Microsoft Word ug расширен 27 09 17



Yüklə 363,31 Kb.
Pdf görüntüsü
səhifə7/16
tarix26.03.2018
ölçüsü363,31 Kb.
#34050
1   2   3   4   5   6   7   8   9   10   ...   16

21 

 anamnez

 fiziki müayinənin məlumatları

 rentgen müayinəsinin protokolu

 qanın laxtalanmasının müayinəsi

 rəngli fotoşəkillər

 bacı və qardaşların müayinəsinin məlumatları

 rəsmi tibbi rəy

 zərərçəkənin davranışının xüsusiyyətləri

 zərərçəkənin emosional vəziyyəti

 uşağın inkişafının qiymətləndirilməsi

Fiziki zədələr 

Qançırlar. Zorakılığa məruz qalan uşaqların 90%-də müşahidə 

olunur. Bunlar qan damarları  zədələndikdə qan dəri səthinə  və 

dərialtı toxumalara sızanda əmələ gəlir. Qan-damar sisteminin ciddi 

xəstəlikləri istisna olmaqla, qansızmanın səbəbi travma olur. 

Müxtəlif qançır növləri müşahidə oluna bilər: 

 əl izləri

 əşya, məsələn, qayış, toqqa, qaytan izləri

 itələmək, atmaq, ilişmək nəticəsində alınmış qançırlar

 uşağı yırğalayaraq küt əşyaya vurmaq

 dişlənmək: insan dişlərinin izləri ellips şəklində qalır,

qançırlar xasdır

 naməlum mənşəli izlər

 təpik izləri

 yanıq izləri (siqaretlə, ütü ilə yandırma)



Zədələrin yaranma müddəti (təxminən) 

Müddət 

Rəngi

0-48 saat 

şişkin, yumşaq, qırmızı 

2-3 gün 


bənövşəyi/sarı 

4-7 gün 


sarı/qəhvəyi 

>7 gün 


qəhvəyi/solur 


22 

Qançırların diferensial diaqnostikası: 

 bədbəxt hadisə

 boya, mürəkkəb

 Daun sindromu zamanı mavi ləkə

 qan-damar xəstəlikləri (idiopatik trombositopenik purpura,

hemofiliya)

 kapillyar hemangioması

Yanıqlar 

Zədə növləri: 

 qısa müddətdə zorla hər hansı bir kimyəvi məhlula basmaqla

yanıq 


 qida yanığı

 kontakt yanığı

 siqaret yanığı

 od, aşındırıcı maddə və ya elektrik yanığı



Müxtəlif travmaların xüsusiyyətləri 

Məhlulla 

yanıq 

Mərkəzdə maksimal dərəcədə  dərin olmaqla, sıxlığı  zədə 

dərəcəsindən asılı olaraq dəyişir. Forması məhlula basılması, onun 

sıçradılması  və üstünə tökülməsi barədə  xəbər verir. Zədənin 

qıraqları düzdür. Qabıq və qasnaq, suluqlar, nəmlik olur. 

Kontakt 

yanığı 

Forması  əşyanın formasına bənzəyir. Dəqiq çevrələnmiş sahələr. 

Kvadrat və düz qıraqlar. Dərinliyi dəyişkən, adətən eynidir. 

Qurudur və qabıq verir. 



Siqaret 

yanığı 

Dairəvi, 0,5-1 sm, bərk konsistensiyalı, krater formasında, 

basılmış, nazik, dairəvi çapıq izi qoyan. Bədbəxt hadisə zamanı 

qeyri-dairəvi səthi, toxunan kontakt nəticəsində “quyruqlu” olur. 



Od yanığı 

Kömürləşmiş toxumalar. Yanmış saçlar. 



Kimyəvi 

yanıq 

Məhlulla yanıqda olduğu kimi ləkələr, toxumaların dərin 

zədələnmələri ilə müşayiət edilir. 

Sürtünmə 

Bədənin qabağa çıxan hissələrinin səthində, burunda, alında, 

çiyinlərdə zədələr. 

Yanıqların diferensial diaqnostikası: 

 İmpetigo

 Ağır ekzema və ya səpgi/bişmələr

 Kontakt dermatiti

 Göyərmiş əl-ayaq (akrosianoz)



23 

Sınıqlar – travmaların nəticəsi olaraq çox ağrılıdır, hərəkət 

funksiyalarının itirilməsinə gətirib çıxarır. Çox vaxt sınıq yerində şiş 

əmələ  gəlir, lakin qançır olmaya da bilər. Bəzi qeyri-adi sınıqlar 

bədbəxt hadisələr nəticəsində  də ola bilər (qabırğa, kürək, döş 

sümüyü, kəllədə geniş, mürəkkəb çatlaqlar, çoxsaylı  sınıqlar).  Əl-

ayaqların sınıqları mümkün ola bilən zorakılıq nəticəsi kimi diqqətlə 

müayinə edilməlidir: 

 Çiyin sümüyünün spiral/əyri və ya metafizar sınıqları

 Ombanın sümük və ya metafizar sınıqları (xüsusilə  də 2

yaşdan az uşaqlarda)

 Baldırın sümük və ya metafizar sınıqları

Sınıqların diferensial diaqnostikası: 

 bədbəxt hadisə nəticəsində əmələ gələn

 zorakılıq nəticəsində əmələ gələn

 doğuş travması

 natamam osteogenez (inkişaf qüsuru)

 osteomielit nəticəsində əmələ gələn

 raxit nəticəsində əmələ gələn

Kəllədaxili travma 

Beyin travması  həyatın ilk ilində baş verən zorakılıq qurbanları 

olan uşaqların daha çox rast gəlinən ölüm səbəblərindən biridir. 

Beyin travması, adətən əhəmiyyətsiz yıxılmalardan sonra baş vermir 

və  hətta nərdivandan yıxılmanın kəllə çatları  və ya serebral 

kontuziyalarla nəticələnməsi  şübhəlidir. Zorakılıq səbəbindən baş 

verən kəllədaxili travmanın mexanizmi, adətən silkələnmə  və 

zərbələrdir. Bu da kəllə çatları, travmatik beyindaxili hematomalar 

və gözün tor qişasının zədələnməsi ilə müşayiət edilə bilər. Çatlar bir 

və ya çoxsaylı, təzə  və sağalan ola bilər. Beyindaxili hematomalar 

intensivliyi müxtəlif ola bilən kəllə-beyin travmaları zamanı baş verə 

bilər. Onların klinik təzahürləri müxtəlifdir və yerləşməsindən, 

həcmindən, qanaxma mənbəyindən və kompressiya sindromunun 

inkişaf sürətindən asılıdır.  

Daha xarakterik klinik əlamətlər  şüurun 3 fazalı  dəyişikliyidir: 

travma baş verdiyi anda ilkin özündəngetmə, sonra ayıq vaxt, daha 




24 

sonra ikinci dəfə özündəngetmə.  İlkin özündəngetmə  həm 

qısamüddətli, həm də uzunmüddətli (bir neçə  dəqiqədən bir neçə 

günədək) ola bilər. Ayıq vaxt ayılmaqla xarakterizə olunur, bu zaman 

xəstələr artan baş ağrılarından şikayət edir, bəzən dəfələrlə baş verən, 

rahatlıq gətirməyən qusma ilə müşayiət olunurlar. Çox vaxt 

psixomotor həyəcan, nevroloji simptomatika əmələ gəlir.  

Adətən ayıq vaxt 1-2 həftə davam edir. Bu müddətdə xəstələrin 

vəziyyəti, adətən qorxu yaratmır. Onların şikayətləri zəif baş ağrıları, 

başgicəllənmələr, ümumi halsızlıq, yuxu pozuntularından ibarət olur. 

Sonra vəziyyət tədricən, ya da qəfil pisləşir. Ocaqlı simptomatikanın 

yaranması, hərəkət və hissiyyat sistemlərinin zədələnməsi diqqəti 

cəlb edir. Diaqnostika təfsilatla toplanmış klinik, laborator

rentgenoloji tədqiqat üsulları, maqnit-rezonans tomoqrafiya 

anamnezinə əsaslanır.  

Abdominal travmalar 

Abdominal travmalar adətən ciddi zorakılıq  əlamətləri 

kontekstində baxılır. Bəzən bunlar yalnız uşağın vəziyyətinin 

pisləşməsi baş verdikdə  aşkarlanır və  ağır nəticələrə  gətirib çıxara 

bilər. Digər hallarda uşaq “kəskin qarın”  əlamətləri ilə müraciət 

edilir. Zədənin məhz travma nəticəsində baş verməsi bu vəziyyətin 

müayinəsi və ya laparotomiya zamanı  dəqiqləşdirilir. Travma zərbə 

və ya itələmə (sıxılma), təzyiq və ya silkələmə ilə törədilir. 

Travmanın növləri: 

 perforasiya

 qanaxmalar

 parçalanma,

 kontuziya

 hematoma

Klinik təzahürlər zədənin xüsusiyyətlərindən asılıdır. 

Parenximatoz orqanının travmasından sonra qanaxma əlamətləri 

aşkarlanır. Ağır qanaxma zamanı  uşağın vəziyyəti kəskin pisləşir, 

onun rəngi qaçır, dəri örtüklərinin sarılığı  əmələ  gəlir, nəbzi kəskin 

tezləşir. Tədricən baş verən qanaxmalar zamanı qanaxma 

simptomları elə  də  kəskin artmır: dəri örtükləri solur, qarın köpür, 

cinsi orqanlar şişir. Palpasiya zamanı  uşaq narahat olur. Perkussiya 

ilə qarının aşağı yerlərində sərbəst məhlul müəyyənləşdirilir. Qanda 




Yüklə 363,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə