Microsoft Word ug расширен 27 09 17



Yüklə 363,31 Kb.
Pdf görüntüsü
səhifə8/16
tarix26.03.2018
ölçüsü363,31 Kb.
#34050
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

25 

eritrositlərin sayı azaldığına görə, hemoqlobinin miqdarı da azalır. İçi 

boş orqanların zədələnmələri (mədə, bağırsaq) peritonit əlamətləri ilə 

təzahür edir.  



Posttravmatik stress pozuntusu 

Amerika Psixiatriya Assosiasiyası 

tərəfindən DSM-IV 

(Diagnostical and Statistical Manual of Mental Disorders) tətbiq 

edilməsindən sonra zorakılıq qurbanının yaşadığı sarsıntıların 

zəlzələdən zərər çəkmiş insanlarda, müharibədəki travmalarda, yol 

qəzalarındakı kimi eyni olması müddəası, yəni belə insanlarda 

posttravmatik stress pozuntusunun (PTSP) mövcudluğu 

qanuniləşdirilmişdir.  

PTSP aşağıdakı əsas əlamətlərlə xarakterizə edilir: 

surətlər, düşüncələr və ya qavrama da daxil olmaqla, təkrarlanan



və insanı  cəlb edən disstress xatirələr, hadisələr. Qeyd: balaca

uşaqlarda mövzunu və ya başa gəlmiş hadisənin aspektlərini əks

etdirən oyunları müşahidə etmək mümkündür

hadisə mövzusunda təkrarlanan disstress yuxular. Qeyd:



uşaqlarda mövzusu dərk edilməyən qorxulu yuxular ola bilər,

hərəkətlər və  həyəcan sanki travmatik hadisə indi baş verdiyi

kimi olur (o cümlədən baş vermiş hadisənin canlandırılması hissi,

travma haqqında xülyalar, hallyusinasiyalar və  q əfil dissosiativ

xatirələr (flash-back, hadisənin təkrar yaşanması), o cümlədən

yuxudan oyanma və ya intoksikasiya zamanı)

travma ilə bağlı fikir və duyğulardan qaçmaq cəhdi



travmanı xatırladan hadisələr, yerlər və insanlardan qaçmaq

səyləri



travmanın vacib aspektini xatırlaya bilməmək



digərlərindən uzaqlaşmaq və soyuqluq hissi

affektiv spektrin daralması (məsələn, sevgi hissini duya



bilməmək)

gələcəkdə ailə, uşaq, karyera, normal həyat qurmağın



mümkünlüyünə inanmamaq

yuxu və iştaha pozuntuları



əsəbilik və qəzəblənmə




26 

fikir toplamaqda çətinliklər



həddən artıq ehtiyatlı olmaq

şişirdilmiş qorxu reaksiyaları



enurez, enkoprez

yaşıdlarına və heyvanlara qarşı aqressiv davranış



PTSP aşağıdakı kimi müəyyənləşdirilir: 

kəskin – simptomlar üç aydan az davam etdikdə



xronik – simptomlar üç aydan çox davam etdikdə

başlanması təxirə salınmış – simptomlar travmatik hadisədən altı



və daha çox aydan sonra əmələ gəlir

PTSP praktik olaraq özbaşına keçib getmir və uzunmüddətli,

ciddi müalicə  tələb edir. Ağır hallarda uşağın müalicəsi ilə  uşaq 

psixiatrı  və ya psixoterapevt məşğul olur, PTSP-nin daha yüngül 

təzahürləri olduqda isə psixoterapiyanı psixoloq apara bilər. 

Yaş xüsusiyyətləri ilə bağlı faktorlar 

Uşağın zorakılığa olan reaksiyası onun yaşından, inkişafından 

asılıdır. Müəyyən yaşadək uşaqların danışmaq qabiliyyəti olmadığı 

üçün və ya baş verən zorakılığın nəticəsində onlar danışma 

qabiliyyətini itirdikləri üçün bəzi hallarda tibb işçisi məlumat 

toplamaqda çətinlik çəkir. Həmçinin daha böyük uşaqlarda alınan 

travma nəticəsində yaranan qorxu və utancaqlıq reaksiyaları bu 

barədə danışmağa maneçilik törədir. Bəzi hallarda uşaqlar böyüklərə 

inamı itirirlər. Belə hallarda ünsiyyət onlarda soyuqluq və təşviş hissi 

yaradır. Digər hallarda uşaqların valideynlərinin özləri güclü stress 

keçirdikləri üçün zorakılıq faktını inkar edir, buna görə  də onlar 

etibarlı informasiya mənbəyi hesab olunmurlar. Uşağın hekayətinin 

etibarlılığını qiymətləndirərkən yadda saxlamaq lazımdır ki, uşaq nə 

qədər kiçik olsa bir o qədər də çox onun hislərinə  və anlamasına 

zorakılıqdan sonra ona qulluq edən insanın travmatik hadisəyə olan 

reaksiyası və münasibəti təsir göstərir.  

3 yaşdan kiçik uşaqların travmatik hadisələrə reaksiyaları, adətən



narahatlıq, yuxu pozuntuları,  əsəbilik, ağlağanlıq, kəskin qorxu 

reaksiyaları, səksənmə (o cümlədən başqa uşaqların 

ağlamaqlarından, valideynlərdən və ya digər böyüklərdən)

sevinc, fərəh hissələrinin nadir olması, davranışda aqressivlikdən 




27 

tam etinasızlığa, maraqsızlığadək hər  şeydən uzaqlaşmalarla 

təzahür edir.  

3-7 yaşlar arası  uşaqlar özlərinə qapanır və travma haqqında



birbaşa danışmaqdan imtina edirlər. Digər mühüm xüsusiyyətlər:

həddindən artıq üzüyumşaqlıq

ağrıya passiv reaksiya,



təcavüzkarlıq, heyvanlara qarşı  qəddarlıq; yanğın törətməyə

meyilliyi; oğurluq, yalançılıq; nitqin inkişafdan qalması.

kiçik məktəb yaşları: bu uşaqlar vaxt/məkanında hadisələri dərk



edə bilmir və yalnız 8-9 yaşdan sonra zorakılıq haqqında ardıcıl

danışa bilirlər və adətən uşaqlar 12 yaşa çatdıqda faktları ardıcıl

ifadə edə bilirlər. Buna görə həkim yadda saxlamalıdır ki, uşağın

danışığında yaranan uyğunsuzluq zorakılığın olmamasından

xəbər vermir. Davranışda zədələrin və travmaların səbəbini

gizlətmək, məktəbdən sonra evə getmək istəməmək, tənhalıq,

dostların olmaması, təcavüzkarlıq, fikrini bir yerə  cəmləşdirə

bilməmək, yaxşı oxumamaq kimi əlamətlərlə özünü göstərir.

yeniyetmə yaşı sürətli inkişaf dövrüdür və zorakılığın nəticələri



böyük müxtəlifliklərlə seçilir. Onların davranışlarında kəskin

pozulmalar, antisosial hərəkətlər müşahidə olunur: еvdən qaçma,

spirtli içkilər, narkotik maddələrin istifadəsi, sui-qəsd, intihar

cəhdləri.

Emosional zorakılıq ehtimalını uşağın bir sıra fiziki və davranış

təzahürlərində müşahidə etmək olar, məsələn: 

 Emosional hislərin olmaması, laqeydlik

 Kədərlilik, subdepressiv və ya ağır depressiyanın olması

 Barmaqlarını sovurur, monoton yırğalanır (autoerotik

hərəkətlər)

 Özünə qapanır, fikirlidir və ya əksinə aqressivdir

 Diqqət və  nəvaziş axtardığına görə istənilən böyük insana

“yapışır”

 Gecələr çaxnaşma qorxu tutmaları hiss edir, narahat yatır

 Oyunlara maraq göstərmir

Uşağın fizioloji reaktivliyi də onun emosional zorakılığa məruz 

qaldığına işarə edən əlamətlər:  

 gecə və ya gündüz enurezi

 psixosomatik şikayətlər: baş ağrıları, qarında, ürək

nahiyəsində ağrılar, ümumi vəziyyətinin zəif olması, halsızlıq




Yüklə 363,31 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə