Microsoft Word ug расширен 27 09 17



Yüklə 363,31 Kb.
Pdf görüntüsü
səhifə4/16
tarix26.03.2018
ölçüsü363,31 Kb.
#34050
1   2   3   4   5   6   7   8   9   ...   16

12 

internet kimi müasir texnologiyalardan istifadə edərək



uşaqlarda virtual sekslə məşğul olmağa həvəs oyatmaq.

İqtisadi zorakılıq  – zərərçəkmişin yaşayış vasitələrinə 

çıxışlardan məhrum edilməsi və onun üzərində  nəzarətdir. Bu, 

gəlirlərin gizlədilməsi, ailə büdcəsinin xərclənməsi, maliyyə 

məsələləri ilə bağlı  qərarların müstəqil verilməsi, vəsaitlərin 

xərclənməsinə ciddi nəzarətin olması deməkdir. 

Zorakılığın bu növü qanun pozuntusu hesab edilmir, amma çox 

təhlükəlidir. Çünki cəzadan yayınaraq psixoloji, fiziki və cinsi 

zorakılıq etməyə şərait yaradır, həmçinin, qurban ona zərər vurandan 

asılı olur. 

Uşağın kommersiya və ya digər məqsədlə istismarı  –  zəif, 

həssas vəziyyətlərdə, etibar etdikdə, təbəqələşmiş səlahiyyət zamanı 

seksual, pul, sosial və ya siyasi fayda qazanmaq məqsədilə  uşaq 

əməyi də daxil olmaqla, uşağın hər hansı bir fəaliyyətdə istismarı. Bu 

fəaliyyət uşağın fiziki və psixi sağlamlığına, təhsilinə, sosial-

emosional inkişafına zərər gətirir.  

Hərbi  əməliyyatlarda iştirak etmək üçün orduya cəlb edilən 

uşaqlar da bu kateqoriyaya aiddirlər. 



Etinasızlıq  – qurbanın  əsas ehtiyaclarının (qida, geyim, tibbi 

yardım, təhsil və s.) ödənilməsinə laqeyd münasibətdir.  

Bədbəxt hadisələrə, zəhərlənmələrə, həyat və sağlamlıq üçün 

digər təhlükəli nəticələrə səbəb olan (məsələn, pedikulyoz, distrofiya 

və s.) uşaqları  nəzarətsiz qoyma halları etinasızlığın tipik 

nümunəsidir.  



Sosial zorakılıq  qurbanın təcavüzkar tərəfindən təcrid edilməsi 

zorakılığın gec aşkar olunmasının ən vacib səbəbidir. Bu, təcavüzkar 

tərəfindən qurbanın tədricən valideynləri, qohumları və dostlarından 

başlayaraq, bütün sosial çevrəsi ilə  əlaqələrinin tamamilə 

kəsilməsində öz əksini tapır.  

Ailə zorakılığı – ailənin bir üzvünün digər üzvünə qarşı  qəsdən 

edilmiş  hərəkəti, ailə üzvünün qanuni hüquqlarını  və azadlıqlarını 

məhdudlaşdırırsa, ona fiziki və ya psixi-əzab verir və mənəvi ziyan 

yetirirsə, bu halda ailənin həddi-buluğa çatmamış üzvünün fiziki və 

şəxsi inkişafı üçün təhlükə yaranır. 



13 

Məktəbdə  zorakılıq.  Dünyanın bütün ölkələrində  u şaqlar 

məktəbdə kifayət qədər çox vaxt keçirirlər. BMT-nin 2006-cı ilin 

uşaqlara qarşı zorakılıq haqqında məruzəsində  oğlanlara nisbətən 

qızlara qarşı münasibətdə incitmə,  əziyyət vermə, sıxışdırma daha 

çox qeyd edilir. Məktəblərdə baş verən zorakılıq hallarının 80%-i isə 

12-16 yaş qrupunda baş verir. Hər 10 uşaqdan biri məktəbdə 

zorakılığa məruz qalır. 

Məktəblərdə fiziki cəzanın qadağan edilməsinə baxmayaraq 

incitmə, sataşma, qrup şəklində hücumlar geniş yayılıb.  

Adətən məktəbdə zorakılığa məruz qalmış uşaqlar təcavüzkardan 

qorxduqları üçün və  məktəb müəllimləri və müdiriyyəti tərəfindən 

neqativ reaksiyalardan qorunmaq üçün belə hallar haqqında xəbər 

vermək istəmir və ya çəkinirlər. Məktəb müəllimləri və müdiriyyət 

zorakılıq probleminin və  bədən cəzalarının mövcud olmasının 

gizlədilməsində mühüm rol oynaya bilərlər.  

Zorakılığın qurbanı istənilən hər bir uşaq ola bilər. Lakin əsasən 

ya daha zəif və gücsüzü, ya da digərlərindən kəskin fərqlənəni (daha 

ağıllı, böyük və ya kiçik, ləhcə ilə danışan, bəzi hərflərin 

tələffüzündə  çətinlik çəkən) seçirlər. Adətən məktəb zorakılığının 

qurbanı aşağıdakı qrup uşaqlar olurlar: 

 fiziki məhdudiyyətləri olanlar (eynəkli, eşitmə qabiliyyətində

və hərəki problemləri olan)

 xüsusi davranışa malik olanlar (qapalı və ya impulsiv uşaqlar)

 xüsusi xarici görünüşə malik olanlar (kürən saçlı, çilli, əyri

ayaqlı, kök və ya çox arıq, başın, qulaqların xüsusi forması)

 sosial bacarıqları inkişaf etməmiş uşaqlar

 məktəb qorxusu olanlar

 kollektivdə həyat təcrübəsi olmayanlar (ev uşaqları)

 xəstəliklər (epilepsiya, tiklər və hiperkinezlər, kəkələmə,

enurez, danışma qabiliyyətinin pozulması və s.)

 intellektin aşağı olması və qavrama çətinlikləri

Məktəbdə rast gəlinən zorakılıq halları:  

 ən çox rast gəlinən psixoloji zorakılıqdır: sözlə  təhqir etmə,

alçaltma, o cümlədən qorxutma, hədələmə. Uşağı digərləri ilə

müqayisə edəndə, onun xarici görünüşünə rişxənd edəndə,

lağa qoyanda, küncə qoyanda, həmçinin uşağın fikirlərinə




14 

kinayəli yanaşdıqda da şagird psixoloji zorakılığa məruz 

qalmış olur 

 zorla, hədələməklə pul və əşyaların əlindən alınması

 yuxarı sinif şagirdləri tərəfindən kiçik yaşlı  uşaqların

istismarı, işlədilməsi

 məktəbdə döyülmə. Bura müəllimlərin uşağı vurması

(həmçinin, göstərici çubuqla), qulağını burması, sillə çəkməsi

də aiddir.

 cinsi zorakılıq (məktəbin  əməkdaşları, yuxarı sinif şagirdləri

və s. tərəfindən)

Müəllimlər və  həmyaşlıları  tərəfindən təhqir olunan 

uşaqların valideynlərinə tövsiyələr:  

 bu haqda vaxtında məlumat vermədiyinə  və qarşısını almaq

üçün heç bir tədbir görmədiyinə görə uşağı danlamayın

 uşaqla söhbət edib münasibətlərdə toqquşmanın, stressin,

gərginliyin mənbəyini təyin edin

 uşağı inandırın ki, onu başa düşürsüz və ona inanırsınız

 sinif rəhbərinə və məktəbin müdiriyyətinə məlumat verin

IV. Risk faktorları

      ÜST tərəfindən uşaqlara qarşı zorakılığın risk faktorları müəyyən 

edilmişdir:  

► Uşaqla bağlı.  Qeyd etmək vacibdir ki, uşaq zorakılığın

qurbanıdır və buna görə onu heç vaxt günahlandırmaq olmaz.

Uşağın bəzi fərdi xüsusiyyətləri onun qurban olması ehtimalını

artırır:

 Xüsusi yaş dövründə olanlar (4 yaşadək uşaqlar,

yeniyetmələr), vaxtından əvvəl anadan olan, narahat və əsəbi,

hiperaktiv və impulsiv davranışı ilə fərqlənən uşaqlar

 Arzuolunmayan və ya valideynlərin ümidlərini, etimadını

doğrultmayan uşaqlar

 Xüsusi qayğıya ehtiyacları olan, ağlağan, fiziki və/və ya psixi

qüsuru olan uşaqlar

Əqli cəhətdən geri qalan uşaqlar arasında zorakılığa məruz 

qalanların faizi daha çoxdur və 20-40% təşkil edir. 




Yüklə 363,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə