25
eritrositlərin sayı azaldığına görə, hemoqlobinin miqdarı da azalır. İçi
boş orqanların zədələnmələri (mədə, bağırsaq) peritonit əlamətləri ilə
təzahür edir.
Posttravmatik stress pozuntusu
Amerika Psixiatriya Assosiasiyası
tərəfindən DSM-IV
(Diagnostical and Statistical Manual of Mental Disorders) tətbiq
edilməsindən sonra zorakılıq qurbanının yaşadığı sarsıntıların
zəlzələdən zərər çəkmiş insanlarda, müharibədəki travmalarda, yol
qəzalarındakı kimi eyni olması müddəası, yəni belə insanlarda
posttravmatik stress pozuntusunun (PTSP) mövcudluğu
qanuniləşdirilmişdir.
PTSP aşağıdakı əsas əlamətlərlə xarakterizə edilir:
surətlər, düşüncələr və ya qavrama da daxil olmaqla, təkrarlanan
və insanı cəlb edən disstress xatirələr, hadisələr. Qeyd: balaca
uşaqlarda mövzunu və ya başa gəlmiş hadisənin aspektlərini əks
etdirən oyunları müşahidə etmək mümkündür
hadisə mövzusunda təkrarlanan disstress yuxular. Qeyd:
uşaqlarda mövzusu dərk edilməyən qorxulu yuxular ola bilər,
hərəkətlər və həyəcan sanki travmatik hadisə indi baş verdiyi
kimi olur (o cümlədən baş vermiş hadisənin canlandırılması hissi,
travma haqqında xülyalar, hallyusinasiyalar və q əfil dissosiativ
xatirələr (flash-back, hadisənin təkrar yaşanması), o cümlədən
yuxudan oyanma və ya intoksikasiya zamanı)
travma ilə bağlı fikir və duyğulardan qaçmaq cəhdi
travmanı xatırladan hadisələr, yerlər və insanlardan qaçmaq
səyləri
travmanın vacib aspektini xatırlaya bilməmək
digərlərindən uzaqlaşmaq və soyuqluq hissi
affektiv spektrin daralması (məsələn, sevgi hissini duya
bilməmək)
gələcəkdə ailə, uşaq, karyera, normal həyat qurmağın
mümkünlüyünə inanmamaq
yuxu və iştaha pozuntuları
əsəbilik və qəzəblənmə
26
fikir toplamaqda çətinliklər
həddən artıq ehtiyatlı olmaq
şişirdilmiş qorxu reaksiyaları
enurez, enkoprez
yaşıdlarına və heyvanlara qarşı aqressiv davranış
PTSP aşağıdakı kimi müəyyənləşdirilir:
kəskin – simptomlar üç aydan az davam etdikdə
xronik – simptomlar üç aydan çox davam etdikdə
başlanması təxirə salınmış – simptomlar travmatik hadisədən altı
və daha çox aydan sonra əmələ gəlir
PTSP praktik olaraq özbaşına keçib getmir və uzunmüddətli,
ciddi müalicə tələb edir. Ağır hallarda uşağın müalicəsi ilə uşaq
psixiatrı və ya psixoterapevt məşğul olur, PTSP-nin daha yüngül
təzahürləri olduqda isə psixoterapiyanı psixoloq apara bilər.
Yaş xüsusiyyətləri ilə bağlı faktorlar
Uşağın zorakılığa olan reaksiyası onun yaşından, inkişafından
asılıdır. Müəyyən yaşadək uşaqların danışmaq qabiliyyəti olmadığı
üçün və ya baş verən zorakılığın nəticəsində onlar danışma
qabiliyyətini itirdikləri üçün bəzi hallarda tibb işçisi məlumat
toplamaqda çətinlik çəkir. Həmçinin daha böyük uşaqlarda alınan
travma nəticəsində yaranan qorxu və utancaqlıq reaksiyaları bu
barədə danışmağa maneçilik törədir. Bəzi hallarda uşaqlar böyüklərə
inamı itirirlər. Belə hallarda ünsiyyət onlarda soyuqluq və təşviş hissi
yaradır. Digər hallarda uşaqların valideynlərinin özləri güclü stress
keçirdikləri üçün zorakılıq faktını inkar edir, buna görə də onlar
etibarlı informasiya mənbəyi hesab olunmurlar. Uşağın hekayətinin
etibarlılığını qiymətləndirərkən yadda saxlamaq lazımdır ki, uşaq nə
qədər kiçik olsa bir o qədər də çox onun hislərinə və anlamasına
zorakılıqdan sonra ona qulluq edən insanın travmatik hadisəyə olan
reaksiyası və münasibəti təsir göstərir.
3 yaşdan kiçik uşaqların travmatik hadisələrə reaksiyaları, adətən
narahatlıq, yuxu pozuntuları, əsəbilik, ağlağanlıq, kəskin qorxu
reaksiyaları, səksənmə (o cümlədən başqa uşaqların
ağlamaqlarından, valideynlərdən və ya digər böyüklərdən)
,
sevinc, fərəh hissələrinin nadir olması, davranışda aqressivlikdən
27
tam etinasızlığa, maraqsızlığadək hər şeydən uzaqlaşmalarla
təzahür edir.
3-7 yaşlar arası uşaqlar özlərinə qapanır və travma haqqında
birbaşa danışmaqdan imtina edirlər. Digər mühüm xüsusiyyətlər:
həddindən artıq üzüyumşaqlıq
,
ağrıya passiv reaksiya,
təcavüzkarlıq, heyvanlara qarşı qəddarlıq; yanğın törətməyə
meyilliyi; oğurluq, yalançılıq; nitqin inkişafdan qalması.
kiçik məktəb yaşları: bu uşaqlar vaxt/məkanında hadisələri dərk
edə bilmir və yalnız 8-9 yaşdan sonra zorakılıq haqqında ardıcıl
danışa bilirlər və adətən uşaqlar 12 yaşa çatdıqda faktları ardıcıl
ifadə edə bilirlər. Buna görə həkim yadda saxlamalıdır ki, uşağın
danışığında yaranan uyğunsuzluq zorakılığın olmamasından
xəbər vermir. Davranışda zədələrin və travmaların səbəbini
gizlətmək, məktəbdən sonra evə getmək istəməmək, tənhalıq,
dostların olmaması, təcavüzkarlıq, fikrini bir yerə cəmləşdirə
bilməmək, yaxşı oxumamaq kimi əlamətlərlə özünü göstərir.
yeniyetmə yaşı sürətli inkişaf dövrüdür və zorakılığın nəticələri
böyük müxtəlifliklərlə seçilir. Onların davranışlarında kəskin
pozulmalar, antisosial hərəkətlər müşahidə olunur: еvdən qaçma,
spirtli içkilər, narkotik maddələrin istifadəsi, sui-qəsd, intihar
cəhdləri.
Emosional zorakılıq ehtimalını uşağın bir sıra fiziki və davranış
təzahürlərində müşahidə etmək olar, məsələn:
Emosional hislərin olmaması, laqeydlik
Kədərlilik, subdepressiv və ya ağır depressiyanın olması
Barmaqlarını sovurur, monoton yırğalanır (autoerotik
hərəkətlər)
Özünə qapanır, fikirlidir və ya əksinə aqressivdir
Diqqət və nəvaziş axtardığına görə istənilən böyük insana
“yapışır”
Gecələr çaxnaşma qorxu tutmaları hiss edir, narahat yatır
Oyunlara maraq göstərmir
Uşağın fizioloji reaktivliyi də onun emosional zorakılığa məruz
qaldığına işarə edən əlamətlər:
gecə və ya gündüz enurezi
psixosomatik şikayətlər: baş ağrıları, qarında, ürək
nahiyəsində ağrılar, ümumi vəziyyətinin zəif olması, halsızlıq
Dostları ilə paylaş: |