Microsoft Word ug расширен 27 09 17



Yüklə 363,31 Kb.
Pdf görüntüsü
səhifə6/16
tarix26.03.2018
ölçüsü363,31 Kb.
#34050
1   2   3   4   5   6   7   8   9   ...   16

18 

aqressiyaya kəskin psixi reaksiyalar. Bu reaksiyalar oyanıqlıq, harasa 

qaçmaq arzusu, gizlənmək arzusu və ya dərin arxayınçılıq, laqeydlik 

və s. əlamətlərlə özünü büruzə verə bilər. Hər iki halda uşaq qorxu

təşviş, qəzəb içindədir. 

Uzunmüddətli (bir müddət keçdikdən sonra) nəticələrə 

aiddir: müxtəlif xəstəliklər, fiziki və psixi inkişaf pozulmaları, ağır 

sosial nəticələr və stress, bu da beyinin erkən inkişafında 

pozulmalara səbəb olur. O cümlədən ekstremal stress sinir və immun 

sistemlərinin inkişafını pozur, nəticədə  uşaqlıqda zorakılığa məruz 

qalan insanların daha böyük yetkinlik yaşlarında davranış, fiziki və 

psixi sağlamlıqlarında aşağıdakı problemlərin yaranması ehtimalı 

artır:  

zorakılığın törədilməsi və ya növbəti zorakılığa məruz qalma



zorakılığa tolerantlıq

viktimlik



depressiya və ya səbəbsiz aqressiya

özləri yaşayan zorakılığı yenidən canlandırma



tütünçəkmə

piylənmə


riskli seksual davranış

arzuolunmayan hamiləlik



alkoqol və narkotik maddələrin istifadəsi

Öz növbəsində bu nəticələr ürək-damar, onkoloji xəstəliklərin, 

CYYİ-nin inkişafına, intihar cəhdlərinə səbəb olur.  

Uşaqlara qarşı zorakılıq hallarının vaxtında aşkarlanması 

zərərçəkmişlərdə zorakılıq nəticəsində yaranan ölüm riskinin 

azalmasına, sağalma dövrünün qısalmasına, uşaq və yeniyetmələrdə 

xronik xəstəliklərin  əmələ  gəlməsi ehtimalının azalmasına imkan 

verir ki, bu da onlarda əlillik hallarının baş verməsini azaldır. 

Zorakılığın qurbanı olan uşağın aşkarlanması  uşaqla müraciət 

olunan bütün müəssisələrdə aparılmalıdır, o cümlədən kənd və şəhər 

məktəblərində, tibb müəssisələrində, ixtisaslaşdırılmış  uşaq tibb 

müəssisələrində və regional polis bölmələrində.  

Tibb işçiləri uşaqlara qarşı kobud davranışın və qayğısızlığın 

erkən aşkarlanmasında  əsas rol oynayırlar. Onlar çox vaxt 

valideynlərin uşaqla hansı münasibətdə olmalar yeganə  şahidi 

olurlar. Uşağa istənilən səbəbdən baxışın keçirilməsi (valideynlərin 



19 

müraciəti zamanı, profilaktik baxış və s.) həkimdən müzakirə edilən 

problemə dair sayıq olmasını  tələb edir, çünki hətta  şikayətlər 

olmadıqda belə, zorakılığın ilk əlamətlərini görməyə real imkan 

yaranır. Baxış zamanı alınan bütün məlumatların tibbi kartaya qeyd 

olunması  zəruridir, çünki bu məlumatlar məhkəmə zamanı  əsas 

sübut kimi istifadə oluna bilər. 

Uşaq zorakılığına şübhə 

Uşaqlara qarşı zorakılıq halları aşağıdakı amillər əsasında şübhə 

yarada bilər: 

► Uşağın bədənində  zədə izləri (qançırlar, açıq yaralar, yeni

cızıqlar, yeni çapıqlar, yaralar, gəzməkdə  çətinliklər, bədənin

müxtəlif hissələrində şişkinliklər, sümükdə çatlar, sınıqlar).

► Uşağın  şübhəli davranışı (uşaq narahat, məyus, qorxmuş,

məktəbə getməyə  həvəssiz olur, müntəzəm dərs buraxır,

oxumağa istəyi yoxdur, evə getməyə həvəssiz olur, onun yaşına

uyğun olmayan nəzərəçarpan cinsi hərəkətlər edir, həmçinin

yaşına uyğun olmayan dərəcədə cinsi əlaqə haqqında çox

məlumatlı olur, xasiyyətində  kəskin dəyişikliklər nəzərə çarpır,

bədənində əmələ gələn yaraların səbəblərini izah edə bilmir).

► Uşaqda baxımsızlıq  əlamətləri.  Baxımsız uşaqlar  şəraitə uyğun

olmayan nazik, cırıq və çirkli geyimdə ola bilərlər. Onlar

baxımsız (saçlara, dırnaqlara, ayaqlara, dəri infeksiyalarına,

dəridə bişmələrə, solğunluğa nəzər yetirmək) və pis qoxulu, yəni

səliqəsizliyin qəbuledilməz vəziyyətində ola bilərlər.  İnkişafın

qiymətləndirilməsi  ən ağır hallara aid ümumi geriləməni, ya da

inkişaf edilməsi üçün böyüklərin diqqətini tələb edən nitq və

ünsiyyət bacarıqlarının geriləməsini aşkarlaya bilər.

► Uşağın davranışında dəyişikliklər.  Bir çox uşaqlar müayinə

səbəbindən həddən artıq həyəcanlı olur, lakin onları

sakitləşdirdikdə  həkim müayinəsinə razılıq verirlər. Bəziləri

əksinə çox passivdirlər, belə ki, onların davranışı cinsi orqanların

müayinəsi zamanı dəyişə bilər, məsələn, onlar həddən artıq qorxu

keçirə bilərlər. Bu iki növ davranış cinsi zorakılıq qurbanlarına

aid olan haldır.

► Əgər zorakılıq halına  şübhə varsa, şübhənin  əsaslandırılmış

olmasını  təsdiq etmək üçün araşdırmalar aparılır. Uşağın




20 

bədənindəki zədələrin müayinəsi zamanı aşağıdakı əlavə faktorlar 

aşkarlandıqda şübhə əsaslandırılmış hesab olunur: 

 Uşağın zorakılığa məruz qalması  və ya məruz qalmaqda

davam etməsi barədə öz ifadəsi.

 Zorakılıq halına şahidlik edən bir insanın ifadəsi

 Müxtəlif mənbələrdən alınan məlumat

► Valideynin qeyri-adekvat davranışları:

 zədələnmələrin ağırlıq dərəcələri ilə valideynin verdiyi

izahatlar bir-birinə uyğun gəlmir və ya ziddir.

 valideyn daim uşağın ifadəsinin detallarını dəyişdirir

 valideyn uşağın yaralarına qeyri-adekvat reaksiya verir, o,

zədələri həqiqətdə olduğundan daha az ciddiliklə

qiymətləndirir və öz şəxsi problemlərinə daha çox diqqət

yönəldir

 zədələrin səbəbləri ümumiyyətlə izah edilmir

 zədələnmələrdə uşağın özünün günahı olduğunu deyir

 tibbi yardım üçün gec müraciət olunur

 tibb personalına qarşı səbəbsiz aqressivlik

 uşaqla davranışda emosional dəstəyin və  məhəbbətin

olmaması.

Ehtimal olunan zorakılığın bilavasitə olan əlamətləri: 

 travmadan dərhal sonra yox, bir müddət keçdikdən sonra

həkimə müraciət edilib

 travma ilə bağlı valideynlərin izahları bir-birinə ziddir və

həkimin gördüyü obyektiv şəkildən fərqlənir

 zədələr çoxsaylıdır, onların  əmələ  gəlmə tarixi müxtəlifdir,

spesifik xüsusiyyətləri var (barmaq, əşya izləri)

 eyni tipli travmalarla müxtəlif müəssisələrə təkrar müraciətlər

 zorakılığın digər  əlamətləri (inkişafdan geri qalma, sanitar-

gigiyenik baxımsızlıq, vaxtında müalicə edilməmə)

 zədələrin  əsasən bayram və ya istirahət günlərindən sonra

əmələ gəlməsi

Uşağa qarşı fiziki zorakılıq faktının təyini. Fiziki əlamətlərin 

interpretasiyası: 

Fiziki zorakılıq qurbanı olan uşaqların vəziyyətinin 

qiymətləndirilməsi aşağıdakıları əhatə etməlidir:  



Yüklə 363,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə