Microsoft Word ug расширен 27 09 17


Valideynlər və ya tərbiyəçilərlə bağlı



Yüklə 363,31 Kb.
Pdf görüntüsü
səhifə5/16
tarix26.03.2018
ölçüsü363,31 Kb.
#34050
1   2   3   4   5   6   7   8   9   ...   16

15 

► Valideynlər və ya tərbiyəçilərlə bağlı. Uşaqlara qarşı zorakılıq

törətmə ehtimalını valideyn və ya tərbiyəçilərin bəzi

xüsusiyyətləri artırır. Onların arasında aşağıdakıları qeyd etmək

olar:

 Yenidoğulmuşla bağlı çətinliklər



 Uşağı nəzarətsiz qoyma, uşağa diqqət göstərməmə

 Uşaqlıqda zorakılığa məruz qalma

 Uşağın inkişafı barədə biliklərin olmaması  və ya uşaqdan

qeyri-real gözləntilər

 Alkoqol və/və ya narkotik maddələrdən istifadə, o cümlədən

hamiləlik dövründə

 Cinayətkarlıqda iştirak edənlər

 Maddi çətinliklər

 Çox cavan analar (18 yaşadək)

 Fiziki cəzalandırmanı tərbiyə növü olduğunu düşünənlər

 Valideynlərin (və ya birinin) ruhi xəstəlikləri

 Ailədə emosional-psixoloji durumun pozulması (bir-birinə

qarşı hörmətin olmaması, tez-tez mübahisələrin,

qalmaqalların baş verməsi)

 Stress vəziyyətində olmaları (yaxınlarının ölümü, ağır

xəstəliyi, iqtisadi böhran və s.)

► Qarşılıqlı münasi

bətlərlə bağlıAilədə və ya seksual partnyorlar,

dostlar  və  həmyaşıdlar  arasında  qarşılıqlı  münasibətlərdə

xoşagəlməz hallar uşaqlara qarşı zorakılıq ehtimalını artıra bilər,

məsələn:


 ailənin hər hansı bir üzvünün fiziki və ya psixi sağlamlığında

problemlər

 ailədə nizamsızlıq və ya digər ailə üzvlərinin arasında

zorakılıq

 ailənin digər üzvləri tərəfindən uşağın tərbiyəsində  dəstəyin

olmaması


 uşağı himayəyə götürən ailələr

► İcmalar və sosial faktorlarla bağlı.  Ayrı-ayrı icma və

cəmiyyətlərdəki bəzi cəhətlər uşaqlara qarşı zorakılıq törətmə

ehtimalını artırır. Bura aid etmək olar:

 gender və sosial bərabərsizlik



16 

 ailələrə  dəstək üçün yararlı yaşayışın və ya xidmətlərin,

habelə müvafiq qurumların olmaması

 işsizliyin və yoxsulluğun yüksək səviyyəsi

 alkoqol və narkotik maddələrə asanlıqla əlçatanlıq

 uşaqlara qarşı zorakılığın profilaktikası, uşaq pornoqrafiyası,

uşaq fahişəliyi və uşaq əməyi üzrə ölkədə yararsız strategiya

və proqramlar

 digərlərinə qarşı zorakılığın törədilməsini alqışlayan və

dəstəkləyən, bədən cəzalarına icazə verən, ailədə qadın və

kişinin vəzifələrinin sərt ayrılmasını  tələb edən, valideyn və

övladlar arasındakı münasibətlərdə uşağın statusunu alçaldan

sosial və mədəni normalar

 qeyri-qənaətbəxş 

həyat standartlarına, sosial-iqtisadi

bərabərsizliyə  və ya qeyri-stabilliyə  gətirən sosial, iqtisadi,

tibbi-sanitar və təhsil strategiyalarının mövcudluğu

 cəmiyyətdən təcrid olunma və ya dəstək dairəsinin olmaması

 həbsdə və ya cəzaçəkmə müəssisələrində olan uşaqlar

V. Səhiyyə müəssisələrində çalışan əməkdaşların fəaliyyəti  

Uşaqlarda zorakılıq hallarına ilk təsadüf edən, adətən tibb işçiləri 

olurlar. Səhiyyə müəssisələri  əhalinin zorakılıqdan qorunması  və 

mühafizəsi sahəsində aşağıdakı vəzifələri yerinə yetirirlər: 

1. Zorakılığa məruz qalan insanlara zəruri tibbi yardım göstərir və

tibbi reabilitasiyanı həyata keçirirlər

2. Tibb işçiləri özlərinin əsas birbaşa funksional vəzifələrini yerinə

yetirməlidirlər: ehtiyacı olan hər bir insana onun siyasi, dini, irqi

və etnik mənsubiyyətindən asılı olmadan keyfiyyətli, səmərəli və

təhlükəsiz  tibbi  yardım  göstərir,  o  cümlədən  zorakılığı  törədən

insanlara zəruri tibbi yardım göstərir, tibbi reabilitasiyanı həyata

keçirirlər

3. Zərərçəkmişlərin  müraciət  faktları  və  onlara  tibbi  yardımın

göstərilməsi  haqqında  daxili  işlər  və  prokurorluq  orqanlarını  24

saat ərzində məlumatlandırırlar

4. Yetkinlik  yaşına  çatmamış  və  məhkəmə  qərarı  ilə  fəaliyyət

qabiliyyəti  olmayan  kimi  tanınan  şəxslərə  yönəlmiş  zorakılıq

hallarında 

daxili 

işlər 


və 

prokurorluq 

orqanlarının

məlumatlandırırlar (bunun üçün zərərçəkmişlərin və ya onların




17 

valideynlərinin (qanuni nümayəndələrinin) razılığına ehtiyac 

yoxdur) 

5. Pasiyentə və qanunvericiliyə uyğun olaraq digər şəxslərə tibbi

kartdan və ya xəstəlik tarixindən bədən xəsarətləri və zorakılıq

izləri qeyd olunmuş yazılı çıxarış verirlər (Əlavə 4)

6. Zorakılığın qarşısının alınması üçün tədbirlər həyata keçirirlər

7. Əhalinin qorunması və mühafizəsi sahəsində çalışan digər

qurumlarla qarşılıqlı əlaqələr yaradırlar

8. Öz səlahiyyətləri daxilində əhalinin qorunması və mühafizəsi

sahəsində digər fəaliyyətlər həyata keçirirlər.

Tibb işçiləri uşaqların zorakılıqdan müdafiəsində  aşağıdakı

vəzifələri yerinə yetirirlər: 

 zorakılığın qurbanı olan uşaqların aşkarlanması

 zorakılığın qurbanı olan uşağın vəziyyətinin 

qiymətləndirilməsi

 uşağın reabilitasiyasını və  təhlükəsizliyini təmin etmək üçün

sığınacaqlarda yerləşdirilməsi üzrə xidmətlərin göstərilməsi

 uşağın sonrakı müşahidəsinin təmin edilməsi

 bu vasitələrin yerinə yetirilməsi prosesinin Azərbaycan

Respublikasının qanunvericiliyi ilə idarə olunması (Əlavə 

1)

VI. Zorakılığın qurbanı olan uşaqların aşkarlanması

Zorakılıqdan zərərçəkmiş insanlar (xüsusən qadın, uşaq, yaşlı 

adam, sağlamlıq problemləri olanlar, cəzaçəkmə müəssisələrində 

olanlar) tibb müəssisələrinə müraciət etdikdə, adətən zorakılıq 

hallarını gizlədirlər. 

Onlar təcavüzkardan asılı olduqlarına görə, etiraf edib daha çox 

zorakılığı  təhrik etməkdən qorxur, həmçinin çoxları inanmırlar ki, 

kimsə onlara kömək edə bilər. Bu qrup insanlar öz hüquqlarını 

müdafiyə edə bilmirlər, buna görə  də belə hallarda laqeydlik, hər 

hansı bir qayğının olmaması, baxımsızlıq zorakılıq kimi 

qiymətləndirilə bilər. 

Uşaqlara qarşı törədilmiş zorakılıq müxtəlif nəticələrə  gətirir. 

Zorakılığın qısamüddətli (dərhal) və uzunmüddətli (bir müddət 

keçdikdən sonra) təsirlərini ayırd edirlər.  



Qısamüddətli (dərhal) nəticələrə aiddir: fiziki travmalar, 

zədələnmələr, hər hansı bir aqressiyaya, xüsusilə  də seksual 




Yüklə 363,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə