Microsoft Word ug расширен 27 09 17



Yüklə 363,31 Kb.
Pdf görüntüsü
səhifə14/16
tarix26.03.2018
ölçüsü363,31 Kb.
#34050
1   ...   8   9   10   11   12   13   14   15   16

43 

 

Şəkil 3. Zorakılıq izlərinin ölçülməsi 



 

Şəkil 4.  Zorakılıq izlərinin ölçülməsi 

Məlumatın məxfiliyi 

Zorakılığa məruz qalmış  şəxs onun sağlamlığı  və psixi durumu 

barədə məlumatlar məxfidir və yalnız müdafiəni təmin edən şəxslər 

arasında yayıla bilər. Bu məlumat həmçinin zərərçəkmiş  uşağın 

valideyninə/valideynlərinə  (əgər onlar valideyn hüquqlarından 

məhrum olmayıblarsa) və ya qəyyumlarına da verilə bilər. Əgər tibb 

müəssisəsi zorakılığın törədilməsində onları günahkar hesab edirsə, 

(və ya onlardan şübhələnirsə) məlumatı onlarla bölüşməyə bilər. 

Səhiyyə müəssisələrinin bütün əməkdaşları  məxfilik barədə 

qaydalara riayət etməlidirlər.  

Tibbi müayinə zamanı heç bir kənar şəxs otaqda olmamalıdır, o 

cümlədən hüquq mühafizə orqanlarının  əməkdaşları. Lakin tibb 

işçisinin özünün təhlükəsizliyini təmin etmək məqsədilə onun öz 

xahişi ilə zərərçəkmişə baxış təhlükəsizliyi qoruyan şəxsin iştirakı ilə 

aparıla bilər. Tibb işçisi və  zərərçəkmiş arasında aparılan danışığın 

təhlükəsizliyi qoruyan şəxs tərəfindən eşidilməməsinin təmin 




44 

edilməsinə çalışmaq lazımdır və danışıq zamanı onun iştirakı qeyd 

doldurulan tibbi sənəddə əks olunmalıdır. 

Səhiyyə  işçilərinin xəstəyə yönələn hər hansı bir müdaxilələr 

barədə qeydlərin aparılmasında professional öhdəliyi vardır. Qeydlər 

həyat anamnezini və hadisənin təsvirini (pasiyent tərəfindən izah 

olunan, onun öz sözləri ilə) və  həyata keçirilən tədbirləri (səhiyyə 

işçisi tərəfindən) əks etdirməlidir. 



X. Uşağın reabilitasiyasını və təhlükəsizliyini təmin etmək 

məqsədilə sığınacaqlarda yerləşdirilmə xidmətlərinin 

göstərilməsi 

Tibb işçiləri  zorakılıq hallarını  həm aşkarlayır həm də 

zərərçəkmişləri lazımi xidmətlər almaq üçün digər qurumlara 

göndərirlər (Əlavə  5). Bura tibb müəssisəsinin daxilində  və ya 

xaricində olan mütəxəssisələrə göndərişləri (məsələn, psixi 

sağlamlıq, İİV mərkəzləri), həmçinin sığınacaqlara, psixososial və ya 

hüquqi məsləhətlər verən təşkilatlara göndərişləri ayırd etmək olar. 

Öz növbəsində tibb işçiləri polis bölmələrindən, sığınacaqlardan 

göndərilən zorakılığa məruz qalmış uşaqları qəbul edirlər. 



Uşaq poliklinikalarının  əməkdaşları  tərəfindən keçirilən 

tibbi-sosial müşahidəyə xüsusi əhəmiyyət verilir. Uşağın ailədə 

alçaldılmasına, onunla kobud davranmaya şübhə yarandıqda həkim 

ilk növbədə və dərhal aşağıdakıları etməlidir: 

qəddarlıqla üzləşən və mühafizəyə ehtiyacı olan hər bir uşağın



ilkin müayinə müddətində hospitalizasiyasını təmin etmək

diaqnoz barədə valideynləri məlumatlandırmaq



hüquq mühafizə orqanlarına uşağın aldığı travmalar barədə

məlumat vermək

Bütün tibb işçilərinin nəzərinə! 

Müraciət edənlər arasında məişət zorakılığına məruz qalmış 

şəxslərin olması şübhəsi yarandıqda həkimlər mütləq rayon polis 

bölməsinə və ya DİN-in qaynar xətti - “102” xidmətinə bu haqda 

məlumat verməlidirlər. Həkimlər belə bir halı gizlətdikdə cinayət 

məsuliyyətinə cəlb olunurlar

.



45 

Fövqəladə hal müşahidə olunarsa və  səhiyyə müəssisəsi uşağa 

qarşı zorakılıq aktına hər hansı bir əsaslandırılmış  şübhə  aşkar 

edərsə, dərhal hüquq mühafizə orqanlarını xəbərdar etməli və ehtiyac 

yarandıqda təcili yardıma zəng etməli, uşağı müvafiq xəstəxanaya 

(Əlavə  2) yerləşdirməlidir.  Əgər uşaq xəstəxanaya yerləşdirilməzsə

müvafiq təşkilatlara zəng edib (Əlavə  3) uşaq sığınacağına 

yerləşdirilməlidir. 

Səhiyyə  işçilərinə  zərərçəkmişə verilən sığınacaqların və ya 

təhlükəsiz evlərin adlarını, ünvanlarını  və ya telefon nömrələrini 

qeyd etməmək tövsiyə olunur. Xəstənin təhlükəsizliyini qorumaq 

məqsədilə “Xəstəyə təcili sığınacaq və hüquqi məsləhət üçün tövsiyə 

verildi“ kimi qeyd aparmaq kifayətdir. 

XI. Uşaqlara qarşı zorakılığın profilaktikası

Hazırda uşaqlara qarşı zorakılığın profilaktikasının üç səviyyəsi 

müəyyən edilir: 

1. İlkin profilaktika: bütün əhali üçün əlçatan olan müxtəlif

xidmətlərin cəlb edilməsi; zorakılığa səbəb olan amillərin 

qarşısını alınması 

2. İkinci dərəcəli profilaktika: zorakılıq baş verməzdən  əvvəl

yüksək risk qruplarını  və aparılacaq tədbirləri müəyyən edən 

xüsusi tibbi və sosial xidmətlərin cəlb edilməsi. 

3. Üçüncü dərəcəli profilaktika: uşaqlara lazımi qayğı

göstərilməyən və ya uşaqlara qarşı zorakılıq faktları məlum olan 

sosial baxımdan uğurlu olmayan ailələrlə  məşğul olacaq xüsusi 

tibbi və sosial xidmətlərin yaradılması.  



Profilaktik strategiyalara aşağıdakı tədbirlər aiddir: 

İlkin səviyyədə: 

Hamilələr, analar, yeni doğulmuş uşaqlar, azyaşlı uşaqlar və



yeniyetmələrə göstərilən yardımın yaxşılaşdırılması 

Arzuolunmayan hamiləliklərin sayının azaldılması



Hamiləlik zamanı alkoqol və narkotik maddələrin

istifadəsinin tam dayandırılması

Pozitiv analıq və atalığın təbliği



Ailəyə dəstək, tibbi nəzarət




46 

Uşaqlarla kobud rəftar və qayğısızlıq problemi barədə



cəmiyyətin məlumatlandırılması (kütləvi informasiya

vasitələri ilə)

Aztəminatlı ailələrə  dəstək verməyin, ictimai təşkilatlar



tərəfindən yardım etməyin mümkünlüyü

İctimai səhiyyə proqramları



Məktəb tədbirləri vasitəsi ilə zorakılığa qarşı təbliğat



İkinci səviyyədə:  

Uşaqlarla kobud rəftar və qayğısızlığa dair yüksək risk



qrupuna aid ailələrin və  uşaqların doğuşdan  əvvəl 

müəyyənləşdirilməsi 

Regional sosial xidmətin və  səhiyyə müəssisələrinin



məlumatlandırılması 

Zorakılıq probleminin tibbi pediatriya proqramlarına daxil



edilməsi 

Üçüncü səviyyədə: 

Sosial baxımdan uğursuz ailələrin erkən aşkarlanması  və



eyniləşdirilməsi 

Təşkilatlararası əməkdaşlıq, o cümlədən zorakılıq baş vermiş



ailələrdə  zərərçəkənlərə tibbi yardım, məsləhətləşmə, sosial 

yardım və dəstəyin verilməsi 

Peşəkar tibb bacıları  və sosial işçilər tərəfindən kobud



rəftarın yüksək ehtimalı olan ailələrdə uşaqlara baş çəkilməsi 

xidmətlərinin göstərilməsi 



Cəmiyyətdə uşaqlara qarşı kobud rəftarın qarşısını aşağıdakı 

yollarla almaq olar:  

Kiçik yaşlı uşaqları təhsilə hazırlayan müxtəlif məktəbəqədər



inkişaf proqramları  

Uşaqlara həyat bacarıqlarını öyrədən təlimlər



Kobud rəftarı yüksək ehtimal edilən qruplardan olan uşaqlara

məktəb təhsilini bitirməyə köməyin göstərilməsi

Alkoqola, narkotik maddələrə əlçatanlığın azaldılması



Odlu silahlara əlçatanlığın azaldılması.




Yüklə 363,31 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə