Microsoft Word ug расширен 27 09 17



Yüklə 363,31 Kb.
Pdf görüntüsü
səhifə10/16
tarix26.03.2018
ölçüsü363,31 Kb.
#34050
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

31 

cəzalandırandırlar



özlərini müdafiə edəndirlər

uşağın vəziyyəti və davranışından həddən artıq narahatdırlar



özlərini aşağı səviyyədə qiymətləndirirlər

depressiyadadırlar



7. Valideynlərlə  məsləhətləşmə  və  təfərrüatlı ünsiyyət zamanı

ailədə zorakılıq və kobud davranış risk faktorlarının

mövcudluğunun müəyyənləşdirilməsi zəruridir:

ailə zorakılığı əlamətləri



spirtli içki/narkotik asılılığı

psixi xəstəliklər



sosial baxımdan təcrid olunma

kimsəsiz/atılmış uşaq



Yetkinlik yaşına çatmamış uşaqların müayinəsi 

     Yetkinlik yaşına çatmamış  u şaqların müayinəsi zamanı onların 

psixofizioloji xüsusiyyətlərini nəzərə almaq lazımdır: 

valideynlərin və ya qanuni nümayəndələrin məlumatlı razılığı



tələb olunur. Həkim sirri təşkil edən məlumatlar valideynlərə 

və ya qanuni nümayəndələrə verilə bilər. 

müayinənin aparılması valideynlərin və ya qanuni



nümayəndələrin iştirakı ilə aparıla bilər. Onlar minimal 

müdaxilə mövqeyi tutmalı (verbal və qeyri-verbal davranış, 

otaqda tutduğu yer) və bu haqda qabaqcadan xəbərdar 

olmalıdırlar.  

uşaq sakit, rahat şəraitdə müayinə edilir və bu zaman yanında



kiminsə olub-olmaması barədə qərar verir. Uşaq yanında olan 

insana etibar etməlidir. O, özünü təhlükəsiz hiss etməlidir. 

müayinə aparılan məkan sakit, isti (+24, +25), təbii işıqlanma



ilə olmalıdır, yel çəkməməlidir.  Əgər işıqlanma sünidirsə, 

fluoressent lampalardan istifadə arzuolunandır. Masanın 

üstündə su olmalıdır. 

uşağın aldığı zədələri pediatr sənədləşdirməlidir.



uşağın diqqətinin az müddətə cəmlənməsini nəzərə alaraq ona

tez-tez fasilələr (pauzalar) tələb oluna bilər. Bu fasilələr

2-3 dəqiqə müddətində davam edə bilər. “Bundan sonra nə



baş verdi?” sualı ilə uşağın söhbətə qaytarmaq olar.


32 

VIII. Zorakılığa məruz qalmış uşaqlarla aparılan tədbirlər üzrə

tövsiyələr 

Zorakılıq hallarında tibbi müayinə  zərərçəkmişlə mütləq söhbət 

aparılmasını  tələb edir. Söhbət aparan insanın effektiv və müvafiq 

bacarıqları ehtimal olunan zorakılıq halını  təyin etmək üçün çox 

vacibdir. Söhbət tibbi nəticələrin, məhkəmə ekspertizasının və 

şahidlərin ifadələrinin dəqiqliyinə  zəmin yaradır.  İlkin tibbi 

sənədləşdirmə  məhkəmə tibbi ekspertizasının və  məhkəmədə 

ifadələrin hazırlanması üçün sübutların  əsas mənbəyidir. Söhbət 

aparanın səs tonu, danışığı asan və işgüzar olmalıdır. Uşağı daim və 

təkidlə gözlə kontakta vadar etmək lazım deyil – bu onu qorxuda 

bilər. Bundan əlavə  uşaqla böyük arasında uşaq üçün münasib olan 

məsafə saxlamaq lazımdır. 



Söhbətə hazırlıq: 

qabaqcadan ətraflı məlumat toplamaq



sadə geyim tərzinə riayət etmək

kifayət qədər vaxta malik olmaq



heç kim mane ola bilməyən otaqda söhbət aparmaq

uşağa müvafiq vaxt təyin etmək



otaqda olan insanları təqdim etmək

harada oturacağını uşağın özü müəyyənləşdirməsi üçün şərait



yaratmaq

uşağın sizinlə söhbət aparmaq üçün razı olduğunu soruşmaq



sizə istədiyi kimi müraciət etməsinə icazə vermək

söhbətin, hərəkətlərin səbəbini və  nə üçün bunu etdiyinizi



uşağa izah etmək

söhbətin təqribən nə qədər vaxt çəkəcəyini uşağa demək



işlətdiyiniz terminlər barədə uşaqla razılaşmaq

mümkün olduğu qədər söhbətə müvafiq hazırlıq keşmiş



psixoloq, qeyri-hökumət təşkilatının nümayəndəsini cəlb

etmək


uşağa baş vermiş hadisədə onun günahkar olmadığını başa

salmaq



uşağın “düz” və “səhv” anlayışlarını necə başa düşdüyünü



aydınlaşdırmaq


33 

baş vermiş hadisə barəsində onun düz danışmasının vacib



olduğunu uşağa başa salmaq

mütəxəssislərin cəlb olunmasının mümkünlüyü barədə ailəni



məlumatlandırmaq

Söhbətin mərhələləri 

etibarlı mühitin yaradılması



sərbəst danışıq (söhbət)

sual vermə (açıq suallar, məsələn “sonra nə oldu?”) uşağın



dediyini təkrarlamaqla onu davam etməyə cəlb etmək

hər hansı bir səbəbə görə  uşaqdan baş vermiş hadisə barədə



ifadə almaq mümkün olmayan hallarda belə söhbəti pozitiv

əhvali-ruhiyyədə bitirmək

uşağı səy göstərdiyinə görə tərifləmək



Güvənlik (Etimad):  

Zorakılıq haqqında məlumat toplamaq üçün etimad vacibdir. 

Buna görə əlverişli şərait yaratmaq lazımdır: 

diqqətlə qulaq asmaq



tam şəkildə müzakirə etmək

nəzakətli olmaq



məlumatı anlayışla qarşılamaq

dürüst olmaq



təhlükəsiz və rahat mühit yaratmaq

prosesə nəzarət etmək (lazım gəldikdə tənəffüs etmək, prosesi



bitirmək)

uşağı dediklərinə görə qınamamaq



Uşaqla söhbət: 

məhkəmə iclasında sual - cavabdan qorumaq üçün mümkün



olduğu halda uşağın razılığı ilə söhbəti videokameraya 

çəkmək 


fikrinizi digər kənar işlərə ayırmamaq

uşaq sərbəst danışıq fazasında olanda sual verməklə (bunu



sonra da etmək olar) onun fikrini dağıtmamaq

sərbəst danışıq fazasında uşağı tələsdirməmək



sual vermək haqqı olduğunu uşağa başa salmaq

lazım


 

gəldikdə fasilə vermək




Yüklə 363,31 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə