15
► Valideynlər və ya tərbiyəçilərlə bağlı. Uşaqlara qarşı zorakılıq
törətmə ehtimalını valideyn və ya tərbiyəçilərin bəzi
xüsusiyyətləri artırır. Onların arasında aşağıdakıları qeyd etmək
olar:
Yenidoğulmuşla bağlı çətinliklər
Uşağı nəzarətsiz qoyma, uşağa diqqət göstərməmə
Uşaqlıqda zorakılığa məruz qalma
Uşağın inkişafı barədə biliklərin olmaması və ya uşaqdan
qeyri-real gözləntilər
Alkoqol və/və ya narkotik maddələrdən istifadə, o cümlədən
hamiləlik dövründə
Cinayətkarlıqda iştirak edənlər
Maddi çətinliklər
Çox cavan analar (18 yaşadək)
Fiziki cəzalandırmanı tərbiyə növü olduğunu düşünənlər
Valideynlərin (və ya birinin) ruhi xəstəlikləri
Ailədə emosional-psixoloji durumun pozulması (bir-birinə
qarşı hörmətin olmaması, tez-tez mübahisələrin,
qalmaqalların baş verməsi)
Stress vəziyyətində olmaları (yaxınlarının ölümü, ağır
xəstəliyi, iqtisadi böhran və s.)
► Qarşılıqlı münasi
bətlərlə bağlı. Ailədə və ya seksual partnyorlar,
dostlar və həmyaşıdlar arasında qarşılıqlı münasibətlərdə
xoşagəlməz hallar uşaqlara qarşı zorakılıq ehtimalını artıra bilər,
məsələn:
ailənin hər hansı bir üzvünün fiziki və ya psixi sağlamlığında
problemlər
ailədə nizamsızlıq və ya digər ailə üzvlərinin arasında
zorakılıq
ailənin digər üzvləri tərəfindən uşağın tərbiyəsində dəstəyin
olmaması
uşağı himayəyə götürən ailələr
► İcmalar və sosial faktorlarla bağlı. Ayrı-ayrı icma və
cəmiyyətlərdəki bəzi cəhətlər uşaqlara qarşı zorakılıq törətmə
ehtimalını artırır. Bura aid etmək olar:
gender və sosial bərabərsizlik
16
ailələrə dəstək üçün yararlı yaşayışın və ya xidmətlərin,
habelə müvafiq qurumların olmaması
işsizliyin və yoxsulluğun yüksək səviyyəsi
alkoqol və narkotik maddələrə asanlıqla əlçatanlıq
uşaqlara qarşı zorakılığın profilaktikası, uşaq pornoqrafiyası,
uşaq fahişəliyi və uşaq əməyi üzrə ölkədə yararsız strategiya
və proqramlar
digərlərinə qarşı zorakılığın törədilməsini alqışlayan və
dəstəkləyən, bədən cəzalarına icazə verən, ailədə qadın və
kişinin vəzifələrinin sərt ayrılmasını tələb edən, valideyn və
övladlar arasındakı münasibətlərdə uşağın statusunu alçaldan
sosial və mədəni normalar
qeyri-qənaətbəxş
həyat standartlarına, sosial-iqtisadi
bərabərsizliyə və ya qeyri-stabilliyə gətirən sosial, iqtisadi,
tibbi-sanitar və təhsil strategiyalarının mövcudluğu
cəmiyyətdən təcrid olunma və ya dəstək dairəsinin olmaması
həbsdə və ya cəzaçəkmə müəssisələrində olan uşaqlar
V. Səhiyyə müəssisələrində çalışan əməkdaşların fəaliyyəti
Uşaqlarda zorakılıq hallarına ilk təsadüf edən, adətən tibb işçiləri
olurlar. Səhiyyə müəssisələri əhalinin zorakılıqdan qorunması və
mühafizəsi sahəsində aşağıdakı vəzifələri yerinə yetirirlər:
1. Zorakılığa məruz qalan insanlara zəruri tibbi yardım göstərir və
tibbi reabilitasiyanı həyata keçirirlər
2. Tibb işçiləri özlərinin əsas birbaşa funksional vəzifələrini yerinə
yetirməlidirlər: ehtiyacı olan hər bir insana onun siyasi, dini, irqi
və etnik mənsubiyyətindən asılı olmadan keyfiyyətli, səmərəli və
təhlükəsiz tibbi yardım göstərir, o cümlədən zorakılığı törədən
insanlara zəruri tibbi yardım göstərir, tibbi reabilitasiyanı həyata
keçirirlər
3. Zərərçəkmişlərin müraciət faktları və onlara tibbi yardımın
göstərilməsi haqqında daxili işlər və prokurorluq orqanlarını 24
saat ərzində məlumatlandırırlar
4. Yetkinlik yaşına çatmamış və məhkəmə qərarı ilə fəaliyyət
qabiliyyəti olmayan kimi tanınan şəxslərə yönəlmiş zorakılıq
hallarında
daxili
işlər
və
prokurorluq
orqanlarının
məlumatlandırırlar (bunun üçün zərərçəkmişlərin və ya onların
17
valideynlərinin (qanuni nümayəndələrinin) razılığına ehtiyac
yoxdur)
5. Pasiyentə və qanunvericiliyə uyğun olaraq digər şəxslərə tibbi
kartdan və ya xəstəlik tarixindən bədən xəsarətləri və zorakılıq
izləri qeyd olunmuş yazılı çıxarış verirlər (Əlavə 4)
6. Zorakılığın qarşısının alınması üçün tədbirlər həyata keçirirlər
7. Əhalinin qorunması və mühafizəsi sahəsində çalışan digər
qurumlarla qarşılıqlı əlaqələr yaradırlar
8. Öz səlahiyyətləri daxilində əhalinin qorunması və mühafizəsi
sahəsində digər fəaliyyətlər həyata keçirirlər.
Tibb işçiləri uşaqların zorakılıqdan müdafiəsində aşağıdakı
vəzifələri yerinə yetirirlər:
zorakılığın qurbanı olan uşaqların aşkarlanması
zorakılığın qurbanı olan uşağın vəziyyətinin
qiymətləndirilməsi
uşağın reabilitasiyasını və təhlükəsizliyini təmin etmək üçün
sığınacaqlarda yerləşdirilməsi üzrə xidmətlərin göstərilməsi
uşağın sonrakı müşahidəsinin təmin edilməsi
bu vasitələrin yerinə yetirilməsi prosesinin Azərbaycan
Respublikasının qanunvericiliyi ilə idarə olunması (Əlavə
1)
VI. Zorakılığın qurbanı olan uşaqların aşkarlanması
Zorakılıqdan zərərçəkmiş insanlar (xüsusən qadın, uşaq, yaşlı
adam, sağlamlıq problemləri olanlar, cəzaçəkmə müəssisələrində
olanlar) tibb müəssisələrinə müraciət etdikdə, adətən zorakılıq
hallarını gizlədirlər.
Onlar təcavüzkardan asılı olduqlarına görə, etiraf edib daha çox
zorakılığı təhrik etməkdən qorxur, həmçinin çoxları inanmırlar ki,
kimsə onlara kömək edə bilər. Bu qrup insanlar öz hüquqlarını
müdafiyə edə bilmirlər, buna görə də belə hallarda laqeydlik, hər
hansı bir qayğının olmaması, baxımsızlıq zorakılıq kimi
qiymətləndirilə bilər.
Uşaqlara qarşı törədilmiş zorakılıq müxtəlif nəticələrə gətirir.
Zorakılığın qısamüddətli (dərhal) və uzunmüddətli (bir müddət
keçdikdən sonra) təsirlərini ayırd edirlər.
Qısamüddətli (dərhal) nəticələrə aiddir: fiziki travmalar,
zədələnmələr, hər hansı bir aqressiyaya, xüsusilə də seksual
Dostları ilə paylaş: |