Microsoft Word ug расширен 27 09 17



Yüklə 363,31 Kb.
Pdf görüntüsü
səhifə2/16
tarix26.03.2018
ölçüsü363,31 Kb.
#34050
1   2   3   4   5   6   7   8   9   ...   16

huşsuz vəziyyət, alkoqol və ya narkotik sərxoşluq ola bilər. Bu halda 

olan insanlara bilərəkdən kömək göstərməmək də cinayət hesab olunur.  

Sağlamlığa vurulan zərər  – bədən xəsarətləri, yəni orqanların, 

toxumaların anatomik bütövlüyünün və ya onların fizioloji 

funksiyalarının pozulması  və ya müxtəlif faktorların (mexaniki, 

fiziki, kimyəvi, bioloji, psixoloji) təsiri altında yaranan xəstəlik və ya 

patoloji vəziyyət. 

İnsest - ailə üzvləri, yaxud qan qohumları (bacı, qardaş, valideyn 

və uşaqlar) arasındakı cinsi münasibət.  



Viktimlik (lat. victima — “qurban”) şəxsin müxtəlif  şəraitlərin 

qurbanı olması kimi kifayət qədər sabit, davamlı fərdi xüsusiyyətidir. 

Belə  şəxslərin öz-özünə qeyri-adekvat aşağı qiymət verməsi 

nəticəsində onların cinayətlərin qurbanlarına çevrilməsinə  gətirib 

çıxarır.  

Vuayerizm  (fr.  voir — “görmək”) cinsi qeyri-təbiilik; çılpaq 

insanlara, onların intim hərəkətlərinə gizli tamaşa etmək.  



Ekshibisionizm  (lat.  exhibeo — “çıxardıb qoymaq; nümayiş 

etdirmək”) normadan kənara çıxan seksual davranış; insan ictimai 

yerlərdə tanımadığı, adətən  əks-cins olan insanlara özlərinin cinsi 

orqanlarının nümayişindən cinsi həzz alır.  



Qeyri-verbal davranış – insanın fikirlərini, emosiya və hislərini 

(məsələn, aqressiya, etibarsızlıq, həddindən artıq qorxaqlıq, 

hürkəklik və s.) dil işarələri (sözlər) olmadan müxtəlif yollarla 

ötürülməyi (və ya qəbul etməyi) nəzərdə tutulur.  



Həkim sirri – tibb işçisi öz professional vəzifələrini yerinə 

yetirdikdə ona pasiyentin xəstəliyi, intim və ya ailə həyatı haqqında 

məlum olan məxfi məlumatlar toplusudur.  

Vətəndaşın tibbi yardım üçün müraciət etməsi faktı, onun 

xəstəliyinin diaqnozu, müayinə  və müalicənin nəticələri barədə 

informasiya həkim sirrini təşkil edir. Vətəndaşın verəcəyi məlumatın 

gizli saxlanılması haqqında ona zəmanət verilməlidir. Həkim sirrini 

təşkil edən məlumat vətəndaşın və ya onun qanuni nümayəndəsinin 

razılığı ilə pasiyentin müayinə  və müalicəsinin mənafeyi naminə, 

elmi tədqiqatların aparılması, elmi ədəbiyyatda nəşr edilməsi, tədris 




və digər məqsədlərlə istifadə olunması üçün başqa vətəndaşlara, 

vəzifəli şəxslərə verilə bilər. 

Həkim sirrini təşkil edən məlumat vətəndaşın, yaxud onun qanuni 

nümayəndəsinin razılığı olmadan aşağıdakı hallarda verilə bilər: 

vətəndaş öz vəziyyətini izah etmək qabiliyyətinə malik



olmadıqda, onu müayinə və müalicə etmək məqsədilə;

yoluxucu xəstəliklərin yayılması  təhlükəsi olduqda, kütləvi



zəhərlənmələr və zədələnmələr baş verdikdə;

istintaq və təhqiqat orqanlarının, prokurorun və məhkəmənin



sorğusu ilə;

yetkinlik yaşına çatmayanların valideynlərinə, yaxud qanuni



nümayəndələrinə məlumat vermək məqsədilə;

hüquqla zidd hərəkətlər və  vətəndaşın sağlamlığına vurulan



zərər barədə şübhə olduqda.

Həkim sirrinə qanuni qaydada yiyələnən  şəxslər onun 

yayılmasına və bununla əlaqədar vətəndaşa dəyən zərərə görə 

qanunvericiliyə uyğun olaraq tibb və  əczaçılıq işçiləri ilə  bərabər 

məsuliyyət daşıyırlar (

Ə

lavə  1. “Əhalinin sağlamlığının qorunması 

haqqında” Azərbaycan Respublikasının Qanunu, maddə 53). 



II. Ümumi müddəalar

ÜST-nin məlumatlarına görə (2016. http://www.who.int/media-

centre/factsheets/fs150/ru/) hər il 15 yaşadək 41000 uşaq öldürülməsi 

halına rast gəlinir. Uşaqlara qarşı zorakılığın nəticəsi olan ölüm 

hallarının bir çox hissəsi suda boğulma, yanıqlar, yıxılmalar hesabına 

yazıldığı üçün bu rəqəm problemin həqiqi miqyasını göstərmir. 

Həmçinin ÜST-nin məlumatlarına görə: 

Bütün böyük əhalinin 25%-i uşaq yaşlarında zorakılığa məruz



qaldıqlarını qeyd edir

Hər 5 qadından biri və hər 13 kişidən biri uşaqlıq yaşlarında



seksual zorakılığa məruz qaldıqlarını qeyd edirlər

Ümumiyyətlə, uşaq hüquqlarını pozan bütün hallar zorakılıq 

adlandırılır. BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasına görə 

uşağın yaşamaq, normal inkişafı üçün zəruri həyat səviyyəsinə malik 

olmaq, öz baxışları və fikrini sərbəst ifadə etmək, fikir, vicdan və din 

azadlığı, sərbəst surətdə  mədəni həyatda iştirak etmək, iqtisadi 




istismardan müdafiə olunmaq, təhsil almaq, lazımi məlumat  əldə 

etmək,  ədliyyə orqanlarına müraciət etmək, cinsi istismardan, sui-

istifadədən və etinasız münasibətlərdən müdafiə olunmaq hüquqları 

var. Uşaq hüquqlarının pozulmasına, o cümlədən zorakılığa görə 

valideynlər, onları  əvəz edənlər, ya da digər böyüklər inzibati, 

cinayət, ailə və/və ya mülki hüquqlar əsasında həm mənəvi, həm də 

hüquqi baxımdan məsuliyyət daşıyırlar.  

BMT-nin Uşaq hüquqları haqqında Konvensiyası dünya 

dövlətləri tərəfindən zorakılığa qarşı  aşağıdakı  tədbirlərin 

aparılmasını tövsiyə edir: 

Hər bir uşağın yaşamaq hüququ var. Uşağın sağ qalması  və



sağlam inkişaf etməsi maksimal dərəcədə  təmin edilməlidir

(maddə 6).

Hər bir uşağın şəxsi həyatı olmasına hüququ var. Uşaq onun



həyatına özbaşına və ya qanunsuz müdaxilədən, şərəf və nüfuzuna,

ailəsinə və evinə qəsd edilmədən qorunmalıdır (maddə 16)

Hər bir uşağın səhiyyənin mükəmməl xidmətlərindən istifadə



etmək hüququ var. Xəstəliklərə və doyunca yeməməyə qarşı

mübarizə təşkil olunmalıdır və uşağın sağlam yaşaması üçün

təmiz su, təmiz ətraf mühit təmin olunmalıdır (maddə 24)

Hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün



lazım olan həyat səviyyəsinə malik olmağa hüququ var

(maddə 27)

Uşaq cinsi istismarın bütün növlərindən qorunmalıdır (maddə 34).



Qanunu pozan hər bir uşaq kobud rəftarın bütün növlərindən

müdafiə ol

unmalıdır, o, böyük insanlarla bir cəza çəkmə

müəssisəsində yerləşdirilməkdən və ailə üzvləri ilə

münasibətdən məhrum edilməkdən qorunmalıdır (maddə 37).

Kobud rəftar qurbanı olmuş  hər bir uşağa özünə hörməti



qaytarmaq üçün yardım göstərilməlidir (maddə 39).

Zorakılığın qarşısının alınması multisektoral yanaşma tələb edir, 

yəni bu fəaliyyətə hüquq mühafizə sisteminin, qəyyumluq və himayə 

orqanlarının, sosial və pedaqoji dairələrin, tibbi və psixoloji 

xidmətlərin əməkdaşları cəlb edilməlidirlər. Bu sahədə səmərəli işin 

təşkili üçün tibb, polis və sosial xidmətlər arasında informasiya 

mübadiləsi vacibdir.  



Yüklə 363,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə