

müayinə otaqlarında sadəcə pərdələr yox, qapı və divarlar 

olmalıdır. Təcavüzkarlar öz qurbanlarından ayrı otaqlarda 

yerləşdirilməlidirlər. 




38 

Yerləşdirmə baxımından  ən azı iki otaq olmalıdır: gözləmə 

otağı/qəbul və müayinə otağı (tualetə  və gözləmə zalına girişin 

olmasına üstünlük verilir). Başqaları (ailə üzvləri, dostlar, polis) üçün 

əlavə otaq olmalıdır.  Əgər müəssisə  uşaqlara xidmət göstərirsə 

uşaqla müsahibə üçün xüsusi avadanlıq (məsələn, ikitərəfli güzgü və 

ya videoqeyd obyektləri) olmalıdır.  

Arzuolunan şərait:  

zərərçəkmiş ilə danışıq hər iki tərəf üçün təhlükəsiz və



komfort şəraitdə aparılmalıdır 

müayinə üçün otaqdan sanitar qovşaqlara giriş olmalıdır



otaqda su və birdəfəlik dəsmal olmalıdır



Cinsi zorakılıq zamanı göstəriş olduqda zəruri tibbi yardımın 

həcmi: 

hamiləliyin qarşısının alınması



İİV, hepatit B və C daxil olmaqla, cinsi yolla yoluxan

xəstəliklərin profilaktikası

psixososial konsultasiyalar və yardım, psixoloqa və ya



zərərçəkmişin razılığı ilə anti-krizis mərkəzlərinə göndəriş

ağrısızlaşdırma və simptomatik müalicə



lazımi müayinə, müalicə və profilaktikanın aparılması bu tibb

müəssisəsində mümkün deyilsə, zərərçəkmiş daha yuxarı

səviyyəli tibb müəssisəsinə göndərilir (mamalıq-

ginekologiya, travmatologiya, cərrahiyyə, neyrocərrahiyə,

reanimasiya, toksikologiya və s.)

kişi cinsindən olan zərərçəkmişlər CYYİ-nin eyni profilaktika



və müalicəsini

 

almalıdırlar



Müalicənin səmərəliliyi müraciətin tezliyindən asılı olacaq: 

hadisədən ilk 72 saat ərzində müraciət və ya 72 saatdan çox 

keçdikdən sonra. 

Əgər tibbi yardım üçün 72 saat ərzində müraciət olunsa, 

  

cinsi zorakılığın ən ağır nəticələrinin qarşısını almaq olar! 



39 

      Zorakılığa məruz qalmış uşaqlarının xüsusiyyətləri: 

Cinsi zorakılıq hadisəsi barədə oğlanlar qızlara nisbətən daha da



az məlumat verirlər. Hadisənin qarşısını almağa bacarmadıqları 

üçün çox böyük utancaqlıq hissi onları susmağa vadar edir. 

Psixoloji və emosional travmalar qızlarla eynidir:



qorxu


depressiya

suisudal (intiharla bağlı) fikirlər



qəzəb


müxtəlif münasibətlərdə problemlər

seksual problemlər, bununla bağlı detallarla, simvollarla şəkil



çəkmə (Şəkil 1).

Şəkil 1. 

IX. Sənədləşdirmə

Zorakılıq hallarının düzgün sənədləşdirilməsinin  əsas icraçıları 

tibb işçiləridir. Bu sənədlər məhkəmə-tibbi ekspertizanın  əsasını 

təşkil edir.  Sənədləşdirmə  əlyazma qeydlərindən, diaqramlardan, 

bədən diaqramlarından və foto şəkillərdən ibarətdir.  Şəkil digər 

nəticə qeydiyyatı metodlarının əvəzinə yox, əlavə vasitə kimi istifadə 

olunmalıdır. Müayinənin detallarını qeyd etmək üçün müxtəlif 

üsullar var. Standart formadan istifadə ən rahat və etibarlı üsul hesab 

edilir. Belə forma tibb işçisi tərəfindən 3 nüsxədə doldurulmalıdır: 

Əsli tibb müəssisəsində qalır




Yüklə 363,31 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə